Channel created
Channel photo updated
TARGET_LISTENING_1_BOOK.pdf
33.1 MB
Listening bacarığınızı inkişaf etdirmək üçün pulsuz vəsait.
👋 Hər kəsə salam. Yaxın zamanlarda Laravel'in yeni, 10-uncu versiyası yayımlandı və mən də, yeni versiyada gələn yeniliklər barəsində video çəkmək qərarına gəldim. Ümid edirəm, yararlı olacaq. Bəyənsəniz, repost edə və digər platformalarda da paylaşıb dəstək ola bilərsiniz. Xoş izləmələr! 😊

⚡️ https://youtu.be/89jjIWoyGPY

#laravel #video #laravel10 #programming #php
🔥 Apple yeni məhsullarını təqdim etdi. Təqdim edilən məhsullar arasında iPhone 15 də var.

🥳 Yeni iPhone modelləri artıq USB-C port’u ilə təqdim olundular.

🙏 Həmçinin, iOS 17’ni də təqdim edən Apple, 18 Sentyabr’dan istifadəyə veriləcəyini açıqlayıb.

💔 iPhone X və X’ə qədər olan modellər iOS 17’dən yararlana bilməyəcəklər.

😇 iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində, səs açıb-bağlama düyməsi yerini çox funksiyalı digər bir düymə ilə dəyişib.

🍿 https://www.youtube.com/live/ZiP1l7jlIIA?si=LszQqcUyACEnJKW7
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
📕 Eckhart Tolle'un 'İndinin Gücü' adlı kitabı, insanların həyatlarında daha dərin bir məna və sükunət tapmasına kömək edən fəlsəfi bir kitabdır. Tolle, bu kitabında keçmiş və gələcəyə asılılığın insan ruhunu necə bağladığını və gerçək həyatın ancaq və ancaq indi yaşandığını vurğulayır. Onun fikrincə, indiki anı tam anlamıyla qəbul edərək və onda yaşayaraq, insanlar təmənnasız bir şükrün və iç sükunətin keyfini çıxara bilərlər. 'İndinin Gücü', özünü və dünyanı daha dərin bir perspektivdən tanımağı istəyən oxucular üçün mükəmməl bir mənbədir.

📚 Goodreads üzərindən oxuduğum kitabları izləyə və öz oxuduğunuz kitabları da profilinizə əlavə edə bilərsiniz. Dəvət link’i: https://bit.ly/3EF3BNA
İtaliyanin şimal-şərqində yerləşən Venesiya şəhəri, 118 adacıq üzərində qurulmuş bir şəhərdir. Bu şəhərdə əsas nəqliyyat vasitəsi qondolalardır. Qondolalar, Venesiyada bir qayıq növüdür və onu idarə edən şəxs isə qondolyer adlandırılır. İlk dəfə XI əsrdə istifadəsinə başlanılmışdır.
Venesiya, karnavalı ilə də məhşurdur. Venesiya Karnavalı, dünyanın ən məşhur karnavallarından biridir. Rəngarəng kostyumlər, maskalar, musiqi və küçə əyləncələri ilə dolu bu tədbir hər il təşkil olunur.
Həmçinin, dünyanın ən qədim kafesi də burada yerləşir. Caffè Florian, 1720-ci ildən günümüzədək fəaliyyət göstərməkdədir.
Bu şəhərdə gəzmək məni heç yormadı. Qondolaların sakit sular üzərində hərəkəti, şəhərin gizli tarixi sirrləri, rəngarəng evlər insanın ruhunu qidalandırırdı.
Özümə yeni il hədiyyəsi olaraq çox maraqlı kitablar aldım. Zamanla, bir-bir sizinlə paylaşacam 🫶🏻

Bayramınız mübarək, 2024-də görüşənədək ❤️
Oturaq işdə işləyirsiniz, aktiv həyat tərzi keçirmirsiniz və çoxdandır idmana başlamaq istəyirsiniz?

Sizin üçün 30 günlük promokod paylaşıram!

1Fit abunəliyi vasitəsilə, Bakıda 100-dən çox zala (Trenajor, Üzgüçülük, Yoga, Pilates və s.), ayda sadəcə 55.59 ₼-a başa gələn qiymətlə abunə ola bilərsiniz. Mənim promokodum vasitəsilə 12 aylıq abunəlik alanlara + 30 gün hədiyyədir!

Note: Leo və BirKart kimi kredit kartları ilə məbləği faizsiz olaraq aylara bölərək ödəyə bilərsiniz.

🎁 Promokod: DHGVUI

Faydalı olacağına inanıram. Sağlam qalın! 🙏🏻
İş Görüşlərinə Hazırlaşmaq Üçün İpucuları! 🔍

Yaxın zamanda bir iş görüşünə hazırlaşır və bir az gərgin hiss edirsinizsə, narahat olmayın! Doğru hazırlıqlarla, iştirak edəcəyiniz hər hansı bir iş görüşünü mükəmməl şəkildə başa çatdırmaq mümkündür.

1️⃣ Research, Research, Research: Böyük günə qədər şirkəti, onun mədəniyyətini və müraciət etdiyiniz vəzifəni araşdırmaq üçün vaxt ayırın. Onların məhsullarını/xidmətlərini, missiyasını anlayın. Bu, təkcə sizdən müsahibə alanları heyran etməyəcək, həm də cavablarınızı şirkətin dəyərlərinə və məqsədlərinə uyğunlaşdırmağa kömək edəcək.

2️⃣ CV-nizi Ətraflı Tanıyın: CV-nizin hər aspektini detallı şəkildə müzakirə etmək üçün hazırlaşın. Nailiyyətlərinizi, təcrübələrinizi və müraciət etdiyiniz vəzifə ilə əlaqəli bacarıqlarınızı vurğulayın. Karyera hekayənizi ifadə etməyə məşq edin və imkanlarınızı nümayiş etdirən nümunələr təqdim etməyə hazır olun.

3️⃣ Ən Çox Verilən Müsahibə Suallarını Gözdən Keçirin: Sizə veriləcək hər sualı təxmin edə bilməsəniz də, müsahibələrdə tez-tez ortaya çıxan bəzi ümumi suallar var ki, onlarla çox tez-tez iş görüşlərində qarşılaşılır. Güclü tərəfləriniz, zəif tərəfləriniz, təcrübələriniz və müraciət etdiyiniz vəzifəyə marağı göstərmək barədə cavablarınızı hazırlayın.

4️⃣ Mock Interviews: Dost, ailə üzvü və ya mentorla rəsmi olmayan iş görüşləri keçirin. Bu, müsahibə təcrübəsini simulyasiya etməyə və cavablarınız, bədən diliniz və ümumi təqdimatınız haqqında rəy almağa kömək edəcək. ChatGPT kimi süni intellekt alətlərindən istifadə edərək də siz, ondan sizi interview etməsini istəyə bilərsiniz. Məsələn, yazın, "mən front-end developer interview'suna hazırlaşıram. Şirkətin tələbləri bunlardır, məni o şirkət kimi interview et". Nə qədər çox məşq etsəniz, əsl interview’da bir o qədər inamlı hiss edəcəksiniz.

5️⃣ Müsahibəçiyə Suallar Hazırlayın: Unutmayın ki, iş görüşləri iki tərəflidir. Şirkət, komanda və vəzifə barədə müsahibəçiyə suallar hazırlayın. Bu, işə olan marağınızı göstərir və işin sizə uyğun olub olmadığını müəyyənləşdirməyə kömək edir.
Ac olarkən heç vaxt market alış-verişinə çıxmayın. Yanlış şeylər alacaqsınız.

Eynən həyat da belədir…

Özünüzü yalnız hiss etdiyinizdə, əsla bir münasibətə başlamayın. Yanlış şeylər alacaqsınız. Bunu düşünün.

Çünki çarəsiz qalan zaman insan, ehtiyacı olanı deyil, istədiyi şeyləri alır.
LinkedIn üzərindən, gündəlik olaraq programming, şəxsi inkişaf, karyera və digər mövzularda post’lar paylaşıram. Bildiyim mövzular barədə hər birinizə təmənnasız dəstək olmağa hazıram. LinkedIn üzərindən məni izləyə və mənə mesaj göndərə bilərsiniz 🙏🏻

https://www.linkedin.com/in/soltancode