İnsan yönümlü şəhərlər ️
2.68K subscribers
1.51K photos
191 videos
497 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
1) Cəmi 9 ay ərzində beynəlxalq statusuna malik hava limanı tikilir.

2) 5 ildir Nazirlər Kabineti parkinq qiymətini təyin edə bilmir.

Bəli, bunların hər ikisi bir ölkədə baş verir. 🇦🇿
Media is too big
VIEW IN TELEGRAM
Varlamov Bakıdakı çəkiliş qadağalarından danışdı.

Bloger İlya Varlamovun keçmiş post-sovet ölkələri haqqında filmlər seriyasının növbəti epizodu Azərbaycana həsr olunub.

Varlamovu Bakının bir neçə ictimai məkanlarında video çəkməyə mühafizəçilər icazə verməyib.

Nəticədə Varlamov gedib Bakıdakı zibilliyinin yanında video çəkib və bu qadağalar haqqında ətraflı danışıb.

Turist axınını artırmaq istəyən ölkə üçün çox utanç verici mənzərədir. Sona qədər izləməyi tövsiyə edirəm.
"Cərimə sevənlər üçün parkinq yeri". Görəsən, bizdə belə metodlar işləyər? 🙂

🇺🇦Ukrayna
​​Uber, Bolt və bu tip taksi-aqreqatorla tələbat yüksək olaraq qalır. Yüksək tələbat olan yerdə isə rəqabət də böyür olur, nəticədə qiymət mübarizəsi aparılır, hər kəs çalışır mümkün qədər çox müştərini özünə cəlb etsin.

Taksiyə yüksək tələbat isə ictimai nəqliyyatın Bakıda hələ də qənaətbəxş olmamasından irəli gəlir.

Nə qədər ki, avtobuslar digər maşınlarla birgə tıxacda qalır (ayrılmış zolaqların demək olar ki olmadığı üçün), köhnə avtobusların sayı əksəriyyət təşkil edir, tramvay sistemi bərpa olunmur, vətəndaşlar taksilərə daha çox üz tutacaq.

Şirkətlər də eyni zamanda sürücülərə öz minimal planları ilə belə çıxılmaz vəziyyətə qoyacaq.
Deməli, Bakı Nəqliyyat Agentliyi reklam və sosial xarakterli bir video hazırlayıb, srağagün paylaşmışdı.

Videoda parkinqə nəzarət edən və planşetlə cərimə yazan edən əməkdaşlara həsr olunub.

Onlar şikayət edir ki, onları təhqir edirlər, sürücülər qaydalara əməl etmirlər.

Məndə bir sual yaranır. 3 il bundan əvvəl BNA şəhərdə kifayət qədər kameralar quraşdırmışdır, avtomatik rejimdə onlar cərimə yaza bilirlər. Hətta xüsusi "parkon" avtomobilləri sifariş olunmuşdur, onlar küçədə hərəkət edə-edə qayda pozuntularını qeyd ala bilir.

Niyə bu texniki imkanlarından avtobus dayanacaqların önündə istifadə olunmur?

Kobud qayda pozan sürücülər 2-3 dəfə avtomatik cərimələndən sonra, bir də qələt edib orada dayanmazlar. Niyə bu işçilər bu qədər təhqir və ağır söz eşitməlidir?
🇫🇷 Eyfel qülləsini avtomobillər üçün daha əlçatan etmək üçün 1936-cı belə layihə təklif olunmuşdur.

Foto: FB/Historic Photographs
Sürücülük vəsiqəsi və dövlət qeydiyyat nömrəsinin rüsumları artırıldı.

Bəs yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artmasına necə baxırsınız?
Anonymous Poll
21%
İndiki kimi qalsa kifayətdir
45%
Bəzi cərimələr qalxmalıdır
12%
Fərqi yoxdur, üzmə-boğulma
22%
Maşın sürmürəm
🚯 Şəhərin mərkəzində zibilxana.

Bura "Torqovı" (Nizami) küçəsinə bitişən Rəsul Rza küçəsidir.

Təbii ki, bu cür vəziyyətin yaranmasına kommunal xidmətlərinin məsuliyyəti var. Amma vaxtında bu küçəni düzgün abadlaşdırsaydılar, bu küçə daha canlı olardı və belə mənzərəyə rast gəlinməzdi.

Piyadaların yol ilə hərəkət etməsi də onu göstərir ki, bu küçədə heç normal səkilər nəzərdə tutulmayıb.

Xatırladım mərkəz küçələrinin düzgün abadlaşdırılması haqqında bloqumuzda məqalə dərc olunmuşdu.

Fotonu izləyici göndərib.
🇷🇺 Moskvanın mərkəz küçələri daha təhlükəsiz olacaq.

Piyada axını yüksək olan bir sıra küçələrdə sürət limiti 30 km/s-a endirilir.

Bu küçələri daha da təhlükəsiz edəcək.

Bəs tıxaclara təsiri olacaqmı? Xeyr, çünki bu küçələrdə axının ortalama sürəti onsuzda 20-30 km/s dəyişirdi.
Bu gün Böyük Zəfər günü ilə yanaşı, Şuşanın işğaldan azad olunması günü qeyd olunur.

👆Bu gözəl görüntülər məhz Şuşada çəkilib. Sadəcə möhtəşəmdir, siz də seyr edin.

📸: @Lyokin
🚲 "Bu zolaq iqlim dəyişikliyi ilə mübarizə aparır".

Böyük şəhərlərdə havanın çirklənməsinin əsas səbəbi avtomobillərin buraxdığı dəm qazlarıdır. Misal üçün, Bakıda bu rəqəm 70% təşkil edir.

Velosiped zolaqlarının təşkil edilməsi və şəhərdə hərəkət edən avtomobillərin sayının azaldılması tək urbanist və velosiped həvəskarlarının kaprizi deyil.

Bu, ölkə inkişafının əsas strategiyasına çevrilməlidir. Bütün dünya bu istiqamətdə addımlayır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💨 Bakıda güclü külək ağacları aşırdır.

Bu sürücünün bəxti gətirdi.
"Özünü avtobusdakılardan üstün görənlər".

🚗🚍 İstər fərdi avtomobillər, istərsə də avtobuslar zolağın tələblərinə əməl etməlidir.

https://youtu.be/6F6YcHlOntw
Avtobus zolaqlarına nəzarət Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə daxil edilməlidir. Və yaxud ən azı BNA bu halların qeydiyyatını aparıb Dövlət Yol Polisinə göndərməlidir.

👆 Belə sosial çarxların niyyəti yaxşı olsa da, onların, təəssüf ki, heç bir effekti yoxdur.
🚲 Yazırlar ki, Hökümət evinin arxasında daha bir velosiped zolağının təşkilinə başlayıblar.

Çox ümid edirəm ki, bu istiqamətdə iş nəhayət olsun yerindən tərpəndi, və bu növbəti pilot layihə kimi təqdim olunmayacaq.

Velosiped yolları bütün Bakını əhatə etməlidir və bir çox hallarda səkidə deyil, yolun hərəkət hissəsində onları təşkil etmək üçün bütün şərait var.