İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚲 Bülbül prospektində yolun hər iki tərəfindən ikitərəfli velosiped zolaqları niyə salınıb?

Məsələ ondadır ki, ilin əvvəlində burada velosiped zolağını yolun sağ tərəfi ilə, parkinq cibinin içi salmışdılar. Hansı ki bu cib gedib yeraltı piyada keçidinə dirənib, heç yolayrıcına çatmırdı. Bunu mən o vaxt stories-də işıqlandırmışdım.

🔹 İndi isə səhvi başa düşüb, velozolağı keçirdilər yolun sol tərəfinə və düz Neftçilər prospektinə qədər maneəsiz gedir və bulvar ilə birləşir. Amma sağ tərəfdəki zolağı da silmədilər, nəticədə gülməli vəziyyət yaranır - yolun hər iki tərəfindən ikitərəfli velozolaqlar salınıb.

🔸 Bu parkinq cibini ümumiyyətlə bağlayıb səkini genişləndirmək lazımdır, çünki Sahil metrosunun girişini önündə böyük insan axını var. Bu işlər vaxtında düzgün görülsəydi, indi lağa qoyulmazdı.

Foto: Elçin Əliyev.
İnsan yönümlü şəhərlər ️
🚲 Bülbül prospektində yolun hər iki tərəfindən ikitərəfli velosiped zolaqları niyə salınıb? ⠀ Məsələ ondadır ki, ilin əvvəlində burada velosiped zolağını yolun sağ tərəfi ilə, parkinq cibinin içi salmışdılar. Hansı ki bu cib gedib yeraltı piyada keçidinə dirənib…
⬆️ Bu da sözügedən ərazi.

🔹 Bu arada, deyirdilər velosiped zolaqlarından istifadə edən olmayacaq. Bu zolaqları AYNA normal şəbəkə olaraq bütün şəhərdə təşkil edə bilsə, həm velosipedə həm də skuter istifadəçiləri xeyli artacaq.

Foto: Fuad Tofigoglu.
🇦🇿 BURA GƏNCƏDİR.

Ərazisinə görə ölkənin ikinci ən böyük şəhərindən urbanistik icmal hazırladıq. Tarixi binaları və küçələri necə qoruyaq, turistik potensialı necə inkişaf edək? İctimai nəqliyyatı nə vəziyyətdir? Və hətta tramvayın qaytarılması perspektivlərindən danışdıq.

➡️ https://youtu.be/UHiQl795eKs

Səhnəarxası kadrları izləmək və vloqu daha ətraflı müzakirə etmək üçün isə özəl Telegram-kanalımıza qoşula bilərsiniz. Həmçinin bizə Patreon-da dəstək verməklə vloqun daha geniş versiyasını izləyə biləcəksiniz.

#Gəncə #vloq
🇵🇱 Polşada son illər baş verənlər urbanistik transformasiyalar.

Cəmi 35-40 il əvvəl bura Azərbaycan kimi Şərqi Avropanın ortastatistik sosialistik ölkəsi idi. İndi isə fərqə baxın.
Forwarded from Əkinçi
Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir?

Növbəti videomuzda memar Dilqəm İsmayılov Bakının baş planı və idarəetmə barəsində danışıb.

@akinchiproject
⚡️ Deyilənə görə artıq tək bazar deyil, şənbə günlərində də mərkəzi küçələr avtomobillər üçün bağlanacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vloq səhnələri heç də birinci dubldan alınmır. 😆

Kanala dəstək olanlar üçün səhnərarxasında qalanları paylaşırıq

Özəl kanalımıza qoşulanlar üçün də görə bilir. Anonslar və müzakirələrmiz də var 😉
🚲❗️ Səkiləri daraldaraq velozolaq salmaq olmaz.

Xüsusilə əgər Bakı kimi dar səkilər olan şəhərdən söhbət gedir. Təəssüf ki, yenə də səkinin hesabına salınan velozolaqlar salınır (birinci fotoda Süleyman Ələsgərov küçəsi).

🔸 Filarmoniya bağında isə sadəcə "velosiped və piyadaların birgə hərəkəti" nişanını quraşdırıb insanlara "biri-birinizi yola verin" deyirlər. Heç olmasa bulvarda olduğu kimi boya ilə ayırmaq olar, əgər müqəddəs avtomobil zolaqlarına əl dəymək istəmirsiniz.

🔸 Halbuki Filarmoniya bağında bulvardakı kimi geniş piyada yolları yoxdur, burada daima konfliktlər olacaq. Xüsusilə elektoskuterlər problem yaradacaq piyadalara.

🔹 Ortaq səki+veloyol necə ola bilər, onun da fotosunu əlavə edirəm.

Foto: Cycling Baku.
🇦🇿 Gəncənin rənglənmiş tarixi fotosu.

Vloqda göstərdiyimiz körpüdən tramvay keçir. Arxa planda Nizami heykəli, ağacların yerində isə sonradan "Kəpəz" mehmanxanası tikilir. Solda köhnə Dram teatrın binası, foto özü isə üzbəüz yerləşən Rus kilsəsindən çəkilib (indiki Kukla teatrı).

🚊 Gəncə tramvayı 1933-1974-cü illərdə fəaliyyət göstərmişdir.

Təəssüf ki, bu gözəl şəklin müəllifini tanımıram.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Bakıda səkiləri kartof-soğan kimi satmağa davam edirlər.

Hansı qurumdan soruşsanda, deyəcəklər "Bizlik deyil, biz COP-a hazırlaşırıq."
💬 "Ay qaqa, ay admin qardaş, Bakıda heç kim velosiped alıb sürən deyil" deyən izləyicilərə atəşli salamlar. 👋
İnsan yönümlü şəhərlər ️
❗️ Bakıda səkiləri kartof-soğan kimi satmağa davam edirlər. Hansı qurumdan soruşsanda, deyəcəklər "Bizlik deyil, biz COP-a hazırlaşırıq."
⬆️ Arxitektura Komitəsi cavab yazıb ki, sözügedən səkiyə baxış keçiriləcək.

Çox güman ki, bərpa olunacaq olduğu vəziyyətinə və operativ reaksiyanın olması yaxşı haldır, amma bu sistem xarakteri daşımalıdır.

🆘 Misal üçün, bir qaynar xətt olmalıdır ki, kimsə belə halları görsə dərhal məlumat verə bilsin. Bu, KİV səviyyəsinə hər zaman çıxmalı deyil.