This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Mövcud keçidlərdən istifadə edin, başqa təklif edəcəyimiz real vəziyyətdə bir şey yoxdur"
⠀
Tural Yusifovun verilişində çıxış edən Dövlət Yol Polisinin əməkdaşı yenə də günahı piyadalarda görür. Şəhərin mərkəzində şosseyə bənzər yol inşa edilib, narahat yeraltı və yerüstü keçidlər qoyulub (o da hər 2-3 km-dən bir), bu da təbii ki piyada qəzaları ilə nəticələnir.
⠀
Özü də Tural deyir ki, bəs səkinin vəziyyətinə baxın, keçidlər də uzaqdadır, hərəkəti məhdud olan insanlar üçün əlverişsizdir. DYP-in əməkdaşı Araz bəy isə deyir ki, mövcud infrastrukturdan istifadə etsinlər, Yol Polisinin başqa təklif edəcəyi bir şey yoxdur.
⠀
Maraqlıdır ki, hər bir svetoforun və piyada keçidini şəhərdə təşkil etmək üçün ilk növbədə DYP-dən razılıq alınmalıdır. Bəs necə oldu, DYP razılıq verməlidir, amma özü təhlükəsizliyi artırmaq üçün təklif edəcəyi bir şey yoxdur?
⠀
Təəssüflər ki, nə qədər ki yol hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumların yanaşması belə olacaq, şəhərdə ölümlə nəticələnən qəzaların sayı azalmayacaq.

🚈 Çində rels tələb etməyən tramvayın sınaqlarına başlanılıb.
⠀
Çyu Cou şəhərində yeni növ ictimai nəqliyyat sistemini tətbiq ediblər. Burada relslərin yerini asfaltda xüsusi nişanlanma əvəz edir.
⠀
Belə "tramvay"lar (faktiki olaraq isə iri həcmli elektrobusdur) yüksək keyfiyyətli asfalt və boya işlərinin aparılmasını tələb etsə də, hər halda klassik tramvay sisteminin tətbiqindən daha ucuz başa gəlir.

🚌 Bakıdakı avtobus zolaqlarını daha effektiv etmək üçün Moskvanın təcrübəsini öyrənmək olar.
⠀
Bu sadə həllər ictimai nəqliyyatın keyfiyyətinə müsbət təsir edə bilər.
Ətraflı yeni məqalədə: 👇
https://city4people.az/post/avtobus-zolaqlari-moskva/

Əziz izləyicilər, xatırladım ki, bizim ayrıca müzakirə çatımız da var. Qoşulun, söhbət edək, təkliflərinizi eşidək 🙂
👉 https://t.me/joinchat/WH9rzZzuK7GkV1GP

Telegram
İnsan yönümlü şəhərlər | Chat
"İnsan yönümlü şəhərlər" kanalının müzakirə qrupu: @city4people_az
⭐️ 2020-ci ilin ən faydalı məqalələri
Bizə yenicə qoşulan dostlarımıza ötən il bloqumuzda dərc olunan ən maraqlı məqalələri ilə tanış etmək istəyirəm. Belə bir "naviqator" formatında bir post alındı, hər bir keçid bir məqaləyə aparır.
Beləliklə...
Bütün dünyanı koronavirus pandemiyası bürüdü və məlum oldu ki, ən sağlam və təhlükəsiz nəqliyyat vasitəsi velosipeddir. Dünyanın bir sıra şəhərlərində təcili yeni velozolaqlar salmağa başladılar. Biz də Bakıda bu cür təkliflə dövlət başçısına müraciət edəndən sonra, KİV-də bu məsələ aktuallaşdı. BNA söz verdi ki yaxın zamanda Bakıda yeni velosiped zolaqları salınacaq.
Ötən il Bakı şəhərinin mərkəzində bir sıra tarixi küçələr təmir olundu. Bu küçələri Avropaya bənzətmək istədilər, təəssüf ki, alınmadı. Bu küçələri “shared street” (ortaq küçə) konsepsiyasına uyğun təmir etmək olardı. Həmçinin 28 May küçəsi təmir olundu, lakin təhlilimiz göstərdi ki, bu küçə piyadalar üçün əlverişsizdir. Amma Ağ Şəhərdə (Baku White City) pozitiv dəyişikliklər artıq müşahidə olunur.
2019-cu ildə baş vermiş yol qəzalarının statistikasını digər ölkələrlə müqayisə etdik və şoka düşdük. Qəzaların ağır fəsadlarının qarşısını almaq üçün Azərbaycanda “Vision Zero” proqramını tətbiq edilməlidir. Bu haqda ətraflı məqalə və videomuz var.
Piyadaların təhlükəsizliyinə həmçinin yeraltı və yerüstü piyada keçidlərinin tikintisi və yol kəsişmələrində üçtərəfli piyada zolaqları təsir edir. Bu və buna bağlı digər məsələlər həll olunmaya qədər şəhərimizdə “piyadaların soyqırımı” davam edəcək.
Avtomobil mövzusuna da toxunduq. Bakı şəhərinin əsas nəqliyyat problemi - parklanma hələ də həll olunmayıb. Geniş hərəkət zolaqları isə qaydaları pozmağa vadar edir. Bir çox sürücülər hələ də düşünür ki, şəhərlərimizdə yolların genişləndirilməsi tıxac problemini həll edəcək. Halbuki, bu tam əks effekt verir. Bakıda tıxac və digər nəqliyyat problemlərini aradan qaldırmaq üçün digər tədbirlər görülməlidir, əsas on addımı bu məqaləyə topladıq.
Yaxşı xəbər var ki, Bakının bir sıra küçələrində yeni avtobus zolaqları salınır. Onları daha effektiv etmək üçün Bakı Nəqliyyat Agentliyinə Moskvanın təcrübəsinə baxmağa tövsiyə edirik.
“Yaşayış gettosu” termini sizə hələ də tanış gəlmir sə, bu məqaləni oxumağa tövsiyə edirik və ümid edirik belə "getto"da sizin eviniz olmayacaq.
Keçən il bizim sosial şəbəkələrimizdə şəhər infrastrukturuna dair geniş sorğu keçirtdik, nəticələr onu göstərdi ki, Bakı sakinləri müasir şəhərdə yaşamaq hazırdır. Prinsipcə, paytaxtın yeni baş planı “Baku-2040” məhz bu istiqamətdə inkişafı nəzərdə tutur.
Biz həmçinin işğaldan azad olunmuş Qarabağdakı şəhərlərə dair 10 faydalı məsləhət hazırladıq və Prezident Administasiyasına təklif göndərdik. Bu cür təklif, müraciət və şikayətləri necə tərtib etmək lazımdır və kimə göndərmək lazımdır? Ətraflı burada izah etdik və hazır şablon əlavə etdik.
✅ Bu qədər, dostlar. Şərhlər bölməsində ən bəyəndiyiniz məqaləni qeyd edin, izləyicimizin rəyləri çox maraqlıdır.
⚡️Bizi izləyən, oxuyan və postlarımızı paylaşan və hər kəsə dərin təşəkkürümüzü bildiririk! Bizim layihəmizin gələcək inkişafına dəstək vermək istəyənlər isə bu səhifəyə müraciət edə bilər. ⚡️

