İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
771 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚦 Daha bir lazımlı yerdə piyadalar üçün svetofor qoyuldu.

🔹 Daha doğrusu — bərpa olundu. Cəfər Cabbarlı küçəsində, Nizami metrosunun çıxışına yaxın ərazidə 2019-cu ildə nizamlanmayan piyada keçidi silinmişdir ki, və o vaxt səbəbi soruşanda demişdilər "sürücülər vaxt itirir, əziyyət çəkir, tıxaca səbəb olur".

🚷 Piyadalara isə 300 metr (!) yoxuş olan küçədə (!) dairə vurub yolu keçmək təklif olunurdu. Piyadalar arasında yaşlı, uşaqlı, azmobilli insanların olması heç kimi narahat etmirdi. Ümumiyyətlə Bakı şəhərində piyadalar hər zaman ikinci planda olub və vaxtilə belə qərarlar çox yerlərdə verilib.

🔹 Yəni, sürücülər 10-15 saniyə öz komfortlu şəxsi avtomobillərdə otura-otura gözləməsin deyə, piyadalar əziyyət çəkib 15 dəqiqə əlavə dairə vurmalı idi ki, 10 metrlik yolu keçmək üçün. Zatən bunu heç kim etmirdi, hər kəs həmin yerdən yolu keçirdi və bura sadəcə əlavə qəza ocağı idi.

🔹 Nəhayət ki, bu ədalətsizlik aradan qaldırıldı və təhlükəsizlik artırıldı. Burada svetofor quraşdırıldı (razılığı hələ 2022-ci ildə alınmışdır), indi insanlar daha rahat və təhlükəsiz şəkildə yolu keçə biləcək. Piyada keçidləri məhz insan axını çox olan yerlərdə olmalıdır və onların davranışını və trayektoriyasını nəzərə alınmalıdır. Bu bütün dünyada belədir. Şəhər piyadalar üçün gərək rahat olsun ki, onlar avtomobildən asılı olmasınlar, ictimai nəqliyyatdan istifadə etsinlər və ən azı rahat və təhlükəsiz şəkildə küçələrdə hərəkət etsinlər.

❗️ Bakıda bu cür tədbirlərə ehtiyac olan yüzlərlə kəsişmə var, Cəfər Cabbarlı küçəsinin sağ əli onların başına.

#piyadakeçidləri
Yeraltı piyada keçidi həqiqətən öldürür.

🇬🇪 Tiflisdə dəhşətli faciə baş verib. Bir turist qız küçədə hərəkət edərkən yeraltı piyada keçidinin girişinə yıxılıb və dünyasını dəyişib. Fotolarda baxanda açıq-aydın görünür ki, piyada keçidinin bordürü çox alçaqdır (~30 sm), bu da tikinti və təhlükəsizlik normalarına uyğun deyil.

❗️ Amma söhbət tək texniki məsələdən getmir. Bu cür keçidlərin şəhər daxilində inşası artıq müasir şəhərsalma prinsiplərinə ziddir.

🔸 Tiflisdəki vloqdan sizə göstərmişdim ki, bu şəhərdə artıq bir çox yerlərdə yeraltı və yerüstü keçidləri svetoforla nizamlanan zebralarla əvəz edirlər. Lakin onlar tam sökülmür və bəziləri bu cür təhlükə mənbəyi olaraq qalır.

📸 Foto: X/martin_camera

#piyadakeçidləri #Tbilisi
Media is too big
VIEW IN TELEGRAM
❗️ Yeraltı və yerüstü piyada keçidləri haqqında çox yaxşı maarifləndirici bir video.

🔸 İlk baxışdan bu keçidlər yaxşı bir infrastruktur sayılsa da, mövzunu araşdıranda və dünya təcrübəsində baxanda görünür ki, bu keçmişin şəhərsalma prinsiplərinin səhvini.

🔸 Bakının misalı göstərdi ki, bu cür keçidlər tıxacları həll etməyə kömək etmədi, əksinə şəhəri daha təhlükəli və azmobilli insanlar üçün əlçatmaz etdi.

🔴 Səhvləri təkrarlamayaq. Videonu mümkün qədər çox dost və tanışlarınız arasında paylaşın.

#piyadakeçidləri
❗️ 8 noyabr prospektində daha bir "maraqlı" proses baş verir.

🔺 Yerüstü piyada keçidlərinin üzlüyünü yeniləyirlər.

🔸 Artıq bütün dünya dərk edib ki, şəhər daxilində bu cür küçədənkənar piyada keçidləri keçmişin səhvidir. İnkişaf etmiş və insan yönümlü şəhərlərdə bu cür piyada keçidləri ya sökürlür (misal üçün Tiflisdə), ya da alternativ olaraq "zebra" təşkil edirlər.

🚦 Şəhər daxilində daha əlçatan svetoforla nizamlanan keçidlərin quraşdırılması daha effektiv və təhlükəsiz olması sübut olunub.

🔸 Lakin 2024-cü ildə biz hələ də keçmişin səhvlərini təkrarlamağa davam edirik.

⁉️ Çox maraqlıdır, 8 noyabr prospektində velosiped zolaqları salınır. OK, bəs bir velosipedçi yolun bir tərəfindən digər tərəfinə bu cür yerüstü keçidlə necə keçməlidir? Qucağında və çox vaxt işləməyən eskalatorla?

🔹 Lap bu keçidləri indi sökməyək. Amma onların yaxınlığında mütləq nizamlanan alternativlər olmalıdır.

#piyadakeçidləri #8noyabrprospekti
Nəhayət bu problem öz həllini tapır.

🔹 Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi svetoforla nizamlanacaq, burada piyada keçidi təşkil olunacaq. Bu kəsişmə haqqında mən hələ keçən ilin əvvəlində yazmışdım, iki dəfə müraciətlər göndərmişdim və imtina cavabını almışdım (o vaxt BNA baxırdı bu işlərə).

💬 Yadımdadır ki, bəzi izləyicilər hələ bu piyadaları söyürdürlər, "canları çıxsın 300 metr dairə vursun" yazanlar var idi. Lakin təhlükəsiz və insan yönümlü şəhərlərdən danışırıqsa, böyük piyada axınları olan yerlərdə mütləq piyada keçidi təşkil etmək lazımdır. Əks halda konflikt və qəzalar qaçılmazdı.

🚍 Bu arada, Azadlıq prospektinin bu hissəsində də avtobus zolağı olacaq ("28 May" habı ilə birləşəcək).

#piyadakeçidləri
Media is too big
VIEW IN TELEGRAM
🚶 Piyadalar üçün şərait ən önəmli məsələdir.

Yusif Səfərov küçəsindən #minivloq.

#piyadakeçidləri
🚶 Bura piyada keçidi və svetofor lazımdır.

🔸 Əziz Əliyev küçəsi avtomobillər üçün bağlanandan sonra, Neftçilər prospekti ilə həmin küçənin kəsişməsində svetofora artıq ehtiyac qalmayacaq.

🚦 Beləliklə, svetoforu daha lazım olan yerə — Bakının iki çox önəmli "cazibə mərkəzləri" birləşdirən məkana quraşdırmaq lazımdır (İçərişəhər, Qız Qalası və Dənizkənarı Bulvarı birləşdirmək üçün).

🚷 Təxmin 10 il əvvəl bu məkanları birləşdirən piyada keçidi "tıxaclar olmasın deyə" ləğv olundu. Tıxac problemi, təbii ki, həll olunmadı, çünki tıxacların əsas səbəbi piyada keçidləri deyil.

Nəticədə isə, bu yerdə yolu keçmək üçün indi ən yaxın piyada keçidi 220 metr aralıdadır - Kukla Teatrın yaxınlığındad (o da yeraltıdır və azmobilli insanlar üçün əlverişsizdir). Bu hələ bir tərəfə olan məsafədir.

💬 Əvvəl deyirdilər ki, Neftçilər prospektində əlavə svetofor daha çox tıxac yaradacaq, amma artıq belə bəhanə yoxdur. Sadəcə mövcud svetoforun yeri dəyişir.

🔸 Şəhər mərkəzinin piyadalaşması yaxşı addımdır, amma şəhərin əsl insan yönümlü transformasiya yalnız o vaxt başlayacaq ki, biz piyada keçidlərini də əlçatan edəcəyik.

#piyadakeçidləri
🚶 Uzun illərdən sonra, burada piyada keçidi təşkil olundu.

✍️ Dəfələrlə müraciətlər yazırdım ki, Şəmsi Bədəlbəyli və Azadlıq prospektinin kəsişməsində böyük piyada axını var, mütləq keçid lazımdır. Lakin imtina cavabı alırdım.

🔹 Artıq burada hərəkətinin təşkili dəyişir, svetofor qoşulacaq və bu ərazi daha təhlükəsiz olacaq.

#piyadakeçidləri
⬆️ Yəgin ki, gələcək nəsillər bu cür işlərə baxıb bizə güləcəklər.

🇦🇿 Ağcabədidə eynisəviyyəli piyada keçidi olan yerdə yerüstü keçid tikilib. Yolun dar hissəsinə düşür, sadəcə adacıqlarla buranı daha təhlükəsiz etmək olardı.

🔸 Lakin əvəzində böyük maliyyə və vaxt tələb edən, heç bir əlçatanlığı olmayan yerüstü keçidinin tikintisinə qərar verilib.

⚠️ İndi bu ərazi yeni qəza ocağı olacaq, çünki insanlar təbii olaraq yenə də keçidin altından keçəcək, sürücülər isə yerüstü keçidi görüb piyadaları gözləməyəcək.

🔸 Regionlarda yerüstü keçid tikmək deyəsən yeni dəbə çevrilib, bundan əvvəl Cəlilabaddan belə xəbərlər gəlmişdi. Bu heç də yaxşı tendensiya deyil və yeni qəzalara gətirib çıxaracaq.

#piyadakeçidləri
⚡️ İnanılmaz!

Neftçilər prospektində son illər ərzində İLK eynisəviyyəli piyada keçidi təşkil edildi.

Əziz Əliyev küçəsi ilə kəsişmədə, Kukla teatrın yanında.

#piyadakeçidləri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚶 Neftçilər prospektindəki piyada və velokeçidinin faydası.

🚦 Əvvəl avtomobil hərəkətini nizamlayan işıqfor indi şəhəri piyada və velosipedçilər üçün daha əlçatan etdi.

#piyadakeçidləri
❗️ Burada eynisəviyyəli keçid lazımdır, və bunun heç bir adekvat əks arqumenti ola bilməz.

📺 Xəzər TV-də reportaj hazırlayıb ki, Neftçilər prospektində və Əziz Əliyev küçəsində təşkil olunan piyada keçidindən "sürücülər narazıdır", amma nədənsə jurnalist piyadaların fikrini almır. Buna baxmayaraq, reportajın özünə kadrlar düşüb ki, bu keçiddən uşaq ilə hərəkət edən ana yolu rahat keçə bilir.

🔹 İndi burada olan və güya "təhlükəsiz və rahat" sayılan yeraltı keçidlə bu ana arabanı necə keçirdəcəydi? Qucağında? Yoxsa velosipedi yeraltı keçiddən bir velosipedçi necə keçirəcək? Bu yaxınlarda bunun əyani şəkildə göstərmişdim.

🔸 Bizə tez-tez şərhdə yazırlar ki, "siz sürücülərin düşmənisiniz?". Əslində, bu şəhərin ən böyük düşməni bu reportajda rəy verən sürücülərin özləridir. Yumşaq yerinin altında avtomobil olanda, onların nə vecinə piyadalar hansı əziyyətlər çəkir?

❗️ Ümid edək ki, bu cür reportajların nəticəsində buradakı keçid ləğv olunmayacaq. Əks halda biz heç bir insan yönümlü şəhərlərdən danışa bilmərik.

#piyadakeçidləri
🚶‍♂️ Yeni keçiddən görün nə qədər insan faydalanır.

🔹 İzləyici göndərdiyi foto Neftçilər prospektində çəkilib. Bu piyada keçidi təşkil olunanda çoxları deyirdi ki, lazım deyil, onsuzda yeraltə keçid var.

☑️ Amma görünür ki, lazım olmayan elə yeraltı keçiddir. İnsanlar hər zaman daha rahat və əlçatan variant seçəcək. Üstəlik, bu keçid şəhərdə yaşayan azmobilli insanlar və velosipedçilər üçün Bulvarı daha əlçatan etdi.

Şəhərdə bir nömrəli prioritet piyada olmasa, şəhər heç vaxt inkişaf etməyəcək. Ona görə bunun davamı gəlməlidir.

#piyadakeçidləri
İnsan yönümlü şəhərlər ️
🚶‍♂️ Yeni keçiddən görün nə qədər insan faydalanır. ⠀ 🔹 İzləyici göndərdiyi foto Neftçilər prospektində çəkilib. Bu piyada keçidi təşkil olunanda çoxları deyirdi ki, lazım deyil, onsuzda yeraltə keçid var. ⠀ ☑️ Amma görünür ki, lazım olmayan elə yeraltı keçiddir.…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔺 Bu keçidi deyəsən insanlara çox gördülər.

Neftçilər prospektində piyada və görünür ki, hətta velosipedçilər (!) yeni keçiddən deyil, yerin altına yönəldilir.

Sabah bu keçid ləğv olunsa təəcüblənməyin. Qurumlar arasında vahid koordinasiya olmasa, insan yönümlü şəhərlər qurmaq çətin olacaq.

📸 Paylaşdı: Transport for Baku.

#piyadakeçidləri
❗️ŞOK! Piyada keçidini "zebra" ilə əvəz etdilər. Amma bizdə yox...

🇷🇺 Rusiyanın Belqorod şəhərində müharibədən əvvəl yaxşı islahatlar gedirdi. Belə ki, bir neçə küçədə yeraltı keçidləri işıqforla nizamlanan "zebra" ilə əvəz etdilər. Və insanlar bundan yararlanmağa başladı.

🔹 Və bu tendensiya bu gün bütün dünyada müşahidə olunur. Tiflisdə də belə misallar var. Bakı geridə qalan nadir şəhərlərdən biridir.

🔹 Əmin olun ki, digər şəhərlər də "piyadalar rədd olsun keçidə getsin" deyən sürücülər də var. Lakin bu qeyri-intuitiv islahatlar hər zaman müqavimətlə rastlaşsa da, bir müddət sonra insanlar özləri onları müsbət qarşılamağa başlayır.

#piyadakeçidləri
🚶‍♂️ Neftçilər prospektində yeni keçiddən daha bir görüntü.

Yəgin ki, yeraltı piyada keçidi rahat olsaydı, bu qədər insan bu yeni “zebra”dan faydalanmazdı.

#piyadakeçidləri
🇹🇷 İstanbulun misalında yol qovşaqların yaratdığı çətinliklərə baxaq.

🛣️ Vaxtilə burada şəhər mərkəzindən keçən bir neçə maqistral tipli yollar, yol ötürücüləri və qovşaqlar tikdilər, onlar şəhər toxumasını pozaraq piyadaların hərəkətini çox əngəllədi.

🔸 Ən böyük problem — yerüstü piyada keçidləridir. Lift və eskalatorlar olmayan yerlərdə bu keçidlər faktiki şəhəri əlçatmaz edir. Araba ilə burada hərəkət etmək çətindir.

🔹Təbii ki, İstanbuldan öyrəniləsi şey çoxdur, yaxşı misallar var (xüsusilə çeşidli ictimai nəqliyyat), lakin bu gün Bakıda tikilən yol qovşaqları güman ki eyni fəsadlara gətirəcək.

#İstanbul #piyadakeçidləri
⬆️ Danışan foto.

"Neftçilər prospektində (Kukla teatrının qarşısı) eynisəviyyəli piyada keçidi, svetofor nəyə lazımdır?" sualının ən gözəl cavabı bu fotodur.

#piyadakeçidləri
Sosial şəbəkələrdə bu video paylaşılır, deyilənə görə, "20 yanvar" dairəsində bir qrup insan özünü qəsdən maşınların altına atır.

Bu vəziyyətə bəraət qazandırmadan, birmənalı olaraq deyirəm ki, bu ərazidə mütləq eynisəviyyəli piyada keçidləri lazımdır. Nəyə görə sə, hələ də, 2025-ci ildə biz piyadalara deyirik ki, şəhər daxilində yolu keçmək metronun içərsinə daxil olun. Urbanistik islahatları tətbiq edən şəhər üçün bu absurddur.

#piyadakeçidləri
🚶🏻 Ağ Şəhərdə daha bir qaldırılmış piyada keçidi tikirlər.

🔹 Süleyman Vəzirov küçəsində orta məktəblə parkın arasında yerləşəcək hissədə piyada keçidi qaldırılmış olacaq.

Bu cür keçidin biri Mərkəzi Bulvar küçəsində artıq mövcuddur. Ağ Şəhərdə həyətlərə girişlər də bu cür təşkil olunub, bu nə üçün belə edilir sizə vloqda ətraflı göstərmişdik.

📸: Road Safety - Təhlükəsiz yol

#AğŞəhər #piyadakeçidləri