Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
📚 LIBRAFF-da VAKANSİYALAR
 
📢 “LIBRAFF”ın yeni açılacaq Sumqayıt filialına satış üzrə məsləhətçi, satıcı-kassir və mağaza meneceri vəzifələrinə vakansiya elan olunur.
 
🎯 TƏLƏBLƏR:
 
Satış sahəsində azı 6 ay iş təcrübəsi
Ali təhsil arzuolunandır
Beynəlxalq və yerli nəşrlər, eləcə də müəlliflər barədə məlumatlı olmaq
Satış prinsipləri və texnikaları sahəsində baza biliklərinə sahib olmaq
Müştəriyönümlülük, yüksək müştəri xidməti bacarığı
Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
Detallara diqqət yetirmək bacarığı
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini danışıq səviyyəsində bilmək üstünlükdür
Microsoft Office proqramlarından orta səviyyədə istifadə bacarığı.


🎯 Mağaza meneceri vəzifəsinə əlavə TƏLƏBLƏR:
 
Menecer vəzifəsində azı 1 il iş təcrübəsi
Ali təhsil
Yüksək idarəçilik qabiliyyəti
Yaranan problemləri vaxtında həll etmək bacarığı
Yüksək təşkilati bacarıqlar və iş prosesində məsuliyyət
İşgüzar davranış etikası.
 

🔗 MÜRACİƏT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🏫 YAY MƏKTƏBİ

📆 İyunun 16-dan 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil ediləcək.

📝 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

🏤 “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur.

🎓 Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.

👨‍👩‍👧‍👦 “Yay məktəbi”ndə iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) iyunun 13-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə regional təhsil idarələrinə müraciət edə bilərlər.

🔗 ƏTRAFLI MƏLUMAT RƏYDƏ

📌 t.me/nextstationaz
🧑‍💼 İŞ KLUBU

📢 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən peşəyönümü məsləhət xidmətini hədəf qruplarına daha əlçatan etmək məqsədi ilə “İş Klubu” layihəsinə start verilir.


🎯 MƏQSƏD :

👩‍💼 Layihə çərçivəsində iştirakçılar əyani olaraq peşəyönümü məsləhət xidmətindən yararlanmaqla bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər.


🎯 PROQRAM:

Əmək bazarının cari vəziyyəti,
Düzgün iş məqsədlərinin təyini,
Effektiv rezüme hazırlığı,
İstək məktubunun yazılma qaydaları,
Müsahibəyə hazırlıq,
İş axtarışı alətləri ilə tanışlıq


🎯 İŞTİRAK EDƏ BİLƏR :

Tələbələr,
Yeni məzunlar,
İşsizlər
İş tapmaqda çətinlik çəkənlər,
İş axtarışı barədə tam məlumatı olmayanlar,
Karyera planlamasında dəstəyə ehtiyac duyanlar.


🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
👨‍👦‍👦 ATALAR VƏ ÖVLADLARI ÜÇÜN DÜŞƏRGƏ

🎯 MƏQSƏD :

Atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq,
Onların birgə faydalı və əyləncəli zaman keçirməsinə şərait yaratmaq


🎯 PROQRAM:

Atalar üçün ailə bağlarının gücləndirilməsinə yönəlmiş təlimlər,
Uşaqlarla ataların birgə fəaliyyəti ilə bağlı intellektual və əyləncəli oyunlar


🎯 İŞTİRAK :

Düşərgədə 8 - 12 yaş aralığında uşaqlar ataları ilə birgə iştirak edə bilərlər.

📆 16 - 19 iyun

⚠️ Yerlər məhduddur!


🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Azad Şuşa 🇦🇿
🇦🇿 Milli Qurtuluş Günü - xalqımızın zəfər tarixi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.

Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

📝 DAVAMINI BURADAN OXUYUN


📚✊🏻 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👩🏻‍🎓 ƏLAÇI TƏQAÜD PROQRAMI

📢 “Əlaçı” proqramı 2022-2023-cü tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur.

👩🏻‍🏫 Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.


