İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.46K photos
308 videos
2 files
773 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Təzəlikcə istifadəyə verilmiş ərazidə piyadalara belə əziyyət verirlər.

🔸 2024-cü ildir, hətta yeni layihələrdə səkiləri nəzərə alınmır.

#minivloq #səkilər #cavanşirkörpüsü
💬 "Transport for Baku" səhifəsi yazır:

Şəhərin mərkəzində, Süleyman Rüstəm küçəsində səkilər cəzasız şəkildə bu cür zəbt olunur. Elə bil belə də lazımdır.

1. Bu sürücülər biclik edib parklanma ödənişindən yayınırlar və onlara qarşı heç bir tənbeh tədbiri yoxdur.
2. Bu sürücülər səkini zəbt edirlər və piyadaların yolunu kəsirlər.
3. Bakı şəhərinin dini tolerantlıq və multikulturalizm rəmzi olan keçmiş Molokan məbədinin (hazırda Salam Cinema) qarşını korlayırlar.

🔹 Xatırladım ki, səkidə parkinq etməyin cəzası 60 manat + 2 cərimə balı təşkil edir.

#səkilər
🚧 8 noyabr prospektinin "Ağ Şəhər" tərəfinə düşən hissəsində səkiləri bu cür genişləndirirlər.

🔸 Fotoları göndərən izləyici yazır ki, bəzi yerlərdə hətta yaşıllıq zolağı salınır, lazımsız hasarlar sökülür.

🔹 Çox əladır. Kaş bütün prospekt boyu işləri bu cür görərdilər. Misal üçün Sadıqcan küçəsinə yaxın artıq vəziyyət fərqlidir, orada səkilər çox dar qalıb və velozolaqlar da salınmayıb.

#8noyabrprospekti #səkilər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakıda isə bu arada Xətai İcra Hakimiyyəti daha bir səkini satıb obyektə çevirir.

📍 Mehdi Mehdizadə küçəsi.

#səkilər
⬆️ Bura “Ağ Şəhər”dir. Ana olan üç rəfiqə uşaq arabaları ilə gəzintiyə çıxıb, yan-yana hərəkət edib söhbətləşir.

Kimsə deyə bilər ki, bu hansısa istisna haldır, lakin şəhərdə geniş səkilərin olması və küçələrin insan yönümlü olmasının əhəmiyyətini biz dəyərləndirmirik.

Şəhərlərimizin hər küçəsində bu cür mühit niyə də olmasın?

#səkilər #ağşəhər
🚶 Piyadanın prioriteti ən aşağıdadır Bakıda.

🔸 Daha bir sübutu izləyici göndərib. COP29 öncəsi bir sıra küçələrdə təmir işləri aparılır, amma yalnız avtomobillər düşünülür (və hərdən BUS və velozolaq salınır). Asfaltı dəyişirlər, amma səki necə var elə də qalır.

🔸 Piyada səkisində də abadlıq işləri görmək olardı, onları genişləndirib səliqəli tamet daşları baryersiz mühit yaratmaq olardı. Buradakı açıq qrunt yağışda palçığa çevrilir, və bu palçıq bütün şəhərə yayılacaq.

🚷 Amma piyadaları düşünən yoxdur. Halbuki, müasir şəhərdə ən yüksək prioritet piyada olmalıdır, çünki hər birimiz ilk növbədə piyadayıq ilk növbədə.

#səkilər
Ⓜ️ “Ulduz” metrosuna gedən yolda səkilər yoxdur.

💬 İzləyici yazır ki, bu küçədən hər gün minlərlə insan işə gedib/gələrkən istifadə edir. Amma burada səki yoxdur.

🔸 Bəli, Bakı üçün tipik mənzərədir, və bu problem tək səki məsələsi deyil. Metrostansiyalara, ümumiyyətlə ictimai nəqliyyata, əlçatanlıq olduqca önəmlidir. Dayanacağa qədər məsafənin bir qismini biz hər zaman piyada gedirik. Buna “last mile” (son mil) deyirlər.

🔸 Və əgər bu son mil rahat və təhlükəsiz deyilsə, nəqliyyat özü də cəlbedici olmayacaq. Ona görə şəhərləri əlçatan etmək və mobilliyini artırmaq üçün ilk növbədə hər yerdə təhlükəsiz səkilər salınmalıdır.

#səkilər
Sizcə, bizim şəhərlərdə belə piyadalara niyə rast gəlinmir?

🔸 Azərbaycanda yaşlı və axsayan insan yoxdur bəyəm? Səbəbi çox sadədir. Bizim küçələr rahat piyada etmək üçün rahat deyil.

🔹 Siz bu fotoda bir dənə də olsun pillə görürsünüz? İstər səkilər, istər piyada keçidi tam olaraq baryersizdir. Təəssüf ki, bizdə nəyinki baryersiz, hərdən ümumiyyətlə səki olmayan küçələrlə gəzmək məcburiyyətindəsən.

#səkilər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İzləyicidən yaxşı xəbər var.

Nizami küçəsində kəsilən səkini bərpa etdilər.

#səkilər
Mirzə Ağa Əliyev küçəsində səki tikilir.

Nəhayət burada piyadalar velosiped zolağı ilə hərəkət etməyə məcbur olmayacaq. Fotoları izləyici göndərib.

#səkilər
Ağacları məhv edərək daha bir səki parkinqə çevrilir.

🔺 Afiyəddin Cəlilov küçəsində bina tikən "developer" elə bilir ki, ətrafındakı səkilər bonus olaraq verilir və onları bu cür barbarcasına zəbt etmək olar.

🔸 Əvvəl səki ilə gəzən piyadalar indi yola çıxmağa məcburdur. Ərazinin Google Maps-də arxiv fotosuna baxanda görünür ki, burada əvvəl ağaclar da var idi, bina tikənlər "sağ olsunlar" onları da kökündən çıxardılar.

❗️ Şəhərsalma Komitəsinin reaksiyasını gözləyirik. Paylaşaq və ictimaiyyətləşdirək ki, belə hallar normaya çevriləmsin.

#səkilər
🔄 Təhlükəsizlik adacıqlarının səkilərə qatılması — 🇺🇦 Dneprdən əla nümunələr.

🔹 Hərəkət zolaqları yenidən nişanlanır, "artıq" hissədə təhlükəsizlik adacıqlar yaradılır, bir müddət sonra isə səki tikilir.

❗️ Bakıya da təcili olaraq bu cür səki islahatları lazımdır. İki gün öncə göstərdiyim Droqal döngəsində bu cür etmək olar, misal üçün.

📸 Foto: Urban Dnipro.

#səkilər #əvvəlsonra
💡 Kaş hər gün belə xəbərlərin şahidi olardıq.

🚶 Mirzə Ağa Əliyev küçəsində bərpa olunmuş səki. Artıq piyadalar burada velozolaqla hərəkət etməyə məcbur olmayacaq.

☑️ Bəli, səki daha geniş ola bilərdi, amma unutmayaq ki, burada ümumiyyətlə hərəkət etmək mümkün deyildi. Əvvəlki vəziyyətin fotoları da əlavə olunur.

🟢 Belə təşəbbüslər bütün şəhərləri əhatə etməlidir.

#səkilər
⬆️ Bu geniş səkiyə baxın.

🔸 Adətən yeni tikilən binalarda səkiləri “artıq qalan” kiçik hissədə təşkil edirlər, burada isə mənzərə fərqlidir.

🔸 Düzdür, bir hissəsi avtomobil ilə gələnlər üçün “drop-off/pick-up” zonası kimi istifadə olunur, lakin eynisəviyyəli və daşla döşəndiyindən rahatlıqla ortaq zona kimi istifadə oluna bilər.

🔸 Yəgin ki, iaşə obyektlərinin terasları bu qədər önə çıxarılmasaydl, səki lap geniş olardı.

📍 İzzət Orucova küçəsi. Bu küçədə əks vəziyyət olan yer də var, bu dairəyə düşür. Oraya da mütləq “əl gəzdirmək” lazımdır.

#səkilər
İnsan yönümlü şəhərlər ️
⬆️ Bu geniş səkiyə baxın. ⠀ 🔸 Adətən yeni tikilən binalarda səkiləri “artıq qalan” kiçik hissədə təşkil edirlər, burada isə mənzərə fərqlidir. ⠀ 🔸 Düzdür, bir hissəsi avtomobil ilə gələnlər üçün “drop-off/pick-up” zonası kimi istifadə olunur, lakin eynisəviyyəli…
⤴️ Bu küçənin əks tərəfi misal üçün belədir:

🔻 Səkinin böyük hissəsini kafe özü üçün teras düzəldib;

🔻 Qarajın girişində pandus yoxdur (eynisəviyyəli olmalı idi əslində);

🔻 Qalan səki hətta bir nəfərin hərəkəti üçün dardır.

🔸 Bakının əksər küçələrində əvvəldən sona qədər rahat piyada etmək mümkün deyil.

#səkilər
🚧 Səkilərin bərpasına pul ayrılacaq.

🔹 Xəbərin yaxşı tərəfi bununla bitir. BŞİH deyir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinə 3 milyon manat ayrılacaq. Nəzərə alsaq ki, Bakı küçələrinin 80%-ində səkilər ilə problem yaşanır, bu çox az bir məbləğdir.

Dövlət proqramında səkilərin bərpasına ayrıca bənd ayrılıb, ümid edirəm, bu məsələyə daha ciddi yanaşarlar.

#səkilər
Bakının mərkəzində bir səki.

❗️ Nəyinki baryerli, bu sözün əsl mənasında təhlükə mənbəyidir.

🔸 Piyadalar yol ilə hərəkət edir. İnsanları isə maşın vursa, günahı ya sürücüdə, ya da piyadada görəcəklər.

📍 Səməd Vurğun küçəsi.

#səkilər
Şəhərin mərkəzində səkilərin vəziyyəti.

Sizcə avtomobil yolu bu halda olsaydı, neçə gündən sonra onu bərpa edərdilər? Və TikTok-da neçə video bu haqda artıq paylaşılardı?

📍 Dilarə Əliyeva və 28 May küçələri.

#səkilər
🔺 Xırdalan şəhərində onsuzda səki qıtlığı var.

🔸 Fotonu göndərən izləyici deyir ki, Heydər Əliyev prospektində daha bir səki bu cür asfaltlanıb. Yəni olan qalan səkiləri də sürətli şəkildə parkinqə çevirməyə davam edirlər.

Görəsən, Xırdalanda nə baş verməlidir ki, bu şəhərdə tədbir görməyə başlasınlar?

#səkilər #Xırdalan
İnsan yönümlü şəhərlər ️
🔺 Xırdalan şəhərində onsuzda səki qıtlığı var. ⠀ 🔸 Fotonu göndərən izləyici deyir ki, Heydər Əliyev prospektində daha bir səki bu cür asfaltlanıb. Yəni olan qalan səkiləri də sürətli şəkildə parkinqə çevirməyə davam edirlər. ⠀ Görəsən, Xırdalanda nə baş…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔺İşlər gecə görülübmüş.

Digər izləyici yazır ki, Xırdalanda səkini heç kəs görməsin deyə gecə ilə buldozerin altına salıblar.

Yəni bu işi görənlər bilir ki, bu qanunsuzdur, və bilə-bilə gecə edir ki, diqqət çəkməsin.

⚠️ Xatırladım ki, qanunsuz parkinq təşkilinin 2000 AZN-dək cəriməsi var.

#səkilər #Xırdalan