İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İnsan yönümlü şəhərlər ️
❗️ "8 noyabr" prospektinin gələcəyi çox önəmlidir. ⠀ Artıq 10 gündən çoxdur ki, bu prospektdə işlər başlayıb, lakin buranın necə olması haqqında ictimaiyyətə məlumat verilməyib. Deyə bilərsiniz ki, "Onsuzda heç vaxt məlumat verilmir", amma məhz bu səfər vəziyyət…
✍️ AAYDA-n cavab gəldi.

Qeyd olunur ki, "8 noyabr" prospektinin təmiri COP29 ilə əlaqədardır, və müasir standartlara uyğun həyata keçiriləcək.

Amma layihəni yenə də açıqlamadılar, sadəcə qeyd etdilər ki məlumat rəsmi saytda paylaşılacaq. İndiyə qədər "8 noyabr"da aparılan işlər ilə bağlı yeganə xəbər isə budur.
Avtomobil ilə tıxacda yoxsa tıxacsız avtobusda - nəyi seçərdiniz?

Rəşid Behbudov küçəsini ayrılmış zolaqda avtobus 5 dəqiqəyə keçir, maşınlar 20-30 dəqiqəyə.

🔹 İnsanları ictimai nəqliyyata cəlb etmək tıxaclarla əsas mübarizə üsullardan biridir.

📸 Foto: Ibrahim Ojadov.
⬆️ 8 noyabr prospekti belə olacaq.

Bir müddət öncə paylaşdığım təklifi cüzi fərqlə reallaşdıracaq.
İnsan yönümlü şəhərlər ️
⬆️ 8 noyabr prospekti belə olacaq. Bir müddət öncə paylaşdığım təklifi cüzi fərqlə reallaşdıracaq.
🌳 Ağaclar yoxdur?

Layihəyə diqqətlə baxanda fikir vermək olar ki, sxemdə ağaclar nəzərdə tutulmayıb.

🔹 Ağacların məhz bu küçədə vacibdir ki, onlar kölgə yaradır ki, yayda rahat piyada və velosiped sürmək olsun.

Asfalt səhrası buranın mikroiqlimini çox isti edəcək.

🔸 Çox maraqlıdır ki, bu onun fonunda baş verir ki AAYDA layihənin yenidənqurmasını “COP29” ekoloji tədbirlə əlaqələndirlib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sizdən ola bilsin soruşsunlar,

“Bəs İnsan yönümlü küçə və şəhər nədir ki? Konkret misal göstərin”.

Bu videonu göstərə bilərsiniz.

🇸🇰 Bratislavadan nümunə.
⚠️ "8 noyabr" prospektində yaşıllıq zolağının olmaması ciddi narahatlıq törədir.

Ona görə bundan öncə layihəyə ilə bağlı cavab verən AAYDA-ya daha bir müraciət göndərdim.

🌳 Əgər burada ağaclar əkilməsə, nə piyada, nə velosiped ilə hərəkət etmək normal mümkün olmayacaq. Həm yay aylarında çox isti olacaq, üstəgəl dəhşətli dərəcədə səs kirliyi yaranacaq (8 hərəkət zolağını nəzərə alaraq).
⚠️ Dostlar, zaman göstərir ki, bu gün şəhərimizi yaxşı tərəfə dəyişməyin demək olar ki, yeganə yolu - daimi maarifləndirmə, işıqlandırma və müraciətlər yazmaqdan keçir.

Bu cəhətdən əlimdən gələni etməyə davam edəcəm 🤝

Çünki mən də sizin kimi düşünürəm ki, hamımız daha rahat və təhlükəsiz mühitdə yaşamağa layiqiq.

☑️Əgər mənə bu yolda dəstək göstərmək istəyirsinizsə, təzəlikcə yaradılan özəl kanala abunə olmağı dəvət edirəm.

➡️ https://t.me/tribute/app?startapp=s5ac

Sizinlə bu kanalda:
Vloqların anonsları ilə paylaşıram.
Səhnə arxasında qalanları göstərirəm.
Əsas kanalda çıxmayan videoları paylaşıram.
Təcrübəmə əsasən səyahət məsləhətlərimi bölüşürəm.

🇸🇰 Misal üçün, bu gün Bratislavanın nəqliyyat muzeyindən bir vloq paylaşdım sponsorlar üçün.

🔹yalnız bu gün və sabah kanala abunə simvolik 1€ olacaq (sistemdə minimal mümkün məbləğ).

🔸 Lakin əsas məsələ - daha çox maddi dəstək - daha çox yeni və keyfiyyətli kontent yaratmaq imkanıdır.

Dəstəyinizi əsirgəməyin, hər kəsə təşəkkürlər! 🫶
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇿 Praqada yeni hava limanı ekspress marşrutu istifadə verildi.

🚎 Bundan öncə test rejimində hərəkət edən 24-metrlik, üç seksiyalı bu trolleybuslar "Aeroport-Şəhər mərkəzi" marşrutunda dizel avtobusları əvəz etdi.

❗️ Önəmli bir məqam: bu marşrutda hərəkət edən bu ekspres-marşrutun hər yerində ayrılmış zolaqlar var. Yəni, onun dəqiq qrafiklə işləməsi təmin olunub. Təəssüf ki, Bakıda hərəkət edən aeroport-ekspres Puşkin küçəsində pik saatlarında 20-30 dəqiqə tıxacda ilişir.
🇺🇸 Nyu-Yorkun mərkəzinə giriş ödənişli olacaq.

İyun ayından etibarən Nyu-Yorkun Manhetten rayonuna avtomobil ilə pik saatlarında daxil olmaq üçün 15 dollar, qeyri-pik saatlarında 3,75 dollar ödəmək lazım olacaq.

🔹 Şəhərin rəhbərliyi deyir ki, beləliklə tıxacların qarşısını nisbətən alınacaq, hava isə daha təmiz olacaq. Ehtimal olunur ki, bu qərar şəhər büdcəsini ildə əlavə 1 milyard dollar gətirəcək. Bu məbləğ ictimai nəqliyyatın inkişafına və küçələrin təmirinə xərclənəcək.

Bakıda belə qərarın tərəfdarısınız?

#ABŞ
🚍 Bakıda elektrik avtobuslar BYD-dən olacaq.

Yadınızdadır, AYNA bir neçə elektrik avtobus test üçün gətirmişdir. Deyəsən, artıq seçim edildi. Çinin "BYD" şirkəti ilə əməkdaşlıq edəcəyik.

🔌 Həmin avtobuslar Sumqayıtda yığılacaq. Amma onlar heç vaxt tramvayı əvəz edə bilməyəcək. Bu şəhərə mütləq tramvay qayıtmalıdır.
⚠️ Ramazan bayramı günlərində də mərkəzi küçələr piyadalaşacaq.

Bu tədbirlərin məqsədləri və faydası haqqında vloqu artıq izləmisiniz?
İnsan yönümlü şəhərlər ️
⚠️ Dostlar, zaman göstərir ki, bu gün şəhərimizi yaxşı tərəfə dəyişməyin demək olar ki, yeganə yolu - daimi maarifləndirmə, işıqlandırma və müraciətlər yazmaqdan keçir. Bu cəhətdən əlimdən gələni etməyə davam edəcəm 🤝 ⠀ Çünki mən də sizin kimi düşünürəm ki…
🕕 Özəl urbanistik kanalımıza qoşulmaq üçün son 4 saat.

➡️ https://t.me/tribute/app?startapp=s5ac (bu gün 1€, sabahdan 3€).

İndiyə qədər ümumi kanalda paylaşa bilməyənləri bu kanalda hissə-hissə paylaşacam, dəstək olanların sayı çox olsa sırf bu kanal üçün daha çox ekslüziv kontent hazırlayacam, kanala gələn suallarınıza ətraflı cavab verəcəm.

☑️ Yığılan vəsaitlər YouTube-kanalının inkişafına yönləndiriləcək.
Görəsən bizim şəhərləri nə vaxtsa bu cür görmək bizə nəsib olacaqmı?

🇳🇱 Amsterdam.

Foto: Peter Ejikman.
Dilarə Əliyeva küçəsi.

📸: Hazırladı: Arif Hacısoy.
🙃 Boyun nahiyəsi üçün məşqlər avtobusdan ayrılmadan.

