İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
461 photos
7 videos
6 files
904 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
Photo
Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.

Lent.az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin bu gün verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi.

Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.

Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.
Belə bir yerdə kim işləməz ki? 😍

🍀 Şəkillərdə gördüyünüz yer Lissabonda yerləşən "Second home" coworking mərkəzidir. Məkanda 2000dən çox bitki var. Hara baxsanız yaşıllıq görürsünüz. Bu da məkanın havalandırmasının təbii şəkildə tənzimlənməsinə xidmət edir. Təbii gün işığından maksimum istifadə üçün tavanlarda şüşələrdən istifadə olunub.

🌆 Ümumiyyətlə, son dövrlərdə iş yerlərinin biofilik dizaynda inşası gündəmdədir. Biofilik yanaşma tərəfdarları insan və təbiətin güclü bağının olmasına, insanın təbiətdə olarkən stress səviyyəsinin azalması və məhsuldarlığının artmasına inanır. İş yerləri hazırlanarkən biofilik prinsiplərin əsas götürülməsi işçi rifahının, bununla da məmnuniyyətinin və məhsuldarlığının artmasına xidmət edir.

#hrazcom #insanadəyər
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Xadimə vakansiyası (Çayçı)

📄 Öhdəliklər:


- Həvaləsində olan sahədə sanitar-gigiyena normalarına riayət olunmasını təmin edir;
- Müəssisə əməkdaşları üçün çay xidmətini təmin edir;
- Qonaqları və rəhbərliyin iclas otaqlarında rəhbərliyin qonaqlarını çay və kofe ilə təmin edir;
- Mətbəx və mətbəx avadanlıqlarının təmizliyinə cavabdehlik daşıyır;
- İşçinin fəaliyyət istiqamətlərinə uyğun olaraq departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

🔍 Tələblər:

- Orta təhsil;
- Kollektivdə işləmək bacarığı;

İş rejimi: 5 günlük.
İş yeri: Bakı şəhəri, R.Behbudov küçəsi

📩 Müraciət etmək üçün aşağıda qeyd edilən linkə daxil ola bilərsiniz:
https://forms.gle/4coGUiMEKn6YrPjj9

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Aparıcı mühasib

📄 Öhdəliklər:


* Vergi, statistika və DSMF hesabatların hazırlanması;
* Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
* Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
* Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
* Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə köməklik göstərilməsi.

🔍 Tələblər:

* Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
* Aparıcı mühasib vəya mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
* Maliyyə təsərrüfat əməliyyatları sahəsində iş təcrübəsi;
* Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
* Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
* MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı mühasib" qeyd edərək garanfil.suleyman@mapletrading.az mail ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Kompüter operatoru

📄 Öhdəliklər:


* İş proseslərinə dair məlumatların xüsusi proqram təminatına daxil edilməsi və mütəmadi yenilənməsi.
* Müxtəlif sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi.
* Daxil olan məlumatların düzgünlüyünün təmin edilməsi və sistemdə saxlanılması.
* Rəhbərliyin tapşırıqlarına uyğun işlərinin aparılması.
* 1C-də istehsal sənədlərinin işlənilməsi.
* Kassa və pos terminal ilə bağlı əməliyyatların keçirilməsi.

🔍 Tələblər:

* Binəqədi ərazisində yaşayan (iş yerinə yaxınlıq üstünlükdür).
* MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı (Word, Excel, PowerPoint).
* 1C 8.3 istifadə bacarığı.
* Sənədlərlə işləmə təcrübəsi və məlumat bazası idarəetmə bacarığı.
* Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq.
* Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə dil bilikləri üstünlükdür.

İş şəraiti:
* İş qrafiki: 6 günlük iş həftəsi
* İş saatları: 09:00–18:00.
* Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
* Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə (əmək müqaviləsi).
* Rahat və səmərəli iş mühiti.

📩 Maraqlanan xanım namizədlər öz CV-lərini elektron poçtuna göndərsinlər: Suray@muradli.com.az

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Rus dili müəllimi

📄 Öhdəliklər:


* Tədris planlarının hazırlanması və tələbələrə dərslərin keçirilməsi.
* Tələbələrin inkişafını izləmək, onların biliyini qiymətləndirmək.
* Dərs vəsaitlərinin hazırlanması və tədris materiallarının yenilənməsi.
* Tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün müvafiq metod və texnikaların tətbiqi.

