İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
461 photos
7 videos
6 files
904 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
👟 Şirkətə töhfənizə görə sizə krossovka verilsə nə edərdiniz? Həm də yalnız bir tayı 😀

🏆 Amazonda innovativ həllər verən, sürətli və effektiv qərar verən şəxslər "The Just Do It Award" mükafatına layiq görülür və hədiyyə olaraq da Nike krossovkasının bir tayı təqdim olunur. Mükafatı bir çox haıllarda şəxsən Cef Bezos təqdim edir və şirkət daxilində hər kəsin əldə edə bilməyəcəyi ən prestijli nominasiyalardan biri sayılır.

💰 Vaşinqton Posta görə mükafatın tarixçəsi 1998-ci ilə gedib çıxır. Müştəri xidmətlərində çoxsaylı müraciətlərin idarə olunmasında çətinliklərin yaşandığı bir zamanda komandadan bir işçi 24 saat ərzində 250 sorğunu cavablandıran şəxsə 200 dollar mükafat verəcəyini bildirir. Bununla da qısa zamanda problem aradan qalxır. Cef Bezos bunu eşidəndə işçinin davranışında 4 mühüm məqamı qeyd edir:

- O özü təşəbbüslə çıxış edib. Heç kim ondan həll yolu istəmədiyi halda.
- Proses uzanmasın deyə bununla bağlı heçkimdən icazə almayıb. Məsuliyyət alıb.
- İdeya özü özlüyündə əladır.
- İdeya işləkdir və bəhrəsini verdi. (Ən önəmsiz məqam budur.)

Sonradan məhz bu 4 məqam "The Just Do It Award" mükafatının təqdim olunması üçün əsas meyar olaraq müəyyən edildi. #hrazcom #insanadəyər
İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
Photo
📏 Ölçməsən idarə edə bilmərsən. Bunu tez-tez eşidirik. Amma nəyi ölçməli?

⚙️ Amazonda nəyin ölçüləcəyinə çox diqqətlə yanaşılır, output (çıxış) və ya lagging (gecikmiş) indikatorları deyil, input (giriş) və ya leading (aparıcı) indikatorlar nəzarətə götürülür. Bu da öz növbəsində "Amazon nazimçarxı"nın daha da böyüməsinə səbəb olur.

🪄 Nümunəyə baxaq. Amazon əsas diqqəti müştəri təcrübəsinə yönəldir.

- Müştəri təcrübəsinin yaxşılaşması satışları və aktivliyi artırır.
- Aktivliyin artması Amazondakı satıcı sayının artması ilə nəticələnir.
- Satıcı sayının artması məhsul çeşidini artırır.
- Geniş məhsul çeşidi müştəri təcrübəsini daha da yaxşılaşdırır.
- Nəticədə satışlar daha da artır.
- Artan satışlar xərcləri azaldır.
- Azalmış xərclər qiymətin düşməsinə səbəb olur.
- Qiymətlərin düşməsi müştəri təcrübəsini bir az da artır.

🌀 Beləcə bu döngü daha da böyüyərək, daha da sürətlə işləyir. Xırda toxunuşların, düzgün indikatorların seçilməsi sonda möhtəşəm nəticələrə səbəb olur.

#hrazcom #insanadəyər
📢 Yeni ildə 7 gün ardıcıl iş günü, ardından isə 7 gün istirahət günü olacaq.
📢 "Layihə idarəetməsinin əsasları" kursunun növbəti sessiyasına qeydiyyat başladı.

Qeydiyyat linki: https://lnkd.in/eAU6zYtc
2025-ci ilin istehsalat təqvimi
Faciəvi qəzada vəfat etmiş insanların yaxınlarına baş sağlığı verir, işinin peşəkarı olan ekipaj heyəti sayəsində həyatı xilas olmuş sərnişinlərə isə tezliklə sağlıqlarına qovuşmaqlarını diləyirik.
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Satış təmsilçisi
📍Şirkət: “NH GROUP” MMC


İş yeri: Bakı
İş rejimi: 5 günlük
Əmək haqqı: NET-600 + Bonus

📄 Öhdəliklər:

• Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
• Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
• Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
• Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;
• Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.

🔍 Tələblər:

• Ali təhsil
• Sahə üzrə 3-5 il təcrübə sahibi olmaq;
• Problemlərə həll yönümlü yanaşma;
• Analitik düşünmə, data analizetmə və qərar vermə bacarığı;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
• Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
• Rus dili (İngilis dili arzuolunan) bilikləri;
• Sürücülük vəsiqəsi.
• Avtomobil.

📩 Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini hr@nhgroup.az elektron poçt ünvanına mövzu hissəsində “Satış təmsilçisi” yazaraq və ya +994552505676 əlaqə nömrəsinə göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Təchizat üzrə mütəxəssis
📍Şirkət: AZMADE GROUPa daxil olan LLS MMC


🔍 Tələblər:

- Ali təhsil;
- Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları,
- 1C proqramında işləmək bacarığı üstünlükdür;
- Komanda daxilində işləmək, ünsiyyət və təqdimat bacarığı önəmlidir.

📄 Öhdəliklər:

- Tədarükçü bazasının yenilənməsi və ilkin ixtisas sənədlərinin əldə edilməsinə dəstək;
- Tələb olunan malların, xidmətin yerli bazarda araşdırılması, qiymət müqayisə cədvəlləri, sifariş sənədlərinin hazırlanmasında iştirak;
- Müqavilə üçün müraciətin edilməsi, ödəniş sənədlərinin əldə edilməsi;
- Tədarükçülərin qiymətləndirilməsində iştirak;
- Menecerin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şərtləri:
- Ə/H- Razılaşma əsasında
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Ünvan: Əhməd Rəcəbli 276

📩 Mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə CV-nizi Ilhama.Aliyeva@lls.az elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsi boş olan cv-lərə baxılmayacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Mövenpick komandası “Mühafizəçi” vakansiyası üzrə əməkdaş axtarır.

📄 Öhdəliklər:


* Rəhbərlik tərəfindən verilən təlimatlara əsasən mehmanxananın əsas hissələrində müəyyən edilmiş vaxt ərzində mühafizə işini təşkil etməli;
* Mehmanxana daxilində yoxlama işlərini yerinə yetirməli;
* Təşkil olunmuş kamera cihazları vasitəsilə daima otelə nəzarət etməli;
* Müəssisədaxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına diqqət etməli.

🔍 Tələblər:

Xanım namizəd;
Boy həddi: Minimum 165 sm;
Yaş həddi 18-35 yaş;
Dil biliyi: Azərbaycan və rus dillərini bilməli, digər dil bilikləri üstünlükdür (ingilis və ya ərəb);
Kompüter biliyi: Başlanğıc səviyyədə olması kifayətdir;
İş təcrübəsi: Üstünlükdür;
Şəxsi keyfiyyətləri: Mehriban, səbirli, çevik və məsuliyyətli olmalı.

İş barədə məlumat:
İş qrafiki: Növbəli rejim;
Əmək haqqı: 530 (net);
Nahar və forma: Şirkət tərəfindən verilir.

Ünvan: Qış parkının yaxınlığı
📩 Vakansiyaya müraciət etmək istəyən namizədlər cv formalarını Gulnar.Nazarova@Winterparkhotel.net elektron poçt ünvanına göndərmələri və ya +994502517012 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: GƏNCƏ şəhəri üzrə İnşaat mühəndisi
📍Şirkət: OBA Market MMC


Qeyd:Yaxın bölgələrə ezam olunacaq.

📄 Öhdəliklər:

• Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
• Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
• Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
• Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək

🔍 Tələblər:

• Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
• Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
• Avtomobil (Mütləq)
• Kompüter bilikləri: MS Office (İlkin səviyyədə)
• Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
• Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
• Komanda ilə işləmək bacarığı

Əlavə təminatlar:
• Nahar ödənişi
• Korporativ nömrə
• Nəqliyyat və Amortizasiya xərci qarşılanır

İş qrafiki:
• İş saatları 09:00 – 18:00;
• Nahar fasiləsi: 13:00-14:00
• Bazar istirahət günü.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi (Gəncə)" yazaraq cv@oba.az göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Uçotçu
📍Şirkət: Xonça Fabriki

📄 Öhdəliklər
:

-Xammal, köməkçi və hazır məhsulların qeydiyyatını aparmaq;
-Mal gətirənlərlə hesabatın aparılması;
-Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
-İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablamaq və qeydlər aparmaq;
-Anbara daxil olan xammal və hazır məhsulların qəbul olunma tarixlərinin və saxlanma müddətlərinin sistemə işlənilməsi və eyni zamanda həmin məhsulların anbardan çıxışı zamanı prosedura əsasən məxaric edilməsi əməliyyatlarını yerinə yetirmək;
-Anbarda mədaxil və məxaric əməliyyatlarını yerinə yetirmək;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.

🔍 Tələblər:

-Ali təhsil ( Maliyyə və mühasibatlıq üzrə ilkin biliklərin olması şərtdir ) ;
-Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
-Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

TƏMİNATLAR:
-Nahar ilə təmin edilmə;
-Servis xidməti;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Karyera inkişafı.

📩 Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Uçotçu” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Vacancy@xoncha.com.az elektron poçt ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2025-ci ilin gəlişi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq! Bu xüsusi günlər birliyimizin və gələcəyə inamımızın ifadəsidir.

Yeni ildə sizə bol uğur, sağlamlıq və firavanlıq arzulayırıq. Qoy qarşıdan gələn il yeni hədəflərə nail olmaq üçün ilham və güc gətirsin.

Bayramlarınız mübarək olsun! #hrazcom #insanadəyər
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: MES (MEP) təcrübəçi mühəndis
📍İş yeri: PortBaku (layihə)


📄 Öhdəliklər:

• Mühəndislik layihələrinin hazırlanmasında iştirak etmək;
• AutoCad və Excel proqramlarından istifadə edərək texniki sənədləri hazırlamaq və layihələri dəstəkləmək;
• Revit proqramında layihələrin vizuallaşdırılması və optimallaşdırılması;
• İşlərin gedişatı ilə bağlı dövri olaraq rəhbərliyə hesabatın təqdim edilməsi.

🔍 Tələblər:

• Mexanika mühəndisliyi əsaslı ixtisas üzrə universiteti yeni bitirmiş və ya 4-cü kurs tələbəsi;
• Tam iş qrafikində çalışa bilməli;
• Orta səviyyədə Excel biliyi;
• AutoCad biliyi orta səviyyədə, Revit biliyi arzuolunandır;
• Texniki ingilis dili biliyi;
• Rus dili arzuolunandır.

İş şəraiti:
• 6 günlük iş qrafiki;
• Əməkhaqqı şəxsin bilik, bacarığına əsasən təyin edilməklə.

Biz sizə nə təklif edirik:
• İş prosesinin öyrədilməsi;
• Real iş mühitində biliklərin praktiki tətbiqinə şərait;
• Mentor dəstəyi;
• Yeniliyə açıq, gənc və böyüməkdə olan komanda ilə işləmək imkanı.

📩 Uyğun namizədlərdən CV-lərini firangiz.samadova@outlook.com ünvanına vəzifə adını qeyd etməklə 19.01.2024 tarixinə qədər göndərmələrini xahiş edirəm.
Müsahibə mərhələsi üçün yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: TIR sürücüsü
📍İş yeri: Sumqayitda yerlesen Rüstemli Logistika MMC

🔍 Tələblər:


E kategoriyali sürücülük vesiqesi
Yas: 25-60
Təcrübə: 1-3 il

📄 Öhdəliklər:

-Tent tipli tır avtomobillərinin idarə edilməsi (ölkə daxili)
-Yüklənmə prosesinə nəzarət edilməsi
-Yol hərəkəti qaydalarına əməl edilməsi
-Yüklərin təhlükəsiz və müəyyən edilmiş vaxtlarda çatdırılması

Iş rejimi: 6 gün
Təminat; Yanacaq ödənişi, Əlavə bonuslar
Əmək haqqı: 1000 AZN
Əlaqə: 055 329 76 61

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İnşaat mühəndisi
📍İş yeri: OBA Market MMC, GƏNCƏ şəhəri


Qeyd:Yaxın bölgələrə ezam olunacaq.

📄 Öhdəliklər:

• Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
• Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
• Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
• Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək

🔍 Tələblər:

• Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
• Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
• Avtomobil (Mütləq)
• Kompüter bilikləri: MS Office (İlkin səviyyədə)
• Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
• Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
• Komanda ilə işləmək bacarığı

Əlavə təminatlar:
• Nahar ödənişi
• Korporativ nömrə
• Nəqliyyat və Amortizasiya xərci qarşılanır

İş qrafiki:
• İş saatları 09:00 – 18:00;
• Nahar fasiləsi: 13:00-14:00
• Bazar istirahət günü.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi (Gəncə)" yazaraq cv@oba.az göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
Qürur və hörmət hissi ilə qəhrəman şəhidlərimizin ruhunu anırıq.
#hrazcom #insanadəyər
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Təcrübəçi mühasib

İlkin olaraq qeyd etmək istəyirik ki, iş şirkətimizin təcrübəli mühasibləri tərəfindən öyrədiləcək.

📄 Öhdəliklər:

• Gündəlik maliyyə əməliyyatlarını icra etmək;
• Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
• Müqavilələrin hazırlanması və redaktə edilməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
• Bank əməliyyatlarını həyata keçirmək;
• Tapşırılan digər gündəlik işlərin yerinə yetirilməsi;

İş barədə məlumat:
• İş yeri ; Atatürk prospekti 4a (Gənclik metrosunun yaxınlığı)
• İş vaxtı ; 1-5 günlər 09:00-18:00 (6-cı gün qısa iş günü)
• Təcrübə proqramının müddəti - 2 ay
• 2 ay sonra Namizədin bilik və bacarıqları nəzərdən keçiriləcək və uyğun olduğu təqdirdə razılaşdırılmış əmək haqqı ilə işlə təmin olunacaq.

🔍 Tələblər:

• İqtisadiyyat üzrə ali təhsil ( maliyyə və mühasibat uçotu arzuolunandır)
• Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
• Microsoft Ofiice proqramları ilə işləmə bacarığı.

📩 Namizədlərdən “cv”-lərin cavitaze@gmail.com elektron poçt ünvanına mövzu yerində "Təcrübəçi mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi : +994 50 969 60 59

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: “SCALİS” by Dincher &Carchıoglu Daxili audit köməkçisi vakansiyası elan edir.

📄 Öhdəliklər:

* Cari hesabların hərəkətliliyinin gündəlik və həftəlik yoxlanması və nəzarət;
* Şirkətin Audit siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirmək;
* Borclu cari hesabların vadə, gün və dövriyyə limitlərinin analizinin, nəzarətinin həyata keçirilməsi;
* Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi
* Logo Tiger sistemində əməliyyatları yerinə yetirmək.
* Tam iş günü, iş qrafiki I-V günlər, 09.00-18.00

* Əmək haqqı 700 AZN
* İş yeri Blue Office

🔍 Tələblər:

* Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
* Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
* Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
* Şifahi və yazılı ünsiyyət bacarığı;
* Öyrənməyə və inkişafa yüksək həvəs;
* Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor köməkçisi” yazaraq CV @dinchercarchioglu.az e-poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: “Kiçik İnsan Resursları Mütəxəssisi”

📄 Öhdəliklər
:

-Namizəd seçimində iştirak etmək.
-Vəzifə tələbləri və işçi ehtiyaclarını müəyyənləşdirmək.
-İşçi performansını izləmək və əsas göstəriciləri (KPI) monitorinq etmək.
-Təlim proqramlarının təşkilinə kömək etmək və işçilərin inkişafını dəstəkləmək.
-Karyera inkişafı ilə bağlı dəstək vermək.

🔍 Tələblər:

-İnsan Resurslarının İdarə olunması haqqında biliklər
-İnsan resursları və ya əlaqəli sahədə təhsil və 1-2 il təcrübə.
-MS Office proqramlarında əsas biliklər.
-Komanda ilə işləmə bacarığı və yaxşı ünsiyyət qabiliyyəti.
-Öyrənməyə açıq və inkişaf etmək istəyən.

*Əlavə Məlumat:*

-İR sistemləri bağlı öyrədiləcək.
-5 günlük iş rejimi.
-Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcək.
-Şirkət pharmaceutical sektorunda fəaliyyət göstərir.

📩 CV-inizi mövzu hissəsində *“Kiçik İnsan Resursları Mütəxəssisi”* qeyd etməklə *cv@primeline.az* ünvanına göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom