İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.31K subscribers
461 photos
7 videos
6 files
904 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #vakansiya #ishvar #işvar
“ Leznik & Co.” şirkətinin Marketinq departamenti üçün mütəxəssis tələb edilir.

HƏDƏF: Azərbaycan gənclərinə öz istəklərini reallaşdırmaq üçün geniş imkanlar yaradırıq.

Şirkət 2017 - ci ildə yaradılıb, daha sonra şirkətin təsisçiləri bu şirkətin resurslarından qismən istifadə edərək Landau məktəbini yaradıblar.

Təhsil sahəsində çoxillik təcrübəmiz əsasında müəllifi olduğumuz tədris materiallarından istifadə edərək, yüksək keyfiyyətli və peşəkar təhsil veririk, bundan əlavə müasir tədris metodlarından istifadə edərək tələbələrimiz üçün əyani və distans platformalar vasitəsilə dərslər təşkil edirik. İxtisas seçiminə yardım etmək və dünyanın aparıcı universitetlərinə qəbul üçün konsaltinq xidmətləri göstəririk.
British Council ilə əməkdaşlıq edirik, bundan əlavə 300 - dən artıq dünya universitetləri ilə rəsmi partnyor əlaqələrimiz vardır.
Hal - hazırda şirkətimizdə 700 tələbə təhsil alır, 76 əməkdaş çalışır ki, bunlardan 46 nəfəri müəllimlərimizdir.
Tələbələrimizin böyük əksəriyyətinin universitetlərə yaxşı nəticələr ilə qəbul olmaları, hətta bəzilərinin təqaüd proqramlarını qazanmaları bizim əməyimizin nəticəsidir.
Biz şirkətimizi genişləndirir, əməkdaş sayımızı artıraraq gələcək inkişafa doğru addım atırıq.

Namizəddən aşağıda qeyd edilən nəticələr gözlənilir:
• Üst rəhbərin vaxtına qənaət;
• Şirkəti sosial şəbəkələrdə təmsil etmək;
• Təhsil bazarında aktual xidmətlərin təbliğ edilməsi və analizi.

Namizədin öhdəlikləri:

• Satış dinamikasının analizi;
• Hədəf auditoriyanın və rəqiblərin analizi;
• Şirkətin sosial şəbəkələrinin və saytının idarə edilməsi (postların və storilərin paylaşılması,istifadəçilər tərəfindən yönləndirilən sual və şərhlərin cavablandırılması);
• Müştəri bazası ilə kommunikasiya yaratmaq, onların davranışlarını adekvat analiz edərək, vaxtında doğru reaksiya vermək;
• Səlis şifahi nitqin və qrammatik yazının mövcud olması;
• Brendə olan loyallığı formalaşdırmaq və yüksəltmək;
• Departament üzrə həftəlik iş planını hazırlamaq və üst rəhbərliklə razılaşdırılmaq;
• Prioritet istiqamətləri müəyyən etmək;
• Aylıq marketinq fəaliyyətlərinin hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Həftəlik iclaslarda iştirak etmək, ötən həftənin planının hesabatını vermək və növbəti həftənin planını müzakirə etmək.



Əgər siz ambissiyalı və enerji dolusunuzsa, öz sahənizdə yenilikləri asanlıqla qəbul edib, onları gündəlik təcrübənizdə dərhal tətbiq edirsinizsə, nəticəyə hədəfli və prosesləri təkmilləşdirməyi sevirsinizsə o zaman bizə tam uyğun namizədsiniz.


Tələblərimiz:
• Müstəqil iş bacarığı;
• Yüksək səviyyədə kompüter bilgiləri;
• Marketinq və ya biznesin idarəedilməsi sahəsində ali təhsilin (bakalavr və ya magistr dərəcəsi) olması;
• Azərbaycan və Rus dillərini sərbəst bilməli və qrammatik düzgün yazısı olmalı;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə, ünsiyyət və özünü təkmilləşdirmə qabiliyyətlərinə malik olmalıdır.




Təqdim etdiyimiz iş şərtləri:
• Ofisdə individual iş yeri;
• Stabil, gecikməyən əmək haqqı və qoyulan hədəflərə çatdıqda əlavə bonuslar;
• Aktiv inkişaf edən şirkətdə gənc və enerjili heyətlə birgə maraqlı iş mühiti;
• Mütəmadi təlimlər;
• Professional karyera inkişafı üçün mükəmməl perspektiv;
• İş qrafiki: 6 günlük iş rejimi
I - V günlər 10:30 - 18:00 aralığında (nahar və istirahət fasiləsi də daxil olmaqla, həmçinin iş qrafikini razılaşdırma ilə dəyişmək olar), şənbə günləri isə 9:30 - 15:30 aralığı
• Əlavə bonus olaraq - övladlarınızın təhsil ödənişlərinə endirim
• Əmək haqqı razılaşdırma ilə təyin edilir.

Əgər siz artıq özünüzü bu vəzifədə sınamısınızsa və sizə sadəcə iş yox, özünüzü uğurlu şirkətdə yaradıcılar sırasında görmək maraqlıdırsa müraciətinizi gözləyirik!

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi hr@leznik.edu.az email ünvanına göndərin.

🌐 t.me/hrazcom
📚 "Təlim və inkişaf üzrə mütəxəssis" kursunun 1-ci sessiyası bitdi və artıq sertifikatlar iştirakçılara təqdim olunmaq üçün hazırdır. 2-ci sessiya üzrə qeydiyyat isə davam edir. Son yerləri bron etməyə tələsin. 😎

Əlaqə: 0777367575
#hrazcom #vakansiya #işvar #ishvar
📢 İş Axtaranlar DİQQƏT; Yaşı 18-dən yuxarı şəxsləri "Al Market" işə dəvət edir👤

👔 Müraciət edilməli: 8 İyun Abşeron Mədəniyyət Mərkəzində Açıq Qapı gününə (Saat 11:00-16:00)

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, Hərbi bilet, Əmək kitabçası (əgər varsa)

📍 Ünvan: Abşeron ray, Xırdalan şəh., Heydər Əliyev pr.

⬇️ Əlavə məlumat üçün nömrə:
055 220 0818 / 055 250 2343

📱 Whatsapp: wa.me/994552047575

🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Amaze.az marketinq şirkətində qrafik dizayner vakansiyası mövcuddur.

Əmək haqqı: 800 AZN
İş qrafiki (6 gün) bazar ertəsi-şənbə
10:00-19:00
Ünvan: Khalilli Plaza

Tələblər:

- Illustrator
- Photoshop
- After Effect (orta)
- Adobe Premier Pro (orta)

CV və portfolionuzu qeyd olunan mail ünvanlarına göndərə bilərsiniz:
royalsmv@amaze.az
info@amaze.az

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
💼 Başqa dövlətlərdə işlədiyiniz müddət staj kimi nəzərə alınırmı?
#hrazcom #insanadəyər #qanunvericilik

Ətraflı: https://hr-az.com/blog/1351-bashqa-dovletlerde-ishlediyiniz-muddet-staj-kimi-nezere-alinirmi.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
#hrazcom #vakansiya #işvar #ishvar

İş yeri: Texnomart mağazalar şəbəkəsi
Vəzifə: Copywriter

Namizədə tələblər:

Təhsil - Ali (xarici təhsili olanlara üstünlük verilir)
Təcrübə - Reklam sahəsində minimum 2 il
Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)
Kompüter bacarığı – Ofis proqramları

Vəzifələr:

Mağazalar üzrə reklam ehtiyaclarının müəyyən edilməsi
Mağazaların daxili və fasad reklamlarının tərtibatı üzrə təkliflərin verilməsi
Vizual merçendayzinq üzrə təkliflərin verilməsi
Mağazalarda məhsulların sərgilənməsi üçün kreativ həllərin təmin edilməsi
Mağazalar üzrə reklam istehsalının və təchizatının idarə edilməsi
Mağazalarda marketinq aksiyalarının təşkil edilməsi

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV aygul.mukhtarova@texnomart.az elektron ünvana təqdim edə bilərlər.

🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
"Foodcity Agropark" MMC-də aşağıdakı vakansiyalar aktivdir:

1. Marketinq direktoru (İş yeri: Bakı şəhəri);
2. SƏTƏMM meneceri (İş yeri: Xudat şəhəri);

Vəzifə öhdəliklərindən savayı şirkətin əsas tələbləri:

- Təhsil: Müvafiq sahələrdə bakalavr və ya daha yüksək təhsil dərəcəsi;
- İş təcrübəsi: Müvafiq sahələrdə minimum 5 il;
- Kompüter bilikləri: “Microsoft Office” (Xüsusilə də “MS Excel”);
- Azərbaycan və rus dilini yüksək, ingilis dilini isə yaxşı səviyyədə bilmək;

Maraqlananlar CV-lərini “Marketinq direktoru”, “SƏTƏMM meneceri” başlığı ilə hr@foodcity.az e-poçt adresinə göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
🧮 Məzuniyyət haqqı necə hesablanır?
#hrazcom #insanadəyər #qanunvericilik

Ətraflı: https://hr-az.com/blog/1353-mezuniyyet-haqqi-nece-hesablanir.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
🏭 Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?
#hrazcom #insanadəyər #qanunvericilik

Ətraflı: https://hr-az.com/blog/1352-muessise-legv-olunduqda-ishchiye-hansi-odenishler-edilmelidir.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Aktiv bir neçə vakansiyanı diqqətinizə çatdırırıq:

1.İnsan resursları üzrə kiçik mütəxəssis/köməkçi vakansiyaları üçün namizəd axtarılır:
Tələblər:
Ali təhsil;
Azərbaycan dilini səlis bilmək, rus dili biliyi üstünlükdür;
MS Word və MS Excel biliyi.
Təcrübə:
Köməkçi üçün təcrübə tələb edilmir, öyrədiləcək. Kiçik mütəxəssis vakansiyasına üçün 1 il iş təcrübəsi.
İş rejimi: 7/5, 10:00-19:00
Əmək haqqı: 500-800 AZN

2. SƏTƏMM üzrə mütəxəssis axtarılır:
Tələblər:
Ali təhsil (müvafiq sahə üzrə);
Müvafiq sahədə 3 il iş təcrübəsi;
MS office proqramlarında işləmə bacarığı;
İş planlama ,təşkil etmə və idarəetmə bacarığı;
Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyət;
Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
Komanda daxilində işləmək bacarığı;
Müvafiq sahə üzrə sertifikatlar.
Əmək haqqı: Razılaşma yolu ilə.

3. Mühasib köməkçisi axtarılır:
Tələblər:
Orta ixtisas və ya ali təhsil;
Riyazi hesablama aparmaq qabiliyyəti;
MS Excel biliyi.
İş rejimi: 7/5, 10:00-19:00
Əmək haqqı: 500-700 AZN


4.Nizami küçəsində yerləşən restoranlardan birinə kassir (xəzinədar) axtarılır:
Tələblər:
Orta ixtisas və ya ali təhsil;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Micros, MS Excel biliyinin olması üstünlükdür.
İş rejimi: növbəli
Əmək haqqı: 500 AZN

Uyğun namizədləriniz olduğu təqdirdə mövzu yerinə müvafiq vakansiyanın adını qeyd etməklə smammadova2019@gmail.com elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübə #təcrübəproqramı #intern
"MKT İstehsalat Kommersiya" MMC İnsan resursları sahəsinə (İşə qəbul, Sənədləşmə və Kadr kargüzarlığı, Təlim və inkişaf, Payroll) təcrübəçilər axtarışındadır. Yayı daha səmərəli keçirmək istəyənlər üçün "Yay Təcrübə Proqramı" çərçivəsində bu sahəyə marağı olan və özünü inkişaf etdirmək istəyən gənclər aşağıda qeyd olunan linkə keçid edərək, müraciətlərini tamamlaya bilər.

Link: https://bit.ly/3PWkQib

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Azərikard "IT Specialist" vəzifəsi üzrə vakansiya elan edir:

Tələblər:


- Ali təhsil (texniki təhsil arzu olunandır);
- IP şəbəkə, Cisco Avadanlıq üzrə (Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists) VMWare (VM və Hostların tətbiq olunması), Linux (Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər), Windows Server (AD, DHCP, DNS) üzrə başlanğıc biliklər və iş təcrübəsi;
- İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
- İşçilərin texniki dəstəyi;
- İngilis və Rus dili bilikləri;
- Texniki sənədlərin inglis dilində oxunması və başa düşülməsi;
- Verilmiş tapşırıqların həllinə kreativ yanaşma;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.

Namizədlərdən CV-lərini “IT Specialist” mövzusu ilə hr@azericard.com ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
Qısaldılmış iş vaxtının tətbiqi
#hrazcom #insanadəyər #qanunvericilik #əməkməcəlləsi

Ətraflı: https://hr-az.com/blog/1354-qisaldilmish-ish-vaxtinin-tetbiqi.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
📃 Əmək məcəlləsinə vacib dəyişiklik edildi - İşəgötürənin vəfatı ilə əlaqədar problemlər aradan qalxdı
#hrazcom #insanadəyər #qanunvericilik #əməkməcəlləsi

Ətraflı: https://hr-az.com/blog/1356-emek-mecellesine-deyishiklik-edildi-ishegoturenin-vefati-ile-elaqedar-problemler-aradan-qalxdi.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
🏖️İş günü ərzində istirahət fasiləsi və həftələr arasında istirahət günləri barədə
#hrazcom #insanadəyər #qanunvericilik #əməkməcəlləsi

Ətraflı: https://hr-az.com/blog/1357-ish-gunu-erzinde-istirahet-fasilesi-ve-hefteler-arasinda-istirahet-gunleri-barede.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Təmizlik şirkətinə təmizlik işçiləri tələb olunur:

İş yeri: Deniz Mall, Azneft Meydanı
- Əmək haqqı: 430-450 AZN

- Qrafik 1: 08:00 - 17:00
- Qrafik 2: 13:00 - 22:00
- Qrafik 3: 22:00 - 07:00

- Əlaqə Nömrəsi:
- 051 404 37 34

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Aasecurity şirkətinə quraşdırıcı tələb olunur.

Vəzifə öhdəlikləri:


• Quraşdırma-servis işlərinin görülmüş işlərin şablonları əsasında və alınmış tapşırığa uyğun həyata keçirilməsi.
• İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.
• Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.
• Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
• İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.
• İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.
• İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;
• Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək;

Tələblər:

• Texniki bilikləri (Nəqliyyat vasitələrində texniki bilikləri)
• Azərbaycan dili, Rus dili
• Yaş 20-30
İş şərtləri:
• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
• İstirahət günləri – şənbə və bazar günləri
• Əmək haqqı: 450-500 AZN

Maraqlanan şəxslərdən CV-lərini hr@aplusa-security.com ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə "Quraşdırıcı" başlığı yazılmalıdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
Universitetlərin texniki fakultələrini rus bölmələri üzrə bitirən namizədlərin nəzərinə!

Nəzərinizə çatdırırıq ki, hal-hazırda “A+A Security” şirkəti 2022-ci il üçün nəzərdə tutulmuş məzunların işə qəbuluna start vermişdir.
A+A Security Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və inteqratordur.
Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik.
Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.
Şirkət uzunmüddətli fəaliyyəti müddətində peşəkar mütəxəssislərin yetişdirilməsi sahəsində uğurlu təcrübəyə malikdir.
Məzunların işə qəbulu ilə bağlı proqram
texniki dəstək, Müştəri xidmətləri, quraşdırma işləri, layihələr üzrə köməkçi vakansiyaları işə qəbulu təklif edir.
Namizədliyi təsdiq olunan məzunlar ilə əmək müqaviləsi əsasında əməkdaşlığa davam ediləcəkdir.
Əmək haqqı başlanğıc olaraq 400-500azn nəzərdə tutulmuşdur.
Maraqlanan namizədlər hr@aplusa-security.com mail ünvanınına "məzun işə qəbul" başlığı ilə CVlərini göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
15 iyun - Milli Qurtuluş Günümüz mübarək! #hrazcom #insanadəyər
👥️️ Kouçinq nədir?#hrazcom #insanadəyər #kouçinq #coaching

🌐 Ətraflı: https://hr-az.com/management/career/1355-kouchinq-nedir.html

🌐 Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom