İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Yusif Səfərov küçəsinin "deqradasiyası"...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Geniş yollar tıxac problemini həll edəcək."

Malayziyada da belə düşünürdülər.
Hörmətli nəqliyyat ekspertlərimiz sürücülərin hüquqlarının pozulmasından danışmağa hər zaman hazırdır.

Bu foto isə Əhmədli metrostansiyasının yaxınlığında çəkilib. Burada nəyinki piyadaların hüququ pozulur (səki ümumiyyətlə yoxdur), mən deyərdim piyada gəzənləri insan yerinə qoyan yoxdur.

Niyə bu mövzular geniş işıqlandırılmır?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gözəllik!

🇦🇪 Simsiz və naqilsiz hərəkət edən Dubayın tramvayıdır bu.
Dubayın demək olar ki bütün yol kəsişmələrində təhlükəsizlik adacıqları təşkil olunub.

BƏƏ-nin "nəqliyyat ekspertləri" görəsən hara baxır?! Yolları daraltmaq axı qətiyyən olmaz!
🇦🇪🚆 Dubay metrosunda ən bəyəndiyim məqam onun maşinistsiz olması deyil (2021-ci ildə bu artıq təəccüblü gəlmir).

İlk növbədə, burada insanların hərəkətini və davranışını düşünüblər. Hər yerdə nişanlar, xəbərdarlıqlar, məlumatlandırıcı lövhələr.

Bütün stansiyalarda eskalator və liftlər var, işlək vəziyyətdədir, platforma və qatarlar haqqında məlumat yazılır, təkrarlanır, iki dildə səsləndirilir.

Biletləri həm kassadan, həm də aparatdan ala bilərsiniz. Nağd puldan "ApplePay"-ə qədər istənilən ödəniş üsulu keçərlidir. Biletlərin qiyməti getdiyiniz zonadan və məsafədən asılıdır, bu haqda ayrıca danışacam.

Metronun xəritəsi və ətrafdakı küçələrini göstərən xəritəsini göstərən stendlər bir neçə yerdə quraşdırılıb.

Yəni, burada "azmaq" çox çətindir, təbii ki, əgər təyinat nöqtənizini bilirsinizsə.

#Dubay
🧑‍🦼Əsl inklüziv şəhər budur. Əlil arabasına bağlı vətəndaş ictimai nəqliyyatdan TƏK VƏ KÖMƏKSİZ istifadə edə bilir.
Nəhayət, piyada vurulması mövzusunda fərqli nəzər nöqtəsindən reportaj hazırlayan oldu.

Artıq jurnalistlərin bir qismi piyada qəzalarında ilk növbədə "məsuliyyətsiz piyadaları" deyil, təhlükəsiz yol infrastrukturu haqqında danışdılar.

https://youtu.be/KOC01lEq5eA
Səhifədə tez-tez "əvvəl-sonra" tipli şəkillər paylaşıram.

Bu səfər bloqumuzda ABŞ-dan daha iki maraqlı təcrübə paylaşdıq.

👇
https://city4people.az/post/sheherde-ishlenmeyen-eraziler/
🇬🇪 Yeni ilə hazırlaşan Tbilisi şəhəri.

Avtobus və velosiped zolağına bir nəfər olsun daxil olmur. Siz elə bilirsiniz Gürcüstanda sürücülər bizdən daha səbirli və daha mədəniyyətlidir?

Sadəcə cərimə və nəzarət öz işini görür.

Foto: Kaxa Kaladze
👍5
Dünən Tbilisidən paylaşılan fotoya belə bir şərh gəlib 👆

Burada əslində təəccüblü bir şey görmürəm. Müasir urbanistik islahatlar ilkin mərhələdə vətəndaşlar, xüsusilə sürücülər tərəfindən çox mənfi qarşılanır.

İstər avtobus zolağı olsun, istər ödənişli parklanma olsun, səki çıxıntılar və s.

Amma şəhər inkişaf etmək istəyirsə islahatlar olmalıdır. Əsas məsələ - insanlara onların uzun müddətə daha perspektiv və xeyirli olmasını düzgün izah etməkdir.

Bakıda bu siyahıya tək vətəndaşları deyil, belə islahatlara qarşı çıxan və razılıq verməyən dövlət qurumları və deputatları əlavə etmək olar.