İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.31K subscribers
461 photos
7 videos
6 files
904 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Worky istehsalat yönümlü fəaliyyət istiqaməti olan sifarişçisi üçün "Baş mühasib" axtarışındadır.

📃 İşin Təsviri:


Müəssisənin bütün maliyyə əməliyyatlarına nəzarət və yekun hesabatların hazırlanıb təqdim olunması.

📃 Vəzifə öhdəlikləri:

• Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini əməliyyatlarının uçotunu aparmaq;
• Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
• İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
• Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
• Vergi hesabatlarının göndərilməsi;
• E-qaimə fakturalarının yazılması;
• Bəyannamələrin hazırlanması və göndərilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Daxili hesabatların hazırlanması və təqdim olunması;
• Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
• Maliyyə hesabatlarının tərtib edilməsi;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
• Qanunvericilik və mühasibat uçotu qaydaları üzrə intizama ciddi əməl etmək.

🔍 Tələblər:

• Müvafiq vəzifədə 5 il iş təcrübəsi;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə bilikli olması;
E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
• IFRS üzrə biliklərin olması;
• 1C 8.3 və Ms. Excel proqramlarında işləmək bacarığı.

📩 Namizədlər müraciətlərini "Baş mühasib" mövzu başlığı və gözlənilən əmək haqqı qeydi ilə info@workysolutions.az e-ünvanına göndərə bilərlər.
Müraciətlərin emalından sonra seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
🏢 Şirkət: “AzəriMed“ QSC
💼 Vakansiya: Kadrlar üzrə mütəxəssis

🔍 Tələblər:

· Təhsil: Ali təhsil;
· Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməli;
· Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı;
· MS Office proqramlarını və 1C proqramını yaxşı səviyyədə bilməli;
· Səhiyyə portalından istifadə etməyi bacarmalı.

📃 Vəzifə öhdəlikləri:

· İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, səhiyyə portalına daxil edilməsi;
· İşə qəbul, xitam, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
· Əməkdaşların iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasının təmin edilməsi;
· Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
· Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması, Səhiyyə Nazirliyinin təlabatına əsasən hesabatların hazırlanması.

📩 Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#hrazcom #işvar #ishvar #vakansiya
Aktiv vakansiyalar:

- Təmizlik və İstismar xidmətləri üzrə köməkçi - https://lnkd.in/d_4WrZ49
- İstismar xidməti üzrə texnik - https://lnkd.in/d7zQGwdg
- Marketinq üzrə təcrübəçi - https://lnkd.in/d3Ehs-Rz
- Kadrlar üzrə mütəxəssis - t.me/hrazcom/729
- Baş mühasib - t.me/hrazcom/728
- Layihə rəhbəri (Elektrik stansiyasının tikintisi) - t.me/hrazcom/727
- Layihələrin Koordinasiyası şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi - https://lnkd.in/dKRiEEim
- Front-end Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis/Mütəxəssis - https://lnkd.in/dHQUfJMB
- Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Assistent - https://lnkd.in/dipkJcC7
- Data Scientist - https://lnkd.in/dgPsGZpA
- Frontend developer - t.me/hrazcom/726
- Backend developer - t.me/hrazcom/726
- Hüquqşünas - t.me/hrazcom/725
- Kiçik hüquqşünas - https://lnkd.in/dknVn5vX
- Sığorta mütəxəssisi - t.me/hrazcom/724
- Anbardar - t.me/hrazcom/723


Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 "Ampula" apteklər şəbəkəsi Tibbi nümayəndə vakansiyası üzrə namizəd axtarır.

🔍 Tələblər:

- Komandada işləmə qabiliyyəti olmalıdır
- İş təcrübəsi
- Dürüst və məsuliyyətli olmalıdır
- Fikrini aydın ifadə etməyi bacarmalıdır
- Yüksək ünsiyyət qurma bacarıqlı olmalıdır

📃 Vəzifə öhdəlikləri:

- Aptekin məhsullarını tibb müəssisələrində tanıtmaq
- Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq
- Stabil əmək haqqı və iş nəticəsindən asılı olaraq mükafat
- İş rejimi: Həftə içi 09:00 - 18:00, şənbə günü 09:00 - 15:00
- Əmək haqqı: 600 Azn + bonus

📱 Əlaqə: +994 55 288 88 59 Rüstəm bəy

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Azərbaycan Memarlıq və İnşaat Universiteti marketinq şöbəsinə əməkdaş axtarır.

💼 Vəzifə: Marketinq mütəxəssisi

📃 Görəcəyi işlər:


- Vebsaytın təkmilləşdirilməsi üçün təkliflər
- Məzmun yaradılması (əsasən vebsayt üçün)
- Araşdırmaların edilməsi
- Qurumun marketinq (xüsusilə rəqəmsal) fəaliyyətinə dəstək

🏢 İş saatları: 5 gün, 09:00-17:00

📩 Maraqlanan şəxslər "marketing specialist" başlığı ilə isamuradov@azmiu.edu.az mailina CV göndərə bilər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #təcrübə #intern
💼 Vakansiya: İR Təcrübəçi

🔍 Tələblər:


• Ali təhsil ;
• Yaş: 21-25;
• Cinsi:Kişi
• Güclü ünsiyyətqurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Analitik düşünmə qabiliyyəti;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

🏢 İş şəraiti:

• İstirahət günləri: Şənbə və Bazar;
• Əmək Müqaviləsinin müddəti : 3 ay;
• Təcrübə müddəti üzrə əmək haqqı: 300 AZN
• Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər.

Qeyd: MBA (İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir.

📩 Müraciət etmək istəyən namizədlər CV-lərini azhrecruiters@gmail.com e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Araznet MMC 'də aktiv vakansiyalar:

- Qeydiyyatçı (yeni məzunlara üstünlük verilir)
- Satınalma üzrə mütəxəssis
- Korporativ satış meneceri (təcrübə, xarici dil biliyi tələb olunur)
- İnventarizasiya üzrə mütəxəssis

📩 Müraciət üçün email: cv@abv.az

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
Hörmətli izləyicilərimiz,
🎯 Böyük məmnuniyyət hissi ilə sizlərə "HR Fundamentals" təlim proqramımızı təqdim edirik!
■ Əgər siz də İnsan resursları sahəsində karyera qurmaq istəyirsiniz və ya bu sahədə yenisinizsə, lakin işə haradan başlayacağınızı bilmirsinizsə, bu təlim məhz sizin üçündür.
■ Proqram İnsan resurslarının idarəedilməsinə dair əsas bilik və bacarıqları özündə cəmləşdirməklə, karyeranızın ilk pillələrində sizin bələdçiniz olacaq.
■ Praktiki tapşırıqlarla zəngin təlim proqramını tamamlamaqla, siz nəzəri biliklərinizi möhkəmləndirəcək və müasir İR funksiyalarının tətbiqi üçün gərəkli bacarıqlara yiyələnəcəksiniz.
■ “HR fundamentals” təlim proqramı barədə ətraflı məlumat əldə etmək üçün QR kodu scan etməyiniz və ya şərh bölməsinə yazmağınız kifayətdir.
🎯Spesifik olaraq öyrənmə və inkişaf proseslərinə fokuslanan "Təlim və inkişaf üzrə mütəxəssis" proqramının növbəti sessiyasına Qeydiyyat başladı !

◼️ Bu proqram təlim və inkişaf sahəsində işləyən və ya özünü bu sahədə görən mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Təlim sizə iş yerində öyrənmənin rolunu daha yaxşı görmək və təşkilati öyrənməni daha effektiv idarə etmək imkanı yaradacaqdır.

◼️ Bu proqramda iştirak etməklə təkcə «Nəyi etmək lazımdır?» sualına deyil, həm də «Necə etmək lazımdır?» sualına cavab tapa biləcəksiniz.

◼️ 10 moduldan və 20 saatdan ibarət olan təlim proqramımıza təqdimatlar, qrup işləri və workshoplar daxildir.

◼️ Təlim barədə ətraflı məlumat almaq üçün şərh hissəsində qeyd etməyiniz və ya +994777367575 nömrəsi ilə (whatsapp) əlaqə saxlamağınız kifayətdir.
#hrazcom #işvar #ishvar #vakansiya
İstehsalat sahəsində aktiv vakansiyalar:

- Aparıcı Mühasib - https://lnkd.in/dCgVzdVw
- Təchizat üzrə kiçik mütəxəssis - https://lnkd.in/dMTTk-3v

Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
Başın sağ olsun, VƏTƏN! Allah bütün şəhidlərimizə rəhmət eləsin.
#hrazcom #ishvar #işvqr #vakansiya
💼 AzThermoking şirkətinə “Resepşn” axtarılır.

🔍 Tələblər:

• Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili və İngilis dili - arzuolunandır
• MC Office – yaxşı
• İş təcrübəsi: Ofis meneceri və ya reception kimi 1 ildən az olmayan iş təcrübəsi
• Ofis avadanlıqları ilə işləmə bacarığı
• Məsuliyyətli, diqqətli olmaq
• Gülərüz və səbirli olmaq

📄 Vəzifə öhdəlikləri:

• Ofisə gələn qonaqların qarşılanması və qeydiyyatı
• Telefon zənglərinə cavab verilməsi, yönləndirilməsi
• Maillərin cavablandırılması və yönləndirilməsi
• Şirkətin ümumi sənədləşmə işlərinin həyata keçirilməsi (daxil olan və çıxan məktubların qeydiyyatı, nüsxənin saxlanılması)
• Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi

İş şəraiti:
-5 günlük iş rejimi

📍 İş yeri: Nərimanov, 7 saylı Asan Xidmət mərkəzinin yaxınlığı

📩 Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini "Resepşn" başlığı altında du-bland@hotmail.com mail ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
44 günlük zəfər tarixinin başladığı gündür bu gün!

Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən, xalqın qəhrəmanlıq dastanını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizi dərin ehtiramla anırıq...
#hrazcom #işvar #ishvar #vakansiya
DÖVLƏT QURUMUNDA VAKANSİYA: Ünvanlı dövlət sosial yardımı üzrə mütəxəssis
Ətraflı: https://hr-az.com/vacancy/1381-unvanli-dovlet-sosial-yardimi-uzre-mutexessis.html

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya
💼 Direktor köməkçisi

İş qrafiki: həftəlik 5 gündür
Əmək haqqı: 1500-2000 AZN

📩 Email: y.ayxan@mail.ru
E-məktubunuzun mövzu hissəsi: Direktor köməkçisi (CV foto ilə)

Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

📄 İş barədə məlumat

· Direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək;
· Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində , yığımında və təhlilində iştirak etmək;
· Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
· Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
· Direktorunun tapşırığı ilə Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Baş Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
· Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
· Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək;
· Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Şirkətin işçilərindən tələb etmək.
· Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

🔍 Namizədə tələblər

· Ali təhsil
· Yaş həddi 25-35
· Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli
· Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili bilənlərə üstünlük veriləcək
· Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
· Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
· Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya
💼 Mətanət A şirkəti Elektron Ticarət şöbə müdiri vakansiyasını elan edir. #satış #cv #elektronticarət #vakansiya

📄 Vəzifə öhdəlikləri:

§ Şirkətə məxsus e-ticarət saytının idarə olunması;
§ Rəqəmsal reklamların təşkili;
§ Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət;
§ Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunu təşkil etmək.
§ Analizlərin aparılması, hesabatların hazırlanması;
§ Rəqəmsal Marketinq , Dizayn və texniki şöbə ilə daimi işləmək;
§ Mobil istifadəçi davranışlarına hakim olmaq və lazımi yaxşılaşdırılmaların aparılması;
§ Saytın və serverin təhlükəsizliyi üçün lazımi işlərin görülməsi;
§ Sayt daxili kampaniyaların təşkili;
§ Ana səhifə və kateqoriyalar daxilində merçendayzinq işlərinin görülməsi. Məhsulların tanıtımı və satış balansının qorunması;
§ Tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması;
§ Qarşılaşılan situasiyanın ən effektiv həlli üçün lazımi yolların tapılması, alqoritmik baxış tərzi ilə qarşılaşılan problemləri düzgün prosedur halına gətirmək;
§ Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət.

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

§ İş saatı: 09-00-dan 18-00-dək;
§ İstirahət: Şənbə və bazar günü.

🔍 Tələblər:

§ Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
§ Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
§ Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili üstünlükdür.
§ Kompüter bacarıqları: MS Office və 1C proqramları əla səviyyədə;
§ Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı.