🎯 TƏLƏBLƏR :

Müraciət zamanı bakalavr 3-cü və ya 4-cü kurs tələbəsi olmaq
Yüksək imtahan nəticələrinə malik olmaq
Dərsdənkənar fəaliyyətlərdə aktiv olmaq (Könüllülük, təcrübəçilik, sosial layihələr və s aktiv iştirak)


🎯 Üstünlük verilən İXTİSASLAR :

İqtisadiyyat
Marketinq
Maliyyə
Mühasibatlıq
Menecment
Biznesin idarə edilməsi
Hüquqşünaslıq
Kompüter elmləri
İnformasiya təhlükəsizliyi
İnformasiya texnologiyaları
Beynəlxalq münasibətlər
Davamlı inkişafın idarə edilməsi
Beynəlxalq ticarət və logistika
Sosial iş

🏆 Əlaçı ol, biliyinlə zirvələri fəth et!


🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🔺 SQUAD GAME OYNA, 4,5 MİLYON DOLLAR QAZAN!

🎬 Netflix platforması real "Squid Game" yarışma proqramı çəkir.

⚕️ Serialdan fərqli olaraq, müsabiqə iştirakçılarının həyatı təhlükə altında olmayacaq.

🏆 Ən pis ssenaridə onlar evə “əliboş” qayıdacaqlar.

🌍 Yarış üçün dünyanın hər yerindən 456 oyunçu seçiləcək.

💰 Bu, realiti şou tarixində ən izdihamlı və ən böyük pulun qazanıldığı şou olacaq.

💪🏻 İştirakçılar orijinal seriyalardan ilhamlanaraq yeni yarışmalarda mübarizə apardıqca, onların strategiyaları, tərəfdaşlıqları və personajları da sınaqdan keçiriləcək, qalanlar isə oyundan kənarlaşdırılacaq.

🎯 TƏLƏBLƏR :

Ən azı 21 yaşında olmaq
İngilis dilini bilmək
2023-cü ilin ilk aylarında 4 həftəlik çəkilişlərə hazır olmaq lazımdır.

💰 MÜKAFAT : 4,5 milyon $

📌 t.me/nextstationaz
Forwarded from Azad Şuşa 🇦🇿
🪖 26 iyun - Silahlı Qüvvələr Günü

1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı.

1920-ci ilin aprelində Azərbaycanın sovet işğalından sonra milli ordu ləğv edildi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra - 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi.

Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.

II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan əsgərlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayır, şanlı ordumuzu bu gün münasibətilə təbrik edirik!


📚✊🏻 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
👁 MƏNİ EVİNƏ APAR

🏠 Ev adlandırdığın məkana yad birini gətirmək necə bir şeydir?

👩🏻‍🎨 Bu sərgi - mədəniyyətlərarası təcrübənin nəticəsi olaraq səkkiz azərbaycanlı rəssamın doğulduqları məkanlara Kanadalı rəssam Kristian Frederikseni dəvət edib birlikdə səyahət etməkləridir.

🏡 Ev - danışmağı, yeriməyi öyrəndiyiniz, ilk sualları soruşduğunuz, şəxsiyyət kimi formalaşdığınız yerdir.

🧖🏻‍♀ Ev - müəyyən mühakimələr və ya gözləntilər olmadan mövcud olduğunuz həssas məkandır.

🇦🇿 Azərbaycan öz qonaqpərvərliyi və kənar adamlara qarşı isti münasibəti ilə tanınır.

🧕🏻 Bəs əcnəbi birini ailənizə, xatirələrinizə dəvət etmək necə hissdir?

🇦🇿 Bu sənət əsərlərində ailə, məkan, adət-ənənə və təbii ki, qayıdış mövzuları öz əksini tapır, çünki məkanların ikisi işğaldan azad edilmiş Şuşa və Laçın rayonlarıdır.

🇨🇦 Siz azərbaycanlı rəssamlar və kanadalı rəssamın yan-yana yerləşdirilmiş əsərlərini seyr edə biləcəksiz.

📆 Açılış: 1 iyul 18:00
2 - 8 iyul 10:00 - 17:00


📍 Milli Azərbaycan Tarixi Muzeyi

📌 t.me/nextstationaz
🪁 ÇƏRPƏLƏNG FESTİVALI

🇯🇵 Sanconun çərpələng yarışı ənənəsi Edo dövründən bəri davam edərək bütün dünyada "Sanco Rokkaku" (Sanco Altıbucaqlı) kimi tanınmışdır.

🌊 Həmin Sanco çərpələnginin Xəzər dənizi üzərində uçurdularaq qədim tarixə malik olan yapon mədəni irsini sizə yaxından hiss etdirəcək bir tədbir sizi gözləyir!


📆 23 iyul
09:00 - 13:00
📍 Lənkəran şəhəri, İcra Hakimiyyəti Meydanı

📆 24 iyul
09:00 - 13:00
📍 Bakı şəhəri, Dənizkanarı Park


⚠️ Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

Sıxlıqdan asılı olaraq giriş məhdudlaşdırıla bilər.


📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
💶 BAKIDAN 29 AVROYA AVİABİLETLƏR?

💰 Ucuz səyahət etməyi hamımız istəyirik.

🎫 Bunun üçün aviabiletləri çox öncədən almalıyıq.

🇦🇿✈️ Hazırda Bakıdan Gürcüstan, Rusiya, Qazaxıstan, İran, və Türkiyəyə müxtəlif vaxtlarda 51 manata getmək və 51 manata qayıtmaq mümkündür.

Aviabiletləri Buta Airways-in saytından onlayn qaydada almaq mümkündür: 🔗

📢 2023-cü ilin aprel ayına qədər olan dövrlər üçün aviabiletlər aktivdir.

📌 t.me/seyahetchi
👨🏻‍🔧 BİR PEŞƏNİN SİRRİ

📢 Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə “Bir Peşənin Sirri” festivalı təşkil olunacaq.


🎯 MƏQSƏD :

Peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək;
Gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etmək.

👩🏻‍🍳 Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir.

🎮 Bununla yanaşı tədbir iştirakçıları üçün WorldSkills Azerbaijan platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub.

📆 2 iyul
12:00 - 18:00
📍 İçərişəhər Qoşa Qala Meydanı

📌 t.me/nextstationaz
Forwarded from Azad Şuşa 🇦🇿
👮🏻‍♂ 2 İYUL - AZƏRBAYCAN POLİSİ GÜNÜ!

🇦🇿 Hər an Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır,vətəndaşların və dövlətçiliyimizin keşiyində duran, sevgi və qayğı ilə bizi 104 ildir ki, qoruyan Azərbaycan Polisi ölkənin tərəqqisinə və inkişafına layiqli töhfələr vermək üçün bu gün də fəaliyyətini yorulmadan uğurla davam etdirir.


✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
⚠️ İŞSİZ və İŞAXTARANLARIN NƏZƏRİNƏ!

📢 Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Şəki - Zaqatala Regional Məşğulluq filialında “Açıq qapı” günü keçiriləcək.

🎯 "Birləşmiş Xidmətlər Mərkəzi” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə müvafiq filiala yaxınlaşa bilərlər:

Hüquqşünas
Psixoloq
Satış məsləhətçisi
Ofis meneceri
Mühəndis, dizayner
Mühasib köməkçisi
Ofis işləri
Dayə
Xadimə
Fəhlə
Dülgər
Mebel ustası


⚠️ Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

📝 Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, professional CV mütəxəssisinə müraciət edə bilərsiniz.

👷 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır.


📆 05 iyul
10:00-13:00

📍 Şəki şəhəri, M.F.Axundov pr 56a (Şəki-Zaqatala Regional Məşğulluq filialının inzibati binası)

📌 t.me/nextstationaz
🇦🇿 ŞƏKİ ŞƏHƏR GÜNÜ

📢 7 iyul Şəki Şəhər günü tədbirləri hərkəsə açıqdır.

🎯 PROQRAM:

🎷 Hərbi orkestrin ifası ilə rəsmi tədbirin açılış mərasimi

💸 Xan Qala divarları daxilində səhər saatlarından sərgi-satış yarmarkası (7 və 8 iyul axşama kimi davam edəcək)

🎙 19.00-da Yuxarı Karvansarayda Bakıdan dəvət olunmuş “Dervish band və Nara White” qrupunun konserti baş tutacaq.

Ayaqüstü yemək və çay xidmətləri yemək bölməsindən satın alına bilər.


📆 7 iyul
11.00

📍 Şəki şəhəri, Bəxtiyar Vahabzadə parkı

024 244 60 94

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇪🇺 AVROPADA İŞ TAPMAQ ÜÇÜN ƏN YAXŞI ÖLKƏLƏR

👷‍♀ İş axtaran milyonlarla insanın düşüncəsi, eyni zamanda hansı biznes növünün nə qədər pul qazandırdığı və bir çox fərqli nəticələri dərc etdirən Glassdoor saytının aparmış olduğu araşdırmaların nəticəsinə əsasən iş tapmaq məsələsində ən yaxşı olan Avropa ölkələrini təqdim edirik.

💼 Videoya baxın, rəylərdə Avropanın hansı ölkəsində işləmək istədiyinizi yazın, kömək edək!

🔗 BURADAN İZLƏ : https://youtu.be/YMxKXHmWHEE
Forwarded from Azad Şuşa 🇦🇿
🕌 Bayramlar o qədər gözəldir ki, gəlişini bir il gözləyirik və gedişindəki kədər də ancaq növbəti gəliş ümidiylə xəfifləyir.

🐏 Qurban bayramının belə bir nəşə ilə gəlməsi, bütün ailənizi sevincə qərq etməsi, etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə...

🙏🏻 Ürəklər vardır sevgini yaşatmaq üçün, insanlar vardır dostluğu paylaşmaq üçün və bayramlar vardır sevgi ilə qucaqlaşmaq üçün.

🤲🏻 Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

🕋 BAYRAMINIZ MÜBARƏK!



✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!
#istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
👩🏻‍🦽 KEKALOVE ADAPTİVE FASHION SHOW

📢 Kekalove Adaptive tərəfindən ölkəmizdə artıq 3-cü dəfə əlilliyi olan şəxslər tərəfindən əlilliyi olan modellərlə birgə adaptiv geyim kolleksiyasının təqdimatı keçirilicək.

🎯 Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir.

👚 Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.


Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir.

🧑🏻‍🦽 Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır.

🏆 Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur.

🥉 Bu moda şou startapın bu qəbildən sayca üçüncü tədbiridir.


📆 13 iyul
19:00

📍 JW Marriott Absheron oteli


📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
HANSI ÖLKƏDƏ NƏ ETMƏK OLMAZ?

😍 Səyahət etməyin insana qazandırdığı ən vacib nemətlərdən biri də fərqli mədəniyyətlərlə tanış olmağın verdiyi xoşbəxtlik hissidir.

🎸 Bu mədəniyyətlərlə tanış olmaq üçün həmin mədəniyyətin məxsus olduğu ölkədə ən azı bir neçə gün, hətta bir həftədən çox qalmalı, ölkənin sakinləri ilə daha çox vaxt keçirməli, o ölkənin vətəndaşıymış kimi hiss etməlisiniz.

👋🏻 Həmin ölkədə siz yaxşı qarşılaşacaqsınız.

💞 Çünki bir ölkənin vətəndaşı onun ölkəsinin mədəniyyətini öyrənmək istəyən turistə hörmət edir, rəğbət bəsləyir.


🚭 Kəşf etmək istədiyiniz ölkənin mədəniyyətinə yiyələnərkən bilməli olduğunuz vacib məlumatlardan biri də həmin ölkədə nəyi etməməyinizdir.

👮🏻‍♀ Çünki bəzi ölkələrin bir sıra adət-ənənələri və qadağaları vardır ki, onları etsəniz, pis qarşılana bilərsiniz.

⚠️ Bu adət-ənənələr və qadağalar o qədər milliləşmişdir ki, əgər onlara riyaət etməsəniz cəzalandırıla, hətta ölkə xaricinə belə çıxarıla bilərsiniz.

🔗 BURADAN İZLƏ : https://youtu.be/3GKTSPqOIsQ