İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
800 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚊 Urbanistik həftə necə keçdi?

🔹 Hansı nəqliyyat növünü inkişaf etdirək? Bu infoqrafika ilə xatırlatdıq.

🔹 Nəqliyyat eksperti Rauf Ağamirzəyev "Əkinçi"də düzgün prioritetlərdən danışdı.

🔹 Mirzə Ağa Əliyev küçəsində səkilər təşkil olundu. Bakı üçün hələ ki nadir bir yenilik.

🔹 Amerikanın Niderlandın təcrübəsinə necə tətbiq etməsinə baxdıq.

🔹 Küçədə ağacların vacibliyindən danışdıq.

🔹 Tarixi fotoları canlandıraraq Bakı tramvayının 101 yaşını qeyd etdik.

🔹 İzzət Orucova küçəsində yaxşıpis səkinin nümunəsinə baxdıq.

Kanala dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
🚊 Ötən həftəni urbanistik yenilikləri:

🔹 Bakıda ağacları köçürərək (oxu "məhv edərək") yeni yol və qovşaqlar salınacaq.

🔹 Yaxşı xəbər isə odur ki, səkilərin bərpasına dair planlar var, və bunun üçün artıq pul ayrılıb.

🔹 Vağzal Meydanının əvvəl/sonra görüntüləri isə bir daha göstərdi ki, insan yönümlü şəhər yanaşmanın artıq Bakı nümunələri var.

🔹 Lion şəhərində tramvay sistemi bu nəqliyyatın nə dərəcədə gözəl və effektiv olmasını göstərdi.

🔹 Rixard Zorge və 28 May küçələrinin kəsişməsindəki dayananan mikroavtobuslar deyilənə görə Hövsana işləyir və onlara cərimə yazılmır.

🔹 Velosiped zolaqlarını abırsız sürücülərdən necə qorumaq olar — dünya təcrübəsinə baxdıq.

🔹 Nəqliyyat Nazirinin müşaviri işə skuterlə getdi, sürücülər isə "Sevgililər günündə" saatlarla tıxacda qaldı.

🔹 Gəncədəki küçələrin təmirindən və onların insan yönümlü perspektivliyini təhlil etdik.

🔹 Yeni vloqumuzda isə şəhərinin mərkəzində tarixi küçələrinin əlverişsiz mühitindən danışdıq.

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
☃️ Qarlı həftənin urbanistik daycesti:

🔹 Nyu-Yorkda tətbiq edilən ödənişli girişin ilk nətiəcələri açıqlandı.

🔹 Amsterdamın 50 il ərzində keçdiyi yola baxdıq.

🔹 Gürcüstana qatar reysinə açılmasına dair ümid verildi.

🔹 Neftçilər prospektində eynisəviyyəli piyada keçidinin təşkilinin düzgün qərar olduğunu bir daha vurğuladıq.

🔹 Yasamalda, universitetlərin ətrafında velosiped zolaqlarının təşkil olunacağı ehtimal edildi https://t.me/city4people_az/3043

🔹 Buxarestə Macarıstan üzərindən tranzit gedərkən Budapeşt hava limanında bir daha taksidə dizayn-kodun tətbiqini göstərdim.

🔹 Buxarestin özündə velosiped zolaqlarını göstərdim. Budapeştdən mini-vloqa isə instagram-da izləyə bilərsiniz.

🔹 Bu həftənin əsas vloqu isə Bakı metropolitenin inkişaf planlarına həsr olundu.

❄️ Qarlı yollarımızda və küçələrimizdə vəziyyəti isə müzakirə qrupumuzda izləyə bilərsiniz.

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl müzakirinə qrupuna giriş.

#urbanhəftə
🔸 Bu həftə nə ilə yadda qaldı:

🔹 Rumıniya və Macarıstana səfər etdim. Bu ölkələrdəki nişanlanma boyasının keyfiyyətini və sürücülük mədəniyyətini göstərdim. Ətraflı vloqlar da olacaq.

🔹 Qarlı havadan sonra yollar təmizlənsə də, velozolaqlara məhəl qoyan olmadı.

🔹 Bakıda daha bir səki zəbt olundu. Tədbir görən qurum tapılmadı.

🔹 Piyadalara hörmət hər cəhətdən sıfır səviyyəsindədir. İşıqfor fazalarında insanları çox gözlətdirirlər, səkilər də illərlə belə vəziyyətdə qalır.

🔹 Keşlə bazarının yaxınlığında yeni yol üçün ağaclar məhv olundu. İnsan yönümlü istiqamətində addımlayan Bakı üçün bu utancverici mənzərədir.

💡 Yaxın həftələrdə yeni maraqlı vloqlar çıxacaq. Əməkdaşlıq və reklam üçün əlaqə saxlayın, müzakirə edək (şərtlər adekvatdır): anar@city4people.az

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Eksklüziv müzakirinə qrupuna giriş.

#urbanhəftə
🔸 Bu həftə nə ilə yadda qaldı:

🔹 Təhlükəsizlik adacıqlarını qanunsuz parkinqdən qorunmasından danışdıq.

🔹 Dövlət qurumlarına müraciət göndərmək üçün ünvanlar paylaşdıq.

🔹 Vağzal Meydanındakı NMM-də dayanacıqları daha dözümlü etmək üçün həllər göstərdik.

🔹 Xocalı prospektində tıxacsız hərəkət edən avtobuslara baxdıq.

🔹 Moskvadan Bakıya gələn urbanist velozolaqlarımızı bəyəndi.

🔹Bu həftə müşahidə olunan tıxacların ehtimal olunan səbəblərini səsləndirdim.

🔹 8 mart bayramında süni intellektdə belə bir video hazırladıq. Satıcılar isə avtobus zolağını gül dükanına çevirdilər.

🔹 Şəhərin mərkəzində diqqətsiz qalan səkiləri müşahidə etdik.

Kanalın fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Eksklüziv müzakirinə qrupuna giriş.

#urbanhəftə
🗓️ Ötən həftənin paylaşımları buraxmısınızsa:

🔹 “Tragedy of the Commons” nəzəriyyəsi deyir ki, avtomobil yönümlü şəhər heç vaxt xoşbəxtlik gətirməyəcək. Velosiped sürməkdən fərqli olaraq.

🔹 Xırdalanda daha bir səki məhv olundu.

🔹 İsti iqlim insan yönümlü şəhər qurulması üçün ciddi problem olmamasını Dubayın misalında xatırlatdıq.

🔹 Neftçilər prospektində insanlara rahat olan piyada keçidini qısa zamanda bu cür bağladılar.

🔹 Bakıda salınan yeni yollar şəhərdə niyə tıxac problemini həll etməyəcək? Bir daha urbanistikanın əsaslarına nəzər saldıq.

🔹 Avtobus zolağının vacibliyini rəqəmlər üzərində baxdıq.

🔸 Həftənin vloqu da avtobus zolaqlarına həsr olundu. AYNA-nın nümayəndəsi ilə suallara cavab axtardıq və rəsmi MaaS proqramına baxdıq.

Layihənin fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl qrupa giriş.

#urbanhəftə
🗓 Ötən həftənin paylaşımları buraxmısınızsa:

🔹 Yeraltı piyada keçidi "zebra" ilə necə əvəzləndi — Rusiyadan misala baxdıq.

🔹 Abşeron Dairəvi Dəmir yolunda əlavə qatarlar hərəkət edəcək — aprel ayından.

🔹 AYNA Bəxtiyar Vahabzadə küçəsində və Mərkəzi Parkın yanında yeni velosiped zolağı təşkil etdi.

🔹 Kanalın əksər izləyiciləri sorğuda deyir ki, velozolaqların təşkili ilə velosiped və skuter sürmək niyyətindədir.

🔹 Bakının ən yaxşı velosiped zolaqların təşkilini burada göstərdim.

🔹 Daha bir statistika göstərdi ki, Azərbaycan Qafqazın ən az avtomobilləşmiş ölkəsidir.

🔹 Şuşanın baş planından görüntülər ictimaiyyətdə paylaşıldı.

🔹 Bakı Metrosunun retro vaqonlarını sizə göstərdim.

🔸 Biz isə sizin üçün bayram günlərində yeni vloqlar hazırlayırıq. İzləmədə qalın və işimizə dəstək olmağınızı rica edirik.

Layihəmizin fəaliyyətinə dəstək.
💡 Kanalda reklam.
⭐️ Özəl qrupa giriş.

#urbanhəftə
🗓 Bayram həftəsində nədən danışdıq:

🔹 Gəncədə velosiped zolaqları salınacaq - AYNA təsdiqlədi.

🔹 "Bakıda velosiped sürən yoxdur" mifini dağıdan daha bir fotonu izləyici paylaşdı.

🔹 "Melissa Park" sakinlər yaşaya-yaşaya evlərini sökməyə başladı. Yazılana görə, şirkətin rəhbəri saxlanılıb.

🔹 Neftçilər prospektində hər kəsə "qıcıqlandıran" keçidi lent ilə bağlamağa cəhd etdilər, lakin sonradan açdılar.

🔹 Yeni Yasamalda yaşayış mühiti bərbad olaraq qalır. Bu səfər bu bədbəxt hadisəyə gətirib çıxardı.

🔹 Həftənin vloqu — Buxarest şəhərinin urbanistik icmalı.

🔸 Hər kəsə uğurlu iş həftəsi diləyilə. Urbanistik nəbzi buraxmamaq üçün izləmədə qalın 💚

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🗓️ Həftə ərzində şəhərdə baş verənlər:

🔹 BakıKart yeniılənmiş tətbiqini təqdim etdi.

🔹 Bakıda artıq özəl obyektlər velosiped duracaqlarını quraşdırmağa başladı.

🔹 Taksilərin avtobus zolağına buraxması haqqında bir daha müzakirə etdik.

🔹 Xəqani küçəsində də mikromobillik parkinqin təşkilinə dair təklif verdim.

🔹 Tiflis şəhərində tramvayın qaytarılması gündəmə gəldi.

🔹 Yasamalda daha bir küçədə velozolaqlar salındı.

🔹 Əziz Əliyev küçəsinin tam piyadalaşmasını səbirsizliklə gözləyirik.

🔹 Tanınmış urbanist Arkadiy Gerşman Bakı haqqında vloq hazırladı, mən isə əsl urbanistik islahatlar baş verən Kluj şəhərinə göstərdim.

🔹 Sözügedən Kluj şəhəri isə baryersiniz mühitin ideal nümunəsi oldu.


Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🗓️ Həftənin urbanistik icmalı:

🔹 8 noyabr prospektində yeni velozolaq və velokeçid təşkil etdilər. AYNA isə velozolaqların aktual xəritəsini paylaşdı.

🔹 Bakı metrosunda xətlərin ayrılması elan olundu. Sxemi burada, animasiyası isə burada.

🔹 Qonşu Tiflisdə problemli yol qovşağını bir az insan yönümlü etdilər.

🔹 Bakıda “uçan taksi” qəzası həftənin gündəminə çevrildi.

🇹🇷 Mən isə İstanbulda qısa səfərdə oldum, sizə bu şəhərdə yol qovşaqların gətirdiyi problemləri, və Marmaray adlı yaxşı qatar sistemini göstərdim. Bu şəhərdən əlavə kontent da gətirmişəm, izləmədə qalın.


Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🗓 Şəhərin və dünyanın urbanistik nəbzini buraxanlar üçün:

🔹 Türkiyədə evlərin bərpa misallarına baxdıq.

🔹 İstanbulda avtobus dayanacaqlarında məlumat tablolarını göstərdim.

🔹 Metroda tikinti işləri ilə bağlı brutto sistemini buna görə aktual oldu.

🔹 Bakı küçələrini yağış yağan kimi yenidən su basdı.

🔹 Paris isə bizə avtomobil istifadəsinin azalmasının aydın şəkildə müsbət təsirini göstərdi.

🔹 Piyadalaşan Əziz Əliyev küçəsi də artıq inanılmaz dərəcədə canlanma müşahidə olunur.

🔹 Puşkin küçəsində nəhayət avtobus zolağı salındı. Və elə birinci gündən təsiri hiss olundu.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🗓 Ötən həftə urbanistika dünyasında baş verənlər:

🔹 Bakı şəhərinin meri hansı funksiyaları yerinə yetirməlidir — siyahı.

🔹 Finlandiyadan əsl multimodal küçəsinin nümunəsinə baxdıq.

🔹 Bakının mövcud, planlaşdırdan və öz tərəfimdən təklif olunan velosiped zolaqlarının xəritəsini hazırladım.

🔹 "Bakıda velosiped sürən yoxdur" mifii bir daha bu foto ilə dağıdıldı.

🔹 Memar və vloqlarımın qonağı Dilqəm İsmayılov Bakının memarlıq irsinin qorunmasından danışdı.

🔹 Çinin gözəl və müasir tramvay sistemlərində baxdıq.

🔹 Velozolaqlara qarşı hazırda aktiv şəkildə tənqidin səbəblərinin təhlilini paylaşdım, ağır tıxaclar velozolaqdan qat-qat öncə olduğunu isə bu fotolar sübut etdi.

🔹 Bakıda çəkilən sarı tor nişanlanmasının mənasını və vacibliyini vurğuladım.

🔹 Bakı metropoliteni xətlərin ayrılmasına dair ətraflı video paylaşdı.

🔹 Bakıda yeni salınan yolun tıxaclara son qoyulması kimi təqdim olunan reportajı burada arxiv üçün saxladım.

