İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
797 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
💬 "Transport for Baku" səhifəsi yazır:

Şəhərin mərkəzində, Süleyman Rüstəm küçəsində səkilər cəzasız şəkildə bu cür zəbt olunur. Elə bil belə də lazımdır.

1. Bu sürücülər biclik edib parklanma ödənişindən yayınırlar və onlara qarşı heç bir tənbeh tədbiri yoxdur.
2. Bu sürücülər səkini zəbt edirlər və piyadaların yolunu kəsirlər.
3. Bakı şəhərinin dini tolerantlıq və multikulturalizm rəmzi olan keçmiş Molokan məbədinin (hazırda Salam Cinema) qarşını korlayırlar.

🔹 Xatırladım ki, səkidə parkinq etməyin cəzası 60 manat + 2 cərimə balı təşkil edir.

#səkilər
Vloqda göstərdiyimiz Azərbaycanın hansı şəhərində yerüstü piyada keçidi sökülmüşdür?
Anonymous Quiz
41%
Gəncə
31%
Mingəçevir
19%
Quba
10%
Lənkəran
🔴 Bəxti açılmayan dairə.

🔸 Yenidən qurulan 8 noyabr prospektinin başlanğıcında yerləşən bu dairədə nə geniş səkilər var, nə velozolaqlar, nə də təhlükəsiz keçidlər. Dairə haqqında videonu artıq paylaşmışdım, bu şəkillərdə vəziyyətə ətraflı baxa bilərsiniz.

✍️ Dairə ilə bağlı AYNA və AAYDA-ya göndərdiyim təklifi də son slayda əlavə etdim, gəlin paylaçacaq ki, bəlkə bu məsələ daha tez öz həllini tapar.

#8noyabrprospekti
⬆️ Koroğlu Rəhimov küçəsində sökülən keçidin “qabırğaları” hələ də qalır, ətrafını isə “sağ olsunlar” belə asfaltlayıblar. 😆
Sonra deyirlər zamanda səyahətlər mümkün deyil.

🔸 Şixəli Qurbanov küçəsində 2021-ci ildir və Bakının bu hissəsində parklanma tarifləri hələ də təsdiqlənməyib.
Media is too big
VIEW IN TELEGRAM
⬆️ 8 noyabr prospektində #çurbanplanning davam edir.

Bu səfər səkinin 90%-ni kəsib parkinqə çeviriblər.

🔸 Zəfərimizin adını daşıyan prospektin başına açmadıqları oyun qalmadı.

Video: İlkin Babayev.

#8noyabrprospekti
⬆️ Bizdə heç olmasa yuxarıdakı kimi olsun...

🔹 Maraqlıdır ki, biz bu gün urbanistik islahatlardan danışırıq, deyirik ki, küçələrimiz daha müasir və təhlükəsiz olsun. Və hətta bu #ƏvvəlSonra müqayisəsinə baxanda arzu edirik ki, yuxarıdakı variant bizim əksər küçələrdə tətbiq olunsun.

🇵🇱 Polşanın Poznan şəhərində isə hətta bu birinci baxışdan qəşənq küçədə tramvay üçün yer tapdılar, əlavə yaşıllıq əkdilər.

🔹 Şəhəri insan yönümlü, rahat, təmiz və təhlükəsiz etmək — məhz bu cür transformasiyaları nəzərdə tutur.
📢 Gündəmə gəlmişkən...

🇷🇺 Kim bilmirsə, Rusiyanın "Yandex" şirkətinə məxsus xəritələr artıq Bakı şəhərində hərəkət edən avtobus marşrutlarını və cədvəlini göstərə bilir (əgər avtobuslar tıxacda qalmasa, təbii ki).

🗺 "Yandex Maps" artıq Azərbaycan dilində də mövcuddur, hətta velosiped zolaqları da xəritəyə əlavə ediblər. Velozolaqlar heç yerli "Gomap" xəritəsində göstərmir. Və, təəssüf ki, qat-qat daha çox istifadə edilən Google Maps-də. Orada heç "BNA" mənbəsi "AYNA"-ya dəyişdirilməyib.

🇦🇿 BakıKart tətbiqi isə 10 gündür ki işləmir...