İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.31K subscribers
461 photos
7 videos
6 files
904 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
"Təlim və inkişaf üzrə mütəxəssis" kursumuzun 2-ci sessiyası uğurla tamamlandı. 2-ci sessiya üzrə 3 iştirakçı müvəffəqiyyət, 3 iştirakçı isə tamamlama sertifikatı ilə təltif olundu. Bütün iştirakçılara uğurlar arzu edirik.

3-cü sessiya üzrə qeydiyyat yaxın zamanda elan olunacaq.
#hrazcom #işvar #ishvar #vakansiya
VAKANSİYA: Baş mexanik
Ətraflı: https://lnkd.in/djhj3rUT

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Satınalmalar üzrə baş mütəxəssis” vakansiyasını elan edir!

🔍 Tələblər:

• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması bacarıqları;
• İş təcrübəsi: Satınalmalar sahəsində ən azı 5 il;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
• Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
• “Dövlət satınalmaları haqqında qanun” bilikləri;
• Satınalmalar sahəsində peşəkar sertifikatın olması arzuolunandır;

📥 Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində "Satınalmalar üzrə baş mütəxəssis" qeyd etməklə talent@idda.az elektron ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 "Bank of Baku" Məlumat Mərkəzi komandasına #kiçik #ekspert (Call Center) axtarışındadır :

📝 Vəzifə öhdəlikləri:


o 145 Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması
o Müraciət edən şəxslərə mövcud bank məhsulları üzrə məlumatların verilməsi
o Müştərilərin müraciətlərinin araşdırılması, onların suallarının cavablandırılması və əməliyyatlar üzrə dəstək göstərilməsi
o Müraciət edənlərin tələblərinə və ehtiyaclarına uyğun olaraq onlara bank məhsullarının təklif edilməsi
o Kredit və digər bank məhsullarının sifarişləri üzrə müştərilərlə əlaqə saxlayıb onların satışa cəlb edilməsi


🔍 Tələblər:

o Ali təhsil
o Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması


📥 Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Məlumat mərkəzi üzrə kiçik ekspert” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@bankofbaku.com elektron poçt ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 "Mətanət A" şirkəti Maliyyə və Büdcə üzrə Analitik vakansiyası elan edir:

📝 Vəzifə
öhdəlikləri:

· Şirkətin maliyyə fəaliyyətini təhlil etməli;
· Satış üzrə təhlilərin aparılması və debitor borclara nəzarət etməli;
· Satınalma üzrə hesablaşmalara nəzarət etməli;
· Mal material üzrə analizlərin aparmalı;
· Xərclərə nəzarət etməli və analitik hesabatları hazirlanmalı;
· Büdcə və faktiki xərclərin analizi və fərq hesabatları hazırlamalı;
· Büdcə hesabatlarını hazırlamalı, nəzarət və digər şöbələrlə koordinasiya etməli;

İş şəraiti:

· İş saatı: 09:00-dan 18:00-dək;
· İstirahət: şənbə və bazar günü;
· İş yeri: Bakı ş., Azərbaycan ( baş ofis)

Əmək haqqı:
· Razılaşma yolu ilə;

🔍 Tələblər:

· Təhsil: Ali (İqtisadi)-Xaricdə təhsil alanalara üstünlük verilir;
· İş təcrübəsi: müvafiq sahə üzrə 3-5 il təcrübə;
· Yaş həddi: 27-45 yaş;
· Dil bilikləri: Azərbaycan, Rus sərbəst, İngilis dili arzuolunandır;
· Kompüter bilikləri: 1C Proqramı, MS Office

Şəxsi keyfiyyətləri:
· İşə planlı yanaşmaq bacarığı;
· Yüksək ünsiyyət bacarığı;
· Təmkinli, etibarlı, özünəinamlı olmaq;
· Səliqəli, təşkilatçı, operativ çalışan, bacarıqlı.


