İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.45K photos
308 videos
2 files
770 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Azadlıq prospektinin bu hissəsində hələ də keçidin olmaması təhlükə yaratmağa davam edir.

🔹 Bir neçə ay bundan öncə buradakı vəziyyəti izah etmişdim. və dövlət qurumlarına müraciət ünvanlamışdım.

Müraciətə hələ müsbət cavab gəlməyib və hər gün piyadalar burada təhlükəli şəkildə yolu keçməyə davam edir.

💬 Məyusedici həmçinin odur ki, bəzi izləyicilər yazır “tənbəl piyadaların canı çıxsın getsin 200 metr qabaqdakı svetofordan keçsin”.

Amma bu belə işləmir, əgər sizdə kütləvi şəkildə yolu nəzərdə tutulmayan yerdən keçirlərsə, siz ora qadağalar deyil, əksinə yolu keçmək üçün şərait yaratmalısınız.

🔸 Piyadaları təhqir və tənqid edərək inkişaf heç vaxt olmayacaq.


#piyadakeçidləri #azadlıqprospekti
🥇 Qonşu paytaxtda daha bir cürətli addım.

🇬🇪 Tiflisdə növbəti yerüstü piyada keçidi sökülür.

🔹 Bu şəhərdə hələ 2019-cu ildən yerüstü piyada keçidlərinin söküntüsünə başlanıldı, əvəzində svetofor və “zebra”lar təşkil olunur. Yeraltı keçidlərə eynisəviyyəli alternativlər yaradıldı. Bəzi yerləri mən sizə keçən il vloqda göstərmişdim.

🔹 Tiflisin meri Kaxa Kaladze birmənalı olaraq şəhəri piyada və ictimai nəqliyyat yönümlü etmək niyyətindədir. Tıxaclardan qurtulmaqdan yolları bu cür mərhələlərdən keçir.

🔹 Bəli, bizdə ilk addım atıldı və Zığ dairəsində yerüstü keçidinin altında nizamlanan alternativ yaradılır. Lakin, bu tək-tük hal deyil, şəhərin bir strategiyası olmalıdır. Sürətli maqistrallar istisna olmaqla, bütün yeraltı/yerüstü keçidlər daha rahat, əlçatan və şəhərdə sürəti tənzimləyən eynisəviyyəli keçidlərlər əvəz edilməlidir. Zatən bu cür keçidlər tıxac problemini həll edə bilmir.

🔸 İnsanların “yerüstü keçid var da! niyə zebra lazımdır?” tipli müqavimətinə dözüb şəhəri insan yönümlü etmək lazımdır. Həmin insanlar sizə sonra təşəkkür edəcək.

#piyadakeçidləri #tbilisi