İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔁 Küçənin insan yönümlü transformasiyası nə verir?

Axının sakitləşdirilməsi
Təhlükəsizliyin artması
Səs kirliyinin azalması
Əlçatanlığın təmin edilməsi

Piyadalar üçün daha əlverişli şəraitin yaradılması
Ağac və yaşıllığın çoxalması
İsti günlərdə əlavə kölgələrin yaradılması (küçənin sərinləşdirilməsi)
Havanın daha təmiz saxlanılması

Küçə mebellərin və ictimai məkanların əlavə edilməsi
İnsanların psixoloji cəhətdən daha sağlam mühitdə yaşaması

🔹 Təhlükəsiz, rahat və sağlam mühitdə yaşamaq istəyiriksə dünya tendensiyasına bizim şəhərlər mütləq qoşulmalıdır.
🇦🇿🚊 Azadlıq prospektinə mütləq tramvay qayıtmalıdır.
💬 Dünya: "Yeraltı və yerüstü keçidlər köhnə təcrübədir, gəlin sökək."

💬 Həmin an Cəlilabad: ⬆️
🇸🇰 Vloqun növbəti buraxılışı Bratislavadandır.

Burada da Bakı kimi tarixi mərkəzi küçələr, eyni zamanda sovet dövründə salınan tipik mikrorayonlara rast gəlmək olar. Lakin bizdən fərqli olaraq bu şəhərdə tramvayı qoruya bildilər, küçələri isə insan yönümlü etməyə başladılar.

🔹 Bizim üçün yaxşı nümunələr götürə biləcək şəhərdə urbanistik icmalı artıq kanalda izləyə bilərsiniz:

➡️ https://youtu.be/PiUcqCl_akk

#vloq #Bratislava
Dostlar, özəl bir kanal açdım, kanalda çəkdiyim vloqların səhnəarxası görüntüləri paylaşacam, ətraflı müzakirələr edə bilərik, ideyalarınızı və təkliflərinizi göndərə biləcəksiniz.

Abunə olmaqla siz həm layihəyə dəstək olmuş olursunuz, həm də eksklüziv kontent görə biləcəksiniz:

https://t.me/tribute/app?startapp=s5ac

🔹 Patreon-da qoşulanlar da bu kanala avtomatik giriş əldə edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🚲 “8 noyabr” prospektində velosiped zolağı salınır.

Çox yaxşı, amma layihənin təqdimatını hələ də gözləyirik.

Fotoda olan prospektin ən asan hissəsidir. Öndə olan kəsişmələr və keçidlər necə olacaq? Həm də bir çox yerlərdə səkilər yoxdur ümumiyyətlə.
Media is too big
VIEW IN TELEGRAM
Xırdalan niyə bu vəziyyətdədir?

"Podxana" kanalının aparıcısı Orxan Zakirov və urbanist Bayram Axundovun maraqlı söhbətindən bir parça. Urbanistika ilə maraqlanan hər kəsə bu 46-dəqiqəlik podkasta qulaq asmağı tövsiyə edirəm.

🔹 Xatırladım ki, Bayram Mingəçevir haqqında hazırladığım vloqun da qonağı olub.
⚠️ Şəhərdə tikintiyə nəzarətin vacibliyini çox yaxşı vurğulayan fotolar.

Bakı şəhərinin ən möhtəşəm tarixi binasına - Köhnə Sabunçu vağzalına küçə səviyyəsindən mənzərəni yeni tikilən yaşayış binaları bu cür pozdular.
🇬🇪 Tbilisidə daha bir prospekti insan yönümlü etdilər.

🚧 Yenidənqurmadan çıxmış Tsereteli prospektində də ayrılmış avtobus zolaqlarını küçənin ortasında etdilər, lakin Çavçavadzedən fərqli olaraq avtobuslar burada artıq əks istiqamətdə hərəkət etmir. Hər tərəfdə ayrı-ayrı dayanacaqlar var.

💡 Prospektdə həmçinin yeni LED-işıqlandırmalar quraşdırılır.

🔸 Tiflisdə son 3 ildə aktiv şəkildə urbanistik islahatlar gedir, şəhərdə ictimai nəqliyyata prioritet verilir.

🔹 Videosu burada.

Sağ əli “8 noyabr” prospektinin başına.
İnsan yönümlü şəhərlər ️
❗️ "8 noyabr" prospektinin gələcəyi çox önəmlidir. ⠀ Artıq 10 gündən çoxdur ki, bu prospektdə işlər başlayıb, lakin buranın necə olması haqqında ictimaiyyətə məlumat verilməyib. Deyə bilərsiniz ki, "Onsuzda heç vaxt məlumat verilmir", amma məhz bu səfər vəziyyət…
✍️ AAYDA-n cavab gəldi.

Qeyd olunur ki, "8 noyabr" prospektinin təmiri COP29 ilə əlaqədardır, və müasir standartlara uyğun həyata keçiriləcək.

Amma layihəni yenə də açıqlamadılar, sadəcə qeyd etdilər ki məlumat rəsmi saytda paylaşılacaq. İndiyə qədər "8 noyabr"da aparılan işlər ilə bağlı yeganə xəbər isə budur.
Avtomobil ilə tıxacda yoxsa tıxacsız avtobusda - nəyi seçərdiniz?

Rəşid Behbudov küçəsini ayrılmış zolaqda avtobus 5 dəqiqəyə keçir, maşınlar 20-30 dəqiqəyə.

🔹 İnsanları ictimai nəqliyyata cəlb etmək tıxaclarla əsas mübarizə üsullardan biridir.

📸 Foto: Ibrahim Ojadov.
⬆️ 8 noyabr prospekti belə olacaq.

Bir müddət öncə paylaşdığım təklifi cüzi fərqlə reallaşdıracaq.
İnsan yönümlü şəhərlər ️
⬆️ 8 noyabr prospekti belə olacaq. Bir müddət öncə paylaşdığım təklifi cüzi fərqlə reallaşdıracaq.
🌳 Ağaclar yoxdur?

Layihəyə diqqətlə baxanda fikir vermək olar ki, sxemdə ağaclar nəzərdə tutulmayıb.

🔹 Ağacların məhz bu küçədə vacibdir ki, onlar kölgə yaradır ki, yayda rahat piyada və velosiped sürmək olsun.

Asfalt səhrası buranın mikroiqlimini çox isti edəcək.

🔸 Çox maraqlıdır ki, bu onun fonunda baş verir ki AAYDA layihənin yenidənqurmasını “COP29” ekoloji tədbirlə əlaqələndirlib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sizdən ola bilsin soruşsunlar,

“Bəs İnsan yönümlü küçə və şəhər nədir ki? Konkret misal göstərin”.

Bu videonu göstərə bilərsiniz.

🇸🇰 Bratislavadan nümunə.
⚠️ "8 noyabr" prospektində yaşıllıq zolağının olmaması ciddi narahatlıq törədir.

Ona görə bundan öncə layihəyə ilə bağlı cavab verən AAYDA-ya daha bir müraciət göndərdim.

🌳 Əgər burada ağaclar əkilməsə, nə piyada, nə velosiped ilə hərəkət etmək normal mümkün olmayacaq. Həm yay aylarında çox isti olacaq, üstəgəl dəhşətli dərəcədə səs kirliyi yaranacaq (8 hərəkət zolağını nəzərə alaraq).