İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.52K photos
317 videos
2 files
800 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Fotolarda Bakının bəlkə də ən geniş səkisini görürsünüz.

🔹 Bura keçmiş Cavanşir körpüsünün davamı olan Üzeyir Hacıbəyli küçəsidir. Səkinin eni burada təxmini 25 metr təşkil edir. Bulvar və parkların ətrafını istisna etsək, nadir haldır ki, küçədə avtomobillər üçün ayrılmış yol sahəsi səkidən iki dəfə kiçikdir.

🔹 Keçən əsrin ortalarında Bakıda və digər şəhərlərdə (misal üçün, Mingəçevirdə), geniş səkilər salınan küçələrin sayı çox idi. Lakin onların bir çoxu ya obyektlər tikildi, ya parkinqə çevrildi, ya da çoxmərtəbəli evlər tikildi.

🔹 Bu cür səkilər Bakıda çox azdır, biz onları qorumalıyıq. Burada hətta kiçik ictimai məkanlar yaratmaq, əlavə ağaclar əkmək olar.

Bu cür geniş səkilər olan başqa hansı küçələri tanıyırsınız?

#səkilər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Təzəlikcə istifadəyə verilmiş ərazidə piyadalara belə əziyyət verirlər.

🔸 2024-cü ildir, hətta yeni layihələrdə səkiləri nəzərə alınmır.

#minivloq #səkilər #cavanşirkörpüsü