İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
811 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⛽️ Premium (AI-95) benzini 25% bahalaşaraq oldu 2 AZN.

Amma sizə başqa pis xəbərim var.

92-ci benzin də bir azdan bahalaşacaq.
Çünki onun indiki qiyməti (1 AZN) süni olaraq saxlanılır və real neft qiymətlərini əks etdirmir.

Və yaxud da neftin qiyməti düşməlidir, bu da hazırda dünyada baş verən enerji böhranında yaxın perspektivdə görünmür.

Ən pisi isə odur ki, şəhər sakinlərinə yaxşı ictimai nəqliyyat da verilmir ki, insanlarda seçim olsun.

Kifayət qədər sürücülər bu gün maşından imtina edə bilmir, çünki onlar üçün başqa real alternativ yoxdur.
😢22👍3
🇹🇷 Alanya şəhərinin küçələrindən və nəqliyyatından bəhs edən video gəlmək üzrədir.

✈️ Hələlik isə bu şəhərə uçan zaman hazırladığım reportajı izləməyə dəvət edirəm. Bakı aeroportunun ən bəyəndiyim urbanistik xüsusiyyətindən danışdım, sizə faydalı olaca biləcək məsləhətləri səsləndirdim. Lakin ən maraqlısını Sizə göstərmək üçün pilot kabinəsində kapitanın özündən kiçik müsahibə aldım.

Növbəti videonu qaçırtmamaq üçün isə kanala abunə olmağı unutmayın.

👉 https://youtu.be/e-n87F4r_dY
👍83
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇰🇿 Qazaxıstanda əlillərin ictimai birliyi şəhər akimini (icra başçısını) əlil arabasında otuzdurub pandusları sınamağa göndərdilər.

Çox yaxşı ideyadır, bizdə də etmək lazımdır, bəlkə nəhayət pandus problemləri həll olunar.
👍33😁42
🇦🇹 İnsanlaşan Vyana.

"Şəhər küçələrində daha çox parkinq yeri lazımdır" düşüncəsində olan dostlarınız ilə paylaşın.
👍252
Şəhərdə hər kəs üçün parkinq yeri tiksəniz, sizin şəhər təxmini belə görsənəcək.

Amma buna şəhər demək olarmı, bundan sonra? Daha çox asfalt və beton səhrasına bənzəyir. Belə şəhərdə sizin avtomobiliniz yoxdursa və yaxud maşın sürmək fiziki cəhətdən alınmırsa, demək siz ikinci sort adam olacaqsınız.

Üstəgəl belə şəhərlərin ekologiyası və insanların sağlamlığı çox aşağı səviyyədə olur.

📍Denver, ABŞ
🤮11👍7😢1
📹 🇹🇷 Bu şəhəri ağaclar xilas etdi. Alanya kimi kiçik kurort şəhərindən ətraflı video reportaj.

Alanyada ilin 8-9 ayı çox isti keçir, havanın hərarəti 35-40 dərəcəyədək yüksəlir. Buna baxmayaraq, bu şəhərin küçələrini gəzərkən çoxlu ağaclara rast gəldim ki, onların kölgəsi tərləmədən və yorulmadan piyada gəzməyə imkan verir.

Türkiyənin bu kurort şəhəri Bakıdan kiçikdir, lakin hətta Bakı kimi paytaxt bu şəhərdən yaxşı misalları özündə tətbiq edə bilər.

Çalışdım bu videoda imkan daxilində onların hamısını göstərim.

👉 https://youtu.be/O_fJ9TTKw24
👍85
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Bu insanları Allah saxladı.

Amma belə konstruksiyaları açıq saxlayan və yolların təhlükəsizliyinə cavabdeh olan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
😱16
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Yaxşı ictimai məkanın nümunəsi.

Bura yeni salınan Çəmbərəkənd parkıdır. İndi buranı cansız mərmər parklar ilə müqayisə edin.

Bakıda yavaş-yavaş yaxşı parkların konsepsiyasını anlamağa başlayırlar. Regiolarda, deyəsən, hələ ki vəziyyət ürəkaçan deyil.
👍33
Küçəni minimal xərclə daha sakit və təhlükəsiz edilməsi. 👍

Bunu 2 günə etmək mümkündür, əslində. Amma bizimkilərə təklif etsən, 1000 bəhanə tapacaqlar ki, "bizdə mümkün və məqsədəuyğun deyil".
👍23
​​🚨 Yol Polisi üçün piyadaların təhlükəsizliyi və rahatlığı ən son prioritetdir?

❗️ÇOX VACİB BİR POSTDUR.❗️

Artıq uzun illərdir ki, müxtəlif səhifələrdə, şərhlərdə və şəxsiyə gələn mesajlarda oxuyuram ki, vətəndaşlar hər hansı bir küçədə piyadalar üçün keçid və ya yolu təhlükəsiz keçmək üçün BNA-ya müraciət edirlər, sonra təxmini belə cavab alırlar ki, "Siz düz deyirsiniz, amma DYP razılıq vermir".

İnsanlar birbaşa müraciət edirlər Yol Polisinə, oradan da yenidən imtina məktubu gəlir. Ən məşhur cavabın məğzi isə təxmini belədir:

💬 "Piyada keçidinin təşkili avtomobil hərəkətinin ləngiməsinə gətirib çıxaracaq".

Belə çıxır ki, tıxac problemi piyadaların təhlükəsizliyindən və insanların həyatından daha vacibdir? Dövlətin prioriteti budurmu? İnanmıram.

Hər ehtimala qarşı, birdən kimsə həqiqətən düşünür ki, piyada keçidləri və svetoforlar tıxacın səbəbi ola bilər, o zaman sizə şəhərsalmanın bəzi əsas prinsiplərini sadalamaq istəyirəm:

▪️ Siz şəhərdə piyadalar üçün kifayət qədər rahat və təhlükəsiz şərait yaratmasanız, insanlar maşın almağa daha meyilli olacaq, tıxaclar daha da pisləşəcək.

▪️Svetoforlar əgər düzgün tənzimlənsə, onlar tıxacın səbəbi olmayacaq. Əksinə, svetoforlar hərəkət axınını bütün küçə boyu düzgün paylayır. Bakıda son illər ərzində Xətai metrosu və yaxud "28-Mall"-un qarşısında quraşdırılan piyada svetoforları hərəkəti iflic etmədi.

▪️Yeraltı və yerüstü piyada keçidləri təhlükəsiz deyil. Onlar əlçatan olmadığş və narahat olduğu üçün qayda pozmağı daha da şövq edir. Bütün sivil ölkələrdə belə keçidlərinin tikintisindən artıq imtina ediblər (sürətli maqistrallar istisnadır). Bu haqda qısa videomuz da var (keçid şərhdə).

Sonda, Dövlət Yol Polisinə müraciət edərək, bildirmək istəyirəm ki, Azərbaycanın üzv olduğu Birləşmiş Millətlər Təşkilatının yol təhlükəsizliyinə və şəhər mobilliyinə dair tövsiyə və təlimatları var. Eyni zamanda, yol təhlükəsizliyi üzrə lider dövlətlər Norveç və İsveçin uğurla tətbiq etdiyi "Vision Zero" proqramları var.

DYP-nin əməkdaşlarını həmin proqramlarla böyük məmnuniyyətlə tanış etməyə hazırıq. "Vision Zero" haqqında Azərbaycan dilində tərcümə olunmuş videonu da birinci şərhdə tapa bilərsiniz.
👍113
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eskalatorun işləməməsi bir dərd. Bu keçiddən araba ilə necə istifadə edəsən? Nəzərə alsaq ki, eskalatora arabı ilə girmək qeyri-mümkündür, hətta qadağandır.

Yeraltı və yerüstü piyada keçidləri LƏĞV EDİLMƏLİDİR!

Bu video hər şeyi izah edor: https://fb.watch/eALoi3lZ1L/
👍19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Yeraltı və yerüstü piyada keçidləri insanları öldürür!

Belə keçidlər əlavə qəzalara gətirib çıxarır, tıxacların problemini isə onsuzda həll etmir. Üstəgəl onlar əlçatan deyil və çox bahalıdır.

🔄 Bu video hər şeyi izah edir. Bu videonu mütləq özünüzdə saxlayın və maksimum dərəcədə paylaşın.

Köhnə təfəkkürü cəmiyyətin beynindən çıxartmaq lazımdır.
25👍10
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 Edinburq şəhərindən çox gülməli bir misal.

Bəzi insanlar avtomobil ilə parka gəlir, maşını velosiped zolağının üzərində saxlayır. Sonra isə həmin parkda velosiped trenajorunda məşq edir. 😅

Foto: Dave McCraw
😁16😢2
🎙 Canlı yayım fikrinə necə baxırsınız?

Dostlar, səhifənin auditoriyası böyüdükcə şəxsi mesajlara hər gün çox oxşar suallar gəlir, qurumların fəaliyyətinə şikayət qaydası, şəhər və küçələrdə baş verənlərin sonu necə olacaq və s.

📩 Eyni zamanda, səhifəyə yeni gələn dostlarımız nəyə görəsə biz bəslədiyimiz prinsipləri "Siz sürücüləri düşmən görürsünüz", "Şəhərdə maşın olmamalıdır" kimi qiymətləndirirlər.

Qərara gəldim ki, buna bənzər sualları elə canlı yayımda cavablandırım, həmçinin sizinlə interaktiv ünsiyyət quraq, söhbət edək.

Öz suallarınızı elə bu postun altında da verə bilərsiniz, onları canlı yayımda müzakirə edərik.

🗓 Yayımın tarixini müəyyən etmək üçün isə sizə müraciət edirəm - nə vaxt olsun? İstirahət günü, yoxsa həftəiçi? Səs vermə bundan sonrakı postda.

💡 Canlı yayımda, həmçinin, urbanistika haqqında ən maraqlı ədəbiyyatdan biri olan "İnsan için kentler" kitabını hədiyyə edəcəm. Şərtləri yayımın əvvəlində elan edəcəm. 🙂
👍101
👍1
Taktiki urbanizmin misalı.

Sadə həllər və aşağı büdcə ilə küçəni daha təhlükəsiz etmək olar.

🇨🇴 Medellin, Kolumbiya
👍252💩1
İnsan yönümlü şəhərlər ️ pinned «🎙 Canlı yayım fikrinə necə baxırsınız? ⠀ Dostlar, səhifənin auditoriyası böyüdükcə şəxsi mesajlara hər gün çox oxşar suallar gəlir, qurumların fəaliyyətinə şikayət qaydası, şəhər və küçələrdə baş verənlərin sonu necə olacaq və s. ⠀ 📩 Eyni zamanda, səhifəyə…»