İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Gəlin, sizə Bakı şəhərinin ən mənasız yeraltı piyada keçidi haqqında danışım.

Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospektinin kəsişməsi.

➡️ Tam video burada.
👍23
This media is not supported in your browser
VIEW IN TELEGRAM
♿️ 🚫 "Bir təkərli əlil arabası üçün pandus?!".

Bu videonu izləyici göndərib və bu daha bir sübutdur ki, şəhərdə yeraltı-yerüstü piyada keçidləri nə dərəcədə əlverişsizdir.

❗️ Sona qədər izləyin və belə keçidləri müdafiə edən dostlarınız ilə paylaşın.

#piyadakeçidləri
💩14😢2👍1😱1
🔃 Bəsti Bağırova küçəsi əvvəl və sonra.

Bu küçə Bakıda yaxşı yenidənqurmanın bir nümunəsidir.

Nadir hallardandır ki, burada yolu deyil, səkini genişləndirdilər. Lazımsız dərəcədə geniş döngə ləğv olundu, ayrılmış parkinq cibləri təşkil edildi, piyada keçidlərini səki səviyyəsini qaldırdılar.

İstək və yaxşı yanaşma olanda istənilən küçədə belə transformasiyalar aparmaq olar. Təəssüf ki, bu təcrübənin davam çox ləng aparılır.

📹 Bu küçədən geniş videom da var, buradan izləyə bilərsiniz.

#yaxşınümunələr
👍26🤮1
🚲🛑 Velosiped infrastrukturu olmayanda belə olur.

Pirşağı dəmiryol stansiyasında çəkilən bu fotonu izləyici göndərib. Bu velosiped duracağının məntiqi odur ki, sakinlər qəsəbədən stansiyaya velosiped ilə gəlsinlər, burada saxlasınlar, sonra qatarla getsinlər şəhər mərkəzinə.

Amma qəsəbədən bu stansiyaya qədər velosiped yolu varmı? Bura velosiped ilə gəlmək təhlükəsizdirmi? Əminəm ki, infrastruktur olmayan şəraitdə bu duracaqdan fayda çox az adam görür.

Daha geniş isə danışsaq, bizim qatarlara niyə öz velosipedinlə girə bilmirsən? Velosiped ilə gəlirsən yolun bir qismini, sonra qatarla gedirsən şəhərə, sonra yenə də qalan yolunu velosiped ilə davam edirsən? Niyə də yox? Misal üçün, Avropada normal təcrübədir.

🇩🇪🇦🇹🇭🇺 Berlin-Vyana-Budapeşt marşrutunu qatarla sizə göstərmişdim, orada rahatlıqla velosipedlə qatara minə bilərsən. Velosiped istifadəsi isə təşkil və təbliğ edilməyəndə isə şəkildəki vəziyyət dəfələrlər təkrar olunmasının şahidi olacağıq.
👍10🤮5😢1💩1
🌳 Mərkəzi Nəbatat Bağının yeni layihəsi.

“MB Architecs” şirkəti tərəfindən hazırlanıb. Həmin şirkət Çəmbərəkənd parkının layihəsini hazırlamışdır.

Necədir?
👍33😢1
🚶Küçələrdə və keçidlərdə panduslar necə olmalıdır?

Təxmini 5 il bundan əvvəl şəhərin küçələrində və piyada keçidərində BNA panduslar təşkil etməyə başladı, əla bir təşəbbüs oldu. Lakin icra mərhələsində səhvlər buraxıldı. Panduslar çox dar oldu, kəsişmələrdə baryersiz mühit əvəzinə əlavə pillələr və maneələr yarandı. Hətta eşitmişəm, yaradılan belə pillələrlə ilişib yıxılan insanlar olub.

Bir sıra yerlərdə isə panduslar, ümumiyyətlə, yarımçıqdır. Keçidin bir küncündə var, digər küncüdə isə yox. Bəzilərin taktil plitələri isə dağıdılıb.

Yaxşı pandusun sirri isə çox sadədir. Sadəcə səki kəsişməyə yaxınlaşan yerlərdə təmamilə yolun səviyyəsinə salınmalıdır. Bu hər kəs üçün rahat olacaq, panduslarda növbələrin yaranmasına səbəb olmayacaq. İnklüziv olan şəhərlərdə belə edirlər.

Və hətta Bakıda çox yaxşı misallar tapmaq olar, fotolarda görə bilərsiniz.

#panduslar
👍17