İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.31K subscribers
461 photos
7 videos
6 files
904 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
Dövlət qurumunda aktiv vakansiyalar:

1. Direktorun köməkçisi
Ətraflı: https://hr-az.com/vacancy/1361-direktorun-komekchisi.html

2. İqtisadi təhlil üzrə mütəxəssis
Ətraflı: https://hr-az.com/vacancy/1359-iqtisadi-tehlil-uzre-mutexessis.html

3. Aktuar hesablamalar üzrə baş mütəxəssis
Ətraflı: https://hr-az.com/vacancy/1360-aktuar-hesablamalar-uzre-bash-mutexessis.html

Bu və digər vakansiyalar mobil telefonunuzda:

🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Hörmətli izləyicilərimiz,

🎯 Böyük məmnuniyyət hissi ilə sizlərə "HR Fundamentals" təlim proqramımızı təqdim edirik!
■ Əgər siz də İnsan resursları sahəsində karyera qurmaq istəyirsiniz və ya bu sahədə yenisinizsə, lakin işə haradan başlayacağınızı bilmirsinizsə, bu təlim məhz sizin üçündür.
■ Proqram İnsan resurslarının idarəedilməsinə dair əsas bilik və bacarıqları özündə cəmləşdirməklə, karyeranızın ilk pillələrində sizin bələdçiniz olacaq.
■ Praktiki tapşırıqlarla zəngin təlim proqramını tamamlamaqla, siz nəzəri biliklərinizi möhkəmləndirəcək və müasir İR funksiyalarının tətbiqi üçün gərəkli bacarıqlara yiyələnəcəksiniz.
■ İyul ayında başlayacaq olan “HR fundamentals” təlim proqramı barədə ətraflı məlumat əldə etmək üçün QR kodu scan etməyiniz və ya aşağıda qeyd olunan linkə daxil olmağınız xahiş olunur:

ℹ️ Ətraflı məlumat: https://hr-az.com/blog/1358-hr-fundamentals-kursuna-qeydiyyat-bashladi.html

Təlimə qeydiyyat üçün link: https://my.forms.app/form/62aabbe6a02dd70edeadd1a1

📞 Hər hansı sualınız yarandığı təqdirdə +99477 736 7575 whatsapp nömrəsinə yazmağınız xahiş olunur.
#hrazcom #işvar #ishvar #vakansiya
Bank of Baku ASC Məhkəmə işləri şöbəsi üçün #hüquqşünas axtarışındadır. (Şirvan və Lənkəran filialları üçün)

Tələblər aşağıdakı kimidir:

- Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
- Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
- Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
- Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Məhkəmə işləri şöbəsinin hüquqşünası - filial” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@bankofbaku.com elektron poçt ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Heydər Əliyev adına Neft Emalı Zavodu texnoloji qurğuların operatoru vakansiyasını elan edir.

Əməyin ödənilməsi dərəcəsi : 4-cü dərəcəli

Əlavə ödənişlər:

• Növbəli iş rejimində gecə növbəsinə görə qanunvericiliyə uyğun əlavə ödəniş;
• Qanunvericiliyə uyğun şəkildə zərərli əmək şəraitinə görə ödəniş ;

Digər imtiyazlar:

• Tibbi sığorta
• Xidməti avtobus

Müvəffəqiyyətli namizəd aşağıdakılardan məsul olacaq:

• Texnoloji qurğunun işə salınması zamanı reqlamentə uyğun olaraq işlərin yerinə yetirilməsi
• Qurğunun işə buraxılması üçün hazırlanması, işə buraxılması və normal istismarına nəzarət etmək
• Qurğunun aparat və avadanlıqların işinə vizual olaraq mütəmadi nəzarət etməlidir
• Boru xətləri və boru elementləri- fləns, dirsək, siyirtmə, nəzarət ölçü klapanları, kompensatorlar və s. işinə nəzarət etməlidir
• Növbənin təhvil və təslim edilməsi
• Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında iştirak etmək
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi
• Rəhbərlikdən gələn digər tapşırıq və göstərişlərin yerinə yetirilməsi

Müvəffəqiyyətli namizəd olmaq üçün sizdən tələb olunanlar:

• Yalnız texniki sahə üzrə peşə məktəbi məzunu olmaq

Son müraciət tarixi: 30.06.2022
Müraciət üçün linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur.
https://cutt.ly/QKrrUGI

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
“Beat Group” Şirkəti Təcrübəçi #Hüquqşünas vakansiyası elan edir!

Korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmaq istəyirsiniz?
Praktiki biliklərinizi və peşəkar bacarıqlarınızı təkmilləşdirmək istəyirsiniz?
Sizin yüksək səviyyədə tədqiqat qabiliyyətiniz varmı və problemlərin həllini asanlıqla tapa bilirsinizmi?
Hörmətli Gənc, o zaman biz “Beat Group” Ailəsi olaraq Sizə təcrübə keçmək və öz sahəsində peşəkarlarla işləmək fürsətini təklif edirik!

İşin təsviri:

· Yüksək komanda ilə əməkdaşlıq: Bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanı;
· Şəxsi və peşəkar bacarıqlarınızın inkişafı üçün əlverişli mühit,
· Hüquqi sənədlərlə işləmək, mövcud məlumat bazası ilə işləmək, məlumat bazasını qorumaq və təkmilləşdirmək;
· Sənədlərin təhlili, hüquqi araşdırmalar, müqavilələrin, aktların və sərəncamların hazırlanması, sənədlərin ekspertizasında hüquqi iştirak;
· Görüşlərin və təqdimatların təşkili, iştirak;
· Müştərilərlə görüşlərdə iştirak;
· Cəmiyyətin fəaliyyətinə aid məsələlərə dair rəylərin verilməsi prosesində iştirak etmək üçün hüquqi sənədlərin hazırlanması;
· Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Namizəd üçün tələblər:

· Ali hüquq təhsili (təhsil müəssisələrinin sonuncu kurs tələbələrivə yeni bitirənlər üçün);
· Azərbaycan dilini mükəmməl bilməli, fikrini sərbəst ifadə etməyi və danışmağı bacarmalı;
· Rus və ingilis dillərini əla səviyyədə bilməli;
· Yüksək ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
· MS Excel, MS Word və Outlook Express proqramlarından istifadə bacarığı

İşində fərqlənən namizədlərin işlə təmin olunması vəd olunur.
Cv-ni 30 İyun 2022-ci il tarixinədək mövzu hissəsinə “Təcrübəçi hüquqşünas” qeyd etməklə tunzala.t@beat.az ünvanına göndərməyiniz xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
"Araz Market"-lər şəbəkəsi işçi qəbulu elan edir!

Zəhmət olmasa linkə daxil olaraq, online formada öz müraciətinizi edin: https://lnkd.in/exHZ_6_C

Ümumi vakansiyalar:

1. Satıcı;
2. Fəhlə;
3. Xadimə;
4. Aşpaz;
5. Kassir;
6. Satıcı-Kassir.

Bizimlə çalışmaq istəyən işçilərə ehtiyacımız olan ərazilər:

1. Badamdar qəsəbəsi;
2. Bayıl qəsəbəsi;
3. Səbail rayonu;
4. İçərişəhər metrosu;
5. Sahil metrosu;
6. Elmlər metrosu;
7. Yasamal rayonu;
8. 28 May metrosu;
9. Nizami metrosu;
10. Sahil qəsəbəsi;
11. Qobustan rayonu;
12. Qaradağ rayonu;
13. Ələt qəsəbəsi;
14. Lökbatan qəsəbəsi;
15. Binə ticarət mərkəzi;

Əgər siz adları yuxarıda qeyd edilən ərazilərdə qalırsınızsa, adları aşağıda qeyd edilən filiallar üzrə işə qəbul üçün müraciət edə bilərsiniz:

1. Badamdar - 1;
2. Badamdar - 2;
3. Badamdar - 3;
4. Bayıl;
5. Elmlər - 3;
6. Qobustan;
7. Araz Topdan;
8. Spar Axundov;
9. Axundov Express;
10. Sahil.

İş qrafiki:

1. Növbəli: [(I qrafik: 08:00-17:00),(II qrafik: 14:00-23:00)]
2. Gecə növbəsi: (23:00-08:00)

Əmək haqqı: 340 - 420 AZN.

İşçilərin təminatları:


1. Mağaza tərəfindən nahar ilə təminat;
2. Gecə mağazadan gec saatlarda çıxdıqda, hər bir işçinin yol xərci mağazanın hesabına ödənilir;
3. Vəzifə yüksəlişi.

İş şəraiti:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
2. Bank kartı ilə aylıq ödəniş.

Müraciət üçün əlaqə nömrəsi: +994552522619

Müraciət üçün ünvan: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə dairəsindəki Araz Superstore-un 1-ci mərtəbəsi.

Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Metal məmulatlar istehsalı zavoduna Baş #mühasib tələb olunur.

İstehsalat sahəsində iş təcrübəsi mütləqdir.

Maraqlanan namizədlər CV-ni hr@azmedenistehsal.az email ünvanına göndərə bilər.

Əmək haqqı müsahibə zamanı danışılacaq.
İş rejimi 5 günlükdür.
İş yeri Xırdalandadır.

CV göndərən və tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Əməliyyat risklərin idarəolunması üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:


-Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
-Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
-Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və bunun əsasında risk xəritəsini hazırlamaq;
-Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
-Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.
-Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
-Risk iştahının hazırlanmasında iştirak etmək;
-Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
-Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
-İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
-Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

BİLİKLƏR

-Təhsil: İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat;
-Kompyuter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
-Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

TƏCRÜBƏ

-Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).

BACARIQLAR

-Təqdimat bacarıqları;
-Komandada işləmək bacarığı;
-Yaxşı ünsiyyət bacarığı;
-Məntiqi və analitik düşüncə;
-Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
-Stresə davamlılıq;
-Təşəbbüskarlıq;
-Məqsədyönlülük;
-Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 01.07.2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
“İnsan Resursları əməliyyatlar üzrə mütəxəssis” vakansiyası

İş Yeri:
Sumqayıt

Vəzifədən Gözləntilər:

Ali təhsil;
İş təcrübəsi: Bu sahədə 2-3 il iş təcrübəsi
Kompüter bilikləri: Ofis proqramları;
Məsuliyyətli və diqqətli olmaq;
Komandada işləmə bacarığı;

Müvafiq vakansiya üzrə vəzifə öhdəlikləri:

Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirirlməsi;
Əmək müqavilələrini doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət edilməsi;
Əmas altsistemi portalı ilə işləmək;
İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi ;
İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edilməsi;
Kadrların aylıq uçot-tabellərinin icra edilməsi;
Tibbi sığorta prosesinin təmin edilməsi
Əməkdaşların İR ilə əlaqədar sənədlərinin hazırlanması

Təkliflərimiz:

- İş saatı 09 :00-18:00 (Şənbə və bazar günləri istirahət)
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Bakı və Sumqayıt ərazisi üzrə servis xidməti
- Tibbi sığorta,
- Özünü inkişaf planlaması və kariyer inkişaf proqramı

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı hr@delta-group.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Makro Tax Solitons MMC “Vergi mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:


• Şirkətin və müştəri şirkətlərin müəssisəyə dair vergi və rəsmi hesabatlılıq tapşırıqlarını icra edilməsi.
• Müştəri şirkətlərin elektron qaimələrinin göndərilməsi, internet bankinqlə bağlı bütün əməliyyatların (hesab açılması, kart sifarişi, ödənişlərin həyata keçirilməsi, əmək haqqı köçürməsi və s.) icra edilməsi.
• Şirkətlər üçün kassa və POS-terminal sifariş edilməsi, təsərrüfat obyektlərinin uçota qoyulması.
• Şirkətlərin vergi, statistika və DSMF hesabatlarının aidiyyatlı dövlət orqanlarına vaxtında təqdim edilməsi.
• Gələn uyğunsuzluq məktublarının qanunvericiliyə uyğun cavablandırılması, Vergi Orqanı ilə rəsmi yazışmaların aparılması.
• Maliyyə hesabatlarının hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi.
• Şirkətlərin göndərilən və gələn elektron qaimələrinin, alış aktlarının, Bank əməliyyatlarının, ƏDV depozit hesabının, Yük-gömrük bəyannamələrinin təqib edilməsi.

Tələblər:

• Ali təhsilli;
• Azərbaycan dilində mükəmməl bilməli;
• Azərbaycan Respublikasının Verqi Məcəlləsini və Əmək məcəlləsinin əsas müddəalarını bilməli;
• Vergi, MDSS statistika və digər rəsmi hesabatları sərbəst şəkildə hazırlamalı;
• Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
• BTP proqramında işləmək bacarağı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və stressə davamlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Analitik təhlil bacarığı.
• Vergi və rəsmi hesabatlılıq sahəsində azı 1 il iş stajının olması.(Konsaltinq şirkətlərində işləyənlərə üstünlük verilir)
• Əmək haqqı : (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
• Yaş həddi 22-30

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Vergi mütəxəssisi” yazaraq taleh.hesen@gmail.com göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
"Bakelektro" ASC-ə Planlama üzrə mühəndis axtarılır.

Tələblər:

İş təcrübəsi: 1 il;
Ali təhsil;
Azərbaycan dili yüksək səviyyədə, İngilis dili orta səviyyədə;
Primavera P6;
MS EXCEL və digər ofis proqramları.

İş şəraiti:

Əmək haqqı: 1500 AZN;
İş yeri: Bakı şəh.,Nərimanov r., Ziya Bünyadov pr. 11.

Uyğun namizədlərin CV-lərini "Planlama üzrə mühəndis" başlığı altında hr@bakelektro.az mail ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
"Camal" LTD şirkətinə aşağıdakı vakansiyalar üzrə əməkdaşlar axtarışındadır:

· Nəqliyyat şöbəsinin rəhbəri
· HoReCa satış rəhbəri
· İclas katibi (Sənədlərlə iş üzrə mütəxəssis)
· GPRS üzrə operator
· Sürücü

Maraqlanan namizədlər CV formalarını hr@iceland.az ünvanına mail göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
👨‍👩‍👧‍👧 Mütəmadi olaraq Beybi bumer, X, Y və Z nəsilləri haqqında eşidirsiniz, lakin bu nəsillər arasında fərqin nə olduğunu, o cümlədən, nəsillər haqqında bir İR mütəxəssisi kimi niyə məlumatlı olmalı olduğumuzu düşünürsünüzsə bu məqaləni Sizlər üçün hazırlamışıq! #hrazcom #insanadəyər #generations

🌐 Ətraflı: https://hr-az.com/blog/1362-ish-yerinde-ferqli-nesiller-beybi-bumer-x-y-ve-z-nesillerini-ne-motivasiya-edir.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
Hörmətli izləyicilərimiz,

🎯 Böyük məmnuniyyət hissi ilə sizlərə "HR Fundamentals" təlim proqramımızı təqdim edirik!
■ Əgər siz də İnsan resursları sahəsində karyera qurmaq istəyirsiniz və ya bu sahədə yenisinizsə, lakin işə haradan başlayacağınızı bilmirsinizsə, bu təlim məhz sizin üçündür.
■ Proqram İnsan resurslarının idarəedilməsinə dair əsas bilik və bacarıqları özündə cəmləşdirməklə, karyeranızın ilk pillələrində sizin bələdçiniz olacaq.
■ Praktiki tapşırıqlarla zəngin təlim proqramını tamamlamaqla, siz nəzəri biliklərinizi möhkəmləndirəcək və müasir İR funksiyalarının tətbiqi üçün gərəkli bacarıqlara yiyələnəcəksiniz.
■ İyul ayında başlayacaq olan “HR fundamentals” təlim proqramı barədə ətraflı məlumat əldə etmək üçün QR kodu scan etməyiniz və ya aşağıda qeyd olunan linkə daxil olmağınız xahiş olunur:

ℹ️ Ətraflı məlumat: https://hr-az.com/blog/1358-hr-fundamentals-kursuna-qeydiyyat-bashladi.html

Təlimə qeydiyyat üçün link: https://my.forms.app/form/62aabbe6a02dd70edeadd1a1

📞 Hər hansı sualınız yarandığı təqdirdə +99477 736 7575 whatsapp nömrəsinə yazmağınız xahiş olunur.
Bu gün Rəşadətli Silahlı Qüvvələrimizin yaranma günüdür. Bu münasibətlə, başda Müzəffər ordumuz və Xalqımıza möhtəşəm zəfərlər qazandıran qəhrəman əsgərlərimiz olmaqla, bütün xalqımızı təbrik edir və Vətənimizə daimi Zəfər arzu edirik!
#hrazcom #işvar #ishvar #vakansiya
Satış və istehsal sahəsində fəaliyyət göstərən şirkətlərdən birinə #mühasib axtarılır:

Tələblər:

- Maliyyə sahəsi üzrə bakalavr təhsili (magistr təhsili arzu olunandır)
- Mühasibat və maliyyə sahəsində iş təcrübəsi;
- Azərbaycan Respublikası mülki, əmək, vergi, gömrük qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

- Bütün mühasibatlıq əməliyyatları və uçotunun 1C proqramında səlist və peşakar şəkildə işləmək;
- Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili muhasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında iştirak etmək;
- Müəssisə tərəfindən həyata kecirilən butun təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsində iştirak etmək, məlumatları təqdim etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək;
- Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə oz səlahiyyətləri çərcivəsində tədbirlər gormək;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfatmaliyyə fəaliyyətinin yekunları uzrə əməliyyatların uçotunu aparmaq;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri və digər ehtiyat fondlarına ayırmalar üzrə sənədləri hazırlamaq;
- Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlər tərtib etmək;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və muəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq.
- İşçilərin AR qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilməsi və uçotunun aparılması

İş yeri: Bakı, Binəqədi r, Azadlıq metrosu, 8 mkr İbrahimpaşa Dadaşov 91, Xəzər Plaza 5-ci mərtəbəbə.
Əmək haqqı: 700 AZN.

CV-ləri ayazabdullayev@mail.com mail ünvanına göndərməyiniz xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
“Leznik & Co.” şirkətinin İnzibati departamenti üçün ofis menecer tələb edilir.

Namizəddən aşağıda qeyd edilən nəticələr gözlənilir:

· Təşkilatçılıq qabiliyyəti
· Ünsiyyət bacarıqları
· Kompüter proqramlarını bilmək
· Müstəsna təşkilatçılıq bacarıqları
· Stressə dözümlülük
· Təşəbbüs
· Zamanın idarə olunması

Namizədin öhdəlikləri:

· Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, poçt, ofisə baş çəkərkən birbaşa müştəriyə).
· Telefon zənglərinə cavab vermək.
· Müştərilərdən müraciətin qeydiyyatı.
· Müvafiq proqramda tələbələrin qeydiyyatı.
· İlkin sınaqların təşkili.
· Müştərilərə daha ətraflı məlumat əldə etmələri üçün Xaricdə Təhsil Departamentinə yönləntmək.
· Zəruri hallarda qruplar, dərs cədvəlləri, təyin olunmuş müəllimlər haqqında tələbələrə/valideynlərə yazılı və şifahi məlumat vermək. Məlumatı müvafiq proqramda qeyd etmək.
· Müqavilələrin çapı, müştəri tərəfindən imzalanması və imzalanmış müqavilələrin maliyyə şöbəsinə (mühasib) çatdırılması.
· Valideynlərlə əlaqə saxlamaq və onlara test nəticələri, ev tapşırıqlarının vəziyyəti, davamiyyət və gecikmə, kurs haqları və s. haqqında bütün lazımi məlumatların verilməsini təmin etmək.
· Müəllimdən alınan məlumatlar əsasında əlavə dərslərin təşkilini təmin etmək.
· Rəhbərliyin tələb etdiyi kimi dövri irəliləyiş hesabatları hazırlamaq.
· Hesabatlı əmlakın təhlükəsizliyinin təmin etmək.

Tələblərimiz:

· Ali təhsilin olması;
· Müstəqil iş bacarığı çalışqanlıq, diqqətlilik, məsuliyyətlilik.
· Yüksək səviyyədə kompüter bilgiləri;
· Azərbaycan və Rus dillərini sərbəst bilməli və qrammatik düzgün yazısı olmalı;.

Təqdim etdiyimiz iş şərtləri:

· Ofisdə individual iş yeri;
· Stabil, gecikməyən əmək haqqı ;
· Aktiv inkişaf edən şirkətdə gənc və enerjili heyətlə birgə maraqlı iş mühiti;
· Mütəmadi təlimlər;
· Professional karyera inkişafı üçün mükəmməl perspektiv;
· İş qrafiki: 6 günlük iş rejimi
I - V günlər 10:30 - 18:00 aralığında (nahar və istirahət fasiləsi də daxil olmaqla, həmçinin iş qrafikini razılaşdırma ilə dəyişmək olar), şənbə günləri isə 9:30 - 15:30 aralığı
· Əlavə bonus olaraq - övladlarınızın təhsil ödənişlərinə endirim
· Əmək haqqı razılaşdırma ilə təyin edilir.

Əgər siz artıq özünüzü bu vəzifədə sınamısınızsa və sizə sadəcə iş yox, özünüzü uğurlu şirkətdə yaradıcılar sırasında görmək maraqlıdırsa müraciətinizi gözləyirik!

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi hr@leznik.edu.az email ünvanına göndərin.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
Bəzən belə də olur :)

Yox artıq işdən çıxmısınızsa və/və ya yeni iş axtarışındasınızsa Telegram kanalımızdakı vakansiyaları mütəmadi izləməyinizi tövsiyə edirik:
🌐 t.me/hrazcom