İnsan yönümlü şəhərlər ️
3.64K subscribers
2.51K photos
317 videos
2 files
794 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚠️ Şərifzadə küçəsinin bu hissəsinə (İnşaatçılar m/s) yenidən baxılmalıdır.

🔸 Avtobus zolağı çəkilməlidir.
🔸 Anti-cib tipli dayanacaqlar təşkil edilməlidir.
🔸 Eynisəviyyəli piyada keçidi salınmalıdır.
🔸 Səkilər genişlənməlidir.

📸: Ürfan Məmmədli.
Media is too big
VIEW IN TELEGRAM
🔄 Prioritetləri dəyişmək heç vaxt gec deyil.

🇧🇬 Sofiya şəhərindən urbanistik islahatın misalı.

#minivloq #Sofiya
🇧🇬 Sofiya - yaşıllıq və tramvayların harmoniyası.

☀️ Yay aylarında bu şəhər Bakı kimi isti olsa da, ağaclar və parklar şəhərdə mikroiqlim yaradır, piyada gəzmək və velosiped sürmək insanı yormur.

Üstəgəl, inkişaf etmiş ictimai nəqliyyat (tramvay, metro, avtobus və trolleybus) Sofiyada səni avtomobildən asılı etmir.

#Sofiya
🆘 Bakıda məşhur tarixi binanın fasadını bu günə salırlar.

Şəhərin memarlıq siması “təmir” adı ilə silinir.

#memarlıq
🚧 Sökülmüş Cavanşir körpüsünün yerində piyada "zebra"ları olacaq.

🔸 Nəhayət yeni layihənin əsas detalı açıqlandı. "Port Baku Walk" və "Port Baku Tower" ərazisi eynisəviyyəli piyada keçidi ilə birləşəcək, bunun üçün çox güman ki burada svetofor quraşdırılacaq, çünki zolaqların sayı çoxdur, avtomobil və piyada axınını növbəli şəkildə buraxacaqlar.

Maraqlıdır ki, bu məlumatı AAYDA açıqlayıb, hər kəs isə AYNA-dan gözləyirdi.

#cavanşirkörpüsü
❗️ Bakı şəhəri üçün nadir bir halın şahidi oluruq.

Sahil metrosunun qabağında səkini genişləndirirlər. Amma bir nüans var.

🔸 Bunu səkinin genişləndirilməsi deyil, səkinin bərpası adlandırsaq daha düzgün olar. Çünki əvvəllər burada geniş səki var idi, daha sonra parkinq üçün kəsildi. İlin əvvəlində burada səhvən velosiped zolağı salındı, sonradan səhvi düzəldib velozolağı yolun digər tərəfinə keçirdilər.

🚶 İndi isə səkini piyadalara qaytarırlar. Bu proseslər davamlı baş verməlidir, ümid edirəm AYNA Bakıda bütün kəsilən səkilərin bərpasını üzərinə götürəcək.


#səkilər
⚠️ Dostlar, Telegram-qrupumuzda aktiv olaraq yeni cərimələr müzakirə olunur.

Qeyd edim ki, hələ ki, bunlar qanun layihəsidir, təsdiq olunmayıb və tam siyahı deyil. Milli Məclisdə üç oxunuşdan keçməlidir, daha sonra prezident tərəfindən təsdiq olunmalıdır. Bu təxmini olaraq 3-4 həftə çəkəcək.

Təbii ki, bu mövzuya dair də post paylaşacam.
💬 Bu fotonu paylaşan izləyici yazır ki, Şəmsi Bədəlbəyli küçəsində yeni təşkil olunmuş avtobus zolağına YPX əməkdaşları avtomobilləri yönəltməyə başladı.

Sual yaranır, əgər bu zolağa avtomobillərin hərəkətinə icazə verilibsə, bu zolaq niyə təşkil olunub? Və yaxud, bu zolaq təşkil olunubsa, digər nəqliyyat vasitələrinin hərəkətinə niyə daxil olması icazə verilir?

🚍 Ayrılmış zolağının yeganə məqsədi - avtobusların tıxacsız hərəkətidir. Əgər bu təmin olunmursa, həmin zolağın heç bir mənası yoxdur.

🔸 Bu halda cəriməsi qaldırıb lap 500 manat etmək olar, amma zolaq öz funksiyasını yerinə yetirməyəcəksə, nə fayda?


#avtobuszolaqları