WEB Plus - Global
810 subscribers
984 photos
175 videos
327 files
1.17K links
Kanalın mövzusu⬇️
•Kriptovalyuta
•Online Qazanc
•Faydalı Proqramlar
•Müasir Texnologiya

Qaydalar⬇️
•Reklam Olmaz.
•Söyüş Olmaz.
•Xanımları şəxsidən narahat etmək olmaz.

STFU Qoruma Var daşıma.
Download Telegram
️FlutterFlow - Google-un mobil tətbiqetmə qurucusu

📌Tək bir kod bazasından gözəl, qaynaqla tərtib edilmiş mobil, veb və masa üstü tətbiqetmələr yaratmaq üçün Google istifadəçi interfeysi alətlər dəstidir.

#saytlar
🗣️@prowebtechnology1
Texnologiyanın inkişafı, lazımsız təbəqə yaradacaq və həmin təbəqəyə kimlər daxil olacaq?

📌Texnologiyanın inkişafı, lazımsız təbəqənin yaranmasına gətirib çıxardacaq. O lazımsız təbəqə hansı ki, onun nümayəndələri heç bir işə düzələ bilməyəcəklər. Təbii ki, yaşamaq üçün onlara ümumi gəlir mənbəyindən vəsait ödəniləcək. Lakin onlar həyatın mənasını virtual dünyalarda və o cümlədən kompüter oyunlarında axtarmalı olacaqlar.
📍Bu cür proqnozu israilli tarixçi Yuval Noah Harari verib. “Homo Deus: A Brief History of Tomorrow” kimi kitabın müəllifi olan Yuval Noah Harari öz məqaləsində qeyd edib ki, gələcəkdə alqoritmlər və robotlar, insanların bütün peşələrini əllərindən alacaq. Lakin bunun əvəzində insanlara digər məşğuliyyət növləri aktiv olacaq.
❗️Onun fikrincə gələcəkdə virtual dünyaların dizayneri kimi bir peşəyə böyük tələbat olacaq. Lakin həmin peşəyə sahiblənmək hər insana nəsib olmayacaq. “Bu iş kreativlik və çeviklik tələb edəcək və hələki bilinmir ki, gələcəkdə 40 yaşlı işsiz taksi sürücüsü və ya sığorta agenti, virtual dünyaların dizayneri vəzifəsində çalışa biləcək yoxsa yox” – deyə Harari bildirib.
🔰Hətta ənənəvi peşə sahibləri yeni ixtisas növlərinə yiyələnsələr belə, dünya dəyişmək də davam edəcək. Harari əmindir ki, müəyyən müddətdən sonra istənilən mütəxəssis özünü yenidən kəşf etməli olacaq. Gələcəyin problemi, yeni iş yerlərinin yaradılmasında deyil, insanların alqoritmdən daha yaxşı görəcəkləri peşələrin yaranmasıdır.
“2050-ci ilə kimi yeni lazımsız təbəqə yaranacaq. Həmin təbəqəyə təkcə işsiz adamlar deyil, mövcud olan işə yiyələnməkdə aciz qalmış insanlar da daxil olacaqlar” – deyə Harari qeyd edib.

#saytlar
@prowebtechnology1