📩 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya
💼 Xarici dil kursuna “reception” vəzifəsinə namizədlər axtarılır.

🔍 Tələblər:

-Ali təhsil
-Rus dili biliyi üstünlükdür
-1 ildən az olmayan iş təcrübəsi
-Office proqramları ilə işləmək bacarığı( MS Word, Excel, Photoshop)
-Yaş (21-28)
-Ünsiyyətcil, gülərüz, müştərilərlə danışıq bacarığı

İş saatı: 🕐13:00-🕘21:00

📩 Maraqlnanlar öz Cv-lərini (şəkilli) the.british.language.center@gmail.com email ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya
💼Universal Şirkətlər Qrupu
İş yeri: Bakı şəhəri, Hyatt Tower 3
Vakansiya: Qrafik dizayner


📄 Vakansiyanın təsviri

- Layihələr ilə bağlı kreativ konseptin hazırlanması və adaptasiyası.
- Sosial media səhifələri üçün postların dizayn edilməsi
- Şirkətdaxili bütün buklet, kataloq və digər kommunikasiya vasitələrinin dizaynı
- Vebsaytlarda iş təcrübəsi, UI/UX araşdırma qabiliyyəti

🔍 Xüsusi tələblər:

- Ali təhsil
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
- Adobe İllustrator, Photoshop, Corel Draw proqramları ilə işləmək bacarığı
- Təşəbbüskar, aktiv, kreativ və əzmkar olmalı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı

📩 CV-nizi hr@lss.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Grafik dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya
💼 “Kapital Bank” namizədləri "Rəqəmsal marketinq üzrə ekspert" vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.

🔍 Tələblər:

· Ali təhsil (Marketinq və Biznesin İdarəedilməsi sahəsi üzrə);
· Rəqəmsal Marketinq sahəsi üzrə 2 il iş təcrübəsi;
· Layihə idarəetmə və təşkilatçılıq bacarıqları;
· Rəqəmsal funksiyalarla dərin tanışlıq: web development, acquisition & activation marketing;
· Web analitika və hesabat üzrə alətlərlə təcrübəyə malik olması (Google Analytics & Google Data Studio & Social Bakers);
· Mobile marketinq sahəsi ilə yaxından tanışlıq (Mobile tədbiqləri, alətləri və s.);
· Komanda daxilində yüksək kommunikasiya bacarıqları;
· Təşəbbüskar, yaradıcı və çevik olmaq.

📄 Öhdəliklər:

· Rəqəmsal marketinq üzrə ekspert olaraq gündəlik əməliyyat, idarəetmə və optimallaşdırma prosesslərini icra etmək;
· Bütün web, sosial və mobile platformalarda brend yaratmaq və inkişaf etdirmək.

📩 Müraciət üçün CV-lərinizi, mövzu hissəsində “Rəqəmsal marketinq üzrə ekspert” qeyd etməklə hr@kapitalbank.az ünvanına göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #ishvar #işvar #vakansiya
💼 Qrafik dizayner axtarılır:

🔍 Tələblər:

- Sosial şəbəkələr üçün konsepsiyaya uyğun stilistikanın tərtibi
- Sosial şəbəkələr üçün post dizaynların hazırlanması
- Ehtiyac olduqda çap və digər reklam dizaynlarının hazırlanması
- 2D, Coral Draw, Photoshop (Adobe Premier Indesign, Adobe Illustrator, After Effects proqramlarında işləmə bacarığı üstünlükdür)
- SMM üçün uyğun GİF və videoların hazırlama bacarığı üstünlükdür
- Kreativ ideyalar istehsal etmək
- Məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə bacarığı
- SMM sahəsində və SMM Agentlikdə iş təcrübəsi vacibdir

🏭 İş şəraiti:

- İş rejimi: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: sabit əmək haqqı + bonus (1000 AZN)
- Əmək haqqı namizədin bacarıqlarına görə təyin ediləcəkdir.


📩 CV-nizin Word və yaxud PDF formatında olması vacibdir. Əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.
Zəhmət olmasa, CV-lərinizi hr@telsat.az -mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Qrafik dizayner” qeyd etməyi unutmayın.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom