İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.48K photos
310 videos
2 files
784 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚦 Yeni standartlar qəbul olunub. Amma ictimaiyyətə hələ ki təqdim olunmur.

Azərbaycanda yol hərəkətinin təşkili və ümumi olaraq küçələrin və maqistralların layihələndirilməsində önəmli maneələrindən biri - köhnə, sovet dövründən qalan standartlardır. Təsəvvür edin, şəhər daxili yolların təşkilində artıq inkişaf etmiş ölkələr illərdir yanaşmanı dəyişib, amma biz indiyədək köhnə 1978-ci və 1986-ci illərə aid standartlara əsaslanırıq.

🔸 Təxmini dörd il öncə yeni nişanlara dair təklif irəli sürmüşdük, rəsmi müraciət də göndərildi, lakin ümumi bir cavab aldıq ki, "növbəti qanun layihəsində nəzərə alınacaq".

🔹 İndi yeni standart qəbul olunub, amma tam şəkildə açıqlanmır və tam mətni publik olaraq heç yerdə paylaşılmayıb. Standartlaşma institutun saytında axtarış forması ümumiyyətlə işləmir. Təxmin etmək olar ki, yenilənmiş standartlar Rusiya və MDB ölkələrinin təcrübəsinə əsaslanır, lakin sənədin açıq mənbələrdə olmaması hələ ki hər hansı bir detallardan danışmaq imkan vermir.

#qanun
ℹ️ Yeni radar nişanları belə olacaq. Artıq aeroport yolunda quraşdırılıb.

🔸 Bakının bir çox yerlərində yeni standartlara uyğun nişanların quraşdırılmasına başlanılıb.

🔹 Artıq radar nişanı belə olacaq (lövhəsində "i" əvəzinə kamera işarəsi). Deyəsən, bu bir pilot layihədir, çünki yeni standartlar keçən il təqdim olunsa da, qanunda öz əksini tapmayıb.

🔸 Hətta sökülən Cavanşir körpüsünün yerində yeni standartlara uyğun nişanlar quraşdırıldı, amma qısa zamanda söküldü.

❗️ Xatırladım ki, standartların təqdim edilməsindən artıq bir il keçir, amma hələ də Yol Hərəkəti Haqqında qanunda öz əksini tapmır.

#qanun