İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Şuşanın baş planından görüntülər.

🚲 Renderlərdə hətta velozolaqlar görünür.

🔹 Burada qalsın, bir neçə ildən sonra real nəticə ilə müqayisə etmək maraqlı olar. Şuşa Qarabağın tarixi mirvarisidir, burada o ab-havanı qorumaq çox önəmlidir.

🔹 Baş planı “Chapman Taylor” şirkəti işləyib.

#Şuşa #Başplan
👍5420
Media is too big
VIEW IN TELEGRAM
🚇 Metroda bayram günləri ilə əlaqədar keçirilən bu retro-vaqonlarının sərgisini qaçırmayın.

🕙 Bu gün saat 22:00-a qədər açıqdır.

#iminivloq
👍2513
🚲 Bayram günlərinin birini həmçinin velosiped sürməyi öyrənməklə faydalı keçirə bilərsiniz.

🔸 APAR növbəti dəfə ÖDƏNİŞSİZ təlim keçirir. Detallar və qeydiyyat linki: ⤵️

https://t.me/apar_ride/297
👍18👏32
Sizcə bu tərk edilmiş yer haradır?

🇦🇿 Azərbaycandadır.
👍20😱7
İnsan yönümlü şəhərlər ️
Sizcə bu tərk edilmiş yer haradır? ⠀ 🇦🇿 Azərbaycandadır.
⬆️ Dostlar, bura Pirallahıdır (keçmiş Artyom).

🔸 Keçmiş çörək zavodunun binası bu qədər baxımsız vəziyyətdə qalıb və dağılmağa doğru gedir.

🔸 Təəssüf ki, ölkədə və elə Bakının özündə belə yerlər az deyil.

☑️ Pirallahıdan sizin üçün ətraflı vloq hazırladıq, bu cür məkanları necə bərpa etmək olar, buranın hansı potensialı var — bu haqda da danışdıq.
34👍7
📝 Urbanist Arzu Süleymanov NİİM-ə açıq müraciət göndərib:

Hörmətli Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi,

Bu müraciətlə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında yerləşən, hal-hazırda fəaliyyətsiz olan svetoforun yenidən işə salınmasının zəruriliyini diqqətinizə çatdırmaq istərdim.

Sözügedən ərazi Bakı şəhərinin mərkəzi hissələrindən biri olmaqla yanaşı, həm piyadaların, həm də nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi bir zonadır. Ərazidə yerləşən yeraltı piyada keçidi yaşlı insanlar, azyaşlı uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün, xüsusən də uşaq və əlil arabalarından istifadə edənlər üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən yerüstü svetoforun fəaliyyəti piyadaların rahat və təhlükəsiz şəkildə yol keçidini təmin etmək baxımından olduqca vacibdir.

Qeyd etmək istərdim ki, müasir şəhər planlaşdırılmasında piyadaların hərəkət rahatlığı avtomobil hərəkətindən daha prioritet hesab olunur. Şəhər küçələrində tıxacların əsas səbəbi insanlar (piyadalar) deyil, avtomobillərin həddindən artıq çoxluğu və nəqliyyat axınının düzgün tənzimlənməməsidir. Svetoforlar isə məhz bu axını parçalayan və nəqliyyat sıxlığının qarşısını alan effektiv vasitələrdən biridir.

Bu kontekstdə Neftçilər prospektindəki sözügedən svetoforun işə salınması, həm piyadaların təhlükəsizliyinin təmin olunması, həm də ərazidə nəqliyyatın daha sistemli və axıcı şəkildə idarə olunmasına töhfə verəcəkdir.

Ümid edirəm ki, bu məsələ diqqətlə nəzərdən keçiriləcək və şəhərimiz üçün vacib olan bu addım tezliklə atılacaqdır.



☑️ Müraciəti tam dəstəkləyirəm. Prioritet piyadalara verilməsə şəhər heç kəs üçün rahat olmayacaq.
👏7116👍7
🗓 Ötən həftənin paylaşımları buraxmısınızsa:

🔹 Yeraltı piyada keçidi "zebra" ilə necə əvəzləndi — Rusiyadan misala baxdıq.

🔹 Abşeron Dairəvi Dəmir yolunda əlavə qatarlar hərəkət edəcək — aprel ayından.

🔹 AYNA Bəxtiyar Vahabzadə küçəsində və Mərkəzi Parkın yanında yeni velosiped zolağı təşkil etdi.

🔹 Kanalın əksər izləyiciləri sorğuda deyir ki, velozolaqların təşkili ilə velosiped və skuter sürmək niyyətindədir.

🔹 Bakının ən yaxşı velosiped zolaqların təşkilini burada göstərdim.

🔹 Daha bir statistika göstərdi ki, Azərbaycan Qafqazın ən az avtomobilləşmiş ölkəsidir.

🔹 Şuşanın baş planından görüntülər ictimaiyyətdə paylaşıldı.

🔹 Bakı Metrosunun retro vaqonlarını sizə göstərdim.

🔸 Biz isə sizin üçün bayram günlərində yeni vloqlar hazırlayırıq. İzləmədə qalın və işimizə dəstək olmağınızı rica edirik.

Layihəmizin fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl qrupa giriş.

#urbanhəftə
👍194👏2
Media is too big
VIEW IN TELEGRAM
🚲 Gəncədə velozolaqlar olacaq — bu səfər rəsmi.

🔹 Bu reportajda AYNA-nın Gəncə regional idarəsinin rəhbəri təsdiq edir ki, şəhərin ikinci ən böyük şəhərində velosiped zolaqları təşkil ediləcək.

🔹 Gəncə küçələrində bu il genişmiqyaslı təmir işləri aparılır (MDB Oyunları ilə əlaqədar olaraq) və keçin ilin sonu tapşırıq verildi ki, şəhərin infrastrukturu və ictimai nəqliyyat tam yenilənsin.

🔹 O vaxt qeyd etmişdim ki, Gəncəni daha insan yönümlü etmək üçün bu bir fürsət ola bilər. Belə bir istəklə bizə hətta Gəncədən izləyici yazmışdır.

☑️ İndi növbə icradadır. Ümid edək ki, Gəncədə birinci dəfədən bu uğurlu alınacaq, bu şəhərdə geniş və düşünülmüş velozolaqlar şəbəkəsi təşkil ediləcək. Bunun üçün hər cür şərait var.

#Gəncə
39👏11😁3💯1
Forwarded from Teymur Qafarzadeh
Onsuzda Sürən Yoxdur ......
😁6423👍15💩1