Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
🇦🇿 ŞUŞA İNSAN HÜQUQLARI

📢 “İtkin düşmüş şəxslər: hüquqi və praktiki problemlər” adlı beynəlxalq konfrans keçiriləcək.

🎙️ Konfrans zamanı çıxış edəcək ekspertlər və təqdimatların adları:

“Beynəlxalq hüquqda itkin düşmüş şəxslər: anlayış və prinsiplər” - Kənan İsmayılov (Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili)

“İtkin düşmüş şəxslər problemi praktikada: keçmiş və bu gün”- Arzu Abdullayeva (hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri)

📆 23 sentyabr
10:00

📍 "Park Inn by Radisson Baku" hotelinin Dan Ulduzu zalı

⚠️ Qeydiyyat saat 9:30-da başlayır.

💰 Konfrans QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir.

📌 t.me/nextstationaz
🥳 LƏNKƏRANDA 3 GÜNLÜK LAYİHƏ!

📢 MAGİYA İB “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı layihə həyata keçirir.

🎯 MƏQSƏD:
Ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək.

👨‍👩‍👧‍👦 Layihə çərçivəsində 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.

💰 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri qarşılanacaqdır.

📆 21-23 oktyabr

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

⚠️ Layihə haqqında məlumatı "Next Station" kanalından əldə etdiyinizi qeyd etməklə layihəyə seçilmə şansınızı artıra bilərsiniz.

📌 t.me/nextstationaz
💰 ŞUŞADA BİZNES QURMAQ İSTƏYƏNLƏR!

📢 Şuşaya qayıdandan sonra öz peşəsi, ixtisası, sənəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə biznes təlimləri keçiriləcək.

👨🏻‍💼 Bu təlimləri professional biznesmenlər keçəcək və dinləyicilərə sahibkarlıq fəaliyyəti ilə əlaqəli bir çox biliklər verəcək:

Biznes-planın hazırlanması,
Bazar araşdırması,
Maliyyənin tapılması yolları,
Vergilərin ödənilməsi,
Sosial şəbəkələrdən istifadə.

🎯 Təlimdə yaşından, cinsindən, milliyyətindən, dini etiqadından asılı olmayaraq istənilən Şuşa sakini iştirak edə bilər.

⚠️ Təlimdə cəmi 30 nəfər iştirak edə biləcək.

📝 Müraciət edənlərin sayı daha çox olduqda xüsusi komissiya seçim aparacaq.

Təlimlər 10 nəfərlik qrup formasında 5 gün (gündə 6 saat, yemək və çay daxil) ərzində keçiriləcək.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

⚠️ Layihə haqqında məlumatı "Next Station" kanalından əldə etdiyinizi qeyd etməklə layihəyə seçilmə şansınızı artıra bilərsiniz.

📌 t.me/nextstationaz
🧑🏻‍💼 GƏNCLƏR EVİNƏ RƏHBƏR

📢 Gənclər və İdman Nazirliyi Tərtər, Astara və Füzuli “Gənclər evi” sosial xidmət müəssisələrinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edir:

🎯 Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsil;
Gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş staj;
Yaş həddi 35-dək;
Minimum 1 xarici dil bilmək.

📝 Təqdim ediləcək sənədlər:
CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti.

👩🏻‍💼 Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

📃 Müraciət olunan vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.

⚠️ Qeyd: Əvvəlki müsahibələrdə iştirak edən şəxslər təkrar müsahibədə iştirak edə bilməz.

🔗 MÜRACİƏT QAYDASI RƏYDƏ

📌 t.me/nextstationaz
🇦🇿 21-ci ƏSRDƏ MİLLƏTÇİLİK

📢 Milliyyət Araşdırmalar Mərkəzinin növbəti mühazirəsində qonağı amerikalı məşhur sosioloq, millətçilik araşdırmaları üzrə mütəxəssis professor Liya Qrinfeld (Liah Greenfeld) olacaq.

📚 Professor Qrinfeldin müəllifi olduğu kitablar:

Millətçilik: Müasirliyə Beş Yol,
Kapitalizmin Ruhu: Millətçilik və İqtisadi İnkişaf
Millətçilik Mövzusuna Mütərəqqi Giriş
Millətçilik və Ağıl: Müasir Kültür Haqqında Essaylər
Millətçiliyin Qloballaşması: 21-ci Əsr Siyasətinin Arxasındakı Motivasiya və s.

👩🏻‍💻 Onlayn mühazirə "21-ci əsrdə millətçilik" mövzusu ilə "Milliyət Araşdırmaları Mərkəzi"nin facebook səhifəsində canlı yayımlanacaq.

⏱️ Mühazirənin formatı 40 dəqiqəlik mühazirə və sual-cavab bölməsi olaraq nəzərdə tutulmuşdur.

📆 28 sentyabr
22:00

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🏊🏻‍♂️ KÜRÜ KEÇƏK?!

📢 Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə “Kürü keçək?!” açıq suda kütləvi üzmə yarışı keçiriləcək.

🌊 Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.

Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 15 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

🏄🏻‍♀️ Qeyd edək ki, nazirlik ilk dəfə açıq suda üzmə yarışını “Xəzər dalğası” adı altında təşkil etmişdi.

🇦🇿 Bu dəfə yarış Mingəçevir şəhərində, Kür çayında peşəkarlar və həvəskarlar arasında təşkil ediləcək.

📆 1 oktyabr

📝 Yarışda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

⚠️ Yerlər məhduddur və iştirakçı sayı nəzərdə tutulmuş say həddinə çatdıqda qeydiyyat dayandırılacaq.

💰 YARIŞDA İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Next Station 🚉
📚 IV MİLLİ KİTAB SƏRGİSİ 📢 Milli Kitab Sərgisi 4-cü dəfə keçiriləcək. Sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi…
📚 IV MİLLİ KİTAB SƏRGİSİNİN 27 SENTYABR PROGRAMI

📆 27 sentyabr – 1 oktyabr
09:00-20:00

💰 GİRİŞ SƏRBƏSTDİR!

Vaksin tələb olunmur!

📍 Sərgi Bakı şəhərinin tam mərkəzində, Dənizkənarı Bulvarda, Dəniz Mall AVM-in yanında yerləşən Bakı İdman Sarayında keçiriləcək.

📌 t.me/nextstationaz
👩🏻‍🎓 AVROPADA TƏHSİL SƏRGİDİ

📢 Avropa İttifaqı Bakıda “Avropada təhsil” sərgisi təşkil edəcək.

🇪🇺 10 Avropa ölkəsindən 20-dən çox iştirakı Avropa ölkələrinin ali təhsil sistemləri, universitetlər, proqramlar, təqaüdlər ilə bağlı məlumat verəcək.

💬 Eləcə də, gənclərin bütün sualları cavablandırılacaq.

İŞTİRAK EDƏN ÖLKƏLƏR

🇩🇪 Almaniya
🇧🇪 Belçika
🇨🇿 Çex
🇪🇪 Estoniya
🇫🇷 Fransa
🇪🇸 İspaniya
🇸🇪 İsveç
🇮🇹 İtaliya
🇲🇴 Macarıstan
🇵🇹 Portuqaliya

📆 2 oktyabr
10:00

📍Hilton Hotel

⚠️ İŞTİRAK EDƏ BİLMƏK ÜÇÜN QEYDİYYAT MÜTLƏQDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
👮🏻‍♂️ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ!

📢 "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi tərəfindən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2. İnsan alverinin qarşısının alınması (profilaktikası) bəndinin 4.2.2. yarımbəndinə, Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılması, bu sahədə fəaliyyətə dövlət dəstəyinin təmin olunmasına uyğun olaraq sorğu keçirilir.

📝 Sizdən xahiş edirik ki, sorğuda iştirakınızla, insan alveri ilə mübarizəyə öz töhfənizi verəsiniz.

🔗 SORĞU LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
✍🏻 Kərim Kərimlinin İMZA GÜNÜ

📢 Şair, yazıçı, jurnalist Kərim Kərimlinin "Onun adı Şuşadır!" kitabının imza günü keçiriləcək.

📚 5 oktyabr 12:00-da 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində baş tutacaq tədbir LIBRAFF kitab mağazasının və İstiqlal Nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.

🇦🇿 Qəlbi Şuşa ilə döyünən hər bir oxucunu imza gününə dəvət edirik!

☎️ Əlaqə: +99450 374 18 46

📆 5 oktyabr
12:00

📍 "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi

📌 t.me/nextstation
Forwarded from Səyahətçi
👴🏻 Bu gün Beynəlxalq Ahıllar Günüdür!

🇦🇿 Ölkəmizin cənub-şərqində yerləşən Lerik rayonunu “Yüzilliklər diyarı” adlandırırlar:

👵🏻 Burada yaşı 100-ü haqlamış 100-dən çox insan var!

🧓🏻 Yüzillik ömürlərə Quba rayonunun dağlıq Qrız kəndində də rast gəlmək olar.

🥳 Yerli ağsaqqallardan biri Hacı Əbdürəhman bu yaxınlarda yüz illik yubileyini qeyd edəcək.

🏔️ Deyirlər ki, təmiz dağ havası və ən saf çay suyu özündə birləşdirən bu kənd müalicəvi xüsusiyyətlərə malikdir.

Buludların üstündəki gözlərdən gizlənən orijinal kənddə öz dillərində danışan bu yerlilər Qafqaz Albaniyasının tayfalarından birinin nəslindəndir.

⛰️ Turistlər Qrızı tənhalığına və inanılmaz mənzərəli ətrafına görə sevirlər və xoş xasiyyətli kəndlilər həmişə qonaqları məmnuniyyətlə qarşılayırlar.

Gur-gur şəlaləsi bu yerlərə xüsusi yaraşıq verir.

❄️ Qışda donur və heyrətamiz bir buz heykəlinə çevrilir.

🔗 #qrız #quba #azərbaycan

📌 t.me/seyahetchi
👩🏻‍🎓 TARTU UNİVERSİTETİ BAKIDA!

📢 Bakıda Estoniyanın Tartu Universitetinin məlumat sessiyası təşkil ediləcək.

🇪🇪 Bakalavr və ya magistr proqramı üzrə beynəlxalq təhsil təcrübəsi qazanmaq istəyənlər sessiyada iştirak edə bilər.

💬 Təqdimatdan sonra sual-cavab sessiyasında iştirak etmək və suallarınıza cavab almaq üçün əla fürsət əldə edəcəksiniz.

🎯 SESSİYANIN MÖVZUSU:

🎓 Beynəlxalq bakalavr və magistr proqramları
Qəbul prosesləri
Son tarixlər
🏫 Təqaüdlər
🏘 Yerləşdirmə
🇪🇪 Yaşamaq və daha çox şey!

📆 4 oktyabr
19:00 - 21:00

📍 Hyatt Regency Hotel / 'Nizami' konfrans zalı (Bakıxanov küçəsi 1)

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

⚠️ İŞTİRAK EDƏ BİLMƏK ÜÇÜN QEYDİYYAT MÜTLƏQDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🕹️ MASTER-KLASS: OYUN YARADILMASI

🎮 Öz oyunumuzu yarada biləriksə, başqalarının oyunlarını niyə oynamalıyıq ki?

🖥️ Kompüter uşaq üçün oyuncaq deyil, onun yaradıcı potensialının aşkarlanması üçün gözəl bir alətdir.

👦🏻 Uşaqlar öz kompüter oyununu fərdi şəkildə yaratmağı öyrənəcəklər.

🧩 Onlar birlikdə ssenari düşünüb və öz düşüncələrini Construct 3 proqramı vasitəsi ilə həyata keçirəcəklər.


🎯 PROQRAM:

Oyunun ssenarisinin hazırlanması

Oyun mühərriklərinin imkanları — Construct 3

Oyun məkanının hazırlanması

Oyunun logistikasının hazırlanması

Baş qərhamanın hərəkətlərinin düşünülməsi


👨‍👩‍👧 Valideynlər üçün:

IT təhsilin uşaqların gələcəyi üçün nə kimi üstünlükləri var

STEP IT Academy-nin uşaqlar üçün olan təhsil proqramları

🎯 Uşaqlar 2 saat ərzində qiymətsiz məlumatlar alacaq, peşəkar ilə tanış olub ünsiyyət quracaq və öz kompüter oyununu yaradacaqlar.

👧🏻 8 - 14 yaş

📆 7 oktyabr
12:00

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
TƏYYARƏ BƏLƏDÇİSİ

📢 AZAL təyyarə bələdçisi vəzifəsinə işə qəbul elan edir.

🎯 ÖHDƏLİKLƏR:

Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı;
Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli;
Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli;
Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir.

🎯 TƏLƏBLƏR:

Orta ixtisas təhsilli
Məsuliyyətli
Ünsiyyətcil
Komandada işləmək bacarığı
Stresə davamlı
18 - 30 yaş

💁🏻‍♂️ Boyu 165 sm-dən az, 180 sm-dən çox olmayan xanımlara
💁🏻‍♀️ Boyu 170 sm-dən az və 185 sm-dən çox olmayan bəylərə üstünlük verilir.

🇺🇸 Dil biliyi arzuolunandır.

🔗 MÜRACİƏT ÜÇÜN LİNK RƏYDƏ

📌 t.me/nextstationaz
👩‍💻 “CyberSecurity Bootcamp” ilə karyera yolunuz

📢 Kibertəhlükəsizlik karyerası və üstünlükləri ilə bağlı məlumat əldə edə, sizi maraqlandıran suallara cavab tapa biləcəyiniz “CyberSecurity Bootcamp” ilə karyera yolunuz – mövzusunda infosessiya baş tutacaq.

👨‍🏫 Təlimçi Vüsal Salmanlı:
Kibertəhlükəsizlik üzrə mütəxəssis
DEFSCOPE şirkətinin direktoru
INSECO-nun həmtəsisçisi
Sirius şirkətinin (ABŞ) aparıcı məsləhətçisi

📆 8 oktyabr
16:00

📍 ASAN İnnovativ İnkişaf Mərkəzi (Zaur Nudirəliyev 79)

050 221 47 77

⚠️ İŞTİRAK EDƏ BİLMƏK ÜÇÜN QEYDİYYAT MÜTLƏQDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
📢 AZAL-DAN YENİ MÜSABİQƏ!

🎫 1 BİLET AL - DAHA İKİ PULSUZ AVIABİLET QAZANMAQ ŞANSINI ƏLDƏ ET!

Oktyabr ayı ərzində AZAL-ın rəsmi saytından istənilən beynəlxalq istiqamət üzrə aviabilet alan hər kəs daha iki pulsuz aviabilet qazanmaq şansını əldə edəcək.

🎯 ŞƏRTLƏR:

🌐 Rəsmi saytdan aviabilet əldə edin: www.azal.az
💬 Bu postun şərhlər bölməsində əldə etdiyiniz aviabiletin son 4 rəqəmi yazın və bir dostunuzu (@tag) qeyd edin.
Bu postu səhifınizdə açıq şəkildə (Public) paylaşın (Share).

Qalib 7 noyabr 2022-ci il tarixində iştirakçıların siyahısına əsasən canlı yayımda seçiciləcək.

🔗 ƏTRAFLI MƏLUMAT VƏ MÜSABİQƏ İLƏ BAĞLI SUALLARA CAVAB RƏYDƏ

📌 t.me/seyahetchi
🧑‍🍼 KİŞİLƏR BƏRABƏRLİK ÜÇÜN DANIŞIR

📢 Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar təşkil ediləcək/

🎯 MƏQSƏD:
Kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etmək.

👨‍🏫 Ekspertlər:
💁🏻‍♂️ Rasif Dünyamalı – Təhsil idarəetməsi üzrə mütəxəssis
💁🏻‍♂️ Elçin Həsən – Təlimçi, konsultant

📆 8 oktyabr
15:00

📍 Çinar Kitab Evi (Atatürk prospekti 59)

🥳 Beynəlxalq Qızlar Gününə həsr edilən seminar zamanı viktorina da təşkil olunacaq.

🎁 Doğru cavab verən iştirakçılara hədiyyələr təqdim olunacaq.

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇦🇿 AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN GƏLƏCƏYİ

📢 Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Biz bununla bağlı nə edə bilərik? Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər?

🎙️ Spiker Anar Vəliyev:

ADA universitetinin dostenti
ADA universitetində İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı
Jean Monnet Avropa Tədqiqatları Proqramının sədri

🎯 İxtisaslaşdığı sahələr:

Postsovet respublikalarının dövlət siyasəti
Demokratiya və idarəetmə
Şəhərsalma və planlaşdırma

📆 7 oktyabr
19:00

⚠️ Qapılar saat 18.30-dan etibarən açıqdır.

Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz.

🍕 Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

📍 Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

📌 t.me/nextstationaz