🔸 Həftənin vloqu: Velosiped zolaqlarının yeni icmalı — səhvlər, planlar və təkliflər haqqında danışdıq.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
🗓 Bu həftə nədən danışdıq:

🔹 Kukla teatrın yanındakı eynisəviyyəli keçidin nə dərəcədə vacib olduğunu vurğulayan reportajı CBC telekanalı dərc etdi.

🔹 AYNA mövcud avtobus zolaqlarının xəritəsini paylaşdı.

🔹 Qəhrəmanmaraşda Azərbaycanın dəstəyi ilə tikilən müasir yaşayış kvartalına baxdıq.

🔹 "20 yanvar"da baş verən hadisə bizə göstərdi ki, burada eynisəviyyəli piyada keçidlərini təşkil etmək zəruridir.

🔹 İKEA-nın nümunəsində kargo-velosipedlər haqqında danışdıq. İzləyicidən isə sanki Avropada çəkilən foto gəldi.

🔹 Ağ Şəhərdə daha bir qaldırılmış piyada keçidini inşa etməyə başladılar. Vağzal Meydanında isə əlavə "zebra"lar təşkil olundu.

🔹 Kanadada yol kəsişməsinin sakitləşdirilməsinin nümunəsini sizinlə paylaşdım.

🔹 Bakıda 105 nömrəli marşrut üzrə hərəkət edən avtobuslar yeniləndi.

🔹 Bakının Bayırşəhər ərazisinin (keçmiş "Sovetski") sakinləri sökülmə haqqında bildiriş aldılar.

🔹 AAYDA-nın sosial şəbəkədə rəylərə cavabı bir daha vahid şəhər bələdiyyəsinin vacibliyini önə çıxartdı.

🔹 Həftəsonu isə Əziz Əliyev küçəsindəki tədbir birmənalı qarşılanmadı. Bu haqda fikrim belə oldu.

İzləmədə qalın, gələn həftə çox maraqlı kontent olacaq!

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🗓 Ötən həftə nəyi buraxa bilərdiniz:

🔹 Bakının tarixi mərkəzi küçələri süni intellektlə belə canlandırdıq.

🔹 BakuBus sorğu keçirir. Mütləq iştirak edin, avtobusların işləməsinə dair fikir bildirin.

🔹 Məktəbə maşınla və piyada gedən şagirdlərin rəsmləri uşaqların vizyon formalaşmasına çox yaxşı göstərdi.

🔹 Bu nümunə isə insanların şüuraltı davranışını və bu davranışı niyə nəzərə almaq vacibdir — onu izah edir.

🔹 Əziz Əliyev küçəsini piyada və velosipedçilərin yolunu tədbir zamanı bağlayan təşkilatçılar ictimai qınaqdan sonra belə paylaşım etdi.

🔹 Vağzal Meydanın cəmi bir il ərzində necə dəyişdiyi artıq peyk şəkillərində də görsənir.

🔹 Həftənin vloqunu çəkmək üçün isə Pirallahı adasına yollandıq. Vaxt edib izləyin, maraqlı alınıb.

İzləmədə qalın, bəzi postları yalnız burada, Telegramda paylaşıram.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🗓 Yol Hərəkəti Təhlükəsizliyinə həsr olunmuş həftəsində nədən danışdıq:

🔹 Azərbaycan nadir ölkələrdən biridir ki, şəhər daxilində sürət həddi hələ də 60 km/s müəyyən olunub — İnfoqrafikaya baxın.

🔹 APAR-a yeni velosipedlər gəlir — şirkətin direktoru "tizer" fotosunu paylaşdı.

🔹 Hüseyn Cavid prospektində velosiped zolaqları çəkildi. Həmin velozolaq bordür xətlərinin silinməsilə təşkil olundu.

🔹 Təhlükəsizlik adacıqlarının vacibliyini bir daha bu postda vurğuladıq. Təəssüf ki, Azərbaycanda onların kütləvi tətbiqini hələ də görmürük.

🔹
Metronun nümunəsində insanların mobilliyinin təmin edilməsindən danışdıq.

🔹 Şəhərdə cinayət səviyyəsinin şəhər mühitindən nə dərəcədə asılı olduğunu bir daha əmin olduq.

🔹 Bakı Bulvarının bir hissəsi hasara alındı. Ümid var ki, F1 yarışması "Sea Breeze"-ə köçürüləndən sonra, şəhərin mərkəzi rahat nəfəs alacaq.

🔹 Pirallahıdan vloq böyük maraq doğurdu, bir həftəyə 28 mindən çox izləyici topladı, siz də qaçırmayın.

Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM