İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Şəxsi mesajlara tez-tez şikayət edilən problemlərdən biri piyada zolaqları və yol xətlənməsində istifadə edilən boyaların dözümsüzlüyüdür.

Həqiqətən, şəhərin əksər yerlərində bu cizgilər çox tez silinir. Problemə diqqət verən vətəndaşların şikayətlərinə rəsmi qurumlar cavab verir ki, bu hava şəraiti və avtomobil təkərlərindəki çirk və palçıqdan irəli gəlir.

Bunun çıxış yollarından biri yol xətlənməsində adi boya deyil xüsusi termoplastik boyalardan istifadə etməkdir. Maraqlıdır ki, Bakıda bir sıra kəsişmələrdə məhz dözümlü termoplastikdən istifadə edilib (misal üçün Üzeyir Hacıbəyov küçəsində).

Məntiqli sual yaranır - niyə hər yerdə termoplastikdən və yaxud heç olmasa daha dözümlü boyadan istifadə olunmur? İnanmıram ki buna pul yoxdur, çünki hər il yolların təmirinə dövlət büdcəsindən milyonlara pul ayrılır.
İnternet məkanımızda yeni bir sayt açılıb - "Elektron ictimai nəzarət".

Gündəlik rastlaşdığınız problemlərə dair foto/video göndərirsiniz, platformanın əməkdaşları isə dövlət orqanlarına ilə müraciət edib problemi həll etməyə çalışırlar.

Təşəbbüs ABŞ Beynəlxalq İnkişaf Agentliyinə məxsusdur, amma belə bir platforma əslində dövlət tərəfindən yaradılmalı və dəstək olunmalıdır.

Küçələrə dair də müraciətlər göndərmək olar, amma bizim küçələrdə hazırda ən çox rast gəlinən problemlər məhz səkilərdir. Hal-hazırda saytda bu məsələ öz əksini tapmayıb.

Müraciət göndərmək üçün sayt: https://www.enezaret.az/
🇺🇦 Lvov şəhəri, əvvəl və sonra.

📷: Ihor Ivanov
Asfalt örtüyünün və səkinin vəziyyətini müqayisə edin (əgər buna səki demək olarsa).

Bu foto Bakı şəhərində əsl prioritetləri çox gözəl ifadə edir. Avtomobilin yoxdursa - sən bu şəhərin ikinci sort vətəndaşısan.

📍 Səbayıl rayonu, Saraykin küçəsi.
🇦🇪 Digər ölkələrdən danışaraq, adətən Dubay şəhərini daha çox avtomobil yönümlü bir misal kimi gətiririk. Bu, həqiqətən elədir. Son 30-40 il ərzində sürətlə inkişaf edən BƏƏ-nin ən böyük şəhərində 8-10 zolaqlı yollar salınıdı və mürəkkəb yol qovşaqları tikildi.

İlkin baxışdan bu şəhərdə avtomobil həqiqətən küçələrin şahıdır. Bütün şəhər sanki yollara qurban verilib.

Buna baxmayaraq, Dubayda piyadaların təhlükəsizliyindən vaz keçmirlər. Son illər ərzində velosiped və elektroskuterlər üçün də infrastruktur yaradılır.

Ətraflı yeni məqalədə 👇
https://city4people.az/post/avtomobil-insan-dubay/

#Dubay
🌳 Şəhər ağaclarının üstünlükləri

Transport for Baku səhifəsindən
🇦🇿 Ağdam şəhərində küçələr təxmini belə olacaq.

Tramvay keçən prospektlərdən birinin eskizi. Velosiped zolaqları da nəzərdə tutulub.
BakuBus-a göz dəydi? 😏

Bu qəza bu gün baş verib, deyilənə görə iki avtobus "DənizMall"-ın yanında toqquşub.

Hələ ki qəza ilə bağlı heç bir şərh vermək istəmirəm, səbələri məlum deyil. Görüntü olsa daha obyektiv danışmaq olar.

