Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
Forwarded from Səyahətçi
🎨 Xaqani, Nəsimi, Seyid Əzim , Sabir, Məhəmməd Hadi və Abbas Səhhətin timsalında bütün Şirvanlıları özündə birləşdirən, Şamaxı mədəniyyəti və tarixini əks etdirən divar rəsmləri.

🖌️ Divar üstü rəsmlər Şamaxı-Pirqulu yolunun Məlhəm kəndinnnən keçən hissəsində əks etdirilib.

📸 Sizində bu tablolar qarşısında fotolarınızı görmək çox maraqlı olar.

📌 t.me/seyahetchi
📢 Avropa Gənclər Fondu beynəlxalq layihələr üçün müraciətləri açıq elan edir!

⏱️ Müraciət etmək istəyən təşkilatların Avropa Gənclər Fondunun onlayn sistemi vasitəsilə 17 sentyabr tarixinədək qeydiyyatdan keçmələri mütləqdir.

👩🏻‍🏫 Avropa Gənclər Fondu tərəfindən gənclər və gənclərlə iş, qeyri-formal təhsil və inklüzivliklə bağlı problemlərə müraciət edən layihələr dəstəklənir.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🥳 XI KÖNÜLLÜLÜK PROQRAMI

📢 Uzun müddətdir ki, gözlənilən NAYORA-nın XI könüllülük proqramı üçün müraciətləri açıq elan edilir!

👩🏻‍🏫 NAYORA-da təcrübə toplamaq, yerli və beynəlxalq layihələrdə iştirak etmək, sosial çevrənizi genişləndirmək istəyirsinizsə, müraciət üçün tələsin.

🤵🏻 Qeyd edək ki, namizədlər arasından ancaq uğurlu olan 20 nəfər gənc NAYORA-da könüllü fəaliyyəti göstərə biləcək.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🥳 LƏNKƏRANDA 3 GÜNLÜK LAYİHƏ!

📢 MAGİYA İB “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı layihə həyata keçirir.

🎯 MƏQSƏD:
Ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək.

👨‍👩‍👧‍👦 Layihə çərçivəsində 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.

💰 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri qarşılanacaqdır.

📆 21-23 oktyabr

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

⚠️ Layihə haqqında məlumatı "Next Station" kanalından əldə etdiyinizi qeyd etməklə layihəyə seçilmə şansınızı artıra bilərsiniz.

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
HANSI ÖLKƏDƏ NƏ ETMƏK OLMAZ? - III hissə

( II hissə - https://youtu.be/hXQ8-48Zw7k)
( I hissə - https://youtu.be/3GKTSPqOIsQ)

🚭 Kəşf etmək istədiyiniz ölkənin mədəniyyətinə yiyələnərkən bilməli olduğunuz vacib məlumatlardan biri də həmin ölkədə nəyi etməməyinizdir.

👮🏻‍♀️ Çünki bəzi ölkələrin bir sıra adət-ənənələri və qadağaları vardır ki, onları etsəniz, pis qarşılana bilərsiniz.

⚠️ Bu adət-ənənələr və qadağalar o qədər milliləşmişdir ki, əgər onlara riyaət etməsəniz cəzalandırıla, hətta ölkə xaricinə belə çıxarıla bilərsiniz.

📢 VİDEODA YER ALAN ÖLKƏLƏR:

🇹🇷 Türkiyə – çaylar ölkəsi
🇮🇷 İran – Diqqətli olmaq gərək
🇨🇳 Çin – Ehtiyyatlı olun
🇯🇵 Yaponiya – Narahat etmə ki, narahat edilməyəsən
🇸🇻 Salvador – İngiliscə bilməmək yaxşıdır
🇮🇳 Hindistan – Yaxınlıq olmaz
🇪🇬 Misir – Kişi & Qadın
🇰🇷 Koreya – Tək əldən səs çıxmaz
🇳🇿Yeni Zelandiya – Qəribə, maraqlı
🇲🇽 Meksika – De, gül, əylən
🇲🇾 Malayziya – Müqəddəs baş

🔗 BURADAN İZLƏ : https://youtu.be/ZDeI4KP5xT8
Forwarded from Səyahətçi
🇦🇿 ŞƏKİDƏ TURİZM MƏSLƏHƏTÇİSİ!

📢 Şəki Destinasiya Menecmenti Təşkilatı (Regional Turizm İnformasiya Mərkəzi) "Turizm məsləhətçisi" vəzifəsinə işçi qəbulu elan edir.

