İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.46K photos
308 videos
2 files
773 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔹 Yusif Səfərov küçəsi əvvəllər və indi.

Şəhərin mərkəzində parkı asfalta belə qurban verdilər, təəssüf ki. Hansı problemi həll etdik?

#YusifSəfərovküçəsi
🚧 Yusif Səfərov küçəsini yenə də “parçalayırlar”.

İndi isə Xocalı prospekti ilə kəsişmədə svetofor quraşdırılır. Xatırladım ki, 2020-ci ildə burada artıq iki kəsişmə açaraq, şəhərə əlavə giriş-çıxış veriblər.

🔹 Yaxşı addımdır, artıq Xətai metrosu tərəfdən şəhər mərkəzinə getmək üçün əlavə 1,5 km yürüş etmək lazım olmayacaq. Bu xüsusilədə ictimai nəqliyyat üçün önəmlidir.

Bonus olaraq, burada əlavə nizamlanan piyada keçidi və velosiped zolağı təşkil olunacaq.

🔸 Düşünürəm ki, vaxtilə “uçuş-enmə zolağına” çevrilən Yusif Səfərov küçəsində ən azı daha bir nizamlanan kəsişməyə ehtiyac var (Sevgi Parkının yanında), velozolaq isə küçənin hər iki tərəfində təşkil olmalıdır.

Elə gələ bilər ki, əlavə svetofor burada daha da pis tıxacın səbəbi olacaq, amma əksinə, Yusif Səfərovun yükü azalmalıdır, həm də svetofor düzgün tənzimlənsə, bu ümumi küçə şəbəkəsinə müsbət təsir göstərəcək.

#yusifsəfərovküçəsi