İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
813 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Yadınıza gəlirsə, ilin əvvəli Milli Məclisə yaxşı qanun layihəsi təqdim edilmişdir.

Kobud parkinq qaydalarının pozulmasına görə cərimələr qaldırılmalı idi, qanunsuz parkinqin təşkilinə görə cərimə (səkilərin zəbt ediıməsi, misal üçün), sarı xətt nəhayət öz təyinatına qayıtmalı idi və s.

Axırı necə oldu? Heçnə, ört-bastır elədilər deputatlar. "Zato" öz maaşlarını qaldırmaq üçün qanunu nə tez qəbul etdilər?

Bu deputatlar dəqiq xalqın maraqlarını təmsil edir?
🤮14😢5👍2😱2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakının 100 il əvvəl görünüşü indiki Avropa şəhərlərindən heç geri qalmır.

Azmərtəbəli tarixi binalar, sakit küçələr, tramvaylar, piyadalar və yaşıllıq.

Təəssüflər olsun ki, Bakıda aparılan xaotik tikinti bumunu və avtomobilləşməni heç kim vaxtında dayandıra bilmədi. Nəticə isə göz qabağında. Şəhər mühiti qat-qat aressivləşib və dolasıyla bu sakinlərin özlərinə də mənfi təsir edib.

Çox nadir tarixi kadrlardır, izləyin və paytaxtın indiki vəziyyəti ilə müqayisə edin.
28👍11😢7
Kondisionerli dayanacaq marketin anbarı oldu...?

Belə bir təşəbbüslər ümumiyyətlə büdcə talamaqdan başqa heç nəyə bənzəmir.

Avtobus dayanacağının əsas məqsədlərdən biri - hərəkət edən avtobus marşrutların siyahısı, onların qrafiki haqqında sərnişinləri məlumatlandırmaqdır.

Əgər bu əsas funksiyalar yerini yetirilmirsə, buradakı quraşdırılan kondisioner, kofe aparatı, istəyirsən lap massaj kreslosu olsun - heç kimə lazım deyil.

Ümumiyyətlə, Bakı şəhərində əlavə maliyyət tələb edən ictimai nəqliyyatın o qədər problemi var ki, kondisionerli avtobus dayanacaqları ən axırıncı prioritet olmalıdır.

Bilirsiniz nəyə bənzəyir? Sizin gəminizdə deşik var, o batır, siz isə bu problemi qırağa qoyub, sərnişinlərə çayın yanında əlavə şirniyyat paylayırsınız.
👍17😢7🤮6😁2😱1
🇬🇧 Londonda avtobus dayanacağı. "Smart" deyil, lakin sərnişinlərə nə lazımdır hər şey burada var:

Bura gələn avtobusların nömrələri
Avtobusların gəlməsinə qalan vaxt
Şəhər üzrə ictimai nəqliyyatın xəritəsi

Dayanacaq ümumiyyətlə elə yer olmalıdır ki, insanlar orada çox gözləməsin, şəhər nəqliyyatı hər 5-6 dəqiqədən bir hərəkət etməlidir.

Bakını isə lazımsız layihələrinin poliqonuna çeviriblər, sanki bu şəhərin sahibi yoxdur.
👍321
☀️40-dərəcəli istidən xilasolunma üsulu? Ağaclar! 🌳

Alanya Türkiyənin ən isti yay kurortlarından biridir. İlin 5 ayı burada havanın hərarəti 35-40 dərəcədən aşağı düşmür. Amma şəhər küçələrində əkilən ağaclar kölgə yaradır, piyada gəzmək isə zülmə çevrilmir.

Belə yaşıllığın isə küçəyə gətirən gözəllik isə öz yerində.

🇹🇷 Alanyadan videoreportaj da olacaq, qaçırmamaq üçün YouTube-kanalına indidən abunə ola bilərsiniz.
14👍7
🚊Bakıda tramvay dan və ya elementar olaraq avtobus zolaqlarından danışanda bir çox avtomobil həvəskarların arqumenti o olur ki, küçələrimiz dardır və bir zolaq avtomobillərdən alında fəlakət olar.

Lakin hər şeyi anlamaq üçün bu şəkil kifayətdir. 👆

(с) Transport for Baku
👍252
Sizcə, belə fotoları görəndən sonra ortastatistik vətəndaş avtobusa minmək istəyəcək ya yox?

"Ondansa, axırıncı pulumu verim, 2 saat tıxacda itirim, amma qəzadan uzaq olum" kimi fikirlər ağlına gələcək.

Bu isə onsuzda maşınlardan boğulan şəhəri daha da pis günə qoyacaq. Bakıda ictimai nəqliyyatın köklü islahatlarına ehtiyac var. Bu həm təhlükəsizlik və rahatlıq məqamlarıdır, eyni zamanda onların fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri addımların atılmasıdır.
👍19😱2
Təəssüf ki, illər ötür amma bizim Yol Polisinin yanaşması dəyişmir.

"Günah piyadadır, məsuliyyətli olsunlar" deyib keçirlər.

Bu xəbərdə isə bloqumuzun müəllifi Arzu da öz fikrini bildirib və "Vision Zero" haqqında da danışıb. Nə qədər ki, bu proqramın heç olmasa ən baza prinsipləri bizdə tətbiq edilməyək, piyada ölümləri haqqında xəbərlərlə rastlaşacağıq.

👉 https://oxu.az/society/620419
👍8
🇺🇸 Nyu-Yorkun yeni "dizayn-kod"u.

Urbanistika ilə maraqlanan bu termin haqqında, çox güman ki, eşidblər. Adətən, bu, şəhərdə reklam və hər hansı bir obyektlərin üzərindən asılan lövhələrin vahid stilistika qaydasıdır.

Nyu-Yorkda bu istiqamətdə bir addım da qabağa gediblər. Tikinti zamanı səkidə hərəkət edən piyadaları qorumaq üçün xüsusi "talvarlar" salırlar və hətta bu konstruksiyaları vahid görünüşünü fikirləşiblər.

Bakıya da mütləq vahid "dizayn-kod" lazımdır, amma hələlik gəlin baxaq ABŞ-ın ən böyük şəhərində bu necə alınıb 👇

👉 city4people.az/post/nyu-york-dizayn-kod/

#bloq #dizaynkod
👍10
🚊Yaşıllıq və tramvay - müasir şəhərin gözəl atributları.

Bir saniyəlik yaşadığınız küçəni belə təsəvvür edin. Əslində, Bakını bu cür etmək üçün cəmi 2-3 il vaxt lazımdır.

🇩🇪 Frankfurt şəhəri.
28👍7
⛽️ Premium (AI-95) benzini 25% bahalaşaraq oldu 2 AZN.

Amma sizə başqa pis xəbərim var.

92-ci benzin də bir azdan bahalaşacaq.
Çünki onun indiki qiyməti (1 AZN) süni olaraq saxlanılır və real neft qiymətlərini əks etdirmir.

Və yaxud da neftin qiyməti düşməlidir, bu da hazırda dünyada baş verən enerji böhranında yaxın perspektivdə görünmür.

Ən pisi isə odur ki, şəhər sakinlərinə yaxşı ictimai nəqliyyat da verilmir ki, insanlarda seçim olsun.

Kifayət qədər sürücülər bu gün maşından imtina edə bilmir, çünki onlar üçün başqa real alternativ yoxdur.
😢22👍3
🇹🇷 Alanya şəhərinin küçələrindən və nəqliyyatından bəhs edən video gəlmək üzrədir.

✈️ Hələlik isə bu şəhərə uçan zaman hazırladığım reportajı izləməyə dəvət edirəm. Bakı aeroportunun ən bəyəndiyim urbanistik xüsusiyyətindən danışdım, sizə faydalı olaca biləcək məsləhətləri səsləndirdim. Lakin ən maraqlısını Sizə göstərmək üçün pilot kabinəsində kapitanın özündən kiçik müsahibə aldım.

Növbəti videonu qaçırtmamaq üçün isə kanala abunə olmağı unutmayın.

👉 https://youtu.be/e-n87F4r_dY
👍83
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇰🇿 Qazaxıstanda əlillərin ictimai birliyi şəhər akimini (icra başçısını) əlil arabasında otuzdurub pandusları sınamağa göndərdilər.

Çox yaxşı ideyadır, bizdə də etmək lazımdır, bəlkə nəhayət pandus problemləri həll olunar.
👍33😁42
🇦🇹 İnsanlaşan Vyana.

"Şəhər küçələrində daha çox parkinq yeri lazımdır" düşüncəsində olan dostlarınız ilə paylaşın.
👍252
Şəhərdə hər kəs üçün parkinq yeri tiksəniz, sizin şəhər təxmini belə görsənəcək.

Amma buna şəhər demək olarmı, bundan sonra? Daha çox asfalt və beton səhrasına bənzəyir. Belə şəhərdə sizin avtomobiliniz yoxdursa və yaxud maşın sürmək fiziki cəhətdən alınmırsa, demək siz ikinci sort adam olacaqsınız.

Üstəgəl belə şəhərlərin ekologiyası və insanların sağlamlığı çox aşağı səviyyədə olur.

📍Denver, ABŞ
🤮11👍7😢1