İnsan yönümlü şəhərlər ️
2.64K subscribers
1.48K photos
189 videos
483 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirik.

Bakı və digər regionlardan xəbərlər, yeniliklər, təhlil və xarici təcrübə.

Bloq: www.city4people.az
Əlaqə: @City4People_az_Bot
Download Telegram
İzləyicimizdən daha bir şikayət.

Tofiq Abbasov küçəsində səki parkinqa qurban verilib.

Buna təbii ki bütün qurumlar göz yumacaq və çox güman ki heçnə dəyişməyəcək. Amma sən gəl yoldan 1 metr darald - polisdən tutmuş icra hakimiyyətinə qədər həs kəsdən icazə almalısan.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hər gün ağır qəza.

Yol hərəkətinin təhlükəsizliyinə yanaşma kökündən dəyişməlidir.

Sanki iki il bundan qabaq qəbul edilən "Yol təhlükəsizliyinə dair dövlət proqramı" tualet kağızı kimi unitaza atılıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Niderlandın Neymeqen şəhərində uşaqlar hər səhər məktəbə belə gedir.
Narkotiklər və şəhər mühiti.

Son vaxtlar gündəmdə olan ən aktual mövzulardan biri – narkotiklər və onların qurbanı olan yeniyetmələrdir. Əslində, bu məsələdə şəhər mühiti və həmin uşaqların böyüdüyü şəraitin öz təsiri var.

Yaxşı abadlaşdırılan məhəllə, asudə vaxt keçirmək üçün yaşadığı ərazidə yaradılan şərait uşaqları pis-pis işlərdən uzaqlaşdıra kömək edəcək.

Eyni zamanda insanları sosial təcridə meyl edən, təhlükəsizliyi aşağı olan rayonlarda, təbii ki, cinayət səviyyəsidə daha yuxarı olacaq.

Təbii ki, bu yeganə səbəb deyil, lakin, sözügedən kriteriyalar heç də son rol oynamır.

Fotolarda şərti olaraq pis və yaxşı yaşayış rayonların nümunəsi göstərilib.
Bu gün Bakıya yeni metro qatarları çatdırılıb.

Fikir verdim ki, bizə gətirilən vaqonlarda ortadakı tutacaq nəzərdə tutulmayıb (demontaj edilib).

Transmaşholding-in Moskva metrosu üçün yığılan eyni tipli vaqonlarda gördüyünüz ki ayaqüstə dayanan sərnişinlərin rahatlığı üçün belə tutacaqlar mövcuddur.

Bunu qatarın tutumunun artırılması ilə də izah etmək olur, çünki uzağı 1-2 sərnişin üçün əlavə yer deməkdir.
Bəzi insanların təhlükəsizliyə yanaşmasına heyranam.

Bu gün sükan arxasında maskada oturan, amma kəmərini bağlamayan sürücüyə rast gəldim.
​​"Transport for Baku" Parisdə 30 km/s sürət məhdudiyyətindən danışır, ardınca isə izləyicidən belə bir şərh gəlir ⬇️🖼

Əslində, belə insanları çox da qınamaq lazım deyil. Bir çox sahələrdə biz ilk növbədə intuitiv düşünürük, heç bir ətraflı təhlillər etmədən. Maşın varsa, deməli o yüksək sürətlə hərəkət etməlidir və onun üçün mümkün qədər geniş yollar inşa etmək lazımdır.

İnsan həyatına təhlükə isə keçir ikinci plana, bu haqda yalnız qəza olanda yadımıza salırıq.

Əminəm ki, bu səhifəni izləyiciləri arasında da belə düşünən insanların sayı az deyil.

Əsas problem bu düşüncənin dövlət qurumları, deputat və vəzifədə olan insanlarda olmasıdır.

Bu səhifənin məqsədi də daha çox insanları maarifləndirmək, ictimaiyyətdə təhlükəsiz şəhərlərə tələb yaratmaqdır.

Təbii ki, 10-15 ildən sonra biz bütün inkişaf etmiş ölkələrinin etdiyi səhvləri təkrarlayıb onların indiki vəziyyətinə gələcəyik. Amma müsbəyət dəyişiklikləri 5 il ərzində də etmək mümkündür. İctimaiyyət bunu tələb etsə.

Tələb edin, müraciətlər yazın - bu sizin qanuni vətəndaş hüququnuzdur.
Qrammatik səhvlər bir qırağa. Bu nömrəyə zəng vurursan, deyir təyin olunmayıb.

Yazırlar ki, bu nişanı DYP quraşdırıb, amma onu da qeyd etmək lazımdır ki, Bakı şəhərində yol nişanlarəna nəzarət 3 ildən çoxdur ki BNA-nın nəzdnindədir.

Nişanların monitorinqi sıfır dərəcəsindədir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 "Süni" velozolaq.

Neftçilər prospektində "Formula-1" yarışmasından sonra qalan xətlənmə sanki yolun kənarında velosiped zolağını nişanlandırıb.

Fikir verin, avtomobillər də bu yol çiyninə daxil olmur və hər zaman olduğu kimi yenə də rahat üç cərgə ilə hərəkət edir.

Bu bir daha onu göstərir ki, Bakıda əksər küçələrdə yolun kənarlarını velozolaqlar üçün ayırmaq olar və bunun heç bir mənfi təsiri olmayacaq (əksinə, velosiped zolağı əlavə buraxılış qabiliyyəti gətirəcək).

Video: Orxan Abi
İctimai nəqliyyat yenə həftəsonu işləməyəcək.

Görəsən, bu vəziyyətin dəyişməsi üçün insanlar mütləq hansısa kütləvi etiraz aksiyalarına çıxmalıdır ki yoxsa necə?
Evakuatorlara fatihə oxudular?

Bu avtomobilləri axırıncı dəfə kim nə vaxt görüb?

Şəhərdə parklanmanın kobud şəkildə pozulma halları davam edir, belə nəticə çıxartmaq olar ki, BNA-nın parkinqə nəzarət mexanizmlərin ömrü çox qısa oldu.

Şəhərdə mobilliyin idarə edilməsi və tıxaclarla mübarizəsi parkinq siyasətinə çox bağlıdır. Bu məsələ qısa zamanda öz həllini tapmalıdır.
Hər gün şəhər və küçələrdə problemlər haqqında danışırsan, təkliflər verirsən, izləyicilərin göndərdiyi problemləri işıqlandırırsan və gözləyirsən ki, BNA, DYP və yaxud İcra Hakimiyyətindən kimsə gəlib problemi həll edəcək və yaxud heç olmasa "nəzərə alarıq" kimi cavab yazacaq.

Amma reallıq odur ki, dövlət qurumları arasında, ən azı bu məsələdə, ən vicdanlı qaz istismarı departamenti çıxdı.
🚲 Naftalanda 7 km-lik velosiped yolları salınır.

Belə getsə Bakı bu məsələdə hər kəsdən geri qalacaq.