Bu arada benzinin qiyməti də qalxdı.
Ai-92 - 1 azn (+10 qəpik)
Dizel - 80 qəpik (+20 qəpik).
İndi Facebook-da səsküy başlayacaq 😊
Ai-92 - 1 azn (+10 qəpik)
Dizel - 80 qəpik (+20 qəpik).
İndi Facebook-da səsküy başlayacaq 😊
⛽️ Hər dəfə yanacağın qiyməti qalxanda Tarif Şurasının press-relizində "MDB-də ən ucuz benzin bizdədir" cümləsinə rast gəlmək olar. Rusiya, Belarus, Gürcüstan, Ukrayna, hətta Ermənistanın adı çəklilir.
⠀
Amma digər sahələrdə, misal üçün, yol-nəqliyyat infrastrukturunda digər ölkələrin təcrübəsini tətbiq etmək təklifi gələndə, dərhal deyirlər, "Yox-yox, bizim öz yolumuz var, bizi Avropa ölkələri ilə müqayisə etmək lazım deyil..."

Dairə yoxsa işıqfor?
İlkin Babayev bloqumuzda yol hərəkətinin təşkilinə dair yeni məqalə hazırlayıb.
👉 https://city4people.az/post/daire-yoxsa-isiqfor/

İnsan yönümlü şəhərlər
Dairə yoxsa İşıqfor?
Şəhər yollarına dairə yoxsa işıqfor qoyulmalıdır? Hansı daha təhlükəsizdir? Bu məqaləmizdə bu barədə yazmışıq.
Afrikada yeni tramvay sistemləri qurulur.
Bura Avropa deyil, Əlcəzairdir. Əhalisi 150-500 min nəfər olan şəhərlər.
İstənilən müasir şəhərdə tramvayın olması mobilliyi xeyli yüksəldə bilər. Müasir tramvay küçədə 4-5 avtobusu və 300-400 avtomobil əvəz edə bilər.
Tıxaclarla mübarizə etmək istəyən şəhərlər ilk növbədə tramvay sistemlərin tikilməsini düşünür.
Bakıda isə tramvayın qayıtmasını hələ də ciddiyyətlə qəbul edən yoxdur.

🗣 Sabah saat 21:30-da @uchansichan kanalında qonaq olacam.
Şəhər infrastrukturu və təhlükəsiz yollar haqqında danışacağıq. Görüş Zoom-da olacaq, link olan kimi burada da paylaşacam. Suallarınıza da Zoom-da çat vasitəsilə verə biləcəksiniz.

İnsan yönümlü şəhərlər ️
🗣 Sabah saat 21:30-da @uchansichan kanalında qonaq olacam. Şəhər infrastrukturu və təhlükəsiz yollar haqqında danışacağıq. Görüş Zoom-da olacaq, link olan kimi burada da paylaşacam. Suallarınıza da Zoom-da çat vasitəsilə verə biləcəksiniz.
Biz başladıq, qoşulun: https://us02web.zoom.us/j/81158028194
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚦Nəhayət bu svetoforlar işə salındı.
⠀
İndi 80-90-la qaza basıb sürmək xoşlayan sürücülər narazılıq edəcək, "sarı mətbuat" like xətrinə reportajlar hazırlayacaq ki, bəs "əlavə tıxac mənbəyi yaradıldı" və s.
⠀
Düzdür, camaat öyrəşənə qədər narazılıq olacaq, amma əslində bu şəhərdə hərəkətin optimallaşdırılması üçün müsbət bir dəyişiklikdir.
⠀
Video: Tural Yusifov

🚷Rahat yolu keçmək istəyirsiniz? Şişərsiniz!
⠀
Yeni təşkil olunan yolayrıcının layihəsində əvvəllər piyada svetoforu nəzərdə tutulurdu ki, heç olmasa bir tərəfdən yolu yerin altına düşmədən rahat keçmək olsun.
⠀
Amma qismət olmadı deyəsən. Piyada svetoforunu sökdülər, di gedin yerin altından dairə vurun keçin.
⠀
Piyada üçün rahatlıq, yox bir hamam!