İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇮🇹🚊 Bolonya şəhərində yeni tramvay şəbəkəsi tikilir.

60 ildən sonra İtaliyanın 400 minlik şəhərinə tramvaylar qayıdır. 1963-cü ildə sökülən tramvay, 2026-cı ildə yenidən küçələrə qayıdacaq.

İlkin mərhələdə iki xətt və 50 stansiya nəzərdə tutulub. 2030-cu il üçün xətlərin sayı 4-ə çatdırılacaq, gündəlik sərnişinlərin sayı isə 300 min sərnişin təşkil edəcək.

Maraqlıdır ki, xətlərin bəzi hissələrində naqillər olmayacaq, tramvaylar daxili akkumulyatorın sayəsində yolunu davam edəcək. İşlər ALSTOM tərəfindən görülür (İsveçrə, Braziliyada və Dubayda tramvay sistemlərini quran tanınmış şirkət).

Görəsən, bizim ekspertlər ki, deyirdi tramvaylar artıq lazım deyil, keçmiş əsrdən qalan mirasdır və indi heç kimə lazım deyil, bu xəbərə nə deyər?
🚲 İstiqlaliyyət küçəsində yeni veloparkinqlər quraşdırılıb.

Bu cür parkinqlər geniş yayılıb, lakin bunların əsas çatışmazlığı velosipedi duracağa kilidlənməsidir. Daha hündür olmalıdır ki, tez və rahat olsun.

Velosipedçilər, necə düşünürsünüz?
Kanalın fəaliyyətinə dəstək 💫

Sizdən dəstək, məndən kontent və şəhərimizi daha yaxşı etmək üçün dövlət qurumları ilə daimi ünsiyyət. Dəstək olan hər kəsə təşəkkür!
İnsan yönümlü şəhərlər ️ pinned «Kanalın fəaliyyətinə dəstək 💫 Sizdən dəstək, məndən kontent və şəhərimizi daha yaxşı etmək üçün dövlət qurumları ilə daimi ünsiyyət. Dəstək olan hər kəsə təşəkkür!»
Tramvay şəhərə gözəllik qatır.

🇭🇺 #Budapeşt.
⬆️ Nə yaxşı ki, cəmiyyətdə artıq düzgün düşüncə formalaşır, daha çox insan ictimai nəqliyyatın vacibliyini və üstünlüyü başa düşür.

İzləyici bizi Facebook-da belə bir postda tag edib.
🚧 Babək prospektində, "Maşın bazarı" kimi tanınan ərazidə xaotik hərəkətə son qoya biləcək layihənin icrasına başlanılıb.

Prospektin Mikayıl Əliyev küçəsi kimi tanın ərazidə AYNA belə bir layihə icra edəcək. Şəhərdə keçmişdə böyük asfalt dairələri və böyük yol qovşaqlarını bu cür transformasiyalarla daha uyğun miqyasa kiçiltmək mümkündür.

🔸 Bakı şəhərində ən azı 15-20 bu cür problemli qovşaqlar var ki, onları sadə layihələrlə daha təhlükəsiz və rahat etmək mümkündür. Biri də Ukrayna dairəsidir. Bu dairə üçün də layihə var, amma hələ ki reallaşdırılmır.
🔄 Yusif Səfərov küçəsinin əhvalatı.

15 il ərzində Yusif Səfərov küçəsi 3 dəfə genişləndirildi.

🌳 Buradakı park söküldü, ağaclar ləğv olundu, hərəkət zolaqların sayı səkkizdən 12-yə çatdırıldı.

Bu tədbirləin yeganə məqsədi tıxacların sayını azaltmaq idi. Nə baş verdi? Yol genişləndi, sürücülər fikirləşdilər ki, "indi daha rahat olar maşınla getmək", daha çox avtomobil cəlb olundu küçələrə və yenidən tıxaclar yarandı.

🔹 Tıxacların həlli yolların genişləndirilməsindən keçmir, siz daha çox digər nəqliyyatı inkişaf etdirməlisiniz ki, insanlar şəxsi avtomobil istifadəsini azaltsın.
İnsan yönümlü şəhərlər ️
✍️ Xaqani bağının ətrafında aparılan yenidənqurma layihəsinin ictimaiyyətə təqdim edilməsinə dair Eldar Əzizova müraciət yazdım. ⠀ 🔸 Bu arada, məlum oldu ki, BŞİH-nin rəsmi Instagram səhifəsi var, amma son paylaşım keçən ilin iyul ayında olub.
📝 Müraciət, görünür ki, effektiv oldu.

Bakı Şəhər İcra Hakimiyyəti Xaqani bağının ətrafında eskizlər yapışdırıb. İnternetdə paylaşsaydılar əla olardı, ətraflı araşdırardıq.

Foto: Qafqazinfo.
🚧 Cavanşir körpüsü ilə vidalaşma.

Bakının ən tanınmış körpülərdən biri 1962-ci ildə inşa edilmişdir, əsas məqsədi Bakı Dəniz Limanına gedən yük qatarlarının dəmir yolunu və avtomobil axınların ayırmaq idi.

🔹 Körpü ilk sovet kosmonavtı Yuri Qaqarinin adını daşımış (eyni adlı küçənin davamı idi), müstəqillik dövründə isə Qafqaz Albaniyasının hökmdarı Cavanşirin xatirinə adlandırmışdır.

🔹Maraqlıdır ki, orijinalı Sankt-Peterburqun Ermitaj muzeyində yerləşən heykəlin kiçik mulyajları körpünün hasarında səki boyu düzülmüşdür.

🔸 20 may 2024-cü il tarixindən etibarən körpü bağlanacaq, onun söküntü işlərinə başlanılacaq. Bakının bu məkanı birdəfəlik tarixə qovuşacaq.

#cavanşirkörpüsü