İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇦🇪 Dubaydakı bu mənzərə isə avtomobil yönümlü şəhərsalmasının çox yaxşı bir nümunəsidir.

Maqistral tipli yollar, dar səkilər və çatışmayan piyada keçidləri.
👍5🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛣 Zığ yolunda yeni nizamlanan piyada keçidi təşkil olunur.

Maraqlı nüans - piyada keçidindən qabaq "səs zolaqları" çəkilib. Hərəkət istiqamətinə perpendikulyar və bir qədər qabarıq bu nişanlanma sürücülərin diqqətini çəkmək üçün istifadə olunur. Azərbaycanda çox nadir hallarda buna rast gəlinir.

Video: İlkin Babayev
👍24
🇹🇷 Türkiyənin daha bir şəhəri haqqında ətraflı reportajı izləməyə dəvət edirəm.

İzmirdə 4 milyona yaxın insan yaşayır, yəni təxmini olaraq Bakının aqlomerasiyası qədər. Bu qədər insanın mobilliyini təmin etmək üçün burada Avropanın təcrübəsini tətbiq etməyə başladılar və 2017-ci ildə sıfırdan tramvay xətləri salındı.

Bu videoda Türkiyənin üçüncü ən böyük şəhərini gəzdim, küçələri, ictimai nəqliyyatı, o cümlədən İzmirin müasir tramvayını yaxından göstərdim. Bakı kimi dənizin sahilində yerləşən bu şəhərdən biz nələri öyrənə bilərik? Gəlin, bir yerdə baxaq.

https://youtu.be/WzQ8mj64en4
8👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸ABŞ və 🇪🇺Avropada uşaqlar necə məktəbə gedir.

Təəccüblü deyil ki, Amerikadakı uşaqlar daha çox piylənmədən əziyyət çəkir və daha az sosial ünsiyyət qurmağa meyillidir.

🇦🇿 Bizdə də uşaqları əsasən valideynlər maşınla məktəbə gətirir, amma istisnalar da var.
👍16
Avtomobillər üçün istifadə edilən ərazilərin təyinatı dəyişdirilərək ictimai zonaya çevriləndə, belə layihələr əvvəlcə ələ salınır, sonra şiddətlə sorğulanır və nəhayət heç kim vəziyyəti geri qaytarmaq belə düşünmür

Foto: 🇫🇷 Lion şəhəri, Fransa

© Transport for Baku
👍202
⭕️ Deyilənə görə, Bakı Nəqliyyat Agentliyi "Mobility Week" təhlükəsizkik həftəsi çərçivəsində şəhərdə bir neçə küçələrini sakitləşdirərək, sürət həddini 30 km/s-a qədər endirmək istəyir.

Çox güman ki, söhbət ilk növbədə mərkəzi küçələrindən gedir (👆xəritədə). Burada sıx piyada hərəkəti müşahidə olunur, turistik zonadır, buradakı küçələrdə səs çirkliyi də aşağı olmalıdır.

Təbii ki, yüksək sürət həm də qəzaların əsas səbəbidir. Bu haqda bloqumuzda məqaləmiz də var.
👍24
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Yolu keçmək üçün metroya düşmək lazım deyil.

Adətən, reportajlardan qısa video parçaları InstagramTikTok-da paylaşıram, amma bu mövzudan yan keçmək olmur.

Fikir verin, piyada keçidi düz metrostansiyanın üstündə təşkil olunub. Bizdə "Neftçilər", "Qarayev", "İnşaatçılar" və bir sıra digər stansiyalar təşkil olunan ərazilərdə heç vaxt eynisəviyyəli piyada keçidi təşkil etməzlər. "Girsin metroya, o biri tərəfdən çıxsın, nə problem var ki" deyirlər. İnsanların rahatlığı, bu cür keçidlərin əlçatan olmamağı qalır ikinci planda.

🇹🇷 İzmirdə isə, bir çox digər inkişaf etmiş şəhərlərdə olduğu kimi, başa düşürlər ki, şəhərdə əsas prioritet insandır, hansı ki hər zaman ilk növbədə piyadadır. Ona görə insanları imkan olan kimi yerin altına salmırlar, daha əlverişli şərait yaradırlar.
10👍5
Bütün şəhərlər səhv edə bilər.

Müdrik şəhərlər isə öz səhvlərini düzəldə bilir.

🇳🇱 Utrext, Niderland.
👍30😱2
🇪🇺Avropa və 🇺🇸Amerikadakı tipik küçələrinin fərqi.

Bizim şəhərləri necə görmək istəyərdiniz və niyə? Şərhlərdə yaza bilərsiniz.
👍14
💡 Bakı şəhərinin əsas problemlərinin biri - müxtəlif qurumlar tərəfindən idarə olunmasıdır.

Həmçinin, qurumların qərarvermə səlahiyyətləri də məhduddur və hər bir mühim addım uzun razılaşma prosesindən keçməlidir. Şəhərin səmərəli və operativ idarəedilməsi üçün qərarlar mümkün qədər yerli səviyyədə və çevik həyata keçirilməlidir.

Misal üçün Türkiyədə bütün məsələlər ilə böyük şəhər bələdiyyəsi məşğuldur, bizdə isə BNA-nın İcra Hakimiyyəti ilə birləşdirilməsi hələ ki ciddi bir nəticə vermir. Eyni zamanda AAYDA əksər hallarda yolları təmir edərkən BNA və İH deyil, məhs öz layihələrinə əsaslanır.

İnstusional reformalara ciddi ehtiyac var.
👍12
Yorulmadılar bina tikməkdən?!

Bu gün internetdə 👆bu şəkil yayılıb, iddia edilir ki, keçmiş Sovetski ərazisində bu cür yaşayış kompleksi tikilir.

İlk baxışdan gözəl görsənsə də, bu cür layihənin ən azı 4 ciddi neqativ fəsadı var (əgər reallaşsa):

⭕️ Şəhərin bu rayonundakı infrastruktura çox böyük yük düşəcək. Nəqliyyat, kommunikasiya, yollar, küçələr, eyni zamanda təhsil və tibbi infrastruktur əlavə 5-10 minə yaxın insanlara xidmət etməyə çatdıracaqmı?

⭕️ Bu cür 3D-eskizlər adətən reallığı əks etdirmir, çox güman ki, yekun nəticə yenə də eybəcər boz "korobka"lara bənzəyəcək, bu da şəhərin panoramasını daha da korlayacaq.

⭕️ Görünür ki, şəhərsalma və evlərin salınmasını kvartal tipli deyil, bu da ona gətirib çıxaracaq ki, ərazidə çoxlu lazımsız sahələr yaranacaq. Yenə də, maketlərə aldanmayın.

⭕️ Bu ərazidə ilkin layihəyə görə Mərkəzi Parkın davamı olmalı idi, sözügedən parkı Bakı şəhərinin ən böyük yaşıl zonaya çevirmək üçün bir şans var idi, o da batdı.
🤮14😢7👍1
"Bəsdirin sürücülərin hüquqlarını tapdaladız. İmkan verin maşınımızı sürək."
🤮21👍3
🇬🇪 Bugün Gürcüstanda Müstəqillik günü qeyd olunur. Bununla əlaqədar olaraq, Tbilisinin mərkəzində küçələri maşınlar üçün bağlayıb şəhər sakinlərinin istifadəsinə veriblər.
12👍6
Teknofestə görə şəxsi avtomobillər üçün müvəqqəti bağlanan dəmiryol vağzalının meydanı indi belə görsənir.

Çox təəssüf ki, müxtəlif layihələrə baxmayaraq bu meydanı birdəfəlik olaraq abıra salmaq üçün siyasi irad yoxdur. Şəhərin əsas meydanlarından biri hələ də 90-ci illəri xatırlayır.

Təxmini 3 il əvvəl bu meydan üçün həm "Azərbaycan Dəmir Yolları", həm də BNA layihələr hazırlamışdır. Amma heç biri təsdiqlənmədi.

Görünür, kimisə mövcud vəziyyət qane edir.
😢10🤮5👍2
Əla kollajdır.

🔁 Vağzal meydanı təxmini 100 il bundan əvvəl və indi.
👍18😢6
💔 "Boz və cansız Bakı".

Son 20 il ərzində Bakını dayanmadan asfalta bürüməsi, lazımsız dərəcədə geniş yolların salınması tıxac problemini həll edə bilmədi, əksinə şəhərə daha çox xaos və təhlükə gətirdi.

Ümid edirəm, gün gələcək şəhər öz səhvlərini başa düşəcək və bu küçələrə həyat qayıdacaq.

📸: Əhməd Xətamzadə
😢173