İnsan yönümlü şəhərlər ️
2.62K subscribers
1.45K photos
185 videos
478 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirik.

Bakı və digər regionlardan xəbərlər, yeniliklər, təhlil və xarici təcrübə.

Bloq: www.city4people.az
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bütün dünyada növbələr
və insan kütləsinin idarə edilməsin müxtəlif üsulları var. Bunun üçün ən azı idarəedici məhəccərlərdən istifadə olunur.

Aeroportlarda, parklarda, attraksionların girişində belə məhəccərlər quraşdırılır. Azərbaycanın fərqli məkanlarında da bu təcrübə tətbiq edilir.

Amma yeni açılmış Bakı Zooloji Parkında (1-ci foto) belə üsullar haqqında deyəsən heçnə eşitməyiblər.

Foto: Ceyhun İmanov
Avtobus zolaqlarına dair "Ölkə.az" saytı üçün qısa şərh verdim.

Təəssüf ki, eyni zamanda mövzunu şərh edən digər ekspert və dövlət qurumlarının sözçüləri hesab edir ki, fərdi nəqliyyat vasitələrinin rahatlığı da nəzərə alınmalıdır.

Bütün sürücülərə hörmətlə yanaşıram, amma etiraf etmək lazımdır ki, şəxsi avtomobillər üçün ideal şərait yaratmaq onsuzda mümkün olmayacaq. Şəhərdə avtomobil hərəkətini deyil, mobilliyi və insanların hərəkətini təmin etmək lazımdır.

Gec-tez biz də buna gələcəyik.

Ətraflı buradan oxuya bilərsiniz: https://olke.az/iqtisadiyyat/247380/avtobus-zolaqlari-isinin-hdesinden-gelirmi/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Olar biz də Fazil Mustafanın simasında bütün deputatlara sual verək?

Yol hərəkətinə dair mövcud qanunlar ən azı 30 il köhnəlib. Bir qanunverici orqan olaraq Parlament və onun deputatları niyə yol hərəkətinin təşkilinə və təhlükəsizliyinin artırılması üçün heç bir təşəbbüs irəli sürmürlər? Hər il 1000 nəfərə yaxın insan bizim yollarda həyatını itirir. Bundan danışan yoxdur.

Ən minimal edə biləcəyiniz şey - şəhər daxiində sürət limitini 50 km/s azaldılması ola bilər. Mən hələ naftalin qoxusu gələn sovetin qanunlarından və standartlarından danışmıram. Niyə onların yenilənməsi ilə deputatlar məşğul olmur?

Yoxsa deputatların yeganə dərdi tıxac problemidir, çünki özləri bu tıxaclarda ilişib qalırlar?
​​Bir ölkədə ki:
⁃ Sürücülük vəsiqəsi kartof-soğan kimi satılır...
⁃ Yük daşımaların fəaliyyətinə nəzarət, yumşaq desək, çox zəifdir...
⁃ Maqistral tipli yolda avtobus dayanacağı təşkil olunur və onu yoldan təhlükəsiz ayırmaq üçün heç bir tədbirlər görülümür...
⁃ Mövcud dayanacaqların içində sutkalarda dayanan taksilərə heçnə deyilmir...
⁃ VƏ ƏN ƏSASI: istənilən hadisədə günahı yol infrastrukturunda deyil, tək qəza iştirakçılarının özündə görürlərsə...

...heç vaxt bugünki kimi baş verən ağır qəzaları qaçılmaz etmək mümkün olmayacaq.

Bəli, deyə bilərsiniz ki, bütün dünyada belə hadisələr baş verə bilər, bundan heç kim sığortalanmayıb. Amma normal ölkələrdə yuxarıda qeyd etdiyim heç bir məsələ belə bıabırçı vəziyyətdə deyil.

Sizcə bundan sonra nə baş verəcək?
⁃ Bəlkə, aeroport yolunda avtobus dayanacaqları daha təhlükəsiz edəcəklər?
⁃ Həmin yolda sürət həddini aşağı salacaqlar?
⁃ Sürücülük vəsiqələrinin satışını dayandıracaqlar?
⁃ 19 yaşlı sürücünü içəri basıb işi bağlayacaqlar.

Düzgün cavabı özünüz bilirsiniz.

Bu gün isə illərlə buraxdımız səhvlərin nəticəsində ən azı 5 ailə bədbəxt oldu.

Allah rəhmət eləsin.
​​4 İL BUNDAN ÖNCƏ...

Bu cavan oğlanın adı Azər Həmzəyev idi. Azər bizim dostumuz, həmkarımız, öz peşəsini çox sevən fotoqraf və ailə başçısı olub.

2017-ci ilin iyunun 8-də aeroport yolunda avtobus dayancağına minik avtomobili çırpılaraq 4 nəfəri vurub. Qəzada bir nəfər hadisə yerində keçinib, Azər isə komadan çıxmadan 4 ay sonra xəstəxanada dünyasını dəyişib.

Sözügedən hadisə məhz dünən baş verən qəza ilə eyni yerdə - Suraxanıda baş verib.

Üzərindən 4 il keçsədə, bu şosedə avtobus dayanacaqlarını daha təhlükəsiz etmək üçün HEÇNƏ edilməyib.

O vaxt baş verən hadisə yolların təhlükəsizliyinə cavabdeh olan şəxslər üçün dərs olmayıb. Nəticədə isə dünən oxşar qəza artıq 2 yox, 5 nəfərin həyatına son qoyub.

Bu nə vaxta gedər belə davam edəcək? Biz niyə ibrət götürə bilmirik axı?

Allah rəhmət eləsin...
Ukrayna dairəsini "turbo-dairə" etmək istəyirlər.

Eyni zamanda burada, nəhayət ki, eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.

Ümid edirəm, Yol Polisi bu layihə razılıq verəcək.

P.S. Ümumiyyətlə desək, DYP-ni yol hərəkətinin təşkilindən uzaqlaşdırmaq lazımdır, onların funksiyası yalnız nəzarət olmaldıır.

Video 👇
https://youtu.be/HTLoWerfSuc
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🚆 Moskva metrosunda ilk dəfə olaraq ödənişi üzü skan etməklə keçirmək mümkün olacaq (Face Pay).
Tural Yusifovun urbanistika haqqında daha bir maraqlı podkastı.

Şəhər və yollarımızda aqressiyanın səbəbi də bu podkasta izah olunur.

Vaxtınızdan 7 dəqiqə ayırıb qulaq asmağı tövsiyə edirəm:
https://open.spotify.com/episode/3uBxgcLAVJwolgAIA9RbwP?si=_c8cvAZeS0KI1RiVMbZORQ
Vətən uğrunda döyüşərkən həyatını itirən bütün şəhidlərimizin hörmətini saxlayaraq.

Lakin son 5 il ərzində ölkəmizin yollarında baş verən qəzalar bir müharibədən daha çox insan həyatı aparıb. Əslində, çox dəhşətli rəqəmdir.
👆 Dəmiryolu Vağzalının qarşısı 1884-cü ildə və bu gün.

Asfalt və parkinq sevgisi, təəssüf ki, şəhərimizin bir çox yerlərini eybəcər vəziyyətə qoyub.
"Günün parkinqi" mükafatının qalibi 🏆

Lökbatandan izləyici göndərib.

Teleqramdakı çatımıza qoşulun, foto və videolarınızı göndərin. Ən aktual problemləri səhifədə işıqlandıracağıq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əvvəl və sonra.

Şəhərdə prioritetlər düzgün qurulubsa, küçəni insan yönümlü etmək çox da çətin deyil.

🇵🇭 Filippin, Makati şəhəri
Bakı şəhərində yeni binaları tikərkən ətrafda olan memarlıq ansambl haqqında ən son növbədə düşünürlər.

Hüseyn Cavid parkındakı abidəyə görüntünü bax bu cür korladılar.
🚎 İkimərtəbəli trolleybus.

Kardiff şəhəri (Boyük Britaniya). 1960-cı illər.
🛴Bu gün xəbər çıxdı ki, Bakıda elektrosamokatların icarəsini təklif edən şirkət fəaliyyətə başlayacaq.

Razıyam ki, velosiped yolları olmayan şəhərdə belə nəqliyyat kifayət qədər təhlükəlidir (səkilərdə piyadalar üçün, yolda isə həmin samokat sürənlərin özləri üçün).

Bəli, mən də istisna etmirəm ki, 1-2 ağır qəzadan sonra bizdə həmin samokatlara qadağa qoyula bilər (ümumiyyətlə, biz qadağaları çox sevən bir ölkəyik).

Amma bu məsələdə qadağa çıxış yolu deyil. Əksinə, bu o deməkdir ki, infrastrukturun yaradılmasını biz daha da tezləşdirməliyik.

Bakı Nəqliyyat Agentliyi bizə bu il 8 km velosiped yolları söz vermişdir, heç 200 metr salınmayıb. Niyə? Ümumiyyətlə Qafqazda velosiped yolların sayına görə ən geridə qalan paytaxt məhz Bakıdır.