💡 Bakı şəhərinin əsas problemlərinin biri - müxtəlif qurumlar tərəfindən idarə olunmasıdır.
⠀
Həmçinin, qurumların qərarvermə səlahiyyətləri də məhduddur və hər bir mühim addım uzun razılaşma prosesindən keçməlidir. Şəhərin səmərəli və operativ idarəedilməsi üçün qərarlar mümkün qədər yerli səviyyədə və çevik həyata keçirilməlidir.
⠀
Misal üçün Türkiyədə bütün məsələlər ilə böyük şəhər bələdiyyəsi məşğuldur, bizdə isə BNA-nın İcra Hakimiyyəti ilə birləşdirilməsi hələ ki ciddi bir nəticə vermir. Eyni zamanda AAYDA əksər hallarda yolları təmir edərkən BNA və İH deyil, məhs öz layihələrinə əsaslanır.
İnstusional reformalara ciddi ehtiyac var.

👍12
Yorulmadılar bina tikməkdən?!
Bu gün internetdə 👆bu şəkil yayılıb, iddia edilir ki, keçmiş Sovetski ərazisində bu cür yaşayış kompleksi tikilir.
İlk baxışdan gözəl görsənsə də, bu cür layihənin ən azı 4 ciddi neqativ fəsadı var (əgər reallaşsa):
⭕️ Şəhərin bu rayonundakı infrastruktura çox böyük yük düşəcək. Nəqliyyat, kommunikasiya, yollar, küçələr, eyni zamanda təhsil və tibbi infrastruktur əlavə 5-10 minə yaxın insanlara xidmət etməyə çatdıracaqmı?
⭕️ Bu cür 3D-eskizlər adətən reallığı əks etdirmir, çox güman ki, yekun nəticə yenə də eybəcər boz "korobka"lara bənzəyəcək, bu da şəhərin panoramasını daha da korlayacaq.
⭕️ Görünür ki, şəhərsalma və evlərin salınmasını kvartal tipli deyil, bu da ona gətirib çıxaracaq ki, ərazidə çoxlu lazımsız sahələr yaranacaq. Yenə də, maketlərə aldanmayın.
⭕️ Bu ərazidə ilkin layihəyə görə Mərkəzi Parkın davamı olmalı idi, sözügedən parkı Bakı şəhərinin ən böyük yaşıl zonaya çevirmək üçün bir şans var idi, o da batdı.

🤮14😢7👍1
"Bəsdirin sürücülərin hüquqlarını tapdaladız. İmkan verin maşınımızı sürək."
🤮21👍3
🇬🇪 Bugün Gürcüstanda Müstəqillik günü qeyd olunur. Bununla əlaqədar olaraq, Tbilisinin mərkəzində küçələri maşınlar üçün bağlayıb şəhər sakinlərinin istifadəsinə veriblər.
❤12👍6
Teknofestə görə şəxsi avtomobillər üçün müvəqqəti bağlanan dəmiryol vağzalının meydanı indi belə görsənir.
Çox təəssüf ki, müxtəlif layihələrə baxmayaraq bu meydanı birdəfəlik olaraq abıra salmaq üçün siyasi irad yoxdur. Şəhərin əsas meydanlarından biri hələ də 90-ci illəri xatırlayır.
Təxmini 3 il əvvəl bu meydan üçün həm "Azərbaycan Dəmir Yolları", həm də BNA layihələr hazırlamışdır. Amma heç biri təsdiqlənmədi.
Görünür, kimisə mövcud vəziyyət qane edir.

😢10🤮5👍2
💔 "Boz və cansız Bakı".
⠀
Son 20 il ərzində Bakını dayanmadan asfalta bürüməsi, lazımsız dərəcədə geniş yolların salınması tıxac problemini həll edə bilmədi, əksinə şəhərə daha çox xaos və təhlükə gətirdi.
⠀
Ümid edirəm, gün gələcək şəhər öz səhvlərini başa düşəcək və bu küçələrə həyat qayıdacaq.
⠀
📸: Əhməd Xətamzadə

😢17❤3
Bu gün sizə 🇦🇪 Dubayın ən qeyri-adi layihəsi ilə ətraflı tanış etmək istəyirəm.
⠀
Bu şəhərin tipik avtomobil yönümlü olması heç kim üçün sirr deyil. Bu haqda ayrıca video da paylaşmışdım. Lakin bir neçə il əvvəl inşası başlayan "Bluewaters" adası Dubay haqqında stereotipləri alt-üst edir. Ortamərtəbəli evlər, sakit və piyadayönümlü küçələr.
⠀
Gəlin, bu layihənin misalında düzgün şəhərsalma prinsiplərindən və yaxşı yaşayış komplekslərindən danışaq.
👇
https://youtu.be/0XnrQQW4zuk
#Dubay #vloq

YouTube
Dubayın ən qeyri-adi layihəsi: "Bluewaters" adası ilə yaxından tanışlıq
Bu gün sizə Dubayın ən qeyri-adi layihəsi ilə ətraflı tanış etmək istəyirəm.
Bu şəhərin tipik avtomobilyönümlü olması heç kim üçün sirr deyil. Bu haqda ayrıca video da var kanalda. Lakin bir neçə il əvvəl inşası başlayan "Bluewaters" adası Dubay haqqında…

👍9❤2
🇦🇿 Qax şəhərində səki və avtobus dayanacağı.
⠀
Bir çox şəhərlərimizdə yol boyunca təşkil olunan arxlar təhlükə və narahatlıq mənbəyidir.
⠀
Sərnişinlər tullanmaqla minməlidir avtobusa, belə çıxır? Qabaqda görünü piyada keçidində eyni mənzərədir.
Arxları dəmir örtüklə bağlamaq kifayətdir ki onlar problem yaratmasın. Bunu İzmirdə edirlər, göstərmişdim.
Foto: Azad Məmmədov

İnsan yönümlü şəhərlər ️
Yazırlar ki, "Bravo" supermarketlərində parkinq artıq ödənişli olacaq. Yalnız ilk 2 saatı pulsuz olacaq. ⠀ Aydın məsələdir ki, bunun əsas səbəbi bəzi sürücülərin bu marketlərin dayanacaqlarını təyinatı üzrə istifadə etməməsi və orada daha çox marketə gələnlər…
💶 "Bravo"-nun parkinqi ödənişli olandan sonra hər kəs üçün yer tapılır indi. Narazı olanlar da yoxdur.
Demək, Bakı şəhəri rəsmi ödənişli parkinq üçün tam hazırdır.
Foto: Vafa Babayeva

❤24👍7
"Ekodemik" layihəsi üçün insan yönümlü şəhərlər haqqında qısa müsahibə.
Bu videoda şəhərlərin nəyə görə ilk növbədə məhz insanlar üçün olmasının vacibliyini müzakirə etdik.
https://youtu.be/wZ-KfvSJIIA

İnsan yönümlü şəhərlər - Anar Əliyevlə müzakirə
Anar Əliyev sosial şəbəkələrdə insan yönümlü şəhər necə olmalıdır, onun əsas xüsusiyyətləri nələrdir, hansı şəhərlər insan yönümlüdür və s. mövzularda məlumatlandırıcı vloqlar paylaşır. Bu dəfə isə o, "Ecodemic"in qonağı oldu və biz insan yönümlü şəhərlərin…
👍4
Layihə və reallıq.
Bu gün əsaslı təmirdən sonra "Şərq Bazarı" açıldı.
Çox gözəl, amma layihədə nəzərdə tutulan piyada keçidinin biri niyə yox oldu? Həmçinin, burada işıq dirəkləri olmalı idi. Piyada keçidi isə 4 hərəkət zolağı üzərindən svetoforla nizamlanan şəkildə təşkil edilməsi önəmlidir (ən azı adacıq olmalıdır).

👍9😁6😢1
🇺🇿 Daşkənd metro tikir, birdən birə 12 km xəttin və 7 stansiyanın inşası gedir.
Amma Bakıda bir neçə il ərzində 0 km yeni tunel qazılıb. Tunelləri illər əvvəl qazılmış stansiyalar isə tısbağa sürəti ilə tikilir.
Bakı metronun genişlənməsinə, xətlərin ayrılmasına vəsait demək olar ki, ayrılmır.
Eyni zamanda Abşeron yarımadasında dəmir yolunun yenidənqurulması, yeni elektrik qatarlarının alınması da baş vermir. 90 km uzunluğu olan dairəvi xətdə cəmi 8 qatar hərəkət edir və təbii ki, belə sistem müntəzəm icitimai nəqliyyat kimi xidmət təmin edə bilmir.
Tramvay sisteminin inşasından söhbət belə getmir.
Bakı kimi şəhərlərə relsli sistemlər hava-su kimi lazımdır, şəhər boğulur.
(c) Transport for Baku.

👍27😢3