🔍 Tələblər:

* Pedaqoji təcrübə arzuolunandır;
* Pedaqoji bacarığı olmalıdır;
* Müasir təlim metodlarından istifadə etməlidir;
* Auditoriyada işləmək bacarığı olmalıdır;
* Həvəsli və dərs deməyi sevməlidir;

İş qrafiki: 4 günlük ( 18:00-22:00)
Əmək haqqı: 500 azn (tələbə sayı çox olarsa əlavə bonus hesablanılır)

Ünvan: Bakı şəhəri, Sabunçu ray, Bakıxanov qəs.

📩 Vakansiya üzrə çalışmaq istəyən namizədlər öz cv- lərini gnuriyeva20@gmail.com ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
Photo
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Mərkəzi Bank-da aktiv vakansiyalar:

• Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Aparıcı mütəxəssis
• Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsi \ Mütəxəssis
• Sığortaçıların maliyyə dayanıqlığına nəzarət şöbəsi \ Mütəxəssis
• Banklarda bazar davranışlarına nəzarət şöbəsi \ Mütəxəssis
• Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi \ Aparıcı analitik
• Prudensial tənzimləmədə MHBS-nin tətbiqi bölməsi \ Analitik
• Banklarda stress-testləşmənin təhlili bölməsi \ Analitik
• Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsi \ Böyük mütəxəssis
• Makro-maliyyə risklərinin modelləşdirilməsi şöbəsi \ İqtisadçı
• Maliyyə sabitliyinin təhlili şöbəsi \ İqtisadçı
• Protokol şöbəsi \ Mütəxəssis
• Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi \ Böyük mütəxəssis
• Daxili nəzarət bölməsi \ İnspektor


Ətraflı: https://hr-az.com/vacancy/1746-merkezi-bankda-aktiv-vakansiyalar.html

📢 Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İşə qəbul üzrə mütəxəssis

📄 Öhdəliklər
:

Müvafiq iş elanlarının hazırlanması və müxtəlif axtarış platformalarında yerləşdirilməsi
İş müraciətlərinə (CV) baxılması, analiz edilməsi və müvafiq olaraq qruplaşdırılması
Müsahibələrin təşkil olunması və aparılması
Namizədlərə müsahibə nəticələri ilə bagli geri dönüşlərin edilməsi
Müsahibə nəticələrinin qeydiyyatının aparılması
Rəhbərin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

🔍 Tələblər:

Ali təhsil ( Psixologiya, Sosiologiya, İqtisadiyyat, Menecment)
İnsan resursları sahəsində *2 ilədək təcrübə* mütləqdir
Əmək məcəlləsi üzrə baza biliklər
Azərbaycan dili mükəmməl, rus dili orta səviyyədə
MS Office proqramlarından sərbəst istifadə bacarığı
Dürüstlük, məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq

İş şərtləri:
İş yeri: Nərimanov mst yaxinligi
İş qrafiki: 5 günlük, saat 09:00-18:00
Tibbi sığorta, korporativ mobil nömrə, nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı müsahibə əsasında təyin olunacaq

📩 Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını *" İşə qəbul üzrə mütəxəssis "* qeyd etməklə rashid.agayev@resantgroup.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Pizza Mizza şirkətində İnsan Resursları üzrə Baş mütəxəssis vakansiyası aktivdir.

📄 Öhdəliklər
:

İnsan resursları strategiyasının icrası:
HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi.
İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili.
Kadr uçotu və əməliyyatları:
İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası.
“ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.).
Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi.
İşçi əlaqələri və inzibati proseslər:
Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması.
Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması.
İşçi məlumat bazasının düzgün və dəqiq aparılması.
İşə qəbul və müsahibə prosesləri:
Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi.
İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya.
Hesabatlılıq və analitika:
Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi.
İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.

🔍 Tələblər:

Ali təhsil (insan resursları, idarəetmə və ya əlaqəli sahələr üzrə);
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlükdür);
Əmək qanunvericiliyi, kadr uçotu və sənədləşmə üzrə dərin biliklər;
MS Office proqramlarını yüksək səviyyədə bilmək;
Yüksək təşkilatçılıq və idarəetmə bacarığı;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Komanda ilə işləmə və liderlik təcrübəsi.


📌İş şəraiti
İş günləri: I-V günlər.
🕕 İş vaxtı: 09:00-18:00
💲Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
🍽️ Nahar şirkət tərəfindən aylıq ödənilir.
📍 Ünvan: Bakı şəhəri, Babək plaza.

📩 Müraciət etmək istəyən şəxslər CV-lərini başlıqda elanın adını qeyd etməklə hr@pizzamizza.az adresinə göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Tikinti şirkətinə Korporativ satış meneceri axtarılır.

📩 Uyğun namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığı ilə info@hrtime.az ünvanına göndərə bilərlər.

📄 Öhdəliklər:

Korporativ müştərilərlə əlaqələrin qurulması və möhkəmləndirilməsi;
Tikinti xidmətlərinin korporativ müştərilərə təqdim olunması;
Satış strategiyalarının hazırlanması və icrası;
Müştəri tələblərinin təhlil edilməsi və uyğun xidmət paketlərinin təklif edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin izlənməsi;
Satış hədəflərinin müəyyən edilməsi və bu hədəflərə çatmaq üçün fəaliyyətlərin təşkili;
Satış nəticələrinin izlənməsi və hesabatların hazırlanması;
Şirkətin xidmətləri barədə məlumatların daim yenilənməsi;
Əlaqədar şöbələrlə əməkdaşlıq edərək müştəri tələblərinin vaxtında yerinə yetirilməsi.

🔍 Tələblər:

Satış və ya müvafiq sahədə ali təhsil;
Satış meneceri və ya korporativ müştərilərlə iş təcrübəsi (minimum 1 il);
Tikinti sahəsində təcrübə arzuolunandır;
Komandada işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti;
Rus dili biliyi orta, İngilis dili biliyi (arzuolunandır);
Yüksək təşkilatçılıq qabiliyyəti və zaman idarəetməsi bacarığı;
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

İş rejimi Sərbəst
İş yeri Bakı şəhəri
Əmək haqqı: 400 və satışdan bonuslar

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Formacı tələb olunur
İşə götürən : Bakı səhəri , Muğan ASC ( 2-i nömrəli cörək zavodu)

🔍 Tələblər:

-Orta ixtisas və ya tam orta təhsil kifayət edir.
-Yaş: 18 - yüxarı
-Təcrübə ildən aşağı ( iş öyredilir)

📄 Öhdəliklər:

* Xəmir kündələrinin formalara yerləşdirilməyı və forma verilməsi

*İş qrafiki*: 6 gün    
*İş saatı* : Növbəli
Əmək haqqı: 400

*İş yeri* : Nizami metronun yaxınlığı

📩 *Müraciət forması*:
Uyğun namizədlərdər cv-lərini “Formaçı“ yazmaqla *mugan-atsc@mail.ru* mail ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Ekspeditor tələb olunur

İşə götürən : Bakı səhəri , 2-i nömrəli çörək zavodu (Muğan ASC)

🔍 Tələblər:

-Orta ixtisas və ya tam orta təhsil kifayət edir.
-Sürücülük vəsiqəsi: B,C ( 3,5 tona gədər yük maşını idarə edə biləcək şəxs);
-Bakı ərazsini yaxşi səviyyədə tanıyan ;
-Bu ərazidə yaşıyanlara üstünlük verilir : ( Nəsimi, Yasamal ,Səbail, Nərimanov, Nizami ,Xetai )

📄 Öhdəliklər:

* Zavodun istehsal etdiyi çörək çeşidlərini vaxtinda ticarət məntəqələrinə catdırılması (avtomobili özü idarə edəcək)
* ⁠Məhsulların qaimə əsasında müştərilərə təhvil verilməsi ;
* ⁠İşlədiyi ərazidə yeni ticarət obyektlərinin tapılması;
* ⁠Daxili Əmək İntizam Qaydalarına riayət etmək

İş qrafiki: 6 gün    
İş saatı : 05:00-15:00
Nahar vaxtı : 12:00-13:00
Əmək haqqı: 500+ ( satışdan %)

İş yeri: Nizami metronun yaxınlığı

📩 Müraciət forması:
Uyğun namizədlərdər cv-lərini “ Sürücü “yazmaqla *mugan-atsc@mail.ru* mail ünvanına göndərə bilərlər və ya əlaqə : (012)596-50-74

Ünvan : Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə ev.69

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom