İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
811 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bu küçədə hər kəs üçün yer tapıdı:
Geniş səki
Hərəkət zolağı
Parkinq zolağı
Velosiped zolağı
Tramvay
Yaşıllıq
İctimai məkan (çayqırağı bulvar)

İnsan yönümlü şəhər nədir soruşanda - bu fotonu göstərə bilərsiniz.

🇪🇸 Bilbao, İspaniya.
👍3511
AAYDA Şamaxıda belə bir piyada keçidi təşkil edib.

Bir tərəfdən elə gələ bilər ki, bu yaxşı fikirdir, amma əslində bunun heç biri effektivliyi yoxdur, dünya təcrübəsi bunu sübut edib. Keçiddə görünən piyada özü olmalıdır, zolaq yox.

Əlavə olaraq, asfaltı bu cür tam boyalamaq onu bu hissədə sürüşkən edir, xüsusi ilə yağışlı havada.

Ondansa bu keçiddə yaxşı işıqlanmanı təmin edilsə, kifayətdir.

Təhlükəsiz piyada keçidinin nümunələri şərhdə.
🤮20😁3
🌳 Şəhər dizaynının ətraf mühitə təsiri: Niderland Utrext şəhərinin nümunəsi

🇳🇱 Niderlandın Utrext şəhərinin nümunəsində urbanistika üzrə dərslər və mühazirələr keçmək olar. Bu şəhər son illər ərzində şəhər dizaynı, nəqliyyat və ekologiya cəhətindən hətta paytaxt Amsterdamı keçib.

Bloqumuzdakı məqalədə Utrextin nümunəsində şəhər dizaynının ətraf mühitə təsirin yaxşılaşdırılmasına diqqət yetirilib.
👇
city4people.az/post/utrext-numunesi/
👍15😱1
❗️ Bakı şəhərinin ətrafında, xüsusilə qəsəbələrdə kənar yollarda səkinin vəziyyəti aşağı-yuxarı bu cürdür. Bu fotolarda Əjdar Məlikov küçəsidir (Məmmədli kəndində).

Şəxsi mesaj bölməsinə və teleqram qrupuna ən çox problemli səki ilə bağlı fotolar göndərilir. Təəssüf ki, hər şeyi dərhal paylaşmaq olmur, indidən deyirəm ki, heç kim inciməsin. Lakin müsbət hal odur ki, insanlarda bir neçə il öncəyə nisbətən səkilərin vəziyyətinə və piyada hərəkətinə qat-qat daha çox diqqət yetirilir.

Bəli, hər şeyi bir gündə həll etmək olmur. Bəli, çox vaxt qurumlar cavab vermir, lakin şablon cavab verir. Lakin cəmiyyət olaraq biz əllərimizi aşağı salıb, heçnə etməmək mövqeyi tutmamalıyıq. Daha çox müraciət, daha çox şikayətlər göndərməklə dövlət qurumlarına iradlarımızı bildirməliyik.

Bu haqda artıq yazmışdım, amma bu da bir xatırlama olsun: şəhər yalnız cəmiyyət tərəfdən kifayət qədər sorğu və tələb yaranandan sonra dəyişməyə başlayacaq.

Odur ki, susmayın. Müraciət və şikayətlər göndərmək sizin vətəndaş hüququnuzdur.
👍12
Yadınıza gəlirsə, ilin əvvəli Milli Məclisə yaxşı qanun layihəsi təqdim edilmişdir.

Kobud parkinq qaydalarının pozulmasına görə cərimələr qaldırılmalı idi, qanunsuz parkinqin təşkilinə görə cərimə (səkilərin zəbt ediıməsi, misal üçün), sarı xətt nəhayət öz təyinatına qayıtmalı idi və s.

Axırı necə oldu? Heçnə, ört-bastır elədilər deputatlar. "Zato" öz maaşlarını qaldırmaq üçün qanunu nə tez qəbul etdilər?

Bu deputatlar dəqiq xalqın maraqlarını təmsil edir?
🤮14😢5👍2😱2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakının 100 il əvvəl görünüşü indiki Avropa şəhərlərindən heç geri qalmır.

Azmərtəbəli tarixi binalar, sakit küçələr, tramvaylar, piyadalar və yaşıllıq.

Təəssüflər olsun ki, Bakıda aparılan xaotik tikinti bumunu və avtomobilləşməni heç kim vaxtında dayandıra bilmədi. Nəticə isə göz qabağında. Şəhər mühiti qat-qat aressivləşib və dolasıyla bu sakinlərin özlərinə də mənfi təsir edib.

Çox nadir tarixi kadrlardır, izləyin və paytaxtın indiki vəziyyəti ilə müqayisə edin.
28👍11😢7
Kondisionerli dayanacaq marketin anbarı oldu...?

Belə bir təşəbbüslər ümumiyyətlə büdcə talamaqdan başqa heç nəyə bənzəmir.

Avtobus dayanacağının əsas məqsədlərdən biri - hərəkət edən avtobus marşrutların siyahısı, onların qrafiki haqqında sərnişinləri məlumatlandırmaqdır.

Əgər bu əsas funksiyalar yerini yetirilmirsə, buradakı quraşdırılan kondisioner, kofe aparatı, istəyirsən lap massaj kreslosu olsun - heç kimə lazım deyil.

Ümumiyyətlə, Bakı şəhərində əlavə maliyyət tələb edən ictimai nəqliyyatın o qədər problemi var ki, kondisionerli avtobus dayanacaqları ən axırıncı prioritet olmalıdır.

Bilirsiniz nəyə bənzəyir? Sizin gəminizdə deşik var, o batır, siz isə bu problemi qırağa qoyub, sərnişinlərə çayın yanında əlavə şirniyyat paylayırsınız.
👍17😢7🤮6😁2😱1
🇬🇧 Londonda avtobus dayanacağı. "Smart" deyil, lakin sərnişinlərə nə lazımdır hər şey burada var:

Bura gələn avtobusların nömrələri
Avtobusların gəlməsinə qalan vaxt
Şəhər üzrə ictimai nəqliyyatın xəritəsi

Dayanacaq ümumiyyətlə elə yer olmalıdır ki, insanlar orada çox gözləməsin, şəhər nəqliyyatı hər 5-6 dəqiqədən bir hərəkət etməlidir.

Bakını isə lazımsız layihələrinin poliqonuna çeviriblər, sanki bu şəhərin sahibi yoxdur.
👍321
☀️40-dərəcəli istidən xilasolunma üsulu? Ağaclar! 🌳

Alanya Türkiyənin ən isti yay kurortlarından biridir. İlin 5 ayı burada havanın hərarəti 35-40 dərəcədən aşağı düşmür. Amma şəhər küçələrində əkilən ağaclar kölgə yaradır, piyada gəzmək isə zülmə çevrilmir.

Belə yaşıllığın isə küçəyə gətirən gözəllik isə öz yerində.

🇹🇷 Alanyadan videoreportaj da olacaq, qaçırmamaq üçün YouTube-kanalına indidən abunə ola bilərsiniz.
14👍7
🚊Bakıda tramvay dan və ya elementar olaraq avtobus zolaqlarından danışanda bir çox avtomobil həvəskarların arqumenti o olur ki, küçələrimiz dardır və bir zolaq avtomobillərdən alında fəlakət olar.

Lakin hər şeyi anlamaq üçün bu şəkil kifayətdir. 👆

(с) Transport for Baku
👍252
Sizcə, belə fotoları görəndən sonra ortastatistik vətəndaş avtobusa minmək istəyəcək ya yox?

"Ondansa, axırıncı pulumu verim, 2 saat tıxacda itirim, amma qəzadan uzaq olum" kimi fikirlər ağlına gələcək.

Bu isə onsuzda maşınlardan boğulan şəhəri daha da pis günə qoyacaq. Bakıda ictimai nəqliyyatın köklü islahatlarına ehtiyac var. Bu həm təhlükəsizlik və rahatlıq məqamlarıdır, eyni zamanda onların fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri addımların atılmasıdır.
👍19😱2
Təəssüf ki, illər ötür amma bizim Yol Polisinin yanaşması dəyişmir.

"Günah piyadadır, məsuliyyətli olsunlar" deyib keçirlər.

Bu xəbərdə isə bloqumuzun müəllifi Arzu da öz fikrini bildirib və "Vision Zero" haqqında da danışıb. Nə qədər ki, bu proqramın heç olmasa ən baza prinsipləri bizdə tətbiq edilməyək, piyada ölümləri haqqında xəbərlərlə rastlaşacağıq.

👉 https://oxu.az/society/620419
👍8
🇺🇸 Nyu-Yorkun yeni "dizayn-kod"u.

Urbanistika ilə maraqlanan bu termin haqqında, çox güman ki, eşidblər. Adətən, bu, şəhərdə reklam və hər hansı bir obyektlərin üzərindən asılan lövhələrin vahid stilistika qaydasıdır.

Nyu-Yorkda bu istiqamətdə bir addım da qabağa gediblər. Tikinti zamanı səkidə hərəkət edən piyadaları qorumaq üçün xüsusi "talvarlar" salırlar və hətta bu konstruksiyaları vahid görünüşünü fikirləşiblər.

Bakıya da mütləq vahid "dizayn-kod" lazımdır, amma hələlik gəlin baxaq ABŞ-ın ən böyük şəhərində bu necə alınıb 👇

👉 city4people.az/post/nyu-york-dizayn-kod/

#bloq #dizaynkod
👍10
🚊Yaşıllıq və tramvay - müasir şəhərin gözəl atributları.

Bir saniyəlik yaşadığınız küçəni belə təsəvvür edin. Əslində, Bakını bu cür etmək üçün cəmi 2-3 il vaxt lazımdır.

🇩🇪 Frankfurt şəhəri.
28👍7