İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
812 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İnsan yönümlü Budapeştdən daha bir neçə foto.

Təhlükəsiz, əlçatan, inklüziv və tıxaclara qalib gələn şəhər 💚
7👍2
Görünür, Bakıda rəsmi ödənişli parklanmanı tətbiq etməyə hazırlaşırlar. Parkovşiklərlə mübarizə bəlkə də buna işarə edir.

Sürücülərə qısa bir sual. Saatda parkinqə nə qədər ödəməyə hazırsınız və yaxud hazır deyilsiniz?

1 saatı neçəyə olsa, siz şəxsi avtomobildən imtina edib şəhərə ictimai nəqliyyata gələrsiniz?
🇩🇪Berlin küçələri bu gün.

Tramvay, velosiped zolaqları (müvəqqəti və daimi), elektoskuterlər və dayanmayan təmir işləri.

Video instagram səhifəmizin "stories"-ində.
7🔥1
Regionlarımızdan bir nümunə.

Misal üçün, fikir verin, bu dairənin iki tərəfində piyada keçidi nəzərdə tutulmayıb. Amma insanlar necəsə yolu keçməlidir. Nə edəcəklər?

Onlar qayda pozaraq yolu keçəcək, baş verən qəzada isə əksər vaxtı sürücü günahkar çıxarılacaq.

Lakin burada baş verən qəzaları minimuma endirmək üçün dairədə fiziki adacıqlar quraşdırmaq, lazım olan hər yerində piyada keçidi təşkil etmək lazımdır, bu da qəza riskini azaldacaq.

Amma regionlarda belə bir təcrübə yoxdur. Ona görə bu cür yollar və küçələr hər zaman insan həyatı aparacaq.

Hacıqabul-Muğan yolu. Foto: AAYDA
👍2
Deputatlar yenə də öz ampluasında... 🤦‍♂️

Bu gün Milli Məclisdə 1-ci oxunuşda "Yol Hərəkəti Haqqında" qanunda təklif olunan dəyişiklikər müzakirə edib.

Deputatların çıxışlarını oxudum, artıq o qədər şablondur ki, adam şərh etmək istəmir.

Ay nə bilim, parklanma yerini yaradın sonra cərimə edin, sarı xətt qarda görünməyəcək, geniş səkilərdə maşın saxlamağa icazə verin və s.

Ancaq öz maşını ya şəxsi sürücü ilə hərəkət edən bu deputatlardan başqa bir şey gözləmək olmur.

OK, necə deyərlər toxun acdan xəbəri olmaz.

Amma mənə başqa şey maraqlıdır, bu qanunu hazırlayan niyə gəlib bu deputatların qabağında çıxış etmir?

Bu qanun layihəsində iştirak edən Yol Polisi və Bakı Nəqliyyat Agentliyi niyə müzakirəyə dəvət olunmur?

Bu deputatlara dəyişiklərin məğzini kim başa salmalıdır?

Yol hərəkətinin təşkili və nəqliyyatın planlanması çox spesifik sahələrdir. Bu sahələrə məişət səviyyəsində müzakirələr aparmaq və nəticələr çıxarmaq olmaz.

Yeni qanun qəbul olunmasa (indiki redaksiyada) hec də təəccüblənmərəm.
👍1
Tam olaraq hərəkət zolağını zəbt edib. Bunun dq cəriməsi 20 manat olsun? Endirimlə ümumiyyətlə 18 AZN.

Foto: Facebook / "Dayanma Durma" səhifəsindən.
🤬1🤮1
⚠️ Günün xəbəri.

Prezident fərman imzaladı: Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.

Bu eyni zamanda həm yaxşı, həm pis xəbər ola bilər.

Yaxşı xəbər odur ki, bütün dünyada böyük şəhərlərin nəqliyyat sektorları icra hakimiyyətinin (meriya) tərkibində olur. Bunun sayəsində şəhər infrastrukturuna dair islahatlar daha mərkəzləşmiş formada baş verir.

Pis xəbər isə o ola bilər ki, əgər İcra Hakimiyyəti BNA-nın mobillik yanaşmasını qəbul etməsə, deməli Bakı şəhərində müasir urbanistik islahatlara son qoyulacaq.

Həmin fərmana əsasən, həmçinin, Nəqliyyatın İntellektual İdarə etmə Mərkəzi keçir Daxili İşlər Nazirliyinə. Bu addımı açığı başa düşmədim.

Bu NİİM funksiyası bir o qədər də böyük olmasa (svetoforlara tənzimləyir), amma istənilən halda Yol Polisi icraedici orqan olmalıdır, yol hərəkətinin təşkili ilə nəqliyyatçılar məşğul olmalıdır.
👎4🤬4👍2