İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
797 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Dayanma Durma
Nizami rayonu, Qara Qarayev prospekti.

"Piyadaların təhlükəsi üçün hər şərait yaradılıb.."
🚲 Velosiped zolaqları — Berlindən öyrənək?

🔹 Parkinq və velozolaqların birgə təşkili, kəsişmələr və hətta təmir işləri zamanı müvəqqəti zolaqların nəzərə alınması — fotolarda Berlin şəhərinin təcrübəsi.

🇩🇪 Təəssüf ki, Almaniyanın 10-15 il əvvəl təşkil etdiyini səviyyəsini biz 2024-cü ildə təşkil edə bilmərik. Bu işdə təcrübəsi olan xarici ölkələrdən mütəxəssisləri heç olmasa konsultant və audit qismində çağırmaq olmazmı?

#velosipedzolaqları #Berlin
❗️ 8 noyabr prospektində sürücülər səki və velosiped zolağının anasını ağladır.

#izləyicilərdən
🚍 BRT-tipli avtobus zolaqları.

🔹 Bu cür sürətli avtobus xətləri daha çox müasir tramvay prinsipi ilə çalışır. Küçənin ortasında salınır, avtomobil axını ilə demək olar ki, münaqişə yaratmır. Qonşu dövlətlərin bir çoxunda bu sistemlərə rast gəlinir. Tiflisə də isə əyanə şəkildə bu necə işləyir sizə vloqda göstərmişdim.

🔹 Bakıda BRT salmaqdan hələ söhbət belə getmir. Amma misal üçün Şərifzadə kimi küçədə bu indiki salınan avtobus zolaqlarından daha effektiv ola bilərdi. Çünki BRT olan küçələrdə hətta parklanma da təşkil etmək mümkündür. Bu böyük maliyyə xərcləri də tələb etmir, sadəcə küçəni bir dəfə yenidən qurmaq kifayətdir.

#BRT #avtobuszolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Hər cür zolağımız var idi, üstünə “COP29” zolağı da gəldi.

🔹 “Baku-2015” zolaqları kimi, bu səfər də əsas məqsəd tədbirlə bağlı hərəkət edən nəqliyyatın şəhərdə tıxacsız hərəkətini təşkil etmək olacaq.

Video: TikTok / morphadron.