İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
459 photos
7 videos
6 files
900 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Aqrar İnnovasiya və Təchizat Şirkətinin Marketinq şöbəsində "Marketinq üzrə aparıcı mütəxəssis"

🔍 Tələblər



· Ali təhsil (marketinq, menecment, jurnalistika və ya iqtisadiyyat yönümlü təhsil);
· Marketinq sahəsində 3 ildən az olmayan təcrübəsi olmalıdır;
· Marketinqin nəzəri əsaslarını yaxşı səviyyədə bilməlidir;
· Mətbəə işləri, media buying, KİV ilə işlər üzrə bilik və təcrübəsi olmalıdır;
· Azərbaycan və Rus dili biliyi yüksək səviyyədə olmalı (ingilis dili biliyi üstünlükdür);
· Bölgələrə ezamiyyətlərə hazır olmalı.

📄 Öhdəliklər

· KİV ilə əlaqələri təşkil edəcək və sifarişlərin səmərəli icrasını təmin edəcək;
· POS və promo materialların hazırlanması üzrə sifarişlərin icrasını koordinasiya edəcək;
· Tədbirlərin təşkili və sərgilərdə şirkətin iştirakının təmin edilməsi ilə bağlı məsul olacaq;
· Satış nöqtələrinin brendləşmə və merçendayzinq məsələləri üzrə cavabdeh olacaq. Marketin şöbəsinin fəaliyyəti ilə bağlı digər işlərdə iştirak edəcək.

İş #şərtləri:

· Əmək haqqı: 1500-1700 AZN
· İş qrafiki : Tam iş günü (5 gün)
· İş saatları: 08:30-17:30.
· Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

📩  Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə aparıcı mütəxəssis” yazaraq hr@aisco.az ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom