♦️ Zivərbəy Əhmədbəyov küçəsində təmirdən sonra hərəkət zolaqlarının enini azaldaraq, sayını 3-dən 4-də artırıblar.
⠀
Enli zolaqlar şəhərdə həqiqətən lazım deyil, lakin bu küçədə 4 zolağa ehtiyac yoxdur. Zolaqların sayını üç olaraq saxlamaq olardı, sağ zolağı isə velosiped üçün ayırmaq olardı.
⠀
İndiki halda burada heç parkinq zolağı nəzərdə tutulmayıb, maşınlar isə səkidə saxlamalı olur.

🤮9😢5👍4
Bu müsahibədə çox ağıllı fikirlər səsləndirildi.
Baxmağı tövsiyyə edirəm:
👉 https://youtu.be/-4ScLXOps8w
Baxmağı tövsiyyə edirəm:
👉 https://youtu.be/-4ScLXOps8w
YouTube
Nəqliyyat, tıxaclar və şəhər sıxlığı | Orxan Zakirov
Bakıda tıxac problemi nə üçün kəskindir? İctimai nəqliyyat sərnişinlər üçün nə qədər əlverişlidir? Tədqiqatçı, Queensland universitetində informasiya sistemlərinin idarəedilməsi üzrə təhsil almış Orxan Zakirovla nəqliyyat, tıxaclar və şəhər sıxlığı haqqında…
👍4
📣 Sabah sizinlə canlı yayımda görüşürük. 🙂
⠀
🗓 13 avqust, saat 21:00-da YouTube-kanalında yayım olacaq, indidən abunə olub bildirişlərik aktiv edə bilərsiniz ki, dərhal izləmək imkanınız olsun.
⠀
Giriş sözü olaraq Bakı və digər şəhərlərimizdəki vəziyyətdən danışarıq, daha sonra sizin suallarınızı cavablandıracam.
⠀
❓Nəqliyyat, urbanistika, müvafiq dövlət qurumların fəaliyyəti və s. mövzulara uyğun suallarınızı hazırlayın. Elə indidən də şərhlər bölməsində yaza bilərsiniz.

👍5
Bakıda yeraltı piyada keçidini ləğv etmək istəyirlər? 🤔
⠀
İzləyici yazır ki, Qış bulvarında, yeraltı piyada keçidinin yanında təxmini 1 həftə öncə belə bir piyada yolu təşkil ediblər, birbaşa hərəkət hissəsinə çıxır. Sanki bunun davamı "zebra" tipli eynisəviyyəli piyada keçidi olmalıdır.
⠀
Təbii ki, bu yaxşı bir hal ola bilərdi, çünki şəhərdə küçədənkənar piyada keçidləri olmamalıdır, amma bir neçə səbəbə görə hələ ki belə addımın atılmasına inanmağın gəlmir:
🔸 Piyada yolu ensizdir, adətən zebraya çıxış daha geniş olur.
🔸 4 zolağın üzərindən nizamlanmayan piyada keçidi təhlükəlidir, burada ən azı svetofor da qoyulmalıdır.
🔸 Svetofor qoymaq üçün isə DYP-dən icazə alınmalıdır, bu qurum isə bu günə qədər bütün belə təkliflərə razılıq verməyib.
⠀
❗️ Qış Parkı və onun davamı olan Mərkəzi Parka daxil olmaq üçün yalnız 1 rahat keçid var. Uzunluğu 1 km-dən çox olan bu parkların ətrafında başqa heç bir əlçatan keçid yoxdur, hamısı yeraltıdır.
⠀
🚦 Bu tərəflərə ən azı 2 əlavə nizamlanan piyada keçidi lazımdır.

👍12
❓Bir izləyici soruşur ki, bax bu cür reklamın olması nə dərəcədə düzgündür? Ümumiyyətlə, avtobusu "alçadaraq" taksi xidmətini reklam etmək olarmı?
⠀
İş orasındadır ki, bu gün Bakı şəhərində taksi xidmətləri elə "kiçik avtobus" qismində fəaliyyət göstərir. Bu iki ictimai nəqliyyat növü arasında böyük fərq yoxdur. Ayrılmış zolaqlar olsaydı, marşrutlar tıxacda qalmadan qrafik üzrə hərəkət etsəydi, o zaman avtobusun bəlkə hansısa üstünlüyü ola bilərdi. Maşından komfortu daha az olsa da, daha tez təyinat nöqtəsinə çata bilərdi.
⠀
❗️ Mövcud vəziyyətdə və indiki taksi qiymətləri ilə (hansılar ki bazara uyğun olaraq tənzimlənir) əksər hallarda "Bolt" və "Uber" daha cəlbedici görsənir. Mən hələ "bir-manatlıq" taksilərdən danışmıram. Bunların hamısının mövcud olması məhz ictimai nəqliyyatın şəhərdəki mobilliyin lazımi səviyyədə təmin etməməsindən irəli gəlir.
⠀
İndiki yanaşma dəyişməsə, ictimai nəqliyyatın inkişafına sərmayə yatırılmasa, taksi şirkətlərinin fəaliyyətində və qiymət siyasətində ciddi bir dəyişiklik gözləməyə dəyməz.

👍8😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gülməli və ağlamalı vəziyyət bir videoda...
😁8😢4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Tural Yusifovun Fransada çəkdiyi küçələrdən biri.
Dünən insan yönümlü şəhərlər haqqında radioaparıcı Raqif də video paylaşmışdır.
Çox demirəm, 5 il bundan öncə xarici gedəndə belə şeylərə heç fikir vermirdik.
Düşüncə yavaş-yavaş dəyişir, bunu da dövlət qurumlarına çatdırmaq üçün siz də ən azı belə videoları dostlarınız ilə paylaşın. Dama-dama göl olar.

❤20😢1
"Qazilərə pul yığırıq" adı ilə qanunsuzluq etmək olar? İnanırsınız?
"Hansını dindirirsən, deyir bu 10 yerlik parkinq mənimdir, o biri tərəf filankəsin. Sarı jilet geyinib hamısı... Soruşuram hansı quruma tabesən, deyir heç bir quruma, pul yığılıb verilir qazilərə..."
Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsindəki parkinq problemi barədə izləyicimiz belə yazıb.
Hazırda küçələrdə parklanma ödənişsiz olsa da, hələ də qazilərin adı altında pul tələb edən və toplayanlar var. Maşını sərbəst (ödənişsiz) şəkildə parkinq etməyə isə imkan verilmir. Bu sahəyə nəzarət yoxdursa, deməli, şərait yaradanlar var.
Paylaşdı: Bakı Gündəliyi / FB.

🤮8👍7
❓ Yolları daraltmaq olarmı?
⠀
Yusif Səfərov küçəsində 2 yeni svetoforun quraşdırılması layihəsi çərçivəsində bitişən küçələrdə yenidənqurma işləri aparıldı.
⠀
Bu küçələr Bakı Nəqliyyat Agentliyinin layihəsinə uyğun olaraq təmir olunub və burada gözə dəyən o oldu ki, piyada səkiləri avtomobil yolunun daralması hesabına təşkil olundu.
⠀
Bəs layihə uğurlu alındımı? Və daha yaxşı ola bilərdimi? İndi biləcəksiniz.
👉 https://youtu.be/jmeBj-Z9uB4

Yol daraldı, səki genişləndi | Nizami və Sabit Orucov küçəsi təmirdən sonra
Yolları daraltmaq olarmı?
2020-ci ildə Yusif Səfərov küçəsində 2 yeni svetoforun quraşdırılması layihəsi çərçivəsində bu küçəyə bitişən küçələrdə yenidənqurma işləri aparıldı. 28 May küçəsi haqqında o vaxt bloqda yazı var idi, bu video isə digər küçələrə…

👍11❤1
🇺🇸 Baltimor şəhərində bu kəsişməni təhlükəsiz etmək üçün boyadan başqa demək olar ki başqa heçnə istifadə olunmayıb.
Buna taktiki urbanizm deyilir.
Bakıda sizcə hansı kəsişməni belə dəyişməyə ehtiyac var?

👍20