İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Koroğlu Rəhimov küçəsindəki piyada keçidinin aqibəti necə oldu, kim bilir?

Keçən ilin may ayında burada yerüstü piyada keçidinin tikintisinə başlamışdılar, amma sonra mövcud zebraya düyməli svetofor quraşdırdılar və məsələ həll olundu.

Lakin üzərindən bir il keçməsinə baxmayaraq, keçidin konstruksiyaları hələ də sökülməyib, necə var hələ də qalır.

Bu isə belə bir məntiqə gətirib çıxarır ki, bu keçid əvvəl-axır tikiləcək və insanlar üçün daha rahat variant olan düyməli svetofor demontaj olunacaq.

Kimdə məlumat varsa, şərhlər bölməsində yaza bilər.

Xatırladım ki şəhərdə yeraltı və yerüstü piyada keçidlərin olması böyük təhlükədir, səbəbləri ətraflı olaraq bu məqalədə izah olunub.
😢6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakı, 2022-ci il...

Və bu paytaxt 1 aydan sonra "Formula-1" Qran-prisini qəbul edəcək.

İctimai nəqliyyatda çox təcili islahatlar lazımdır, yoxsa 90-cı illərə qayıdacağıq.
🤮9😢52
🇺🇦 Müharibəyə baxmayaraq, Ukrayna inkişaf etməyə davam edir.

Kiyevdə küçələrinin birində yeraltı piyada keçidini eynisəviyyəli keçidlə əvəz elədilər. Velosipedçiləri də unutmadılar və onlar üçün də zolaq ayırdılar.
18👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Əsas məsələ infrastrukturun təşkili və nəzarətdir.

İstər Bakıda, Masazırda, Xırdalanda ya da Nyu-Yorkda.

🇺🇸 Bu videonu paylaşan və şikayət edən Nyu-York sakinidir. Deyir, "Rəng vurmaqla iş bitməməlidir. Velozolaqlar fiziki olaraq yoldan ayrılmalıdır. Eyni zamanda, nəzarətin zəif olması belə bir xaosa gətirib çıxarır."

Odur ki, insanların davranışı aşağı-yuxarı bütün dünyada oxşardır. İnsanları tərbiyə edən qayda və qanunlardır. "Mentalitet"in isə buna heç bir aidiyyatı yoxdur.
👍19
📺 İctimai TV bu gün yol qəzaları və davaları haqqında bir süjet hazırlayıb.

Reportajın ideyası yaxşı olsa da, əsas məqamlara, təəssüf ki, toxunulmayıb:

Bizdə yol və küçə infrastrukturu insanları qayda pozmağı vadar edir (düzgün təşkil olunmayan yolayrıcıları, piyada keçidlərinin az olması və s.). Qəzaların sayını azaltmaq üçün küçələri layihələşdirərkən insan faktorunu nəzərə almaq lazımdır;

Bizim hər gün evdən çıxıb gördüyümüz aqressiv və səsküylü küçələr, zövgsüz arxitektura və sükan arxasındakı yaşadığımız stress bizim gündəlik həyatımıza neqativ təsir edir (məhz belədir, əksinə deyil);

Yol mədəniyyəti olmur. İnsanın mədəniyyəti yoxdursa, o nə yolda öz cərgəsini saxlaya biləcək, nə də ki aptekdə öz növbəsini gözləyə biləcək.

Urbanistika psixologiyaya çox bağlı olan bir sahədir.

Maraqlıdırsa, bu kitablarla tanış olmaq tövsiyə edirəm:

📗 Colin Ellard. Places of the Heart: The Psychogeography of Everyday Life;

📗Jan Gehl. Cities for People.
👍20
Media is too big
VIEW IN TELEGRAM
🗺️ Google Maps-dən daha yaxşı naviqasiya proqramı.

Bu mobil əlavəni Budapeştdə olanda aktiv istifadə edirdim, çox köməyimə gəlmişdir. Bu videonu elə orada çəkmişəm, tramvay gözləyərkən. Lakin reportajın son variantına düşməyib.

İndi görün biz Google Maps-in həsrətinə qalanda insanlar necə rahat və faydalı app-lar icad edir.

❗️Citymapper: ⤵️
https://citymapper.com/

📹 Budapeştdən ətraflı reportaj: ⤵️
https://youtu.be/tu9lu92SuZs
7👍2
Forwarded from Əkinçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəhərlərdə velosiped infrastrukturuna sərmayə yatırmaq nə üçün önəmlidir? Şəhərsalma mövzuları üzrə müstəqil araşdırmaçı Bayram Axundov Kopenhagen şəhəri nümunəsi haqqında danışır.

Qonağımızın tam çıxışını həm YouTube kanalımızda izləyə, həm də Spotify və Apple Podcasts vasitəsilə dinləyə bilərsiniz.

@akinchiproject
👍12
🇦🇪İnsan yönümlü Dubay.

Bu ifadə bir qədər qəribə səslənir, çünki Dubay tipik avtomobil yönümlü şəhərdir.

10-15 zolaqlı yollar, rekord qıran göydələnlər və gigant miqyaslar - Dubayın tipik görünüşü budur.

Lakin hətta Dubayda müasir yanaşma ilə salınan yaşayış massivlərinə rast gəlmək olar. Bura süni salınan "Bluewaters" adasıdır. İlk baxışdan Almaniya və ya Finlandiyanı xatırlayır, amma bura Ərəb Əmirliklədir.

Sakit ortaq küçələr də öz yerində. Hətta Dubayda bunu elədilər. Bəs bizdə?

#Dubay
10👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇪 Dubaydakı bu mənzərə isə avtomobil yönümlü şəhərsalmasının çox yaxşı bir nümunəsidir.

Maqistral tipli yollar, dar səkilər və çatışmayan piyada keçidləri.
👍5🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛣 Zığ yolunda yeni nizamlanan piyada keçidi təşkil olunur.

Maraqlı nüans - piyada keçidindən qabaq "səs zolaqları" çəkilib. Hərəkət istiqamətinə perpendikulyar və bir qədər qabarıq bu nişanlanma sürücülərin diqqətini çəkmək üçün istifadə olunur. Azərbaycanda çox nadir hallarda buna rast gəlinir.

Video: İlkin Babayev
👍24
🇹🇷 Türkiyənin daha bir şəhəri haqqında ətraflı reportajı izləməyə dəvət edirəm.

İzmirdə 4 milyona yaxın insan yaşayır, yəni təxmini olaraq Bakının aqlomerasiyası qədər. Bu qədər insanın mobilliyini təmin etmək üçün burada Avropanın təcrübəsini tətbiq etməyə başladılar və 2017-ci ildə sıfırdan tramvay xətləri salındı.

Bu videoda Türkiyənin üçüncü ən böyük şəhərini gəzdim, küçələri, ictimai nəqliyyatı, o cümlədən İzmirin müasir tramvayını yaxından göstərdim. Bakı kimi dənizin sahilində yerləşən bu şəhərdən biz nələri öyrənə bilərik? Gəlin, bir yerdə baxaq.

https://youtu.be/WzQ8mj64en4
8👍1