İnsan yönümlü şəhərlər ️
2.73K subscribers
1.58K photos
199 videos
509 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇹🇷 İzmit Belediyesindən Bakıya pay gəlib? 🙂

Dilarə Əliyeva küçəsində skamya. Şəhərdə oturacaqların quraşdırılması yaxşı bir haldır, xüsusi ilə yaşlı insanların rahatlığı üçün, onlar piyada gəzərkən tez yorulur.

Bircə sual skamyanın torpaq qazonun içində quraşdırılmasıdır. Küləkli havada burada oturanlar toz udacaqlar, yağışlı havada isə bura palçıqlıq olacaq.
​​🚲 Velosiped yolunu səkidə təşkil etmək olarmı?

Xəbər verdiyim ki, Bakıda yeni velosiped yolları salınmasına başlanılıb.

Hazırda müvafiq işlər Hökümət evinin arxasında, Üzeyir Hacıbəyli küçəsində gedir. Və burada velosiped yolu səkidə salınır. Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin ünvanına tənqidlər gəlib.

Nəyi bilmək lazımdır:

☑️ İntensiv avtomobil yolu olan küçələrdə (50+ km/s) yolun kənarını boyamaqla velozolaq təşkil etmək təhlükəlidir. Mütləq fiziki bordür olmalıdır.

☑️ Üzeyir Hacıbəyli küçəsi dövlət əhəmiyyətli küçədir, buradan ölkə rəhbərliyinin marşrutları keçir və indiki mərhələdə bu küçədə prinsipial dəyişiklik edilməyəcək.

☑️ Səki kifayət qədər genişdirsə, piyada axını yüksək deyilsə, onun 1 metrəsini veloyol üçün ayırmaq bir o qədər də problem deyil.

Həqiqi vacib məsələlər isə bunlardır:

1️⃣ Bu velosiped yolları şəhərdə vahid bir şəbəkə yaradacaqmı? Yoxsa ildə 200 metr zolaq çəkməklə kifayətlənəcəyik?

2️⃣ Yol kəsişmələri düzgün təşkil olunacaqmı? Çünki velozolaq və piyada keçidi kəsişmədə ayrı-ayrı olmalıdır.

3️⃣ Bizdə çox sevilən yeraltı piyada keçidləri velosiped üçün əlverişli deyil. Velosipedçilər nə etməlidir belə kəsişmələrdə?

4️⃣ Əksər küçələrdə səkinin eni heç piyadalara bəs deyil. Deməli, ya səki genişləndirilməlidir, ya da zolaq yola çıxmalıdır. Qurumlararası koordinasiya və anlaşılma zəif olduğundan əsas problem, mənim fikrimcə, bu mərhələdə olacaq.

Ümid edirəm, BNA Yol polisinə və icra hakimiyyətinə velosiped zolaqlarının əslində şəhərə nə qədər müsbət təsir göstərəciyini başa sala biləcək.
Media is too big
VIEW IN TELEGRAM
"Beeco eco-initative" qrupu şəhərdə parkların əhəmiyyətindən və Bakıdakı parkların kifayət qədər funksional olmamasına dair belə bir video hazırlayıb.

Yazılan hər bir cümlədə həqiqət var. İzləyin.
Bakı Nəqliyyat Agentliyi avtobus zolaqlarına daxil olan sürücülərdən şikayət etməyi davam edir.

Xüsusi ilə səhifələrindəki paylaşılan videoda bu ana fikir verdim (1-ci foto). Zolaqda dayanan "AA" nömrəli Maybach avtomobili heç kimi fikirləşmədən saxlayıb, amma bu bir qırağa.

Avtobus zolağının eni bu avtomobili ötməyə imkan vermir ki. Bunun çıxış yollarından biri avtobus zolaqlarında xüsusi bufer zolağını yaratmaqdır.

Moskvada bunu uğurla tətbiq edirlər, bu haqda ətraflı məqalə də saytımızda var. Eyni zamanda, sağa dönmə zonalarını ikinci cərgədən təşkil etməklə avtobus zolağını daha da sərbəst saxlamaq mümkündür.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🕯Bu gün Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günüdür.

Məncə yol qəzaları mövzusuna həsr olunmuş ən təsiredici sosial çarxlardan biri məhz budur. Mütləq izləyin.