📥 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Şirkət: GM Construction
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis

🔍 Tələblər:


- Tikinti şirkətində təcrübə üstünlükdür
- Excell və 1C proqram biliyi yaxşı səviyyədə

📝 Vəzifə öhdəlikləri:

- Sənədləşmə (kadr kargüzarlığı) və davamiyyətin sahələrdə gündəlik izlənməsi
- Aylıq tabelləri formalaşdırmaq və mühasibatlığa ə/haqqı ödənişi üçün təqdim etmək
- Əmək haqqı: 1000-1200 AZN

📥 Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hr@gmco.az elektron ünvana təqdim edə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Bakı Ali Neft Məktəbi aşağıda qeyd olunan fənn üçün müəllim vakansiyasını elan edir:

"Proqramlaşdırma dili"

🔍 Tələblər:

1. IT üzrə ali təhsil
2. İngilis dili bilikləri (tədris ingilis dilində olacaqdır)

📥 Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini fidan.huseynli@bhos.edu.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində "IT-Lecturer" yazılmasını xahiş edirik, əks halda qəbul edilməyəcəkdir.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Ulduz Şokolad Fabriki Keyfiyyət komandası daxilində Laborant vəzifəsi üzrə vakansiya elan edir.

📝 Vəzifə öhdəlikləri:


- Təlimatlara əsasən xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun mövcud standartlara, texniki şərtlərə cavab verməsi üçün və onların keyfiyyətinə laboratoriya nəzarətini tətbiq etmək məqsədi ilə kimyəvi analizləri, fiziki-kimyəvi təcrübələri aparmaq
- Alınan nümunələrin kimyəvi tərkibi müəyyən edildikdən sonra qarşıya çıxan uyğunsuzluqlar barədə müvafiq struktur bölmələri məlumatlandırmaq
- Xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun beynəlxalq standartlara uyğun şəraitdə, temperaturda və rütubətlilik dərəcəsində saxlanılmasına nəzarət etmək
- Laboratoriyada analizlər üçün qeyd jurnalları hazırlamaq, aparılan bütün analiz və müşahidələri jurnallara qeyd etmək.
- Laboratoriyada istifadə olunan cihazların işlək vəziyyədə olmasına, dəqiq işləməsinə nəzarət etmək
- Gündəlik olaraq sahələrdə temperatur, nəmlik, şeh nöqtəsini yoxlamaq və aidiyyəti şöbələrə göndərmək
- Metal qarışımının yoxlanılması jurnalını hazırlamaq, gündəlik və aylıq olaraq nəzarətdə saxlamaq
- Dezinfeksiyaedici məhlulun hazırlanmasına, istifadə müddətinə nəzarət etmək və məhlulları sahələrə çatdırmaq
Analizləri yoxlanılmış və təsdiqlənmiş cihazlar, ölçü vasitələri ilə aparmaq

🔍 Tələblər:

- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi arzu olunandır;
- İşinə məsuliyyətli, intizamlı olmalı;

Təminatlar:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Növbəli(gecə/gündüz)
- Yemək və servis təminatı
- Əmək haqqı: 500 - 600 manat (namizədə uyğun olaraq)

📥 Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Laborant " qeyd edərək career@ulduz.com.az e-ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 "Qida və içki üzrə menecer" (F&B Manager) vakansiyası aktivdir!

İşəgötürən: "𝐋𝐚𝐧𝐤𝐚𝐫𝐚𝐧 𝐒𝐩𝐫𝐢𝐧𝐠𝐬 𝐖𝐞𝐥𝐥𝐧𝐞𝐬𝐬 𝐑𝐞𝐬𝐨𝐫𝐭"
Şöbə: İaşə şöbəsi
İş yeri: Lənkəran şəhəri
Təminatlar: Sığorta, qidalanma, gediş/dönüş, qalacaq yer.

: 𝟬𝟭.𝟬𝟵.𝟮𝟬𝟮𝟮
📧: hr@lankaransprings.az

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
DÖVLƏT QURUMUNDA VAKANSİYA: Ünvanlı dövlət sosial yardımı üzrə mütəxəssis
Ətraflı: https://hr-az.com/vacancy/1381-unvanli-dovlet-sosial-yardimi-uzre-mutexessis.html

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvqr #vakansiya
💼 “Satış təmsilçisi köməkçisi”

🔍
Tələblər:

-Ali təhsil ( Satış, Marketinq və ya Memarlıq üzrə)
-Dil bilikləri: İngilis dili mütləqdir, Rus dili üstünlükdür.
-B2B satışı üzrə biliklər arzuolunandır
-Yüksək səviyyədə ünsiyyət bacarığı
-İşgüzarlıq

📄 Vəzifə öhdəlikləri:

-Bazar, müştəri və rəqiblərin araşdırmasının həyata keçirilməsi
-Müştərilərlə idarəçinin nəzarəti ilə danışıqların aparılması
-ERP proqramında işləmək

İş şəraiti:
-6 günlük iş rejimi (Bazar günü istirahət)
-Nahar müəssisə tərəfindən qarşılanır
📍 İş yeri: Ofis şəraitində, Elmlər metrosunun yanı

📩 Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini "Satış təmsilçisi köməkçisi" başlığı altında hr@idea.az mail ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
VAKANSİYA: Kiçik hüquqşünas
Ətraflı: https://hr-az.com/vacancy/1382-kichik-huquqshunas.html

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübə #intern
💼 ‘’Kristal Abşeron’’ şirkətində Anbardar (Təcrübəçi) vakansiyası aktivdir.

🔍 Tələblər:

- Ali təhsil;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli;
- Komandada işləmək bacarığı.

📃 Vəzifə öhdəlikləri:

- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.

🏫 İş şəraiti:

- Təcrübə müddəti 3 ay müddətində;
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 300 AZN

📩 Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 SIĞORTA MÜTƏXƏSSİSİ

📃 İş barədə məlumat


- Satış təcrübəsi arzu olunandır
- Müştərilərlə münasibətin yüksək səviyyədə qurulması, yeni müştəriləri cəlb etmək
- Satış hədəflərinin yerinə yetirilməsi
- Müştəri xidmətinin və məmnuniyyətinin təmin olunması
- Məhsullar haqqında ətraflı məlumat öyrənmək (şirkət tərəfindən təlimlər təşkil olunacaq) və müştərilərə yüksək səviyyədə təqdim etmək
- Xidmət seçimində müştəriyə xidmət haqqında tanıtım və satışın həyata keçirilməsi
- Azərbaycan dilində səlis nitq qabiliyyəti, rus və ingilis dilləri arzuolunandır
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərməkİş şəraiti
- İş rejimi: həftənin 6 günü, saat 09:00-18:00
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
- Şirkət daxili inkişaf imkanları

🔍 Namizədə tələblər

- Ali təhsil, riyazi biliklərin olması üstünlükdür
- Ünsiyyətcil, gülərüz
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı (rus dili biliyi olanlara üstünlük verilir)
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Komandada işləmə bacarığı olmalı
- Aktiv, məsuliyyətli,stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan xanim namizədlər müraciət edə bilər
- Satış təcrübəsi 1-3 il arzuolunandır.
- Əmək Haqqı: 500 - 600 AZN

📱 Telefon
(055) 215-43-06
(012) 530-08-69

📩 Xahiş olunur CV nizi, office@sigortali.az mail ünvanına göndərin.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Əsasən beynəlxalq şirkətlərlə işləyən Hüquq Şirkətində hüquqşünas işləmək istəyən hüquqşünaslar CV-lərini elkhan.askarov@alplaw.az mail ünvanına göndərə bilər.

🔍 Tələblər:

- Hüquqşünaslıq ixtisası üzrə bakalavr ali təhsili
- minimum 2 il hüquq stajı
- ingilis və rus dilləri (normal səviyyə)

💵 Əmək haqqı: 1000 AZN (net)

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Fransa, Almaniya və İngiltərədə olan bir çox şirkətə, yerində (on-site) və ya remote işləyə bilən, Frontend və ya Backend developer axtarılır.

🔍 Tələblər:

Frontend üçün:

- HTML/CSS
- JavaScript
- React js, Angular js, Vue js, Typescript kimi frameworklərdən ən az birini mükəmməl bilməlidir
- Ən az 2 il (sübutlu) iş təcrübəsi olmalıdır
- İngilis-dili bilgisi upper-intermediate səviyyədə olmalıdır

Backend üçün:
- Java, Php və ya Python - üçündən birini mükəmməl bilməlidir
- Ən az 2 il (sübutlu) iş təcrübəsi olmalıdır
- İngilis-dili bilgisi upper-intermediate səviyyədə olmalıdır

📩 Müraciətinizi email olaraq turkan.akbarova@yahoo.com adresinə göndərin.
Emailin başlığına mütləq Frontend və ya Backend olduğunuzu bildirin.

🔍 Tələb olunan əlavələr aşağıdakı kimidir:

- CV
- GitHub linkiniz (önəmlidir, əks halda CV-nizə baxılmayacaq)
- Varsa portfolionuz
- Referans məktubunuz

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Məşhur tikinti şirkətinə Elektrik stansiyasında yenidən qurma təmir tikinti işləri üzrə Layihə rəhbəri tələb olunur.

📃 Şərtlər:

• İş yeri Qarabağda yerləşir
• Əmək haqqı 3000-3500AZN (NET)
• Elektrik stansiyası üzrə təcrübə mütləqdir
• Nahar,rayonda qalmaq və rabitə xərcləri şirkət tərəfindən təmin olunur

📩 Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla eliyevelvin875@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Worky istehsalat yönümlü fəaliyyət istiqaməti olan sifarişçisi üçün "Baş mühasib" axtarışındadır.

📃 İşin Təsviri:


Müəssisənin bütün maliyyə əməliyyatlarına nəzarət və yekun hesabatların hazırlanıb təqdim olunması.

📃 Vəzifə öhdəlikləri:

• Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini əməliyyatlarının uçotunu aparmaq;
• Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
• İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
• Vergi hesabatlarının göndərilməsi;
• E-qaimə fakturalarının yazılması;
• Bəyannamələrin hazırlanması və göndərilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Daxili hesabatların hazırlanması və təqdim olunması;
• Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
• Maliyyə hesabatlarının tərtib edilməsi;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
• Qanunvericilik və mühasibat uçotu qaydaları üzrə intizama ciddi əməl etmək.

🔍 Tələblər:

• Müvafiq vəzifədə 5 il iş təcrübəsi;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə bilikli olması;
E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
• IFRS üzrə biliklərin olması;
• 1C 8.3 və Ms. Excel proqramlarında işləmək bacarığı.

📩 Namizədlər müraciətlərini "Baş mühasib" mövzu başlığı və gözlənilən əmək haqqı qeydi ilə info@workysolutions.az e-ünvanına göndərə bilərlər.
Müraciətlərin emalından sonra seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
🏢 Şirkət: “AzəriMed“ QSC
💼 Vakansiya: Kadrlar üzrə mütəxəssis

🔍 Tələblər:

· Təhsil: Ali təhsil;
· Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
· Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
· MS Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilməli;
· Səhiyyə portalından istifadə etməyi bacarmalı.

📃 Vəzifə öhdəlikləri:

· İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, səhiyyə portalına daxil edilməsi;
· İşə qəbul, xitam, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
· Əməkdaşların iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasının təmin edilməsi;
· Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
· Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması, Səhiyyə Nazirliyinin təlabatına əsasən hesabatların hazırlanması.

📩 Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#hrazcom #işvar #ishvar #vakansiya
Aktiv vakansiyalar:

- Təmizlik və İstismar xidmətləri üzrə köməkçi - https://lnkd.in/d_4WrZ49
- İstismar xidməti üzrə texnik - https://lnkd.in/d7zQGwdg
- Marketinq üzrə təcrübəçi - https://lnkd.in/d3Ehs-Rz
- Kadrlar üzrə mütəxəssis - t.me/hrazcom/729
- Baş mühasib - t.me/hrazcom/728
- Layihə rəhbəri (Elektrik stansiyasının tikintisi) - t.me/hrazcom/727
- Layihələrin Koordinasiyası şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi - https://lnkd.in/dKRiEEim
- Front-end Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis/Mütəxəssis - https://lnkd.in/dHQUfJMB
- Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Assistent - https://lnkd.in/dipkJcC7
- Data Scientist - https://lnkd.in/dgPsGZpA
- Frontend developer - t.me/hrazcom/726
- Backend developer - t.me/hrazcom/726
- Hüquqşünas - t.me/hrazcom/725
- Kiçik hüquqşünas - https://lnkd.in/dknVn5vX
- Sığorta mütəxəssisi - t.me/hrazcom/724
- Anbardar - t.me/hrazcom/723


Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom