Next Station 🚉
1.3K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
📢 İŞ VAR!

🎯 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində aktiv vakansiyalar:

Mühəndis
Nüvə fizikası üzrə mühəndis
Senior data analyst
Senior data scientist
Senior Java Developer
UI/UX Dizayner
Aparıcı İT biznes analitik
Məhsulların inkişafına dəstək üzrə əməliyyatçı

🔗 MÜRACİƏT:
👉🏻 jobs.glorri.az/companies/ady

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🗣️Yay tətilinizə maraq qatmaq istəyirsiniz?

Onda bu ödənişsiz və əyləncəli tədbir sizin üçündür 💃🏼

Tədbirdə nələr olacaq

•13-17 yaş aralığındakı gənclər fərqli ölkələrin mədəniyyətləri ilə tanış olub onların milli oyunlarını oynayıb əyləncəli vaxt keçirəcəklər.🇪🇺

•Təzə insanlarnan tanış olub ünsiyyət qurma bacarığı qazanacaqlar👥

🇪🇸🇬🇪🇹🇷🇪🇪🇺🇦 haqqında maraqlı faktlar öyrənəcəklər

•Ən əsası Erasmus layihələri haqqında bir çox yeni məlumat əldə edəcəklər👀

CoPlay Erasmus+ Günü’’ Estoniyada keçirilmiş Erasmus layihəsinin Azərbaycanlı iştirakçıları tərəfindən aparılacaq bir günlük tədbiridir.

⚡️Tədbir Avqustun 18-i Mərkəzi Parkda saat 17:00- da olacaq.

Siz dostlarınız ilə gəlib gününüzü rəngləndirə bilərsiniz. Hər birinizi orada görməyə səbirsizlənirik 💜

Qeydiyyatdan keçməyə tələsin. Yerlər limitlidir!
⬇️⬇️⬇️
https://forms.gle/PUPYacjCUNJTyazA7

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
SOCAR-ın könüllülük proqramına qəbul açıq elan edilir

KİMLƏR SOCAR KÖNÜLLÜSÜ OLA BİLƏR?

• 18-24 yaş aralığında, sahəvi (neft-qaz, iqtisadiyyat, mühəndislik) ixtisaslarda bakalavr və ya magistr təhsili alan, ingilis dili biliyinə malik aktiv tələbələr.

📍CV-lərinizi socarvolunteers@gmail.com poçt ünvanına göndərin.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📣İspaniyanın Qranada Universiteti 2024-2025-ci tədris ili üçün "Erasmus KA 171" beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində doktorantlar üçün 3 aylıq Phd təqaüd proqramı (💶hər ay üçün 850 avro + səyahət xərcləri ) elan edir.

📌Seçim iki mərhələdə həyata keçiriləcək.
Təqdim olunacaq sənədlər araşdırıldıqdan sonra tələblərə cavab verən namizədlər ikinci mərhələyə dəvət olunacaqlar.

📃Tələb olunan sənədlər: CV, diplomların surəti (bakalavr və magistr), motivasiya məktubu, pasport, elmi əsərlərin siyahısı

Son müraciət tarixi: 15.10 2024-cü il
Universidad de Granada

📌Qeyd: Qranada Universitetində elmi rəhbərin müəyyən edilməsi mütləqdir.
📩Əlavə məlumat üçün erasmus@bsu.edu.az elektron ünvanına müraciət edə bilərsiniz.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🥳 İŞ VAR!📢 İşsiz və işaxtaranların nəzərinə!

👩🏻‍💻 "Əmək və məşğulluq" altsistemində ən son yerləşdirilmiş vakansiyaları təqdim edirik:

👔 Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi
🏦 Expressbank
👩🏻‍🎓 Ali təhsil
👨🏻‍💼 22 - 28 yaş
📆 5 gün iş
📍 Bakı

👔 Satınalmalar üzrə menecer
🏛️ “INDART HOLDING" MMC
👩🏻‍🎓 Ümumi orta təhsil
👨🏻‍💼 22 - 60 yaş
📆 5 gün iş
📍 Bakı

👔 Satış üzrə menecer
🏛️ "BAKU HOTEL Company" QSC
👩🏻‍🎓 Ali təhsil
👨🏻‍💼 28 - 45 yaş
📆 5 gün iş
📍 Bakı

👔 Texniki dəstək üzrə mütəxəssis
🏛️ Cyberpoint
👩🏻‍🎓 Ali təhsil
👨🏻‍💼 25 - 45 yaş
📆 5 gün iş
📍 Bakı

👔 Baş hüquqşünas
🏛️ AzerGold QSC
👩🏻‍🎓 Ali təhsil
👨🏻‍💼 27 - 40 yaş
📆 5 gün iş
📍 Bakı

🎯 Vakansiyalara müraciət etmək istəyən şəxslər faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşa bilərlər.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 https://t.me/nextstationaz
Maarifçi" tələbə-məzun təcrübə proqramına sən də qoşul!

"Maarifçi"nin növbəti uğur hekayəsini sən yaz!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi növbəti "Maarifçi" tələbə-məzun təcrübə proqramını elan edir!

Proqrama qoşularaq təcrübə əldə edən və uğur hekayəsini yazan növbəti "Maarifçi" siz ola bilərsiniz.

Bu proqramda sizi təcrübə və inkişaf imkanları gözləyir. Hədəflərinizə çatmaq və təhsil sistemində karyeranızı qurmaq üçün bu əvəzolunmaz şansı qaçırmayın!

Ətraflı "Elanlar" bölməsində.
https://edu.gov.az/az/announcements/elm-ve-tehsil-nazirliyi-novbeti-maarifci-telebe-mezun-proqramini-elan-edir

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır-2023“ Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində qalib olan "Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi" layihəsində iştirak üçün qeydiyyat başlayır.

Layihənin əsas məqsədi seysmoaktiv ərazilərdə yaşayan gənclərin təbiət hadisələrindən biri olan zəlzələlər, onların baş vermə səbəbləri, növləri haqqında məlumatlandırılması, bu təbiət hadisəsi baş vermədən öncə və baş verərkən nə etməli olduqları haqqında maarifləndirilməsidir.

🗓️ Layihə 3 günlük təlimdən ibarətdir.
🏆 Layihədə iştirak edən hər bir iştirakçı sertifikatla təltif olunacaqlar.

📋 Layihənin nəzərdə tutulan icra müddəti: 16-18 avqust 2024
📍 Layihənin təşkil ediləcəyi məkan: Neft və Qaz İnstitutu (Fikrət Əmirov 9)

Son qeydiyyat tarixi: 12.08.2024
📌 Qeydiyyat: https://forms.gle/gfFDV9hpsSdwfUYa7
📞 077-531-38-30

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Azərbaycan İdman Akademiyası Sizi 15-16 avqust 2024-cü il tarixlərində keçiriləcək “Dayanıqlı gələcək naminə gənclərin iştirakı: İqlim, İdman və İnnovasiya” adlı Foruma dəvət edir! 🎉🌱

🎯 Forumun Məqsədləri:

🌡️ İştirakçıları iqlim dəyişikliyinin təsiri və davamlılığın təşviqində idmanın rolu haqqında maarifləndirmək;
🌍 Məktəbliləri və gəncləri iqlim fəaliyyəti və davamlılıq təşəbbüslərində fəal rol oynamağa həvəsləndirmək;
💡 İqlim dəyişikliyini həll etmək üçün innovativ həlləri və ideyaları təşviq etmək;
🤝 Məktəblilər və gənclər arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarını yaratmaq;
🌐 Müzakirələri və fəaliyyətləri Azərbaycanda keçiriləcək COP29 Konfransı ilə uyğunlaşdırmaq.

👥 Kimlər iştirak edə bilər:
14-18 yaşlı məktəblilər;
18-29 yaşlı universitet tələbələri və gənc mütəxəssislər.

📍 Azərbaycan İdman Akademiyası
📅 15-16 avqust

Əlavə məlumat və qeydiyyat https://forms.gle/kBzsjU4pDUpZAwyEA

📞 0558990376

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 Fərqli Sahələrdə Machine Learning

🌟 Süni İntellekt və Machine Learning sahəsində öndə olmaq və ən müasir bilikləri əldə etmək istəyirsiniz? O zaman Fərqli Sahələrdə Machine Learning mövzusunda baş tutacaq seminarımıza qoşularaq gələcəyin texnologiyalarını öyrənin! 🚀

🎯 Spikerimiz “Synapline” şirkətində AI Software Engineer üzrə təcrübəli mütəxəssis Kənan Süleymanlıdır. O, auditoriyaya öz təcrübəsi haqqında məlumat verəcək. Machine learning-in nə olduğunu, əsas metodlarını və bu sahədə istifadə olunan alətlər və texnologiyaları izah edəcək. Həmçinin, real dünyada istifadə olunan nümunələr və layihələr üzərində praktiki çalışmalar barədə danışacaq.

📅 25 Avqust
🕒 15:00 - 17:00
📍Google Meet (online)

🔗 QEYDİYYAT:
👉🏻 https://forms.gle/LEDeRa5iYPoTgGiw5

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Chain Reaction Battle" müsabiqəsi keçiriləcək.

10-11 sentyabr tarixlərində "Chain Reaction 2024" tədbiri çərçivəsində keçiriləcək müsabiqədə növbəti sahələrdə fəaliyyət göstərən startaplar iştirak edə

bilərlər:

◆ Blockchain

Web3

NFT

De-Fi

◆ Rəqəmsal valyuta

◆ Metaverse

Müraciət üçün son tarix: 26 avqust

Startap kimi müraciət edərək mükafat qazanmaq, öz mövqeyinizi gücləndirmək və investorlarla əlaqə qurmaq şansı əldə edin!

Ətraflı: LİNK

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 Jurnalist Təşəbbüslərinin Təşviqi İB QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyilə həyata keçirdiyi "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması" layihəsi çərçivəsində tədqiqatçı Dilqəm Əhmədin sərgisi keçiriləcək.

🥳 HƏR KƏS DƏVƏTLİDİR!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇦🇿🇬🇪 “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq düşərgəsi" keçiriləcək.

Düşərgənin keçirilməsində məqsəd iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin genişlənməsinə imkan yaratmaq, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarını artırmaq, qeyri-formal təhsil metod və alətləri vasitəsilə gənclərin inkişafına töhfə vermək, gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləməkdir.

Qeydlər: Anket suallarına verilən cavablar və düşərgənin öncədən müəyyən olmuş iştirakçı meyarları əsasında seçilən gənclər seçilərək, müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsini uğurla tamamlayan gənclərə düşərgənin proqramı və ətraflı məlumatlar göndəriləcək.

Qeyd: Düşərgədə iştirak üçün ingilis dili mütləqdir.

📍Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi
🗓️ 9-14 sentyabr 2024-cü il

Qeydiyyat üçün: https://forms.gle/HbTLeZDDgqXrZwwB6

Son qeydiyyat tarixi: 15.08.2024, saat 15:00

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
GƏNCLƏR ÜÇÜN HÜQUQİ SAVADLILIQ

📢 Gənclərin hüquqi biliklərinin və hüquqi savadlılığının artırılması məqsədilə "Gənclər üçün hüquqi savadlılıq" mövzusunda infosessiya baş tutacaq.

👩🏻‍⚖️ Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Səadət Seyidli tərəfindən keçiriləcək infosessiyada gənclər hüquqları və vəzifələri haqqında ətraflı məlumat əldə edəcək, hüquqi məsələlərlə bağlı suallarını ekspertə ünvanlaya biləcəklər.

📆 16 avqust
11:00
📍 Gəncə şəhəri, "BookZone" kitab evi

🔗 QEYDİYYAT:
👉🏻 shorturl.at/vE3zU

🎯 İnfosessiya Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən keçiriləcək.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Forwarded from İstiqlal Nəşriyyatı
🇦🇿 Təbriklər, Qarabağ!!! ♥️

2 — 7

✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!

📌 t.me/istiqlalnesr
😍 Yay mövsümünün ən maraqlı anlarını birlikdə #GənclərDüşərgəsində yaşayaq!

📢 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2-8 sentyabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində "Region tələbələrinin liderlik məktəbi II" layihəsi keçiriləcək.

🎯 Düşərgənin keçirilməsində məqsəd region gənclərinin fəallığının artırılması, komanda quruculuğu, nitq mədəniyyəti və idarəetmə sahəsində bilik və bacarıqlarını formalaşmaqdır.

⚠️ Tələblər:
18-27 yaş
İctimai-sosial fəaliyyəti ilə fərqlənən gənclər
Bakalavr və magistr tələbələri

🔗 QEYDİYYAT:
👉🏻 forms.gle/KSCcoN4oTPkmFnEw6

📆 2-8 sentyabr
📍 Göygöl OİK

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🎭 IV TEATR FESTİVALI

📢 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “IV Teatr Festivalı” həyata keçiriləcək.

🎬 “IV Teatr Festivalı” çərçivəsində müxtəlif dövlətlərin tarixi və mədəniyyətini əks etdirən əsərlər istedadlı könüllülərimiz tərəfindən səhnələşdiriləcək.

🥳 Sən də öz aktyorluq bacarıqlarına güvənirsənsə və layihənin bir parçası olmaq istəyirsənsə qeydiyyatdan keçməyə tələs!

🔗 QEYDİYYAT:
👉🏻 https://shorturl.at/jtZI5

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🤔🔮 Süni intellekt həyatımıza daha çox daxil olduqca, texnologiyada bizi nə kimi sürprizlər gözləyir?

🤖🌐 Bu dəfə Metada işləyən həmyerlimiz Aygün Zərbəliyeva ilə birgə “Süni İntellekt İnqilabı: İnkişaf etməkdə olan texnologiya hər şeyi necə dəyişir?” mövzusu ilə gəldik!

🚀 Aygün Zərbəliyeva Azərbaycanın bir neçə IT və Telekom şirkətində işləyib. O, 2021-ci ilə qədər Simbrella şirkətində, 2021-ci il iyul ayından Metanın London ofisində “Business Engineer” sahəsində işləyir.

🔍 Bu maraqlı müzakirəyə qoşulun və süni intellektin gələcəyinizi necə formalaşdıracağını öyrənin!

📆 23 avqust
18:30
📍Zaur Nudirəliyev 79 (İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi)

🔗 QEYDİYYAT:
👉🏻 forms.gle/NEQ1eT7fWKyY9MoX8

💰 FemTalk ÖDƏNİŞSİZDİR!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📣"Münaqişədə digital həssaslıq" layihəsi qəbul elan edir!

🎯 Təşəbbüsün əsas məqsədi 18-27 yaş arası gənclərin münaqişə transformasiyası mövzusunda informasiya həssaslığı və fakt-yoxlama bacarıqlarının artırılmasıdır.

📝 4 gün davam edəcək təlim proqramı peşəkar təlimçilər tərəfindən tədris olunacaq. Sessiyalar şənbə və bazar günləri olmaqla nəzəri və praktiki formatda icra ediləcək. Proqram münaqişə kontekstində digital dərclər və gender aspektini özündə əks etdirir.

🎯 Media və jurnalistika sahəsində təcrübə və ya təhsil arzuolunandır.

📅 21-22 və 28-29 sentyabr
10:00 - 17:00, oflayn

Müraciət üçün son tarix: 24 avqust.

🔗 QEYDİYYAT:
👉🏻 https://docs.google.com/.../1FAIpQLSfkYeIFe7P.../viewform

🥳 Sessiyalarda tam iştirak edən iştirakçılar sertifikatla təltif ediləcək.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Forwarded from İstiqlal Nəşriyyatı
🎉 YUBİLEYİNİZ MÜBARƏK!

🎂 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

❤️ Bu münasibətlə Mehriban xanımı təbrik edir, cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində uğurlar arzu edirik!

✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!

📌 t.me/istiqlalnesr