Lakin ümumi olaraq son vaxtlar BNA-nın tabeliyində olan (və sonradan İnvestisiya Holdinqinə verilən) bu daşıyıcının fəaliyyətində müşahidə olunan nöqsanların sayı az deyil.

Belə ki, şəxsi təcrübəmdən deyirəm ki, artıq neçə vaxtdır ki, avtobusların daxilində dayanacaqların adları elan olunmur, avtobusların onlayn izləməsi (bakubus.az) işləmir, sürücülər dayanacaq pavilyonundan xeyli uzaq, az qala ikinci sırada saxlayır.

Bəli, bir çox digər daşıyıcılara nisbətən Bakubus hələ də çox müasir avtobus parkına malikdir, sürücüləri isə daha hazırlıqlıdır. Amma ictimai nəqliyyatın cəlbedici olması üçün yeni avtobusların alınması kifayət deyil. Hərəkət cədvəli və tıxacsız hərəkət kimi amillərlər hətta daha vacibdir (yəni avtobus zolaqlarının salınması və onlara nəzarət).

⚠️ P.S. Düşünürəm kimsə gəlib şərhlərdə yazacaq ki, "gördünüz, avtobuslar təhlükəlidir, ondansa maşınla gedərəm" - nəzərə alın ki, statistikaya görə avtomobil qəzaları avtobuslardan qat-qat daha çoxdur. Sadəcə ictimai nəqliyyatın iştirakı ilə qəzalar mətbuatda daha çox işıqlandırlır.
Pandusların təşkil edilməsi Bakı şəhərində piyadalar üçün ən yaxşı yeniliklərindən biridir.

Gün gələr onların vəziyyətinə nəzarət və vaxtında qulluq etməyi də öyrənərik.
Forwarded from Əkinçi
“Ağıllı şəhər insan yönümlü şəhərdir və insanın davranışına uyğun olaraq təkmilləşir”

Memar Toğrul Bayramov deyir ki, ağıllı şəhər deyəndə bir çox insanın ağlına robotlar, göydə uçan avtomobillər gəlsə də, əslində, bu şəhərlər sadəcə olaraq, insanı mərkəzə qoyan və ona xidmət edən şəhərlərdir.

🔗 https://youtu.be/Nqw5kTKTeos

@akinchiproject
Yaxşı haldır ki cəmiyyətdə "insan yönümlü şəhər" termini gündəmə gəlir, getdikçə daha çox istifadə olunur. Maraqlı videodur, izləyin 👆
Bu gün Ələt-Astara maqistralı ilə gedəndə fikir verdim ki, Salyana qədər olan hissə yavaş-yavaş Quba-Bakı yoluna çevrilir - sağ zolaq yamaqlarla doludur.

Maqistralın təhvil verilməsindən heç 4 il keçməyib.

Yollarımız niyə bu qədər dözümsüzdür?
♿️ Baryersiz mühitə hər yerdə laqeyd yanaşma.

Biz öyrəşmişik ki, küçələrimizin əksəriyyətində hərəkət edərkən mütləq qabağında çoxlu pillələr və maneələr çıxacaq. Paytaxtın bir sıra küçələrində panduslar olsa belə, regionlarda vəziyyət Bakıdan qat-qat acınacaqlıdır.

Çox vaxt hətta fərdi sahibkarlar bu haqda təmamilə unudurlar. İstirahət və iaşə obyektlərinin sahibləri üçün azmobilli və araba ilə hərəkət edən insanlar qrupu ümumiyyətlə mövcud deyil.

"Kimsə bura uşaq arabası ilə gələ bilər" fikirləri əksər hallarda sahibkarların və mühəndislərin ağlından keçmir.

Məkanların adlarını çəkməyin bir mənasını görmürəm, çünki bu bir sistem problemidir. Bircə deyim ki, regionlarda bu problem daha da aktualdır.

Hər yerdə bu qədər lüzumsuz pillələr tikmək sevgisi haradandır? Əksər yerlərdə hamar eniş təşkil etmək olardı.

Müştərinin rahatlığı ön planda olmalıdır, əgər uğurlu biznesin qurulmasından danışırıqsa.