Next Station 🚉
1.3K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
💸 Hörmətli Sahibkarlar və onların Səlahiyyətli nümayəndələri!

📢 2024-cü ilin Noyabr ayında Respublikamız Dünya Miqyaslı Beynəlxalq COP29-a ev sahibliyi edəcək.

Ölkəmizdə keçiriləcək Beynəlxalq Layihə/Tədbirlə bağlı olaraq cərimələnmələrin qarşısının alınması məqsədilə ictimai iaşə obyektlərinizdə sanitar gigiyena qaydalarına və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi təlimatlara ciddi riayət etməyinizi tövsiyyə edirik.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
“Araz Akademiyası” Maaşlı təcrübə qazandırmağa davam edir.

Tələblər:
• Bakalavr təhsili olan məzunlar
• Yüksək ünsiyyət bacarıqları və komanda ilə işləmə qabiliyyəti
• Diqqət və məsuliyyətli yanaşma
• Azərbaycan dili səlis, ingilis dili bilikləri üstünlükdür

Vəzifə öhdəlikləri:
• Təlimlərdə aktiv iştirak etmək, keçilənləri mənimsəmək və tətbiq etmək
• Şirkətin müxtəlif strukturlarında (İnsan resursları, kommersiya, maliyyə-mühasibatlıq, keyfiyyətə nəzarət, stokun idarə edilməsi, marketinq, IT) təcrübə
• Strukturlararası koordinasiyada iştirak etmək
• Layihələrdə və gündəlik əməliyyatlarda iştirak etmək
• Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

Biz vəd edirik:
- Minimum əməkhaqqı
- Nahar ilə təminat
- 5 günlük iş qrafiki
- Servis xidməti

Vakansiyalara müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Karyerada ilk addım” qeyd etməklə CV formalarını career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Proqram oktyabr-dekabr aylarını əhatə etməklə 3 ay davam edəcək.
Son tarix: 15 sentyabr
🚨 New Report Alert! 🚨

Our Just Transition Working Group has just released a report on Young People and Energy Poverty in the EU 🌍💡.

Find out how energy poverty impacts young Europeans and explore the actions we can take to tackle this critical issue.

Don’t miss this important read! 📘

👉 Check out the full report via the link in our
https://gceurope.org/energy-poverty-report

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
They say when a door closes, another window opens.

And if they say it, it must be true! Ok, summer is pretty much done with, but not everything is bad!

We are finally approaching #Erasmus Days!

Take some time to check which events are taking place close to you and share them with your friends, time to plan! 17

Head to the in
https://www.erasmusdays.eu/events

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Əziz kino həvəskarları🎬

Sizi azərbaycanlı rejissor, aktrisa və ssenarist Təhminə Rafaellanın Azərbaycan cəmiyyətində qadınların çoxşaxəli rollarını, şəxsi və ictimai çətinliklərə qarşı dözümlülüklərini araşdıran “Qadın” və “Banu” filmlərinin xüsusi nümayişinə dəvət edirik.

Hər iki film eyni gündə nümayiş olunacaq. Daha sonra isə “Banu” filmində rol alan aktrisa Kəmalə İsrafilovanın moderatorluğu ilə rejissorla müzakirə keçiriləcək.

“Qadın” filminin müddəti: 13 dəq.
“Banu” filminin müddəti: 90 dəq.
Dil: Azərbaycan və Rus, Ingilis subtitrləri ilə
Müzakirə dili: İngilis (Azərbaycan dilinə sinxron tərcümə ilə)

🗓️5 sentyabr, saat 19:00
📍YARAT Mərkəzi
Tədbirdə iştirak qeydiyyat ilədir⤵️

https://forms.gle/LQbr4Fcc6WpA1s6n6

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Əziz gənclər! 😍

Binəqədi Gənclər Evində 4 sentyabr tarixində “Hədəf” layihəsi çərçivəsində Pərvanə Məmmədovanın təqdimatında “Təlimçi ol” seminarı keçiriləcək.

Pərvanə Məmmədova “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının sədri və FemACT Azərbaycan Qadın Fondunun təsisçisidir. O həmçinin, Qadın, Sülh və Təhlükəsizlik Məsləhət Şurasının İdarə Heyətinin üzvüdür və BMT-nin İnkişaf Agentlikləri, Dünya Bankı, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və yerli institutların proqramlarında iş təcrübəsinə malikdir.

Əgər təlimçi olmaq istəyirsinizsə və bu sahədə peşəkar təcrübəyə malik bir şəxsin rəhbərliyi altında öyrənmək arzusundasınızsa, bu seminarı qaçırmayın!

🗓️ 4 sentyabr
🕐 13:00
📌 Binəqədi Gənclər Evi

Xatırladaq ki, Binəqədi Gənclər Evində klublar, təlimlər, tədbirlər və layihələr ÖDƏNİŞSİZ fəaliyyət göstərir☺️

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
"3sual.az" intellektual oyunlar platformasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə keçiriləcək Tələbələrin Yay Liqasında ikinci oyunun vaxtıdır

Nə? Harada? Nə zaman? intellektual oyunu formatında baş tutan kiçik liqamızda iştirak üçün 4-6 nəfərdən ibarət komandanızı toplamaq və qeydiyyatdan keçmək kifayətdir!

🗓️ Tarix: 04.09.2024, 12:00
📍 Məkan: Sabunçu Gənclər Evi

Qeyd edək ki, oyunda iştirak ödənişsizdir. İştirak edib, qalib olun və hədiyyələri siz qazanın 😉

Qeydiyyat üçün link: https://bit.ly/3Z7I77y

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📣 Əziz #QubaGəncləri!

Həm əylənə, həm intellektinizi sınaya, həm də yeni dostlar qazana biləcəyiniz bir yarışla qarşınızdayıq! 🤩

🔎 "Axtar tap" intellektual oyunu üzrə yarış 6 sentyabr saat 14:30-da Qubanın əsrarəngiz Nizami parkında keçiriləcək.

Komandanızı toplayıb yarışa qoşulun və sizin üçün xüsusi hazırladığımız suallara cavab verərək kubok və diplomlara sahib olun. 🏅

Qeyd edək ki, yarışda iştirak etmək üçün yaşınız 14-25 yaş aralığında olmalıdır.

🔗 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSe2ZnCqkobd2cuD_ML4gFTRvn93-7esaXjznKidcFQ_xnMemA/viewform

▫️ Qeydiyyat üçün son tarix: 05.09.2024, saat 15:00.

︎ Yarış Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 İşsiz və işaxtaran şəxslərin nəzərinə!

📌 Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə #Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

▶️ Ünvan və tarix:

📍 Sumqayıt şəhəri, Sülh küçəsi ("Azərboru" ASC)

🗒️ 5 Sentyabr 2024

🕚 10:00 - 13:00

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🌍 Bakıda keçiriləcək COP29-a hazır ol!

Azərbaycanda vətəndaş cəmiyyəti aktivisti və ya vətəndaş cəmiyyəti üzvüsünüz?
Qlobal iqlim dəyişikliyi müzakirələrində iştirak etmək istəyirsiniz?

📢 COP29-un bir parçası olaraq necə iştirak edə biləcəyinizi öyrənmək üçün önəmli vebinarlar seriyamıza qoşulun.

📅 Nə və nə vaxt?
16 sentyabr - 🔍 Vebinar 1: COP (Tərəflər Konfransı) nədir və vətəndaşlar üçün niyə vacibdir?
18 sentyabr - 🤝 Vebinar 2: Yerli vətəndaş cəmiyyəti COP29-da necə iştirak edə bilər?
20 sentyabr - 📚 Vebinar 3: İqlim maliyyəsini anlamaq

🕕 Vaxt: 17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (Mərkəzi Avropa vaxtı)
🌐 Harada? Onlayn. İndi qeydiyyatdan keçin!

🔗 us06web.zoom.us/webinar/register/WN_zYkEb7FoTH2t9auORhScog

🌐 Dil: İngilis dili, sinxron Azərbaycan dilinə tərcümə

🔗 Tədbir haqda ətraflı oxumaq və spikerlərlə tanış olmaq üçün:
👉🏻 eapcivilsociety.eu/uncategorized/cop29-webinars-az.html

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📣 Short-term volunteering project in Finland🇫🇮

📎 Sending organization from Azerbaijan: “Common Sense" Youth Organization

🖇️ Hosting organization: Metsâkartano Youth Center

📍Location: #Rautavaara, #Finland

🗓️ Project period: 13.10.2024 – 02.11.2024

How to apply: Please read all the information clearly before filling out the application.

Deadline: 15th September 2024

ℹ️ More detailed information: https://csyo-az.org/2024/09/04/short-term-volunteering-project-in-finland/

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 “Aqrar İnkişaf Könüllüləri” Təşkilatında Könüllü Təcrübə Proqramına qeydiyyat davam edir

Kənd təsərrüfatı, iqtisadiyyat və insan resursları-kargüzarlıq və informasiya texnologiyaları sahələri üzrə təcrübə qazanmaq üçün Aqrar İnkişaf Könüllüləri sırasına qoşula bilərsiniz.😊

Könüllü Təcrübə Proqramının təşkil olunduğu qurumlar:
•Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatı
•Aqrar Tədqiqatlar Mərkəzi
•Aqrar Xidmətlər Agentliyi
•Aqrar Kredit və İnkişaf Agentliyi
•Dövlət Aqrar İnkişaf Mərkəzləri

Bizimlə çalışmaq üçün qeydiyyatdan keçə bilərsiniz.

📌 Qeydiyyat linki: bit.ly/3G8WONE

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Gənclər, ingilis dilinizi inkişaf etdirmək və əyləncəli bir mühitdə yeni dostlar qazanmaq istəyirsiniz? O zaman ConvoClub-un piknikinə qoşulun! 🌿

📌 Piknikdə siz:

🗣 İngilis dilində interaktiv müzakirələrdə iştirak edəcəksiniz;
🤝 Yeni insanlarla tanış olacaq və dostlar qazanacaqsınız;
🎉 Əyləncəli və sosial fəaliyyətlərdə iştirak edəcəksiniz.

📅 Tarix və saat: 8 Sentyabr, saat 17:00-19:00
📍 Məkan: Dədə Qorqud Parkı

🔗 Qeydiyyat üçün form: https://forms.gle/uUuQabXM7rjQavRN7

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 2024-25 tədris ili üçün Leiden Universiteti Təqaüdləri üçün müraciətlər açıqdır.

📝 Minerva Təqaüd Fondları Fondu beynəlxalq tələbələrə Leiden Universitetində təhsil almaq üçün təqaüdlər təklif edir.

Bu beynəlxalq təqaüdlər bakalavr və magistr proqramlarını davam etdirmək üçün təklif olunur; bütün sahələr və ixtisaslar təqaüd altında öyrənilə bilər və Leiden Universitetinin təqaüdləri irqindən və millətindən asılı olmayaraq hər kəsə təklif olunur.

Son müraciət tarixi: 15 noyabr 2024

📌 Qeydiyyat üçün: https://www.universiteitleiden.nl/en/scholarships/sea/minerva-scholarship-fund

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz