İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
811 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
📺 İctimai TV bu gün yol qəzaları və davaları haqqında bir süjet hazırlayıb.

Reportajın ideyası yaxşı olsa da, əsas məqamlara, təəssüf ki, toxunulmayıb:

Bizdə yol və küçə infrastrukturu insanları qayda pozmağı vadar edir (düzgün təşkil olunmayan yolayrıcıları, piyada keçidlərinin az olması və s.). Qəzaların sayını azaltmaq üçün küçələri layihələşdirərkən insan faktorunu nəzərə almaq lazımdır;

Bizim hər gün evdən çıxıb gördüyümüz aqressiv və səsküylü küçələr, zövgsüz arxitektura və sükan arxasındakı yaşadığımız stress bizim gündəlik həyatımıza neqativ təsir edir (məhz belədir, əksinə deyil);

Yol mədəniyyəti olmur. İnsanın mədəniyyəti yoxdursa, o nə yolda öz cərgəsini saxlaya biləcək, nə də ki aptekdə öz növbəsini gözləyə biləcək.

Urbanistika psixologiyaya çox bağlı olan bir sahədir.

Maraqlıdırsa, bu kitablarla tanış olmaq tövsiyə edirəm:

📗 Colin Ellard. Places of the Heart: The Psychogeography of Everyday Life;

📗Jan Gehl. Cities for People.
👍20
Media is too big
VIEW IN TELEGRAM
🗺️ Google Maps-dən daha yaxşı naviqasiya proqramı.

Bu mobil əlavəni Budapeştdə olanda aktiv istifadə edirdim, çox köməyimə gəlmişdir. Bu videonu elə orada çəkmişəm, tramvay gözləyərkən. Lakin reportajın son variantına düşməyib.

İndi görün biz Google Maps-in həsrətinə qalanda insanlar necə rahat və faydalı app-lar icad edir.

❗️Citymapper: ⤵️
https://citymapper.com/

📹 Budapeştdən ətraflı reportaj: ⤵️
https://youtu.be/tu9lu92SuZs
7👍2
Forwarded from Əkinçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəhərlərdə velosiped infrastrukturuna sərmayə yatırmaq nə üçün önəmlidir? Şəhərsalma mövzuları üzrə müstəqil araşdırmaçı Bayram Axundov Kopenhagen şəhəri nümunəsi haqqında danışır.

Qonağımızın tam çıxışını həm YouTube kanalımızda izləyə, həm də Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz.

@akinchiproject
👍12
🇦🇪İnsan yönümlü Dubay.

Bu ifadə bir qədər qəribə səslənir, çünki Dubay tipik avtomobil yönümlü şəhərdir.

10-15 zolaqlı yollar, rekord qıran göydələnlər və gigant miqyaslar - Dubayın tipik görünüşü budur.

Lakin hətta Dubayda müasir yanaşma ilə salınan yaşayış massivlərinə rast gəlmək olar. Bura süni salınan "Bluewaters" adasıdır. İlk baxışdan Almaniya və ya Finlandiyanı xatırlayır, amma bura Ərəb Əmirliklədir.

Sakit ortaq küçələr də öz yerində. Hətta Dubayda bunu elədilər. Bəs bizdə?

#Dubay
10👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇪 Dubaydakı bu mənzərə isə avtomobil yönümlü şəhərsalmasının çox yaxşı bir nümunəsidir.

Maqistral tipli yollar, dar səkilər və çatışmayan piyada keçidləri.
👍5🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛣 Zığ yolunda yeni nizamlanan piyada keçidi təşkil olunur.

Maraqlı nüans - piyada keçidindən qabaq "səs zolaqları" çəkilib. Hərəkət istiqamətinə perpendikulyar və bir qədər qabarıq bu nişanlanma sürücülərin diqqətini çəkmək üçün istifadə olunur. Azərbaycanda çox nadir hallarda buna rast gəlinir.

Video: İlkin Babayev
👍24
🇹🇷 Türkiyənin daha bir şəhəri haqqında ətraflı reportajı izləməyə dəvət edirəm.

İzmirdə 4 milyona yaxın insan yaşayır, yəni təxmini olaraq Bakının aqlomerasiyası qədər. Bu qədər insanın mobilliyini təmin etmək üçün burada Avropanın təcrübəsini tətbiq etməyə başladılar və 2017-ci ildə sıfırdan tramvay xətləri salındı.

Bu videoda Türkiyənin üçüncü ən böyük şəhərini gəzdim, küçələri, ictimai nəqliyyatı, o cümlədən İzmirin müasir tramvayını yaxından göstərdim. Bakı kimi dənizin sahilində yerləşən bu şəhərdən biz nələri öyrənə bilərik? Gəlin, bir yerdə baxaq.

https://youtu.be/WzQ8mj64en4
8👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸ABŞ və 🇪🇺Avropada uşaqlar necə məktəbə gedir.

Təəccüblü deyil ki, Amerikadakı uşaqlar daha çox piylənmədən əziyyət çəkir və daha az sosial ünsiyyət qurmağa meyillidir.

🇦🇿 Bizdə də uşaqları əsasən valideynlər maşınla məktəbə gətirir, amma istisnalar da var.
👍16
Avtomobillər üçün istifadə edilən ərazilərin təyinatı dəyişdirilərək ictimai zonaya çevriləndə, belə layihələr əvvəlcə ələ salınır, sonra şiddətlə sorğulanır və nəhayət heç kim vəziyyəti geri qaytarmaq belə düşünmür

Foto: 🇫🇷 Lion şəhəri, Fransa

© Transport for Baku
👍202
⭕️ Deyilənə görə, Bakı Nəqliyyat Agentliyi "Mobility Week" təhlükəsizkik həftəsi çərçivəsində şəhərdə bir neçə küçələrini sakitləşdirərək, sürət həddini 30 km/s-a qədər endirmək istəyir.

Çox güman ki, söhbət ilk növbədə mərkəzi küçələrindən gedir (👆xəritədə). Burada sıx piyada hərəkəti müşahidə olunur, turistik zonadır, buradakı küçələrdə səs çirkliyi də aşağı olmalıdır.

Təbii ki, yüksək sürət həm də qəzaların əsas səbəbidir. Bu haqda bloqumuzda məqaləmiz də var.
👍24
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Yolu keçmək üçün metroya düşmək lazım deyil.

Adətən, reportajlardan qısa video parçaları InstagramTikTok-da paylaşıram, amma bu mövzudan yan keçmək olmur.

Fikir verin, piyada keçidi düz metrostansiyanın üstündə təşkil olunub. Bizdə "Neftçilər", "Qarayev", "İnşaatçılar" və bir sıra digər stansiyalar təşkil olunan ərazilərdə heç vaxt eynisəviyyəli piyada keçidi təşkil etməzlər. "Girsin metroya, o biri tərəfdən çıxsın, nə problem var ki" deyirlər. İnsanların rahatlığı, bu cür keçidlərin əlçatan olmamağı qalır ikinci planda.

🇹🇷 İzmirdə isə, bir çox digər inkişaf etmiş şəhərlərdə olduğu kimi, başa düşürlər ki, şəhərdə əsas prioritet insandır, hansı ki hər zaman ilk növbədə piyadadır. Ona görə insanları imkan olan kimi yerin altına salmırlar, daha əlverişli şərait yaradırlar.
10👍5
Bütün şəhərlər səhv edə bilər.

Müdrik şəhərlər isə öz səhvlərini düzəldə bilir.

🇳🇱 Utrext, Niderland.
👍30😱2
🇪🇺Avropa və 🇺🇸Amerikadakı tipik küçələrinin fərqi.

Bizim şəhərləri necə görmək istəyərdiniz və niyə? Şərhlərdə yaza bilərsiniz.
👍14