Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
Forwarded from Azad Şuşa 🇦🇿
✊🏻📚 İstiqlal Nəşriyyatı "I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı"nda!

📖 Əziz dostlar, hörmətli oxucularımız, dəyərli izləyicilərimiz!

📚 Mayın 26-dan 28-dək Bakı Dövlət Universitetində keçirələcək Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İstiqlal Nəşriyyatı da iştirak edəcəkdir.

✍🏻 Tədbirdə İstiqlal Nəşriyyatının müəllifləri ilə imza günləri, kitab satışları keçiriləcəkdir.

🥰 Sizlərin sərgidə iştirakından şad olacağımızı, bizim stendimizin önündə də görməkdən məmnun olacağımızı bildiririk.


📆 26, 27, 28 may

📍 Bakı şəhəri, Bakı Dövlət Universiteri (açıq hava)


✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
🧠 Azərbaycanlı gənc Almaniyanın ən güclü yaddaşına sahib insanı seçilib.

🇩🇪 Almaniyanın Hasfurt Regional Gimnaziyasında keçirilən “Memory XL” Almaniya Yaddaş Çempionatında azərbaycanlı Orxan İbadov 5735 xal yığaraq yarışın qalibi olub və “Almaniyanın ən güclü yaddaşı” adına layiq görülüb.

🏆 Orxan İbadov sırayla 5 dəqiqəyə 31 ad və soyadı, 5 dəqiqəyə 360 rəqəmi, 5 dəqiqəyə 272 şəkli, 5 dəqiqəyə 63 süni tarixi faktı və 27 səsli rəqəmi düzgün yadda saxlayıb.

🌍 O, dünyanın 11-ci ən güclü yaddaşına sahib insanıdır.


🚉 "Next Station" kollektivi Orxan İbadovu təbrik edir, ona möhkəm cansağlığı, yeni uğur və nailiyyətlər arzulayır!

📌 t.me/nextstationaz
🇺🇳 BMT-də DİZAYNER OL!

🖥 Qrafik dizaynerlər üçün BMT ilə əməkdaşlıq fürsəti!

📝 Əməkdaşlıqda maraqlı olan peşəkar dizaynerlər CV, marağın təsdiqi və maliyyə forması*, habelə portfoliolarını rəydəki elektron poçt ünvanına göndərə bilərlər.

📆 Sənədləri təqdim etmək üçün son tarix: 8 iyun 2022

* Marağın təsdiqi və maliyyə forması - Template for Confirmation of Interest and Submission of Financial Proposal


🔗 ƏTRAFLI MƏLUMAT VƏ ELEKTRON POÇT RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Kərim Kərimli
Kərim Kərimlinin İMZA GÜNÜ

Mayın 26-dan 28-dək Bakı Dövlət Universitetində keçirələcək Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ilk günündə - 26 may 15:30 tarixində Kərim Kərimlinin - "Onun adı Şuşadır!" kitabının imza günü keçiriləcək.

Tədbir BDU-nun həyətində - açıq havada İstiqlal Nəşriyyatının (@istiqlalaz) təşkilatçılığı ilə baş tutacaq.

Qəlbi Şuşa ilə döyünən hər bir oxucunu imza gününə dəvət edirik!

Əlaqə: +99450 374 18 46

📌 t.me/kerimkerimli
👨🏻‍💼 Şamaxı Rayon İcra Hakimiyyətində gənc kadr!

✍🏻 Şamaxı İH başçısı Tahir Məmmədovun sərəncamına əsasən, Etibar Sevincək oğlu Muradlı başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

👨🏻‍🎓 Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakultəsində təhsil alıb.

💼 Təhsilini başa vurduqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparatında çalışan Etibar Muradlı, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə qədər yüksəlib.


🚉 "Next Station" kollektivi Etibar Muradlını təbrik edir, ona möhkəm cansağlığı, yeni uğur və nailiyyətlər arzulayır!

📌 t.me/nextstationaz
Forwarded from Azad Şuşa 🇦🇿
🇦🇿 Bu gün - 28 may Müstəqillik Günüdür

104 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.


Davamını buradan oxuyun


✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
👨‍👩‍👧‍👦 “SAĞLAM AİLƏ” ƏYLƏNCƏLİ İDMAN OYUNLARI

📢 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Sağlam ailə” əyləncəli idman oyunları keçiriləcək.

🏓 İştirakçılar xüsusi avadanlıqların quraşdırıldığı ərazidə ailələr yarışacaqlar.

⛹🏻‍♀ Oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları və viktorina (idman mövzusunda sual-cavab) formatında olacaq.

🎁 Qaliblərə diplom və hədiyyələr, bütün iştirakçı uşaqlara müxtəlif hədiyyələr təqdim ediləcək.

📆 1 iyun, 10:00 - 18:00

📍 “Qış parkı”

📌 t.me/nextstationaz
👩🏻‍🎓 TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

📢 Yaz sessiyasında təhsil krediti almaq istəyən tələbələrin müraciətləri 31 may tarixinədək qəbul olunur.

Yaz sessiyası üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.

Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur.

Portala giriş identifikasiya nömrəsi , “ASAN İmza” və “E-imza" ilə mümkündür.

Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.

Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul olunur.

⚠️ Notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.

📌 t.me/nextstationaz
⛹🏻‍♀ İDMAN HAMI ÜÇÜN

📢 Gənclər və İdman Nazirliyi iyun ayında “İdman hamı üçün" aksiyasına start verir.

🎯 PROQRAM:

🤸🏻‍♀ Gimnastika hamı üçün - 5 iyun

🏃🏻‍♂ Qaçış hamı üçün - 12 iyun

🧍🏻‍♀ Sağlam həyat günü - 19 iyun

🚴🏻‍♀ Veloyürüş - 26 iyun

Bütün yaş qruplarında əhali “İdman hamı üçün” aksiyasına qoşula bilər.

📍 Bakı Konqres Mərkəzinin qarşısındakı uşaq əyləncə meydançası

📌 t.me/nextstationaz
Next Station 🚉
👷🏻‍♂️ PEŞƏLƏR FESTİVALI 📢 “Peşələr festivalı” düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. 🤵‍♀ Festivalda bütün yaş qruplarından…
👷🏻‍♂️ BƏRDƏ PEŞƏLƏR FESTİVALI

📆 30 may, Bərdə Bayraq meydanı


📝 GÜNDƏLİK:

16:00 - 16:20 - Festivalın rəsmi açılış mərasimi

16:20 - 16:30 - Musiqi fasiləsi

16:30 - 16:45 - Aşpaz peşəsi üzrə təqdimat

16:45 - 17:00 - Turizm agenti peşəsi üzrə təqdimat

17:00 - 17:15 - Musiqi fasiləsi

17:15 - 17:30 - Dərzi peşəsi üzrə təqdimat

17:30 - 17:45 - Barista peşəsi üzrə təqdimat

17:45 - 18:00 - Qrafik dizayner peşəsi üzrə təqdimat

18:00 - 18:15 - Musiqi fasiləsi

18:15 - 18:30 - İnteryer və eksteryerin bədii tərtibatçısı peşəsi üzrə təqdimat

18:30 - 18:45 - Bərbər-vizajist peşəsi üzrə təqdimat

18:45 - 19:00 - Frontend developer peşəsi üzrə təqdimat

19:00 - 19:15 - Musiqi fasiləsi

19:15 - 19:30 - Elektron cihazların təmiri peşəsi üzrə təqdimat

19:30 - 19:45 - Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı peşəsi üzrə təqdimat

19:45 - 20:00 - Musiqi qrupu və festivalın rəsmi bağlanış mərasimi


💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!


🔗 ƏTRAFLI MƏLUMAT RƏYDƏ


📌 t.me/nextstationaz
👶🏻🍎 Azərbaycanda son 5 ildə meyvə adı verilən körpələr:

🍒 8 körpəyə Gilas adı verilib.

🍏 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar.

🫐 1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.

🍈 Son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib.

🥥 Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub.

🍊15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək.

🥑 Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir.

🍇 Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.

📌 t.me/nextstationaz
🔋 BAKI ENERJİ HƏFTƏSİ!

📢 2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək.

Tədbir çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz və 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri yer alacaq.

👩🏼‍💼 Qonaqların siyahısında dövlət strukturlarının nümayəndələri var:

Rumıniya
Bolqarıstan
Qazaxıstanın Energetika nazirləri;

İranın neft naziri;

İndoneziyanın Neft və qazın baş direktoru;

Moldovanın Baş nazirin müavini və bir çoxları.

🎯 Bakı Enerji Həftəsinin əlavə proqramı çərçivəsində ənənəvi olaraq ikitərəfli işgüzar görüşlər (B2B), sənayenin aktual mövzuları üzrə tematik sessiyalar keçiriləcək.

✍🏻 Həmçinin bir sıra beynəlxalq müqavilələrin imzalanması gözlənilir.


🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
QIZIL YARDIM

🚑 Gənclərə ekstremal şəraitdə mövcud vəziyətə uyğunlaşaraq zərərçəkmişə ilk yardım etmək vərdişləri aşılanacaq.

🎯 5 gün davam etməklə, ümumilikdə 15 saatlıq təlimlərin proqramına müxtəlif simuliyasiyalar və aşağıdakı təlimlər aiddir:

Ümumi ilk yardım
Hadisə yerinin dəyərləndirilməsi
Təməl yaşama dəstək
Boğulmalar və tənəffüs yollarının tutulması
Qanaxma, şok, bayılma, koma
Yaralanmalar və kəllə beyin travmaları
Sınıq, çıxıq, burxulmalar
Zəhərlənmələr
İlan və həşərat sancmaları
Yanıq, donma, günvurma, istivurma
Miokard İnfarktı
Epileptik tutmalar

📰 Bütün təlimlərdə iştirak edən gənclər Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İB-nin tərəfindən beynəlxalq sertifikatla təltif ediləcəklər.

👩🏼‍⚕ Təltif edilmiş iştirakçılar təlimçi kimi formalaşmaqla yanaşı, "İrəli" İB-nin keçirdiyi müxtəlif düşərgələrə İrəli Sağlamlıq Mərkəzinin gənci kimi cəlb olunacaqlar.

📆 6-10 iyun, 10:00

📍 "İrəli" İB ofis

Son qeydiyyat: 3 iyun


🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Next Station 🚉
👷🏻‍♂️ PEŞƏLƏR FESTİVALI 📢 “Peşələr festivalı” düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. 🤵‍♀ Festivalda bütün yaş qruplarından…
👷🏻‍♂️ QAZAX PEŞƏLƏR FESTİVALI

📆 3 iyun, Heydər Əliyev parkı


📝 GÜNDƏLİK:

16:00 - 16:20 - Festivalın rəsmi açılış mərasimi

16:20 - 16:30 - Musiqi fasiləsi

16:30 - 16:45 - Aşpaz peşəsi üzrə təqdimat

16:45 - 17:00 - Turizm agenti peşəsi üzrə təqdimat

17:00 - 17:15 - Musiqi fasiləsi

17:15 - 17:30 - Dərzi peşəsi üzrə təqdimat

17:30 - 17:45 - Barista peşəsi üzrə təqdimat

17:45 - 18:00 - Qrafik dizayner peşəsi üzrə təqdimat

18:00 - 18:15 - Musiqi fasiləsi

18:15 - 18:30 - İnteryer və eksteryerin bədii tərtibatçısı peşəsi üzrə təqdimat

18:30 - 18:45 - Bərbər-vizajist peşəsi üzrə təqdimat

19:45 - 20:00 - Musiqi qrupu və festivalın rəsmi bağlanış mərasimi


💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!


🔗 ƏTRAFLI MƏLUMAT RƏYDƏ


📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇮🇹 İTALİYA ŞENGEN VİZASI

👩🏻‍🎓 İtaliya ən yüksək səviyyədə işləyə, təhsil ala və istirahət edə biləcəyiniz yerdir, amma bunun üçün İtaliya Şengen vizasına sahib olmalısınız.

📝 Bu videoda İtaliya Şengen vizası və müraciət üçün tələblər, lazım olan sənədlər haqqında məlumat əldə edəcəksiniz.

🗒️ Üstəlik İtaliya Şengen vizası proses müddəti, rüsumu, Şengen vizasının İtaliyada necə uzadılması barədə əhəmiyyətli məlumatlar da videoda yer alıb.

🔗 BURADAN İZLƏ : https://youtu.be/ALx9hywxYKk
👩🏻‍🏫 İXTİSAS BƏLƏDÇİSİ

👩🏻‍🎓 Təhsil yolunuzu seçmək sizin üçün çətindir?

Peşəkar bir bələdçi sizi bu problemdən qurtara bilər.

🕵🏻‍♀️ "İxtisas bələdçisi" abituriyentlərə ixtisas seçimi ilə bağlı kömək etməyə gəlir.

👩🏻‍💻 Onlayn şəkildə keçiriləcək görüşlərdə hər bir ixtisas qrupu (I, II, III, IV, V) və peşələrlə bağlı məlumat veriləcək və abituriyentlərin/valideynlərin sualları cavablandırılacaq.

🎯 9 görüşün baş tutacağı layihə müddətində, həmçinin kodlaşdırma məsələsi ilə bağlı abituriyentlərə məsləhətlər veriləcək, vacib məqamlar vurğulanacaq.

🖥️ Görüşlər Zoom platforması üzərindən keçiriləcək. Həmçinin canlı yayımların da (YouTube, Facebook) olması nəzərdə tutulub.

📆 Başlanma tarixi: 11 iyun, 19:00

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇦🇹 AVSTRİYADA KÖNÜLLÜLÜK LAYİHƏLƏRİ!

🇪🇺 Avropa Həmrəylik Korpusu Könüllülük layihələrinə start verildi.

💰 Layihə müddətində qarşılanır:

Səyahət xərcləri
Yaşayış xərcləri
Yemək xərcləri
Cib xərcləri
Nəqliyyat xərcləri

📆 Layihə müddəti: 12 ay

Son müraciət tarixi: 15 iyun

⚠️ Proqramda iştirak tam olaraq ödənişsizdir.

🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
📢 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "MUZEY ÜZRƏ MENECER" vəzifəsinə vakant yer elan edir.

🎯 Vəzifə öhdəlikləri:

Muzey işinin planlaşdırılması, təşkili, təkmilləşdirilməsi, effektiliyinin artırılması və nəzarət edilməsi;

Muzey işinin elmi araşdırmasının təşkili;

Muzeylərin təbliği və inkişafının təmin edilməsi;

Beynəlxalq əməkdaşlığın qurulması;

Yerli sərgi, konfrans, seminar və s. tədbirlərin təşkili;

Muzeylərə yeni ziyarətçilərin cəlb olunmasında sistemli işin təşkili və aparılması;

Muzey təcrübəsinə yeni idarəetmə, innovasiya və kommunikasiya texnologiyalarının tətbiqi;

İşçilərin ixtisaslarının artırılmasının təmin edilməsi, onların qiymətləndirilməsinin təşkili;

Nəzarət sahəsi üzrə görülmüş işlərin təhlili, görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq;

Daxili qayda və prosedurların hazırlanmasına nəzarət;

👩🏻‍💻 Əmək şəraiti: həftə içi 5 gün, saat 9:00 - 18:00

🔗 TƏLƏBLƏR VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🕺🏻 TAŞAMA MÜSABİQƏSİ!

📢 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə II “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.

💰 MÜKAFAT FONDU :

🥇 5000 AZN

🥈 3000 AZN

🥉 1500 AZN

🏆 Hər yer üzrə bir qalib seçiləcək.


🎁 MÜKAFATLANDIRMA :

🎭 Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

⚠️ JANR MƏHDUDİYYƏTİ YOXDUR VƏ MÖVZU SƏRBƏSTDİR!

Əlaqə: 050 660 20 25

🔗 ƏTRAFLI MƏLUMAT, QƏBUL ŞƏRTLƏRİ, TƏQDİM EDİLMƏLİ SƏNƏDLƏRİN SİYAHISI RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇪🇺 PANDEMİYADAN SONRA ŞENGEN VİZASI

👮🏻‍♀️ Pandemiya vaxtı şengen vizası verən bir çox ölkə viza xidmətini dayandırmışdı.

📢 Hazırda Avropada pandemiya qaydaları yumşaldığı üçün əksər səfirliklər viza verilişini bərpa ediblər.

🎯 Hazırda aşağıdakı ölkələrə şengen vizası almaq olar:

🇭🇺 Macarıstan
🇩🇪 Almaniya
🇫🇷 Fransa
🇪🇸 İspaniya
🇵🇹 Portuqaliya
🇧🇪 Belçika
🇮🇹 İtaliya
🇦🇹 Avstriya
🇨🇿 Çexiya
🇵🇱 Polşa
🇨🇭İsveçrə
🇱🇻 Latviya
🇱🇹 Litva
🇪🇪 Estoniya
🇳🇴 Norveç
🇸🇪 İsveç


📝 Viza üçün lazım olan sənədlər

⚠️ Səfərdən öncə gedəcəyiniz ölkənin giriş qaydalarını oxumağı unutmayın.

🗺️ Şengen vizasından istifadə edib bütün Avropa şəhərlərini gəzin!


📌 t.me/seyahetchi