🎯 TƏLƏBLƏR:

Ali təhsil
İctimai iaşə və ya dövlət sektorunda iş təcrübəsi (mehmanxana, bələdçilik, tur şirkət, səyahət agenti, konqreslər, tədbirlər sahəsi, dövlət qurumları və s.)
İş təcrübəsi olmadığı təqdirdə, turizm təhsili önəmli götürülür.
Azərbaycan dili (səlis); ingilis dili (yüksək); Rus dili biliyi üstünlükdür.
Şəki - Zaqatala bölgəsini tanımaq və yaxud burada iş təcrübəsi.
Şəkidə və yaxın rayonlarda yaşayan şəxslərə üstünlük verilir.
Məsuliyyətlilik
Office proqramlarını bilmək vacibdir.
Rayonlara ezam imkanı
Özəl və dövlət qurumları ilə əlaqələr qurmaq bacarığı
Yazı qabiliyyəti yüksək olmalıdır.

📨 Uyğun namizədlər CV-lərini (şəxsi anket formasını) bu ünvana göndərə bilərlər:

📍 shaki@tourism.gov.az

📌 t.me/seyahetchi
🚆 METRO SÜRÜCÜSÜ!

📢 "Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.

🎯 TƏLƏBLƏR:

24-30 yaş,
Ali və orta texniki təhsilli, ilk peşə ixtisaslı kişilər və qadınlar;
Hərbi bilet ( kişi namizədlər üçün / yararlılıq kateqoriyası ilə).

👩🏻‍💻 Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.

👩🏻‍⚕️ Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

👩🏻‍🏫 Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.

🔗 MÜRACİƏT QAYDASI RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🚴🏻‍♀️ SÜSLÜ KADINLAR BİSİKLET TURU

📢 Süslü Kadınlar Bisiklet Turu, velosiped sürməyi, sərbəstliyi və qadınların bir araya gəlib nə qədər güclü olduğunu xatırlatmaq, şəhərlərdə daha çox qadınların velosipedi günlük həyatlarına daxil etmək məqsədi güdür.

🚲 Buna görə 2013-cü ildən bəri hər il Sentyabr ayının 3-cü bazar günü "Avtomobilsiz Şəhərlər Günü"nə diqqət çəkmək üçün velosipedlərimizlə yollarda pedal çeviririk.

♀️ Süslü kadınlar bisiklet turu, 2013-cü ildən velosiped sürmək, hətta hər gün sürmək və bu azmış kimi, bər-bəzəkli geyinib sürməyi göstərmək üçün hər il Dünya "Avtomobilsiz Şəhərlər Günü"ndə yüzlərlə şəhərdə minlərlə insanlar bir araya toplaşırlar.

🇦🇿 Yürüş Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə təşkil olunur.

📆 18 sentyabr, 12:00
🏁 START: Azneft dairəsi
🏁 FİNİSH: Ağ şəhər bulvarı

📌 t.me/seyahetchi
🇦🇿 AĞDAM KÖNÜLLÜLƏRİ

📢 İşğaldan azad olunmuş ərazilərdə könüllü proqramına start verilir!

🎯 Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

👩🏻‍💼 Proqram çərçivəsində könüllülər Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🥀 13 sentyabr şəhidlərini dərin hüzn və hörmətlə anırıq!

📌 t.me/seyahetchi
📚 IV MİLLİ KİTAB SƏRGİSİ

📢 Milli Kitab Sərgisi 4-cü dəfə keçiriləcək.

Sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edə biləcəklər.

🎙️Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub.

✍🏻 İştirakçılar - oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər.

📖 Eyni zamanda, yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

📙 Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.

💰 GİRİŞ SƏRBƏSTDİR!

📆 27 sentyabr - 1 oktyabr
⏱️ 09:00 - 20:00

📍 Bakı İdman Sarayı

📌 t.me/nextstationaz
🎙️ TAL CATRAN İLƏ GÖRÜŞ

📢 Qlobal innovasiya ekosisteminin ən məşhur simalarından biri, minlərlə startapa mentorluq edən beynəlxalq spiker Tal Catranın "INNOLAND"də görüşü baş tutacaq.

📅 22 sentyabr
11:00

🇬🇧 Tədbir ingilis dilində baş tutacaq.

📍 "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi (Zaur Nudirəliyev küçəsi, 79)

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR.

📌 t.me/nextstationaz