Paylaşdı: Bayram Axundov.
🇪🇺 Avropada yaşayan həmyerliniz Tarıqulu Xasizadə Teleqramda maraqlı kanal yaradıb.

Biz danışdığımız şəhər, nəqliyyat və eyni zamanda digər mövzularda foto və videolar paylaşır.

➡️ https://t.me/avropadan

🇭🇺 Tarıqulu bəy ilə Budapeştdən birgə vloqumuz da olub, buradan izləyə bilərsiniz.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚇 Metro bu gün səhər.

Bakının əhalisi günü-gündən artır, ictimai nəqliyyat sistemində hələ də N qədər problem qalmaqdadır.

🔸 Yeni stansiyalara pul ayrılmır, avtobuslar qrafik üzrə işləyə bilmir, ayrılmış zolaqlar yoxdur, şəhərdə tramvayı qaytarmaq istəmirlər - ortastatistik şəhər sakinini bu səbəblər maraqlı deyil.

❗️ Əgər siz insanlara deyirsiniz ki, avtomobili evdə qoyun və taksidən də az istifadə edin - onun əvəzində onlara yaxşı ictimai nəqliyyat verin.

Video: Saleh Nəsirovun səhifəsindən.
❗️ Gəlin bu postu saxlayaq bir qırağa, ilin sonuna qismət olsa yenidən qayıdarıq.

Bugünki metro səhnəsini bir neçə səhifə paylaşıb, müxtəlif rəylər gəlir. Yazılanların arasında stereotip düşüncələr olsa da, birmənalı olaraq onunla razılaşmaq lazımdır ki, bu gün Bakı şəhərində rahat və əlçatan ictimai nəqliyyat mövcud deyil.

Bəli, bəzi marşrutlarda müasir avtobuslar və nadir hallarda işləyən avtobus zolaqları var, 27 metrostansiyası var ki, şəhəri tam kollapsdan xilas edir. Amma mövcud vəziyyət insanları şəxsi avtomobildən və taksidən imtina etmək iqtidarında deyil.

Bunun üçün nə lazımdır? Gəlin əsas prinsipləri sadalayaq:

🔹 Avtobus dayanacaqlarına təhlükəsiz çatmaq üçün normal səkilər olmalıdır.

🔹 Dayanacaqlarda avtobusların qrafikləri olmalıdır.

🔹 Avtobuslar müasir və sayı kifayət qədər olmaldır.

🔹 Avtobusların HEÇ BİRİ tıxacda dayanmamalıdır, ayrılmış zolaqlar HƏR YERDƏ olmalıdır.

🔹 Avtobusların hamısında gediş kart ilə olmalıdır, pulsuz transfer olmalıdır.

🔹 Aylıq və illik abunəlik sistemi olmalıdır.

🔹 GoogleMaps və ya digər tətbiq üzərindən marşrut qurmaq imkanı dəqiq işləməlidir.

Neçəsini Bakıda saydınız? Hələ tramvayların qayıtmasını və metronun genişləndirməsini qıraqda qoyaq.

Təbii ki, Bakıda vahid bələdiyyə olsaydı və onun öz büdcəsi formalaşsaydı vəziyyət çox güman ki başqa olacaqdır. Amma inanmağım gəlmir ki, mövcud yaşanan kritik vəziyyəti həll etmək heç kim istəmir.

Çünki bu böhrandan hər kəs uduzmuş olur. Hər birimiz tıxaclardan və yollardakı stresdən bezmişik. Küçəyə çıxan kimi aqressiv mühit bizim ömrümüzü azaldır, həyatımıza mənfi təsir edir.

🇦🇿 İlin sonunda Bakıda "COP29" keçiriləcək. Adətən tədbir qabağı şəhərdə vacib məsələləri çalışırlar həll etsinlər. Düşünürəm ki, bu gün Bakı şəhərində mobillik ən önəmli məsələlərdən biridir. Elə ona görə yuxarıdakı siyahıya ilin sonunda bir daha qayıtmağı təklif edirəm. "COP"-a görə yox, özümüzə görə. Axı bu şəhər bizimdir, onun yaşamalı olması ilk növbədə bizim marağımızdadır.