Bu gün BNA-nın sədri Vüsal Kərimov press-konfransda dedi ki, Molokan bağının ətrafı avtomobillərin giriş üçün bağlanacaq.
Fotoda göründüyü kimi, bu bağın ətrafı sadəcə lazımsız asfalt səhrası idi. Sol tərəfdakı çoxmərtəbəli parkinqa giriş üçün bir zolaq saxlayıb qalan bütün hissəni Molokan bağının genişləndirilməsi və yeni ağacların əkilməsi üçün istifadə etmək olar.

Daha bir maraqlı xəbər ondan ibarətdir ki, bu il Bakıda, nəhayət ki, parkinq siyasəti tətbiq olunacaq.
Pilot layihə kimi 6-cı parallel (Naxçıvani) küçəsindən başlanılacaq.
Pilot layihə kimi bu cür mərhələli tətbiqetmə normal təcrübədir (Sankt-Peterburq şəhərində elə olub), amma niyə məhs bu küçə seçilib bilmirəm.
Əsas odur ki, son 4 il ərzində Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi arasında olan mübahisələr, nəhayət ki, sona yekunlaşır.
Əgər yenə də sözdə və kağızda qalmasa, təbii ki.

Avtobus zolaqlarına Bakının cəmi 13 küçəsində razılıq verilib.
BNA Bakı şəhərinin 24 küçəsində avtobus zolaqlarının təşkilini təklif etsə də, onların yarısına icazə verilməyib.
Razılıq verməyən isə yalnız şəxsi sürücü ilə hərəkət edən məmurlardır. Onların nə vecinə, "qara adamlar" avtobusda saatlarda tıxacda qalacaq ya yox.
Bütün inkişaf etmiş şəhərlərdə nəqliyyat planlanmasına xüsusi təhsil alan insanlar cavabdehdir. Bizdə isə hətta avtobus zolağının olub-olmaması "rəis belə qərara gəldi" səviyyəsində həll olunur.

❗️BNA sədri Vüsal Kərimlinin mətbuat konfransından özüm üçün çıxartdığım qısa nəticələr.
⠀
1. Şəhərdə müasir mobillik konsepsiyasını anlayan, şəhərdə piyada, velosiped və ictimai nəqliyyatın şəxsi ictimai nəqliyyatdan daha üstün olmasını anlayan bəlkə də yeganə yüksək vəzifəli məmurdur.
⠀
2. Bir çox məsələlərin həll edilməsində BNA-nın hazırda kifayət qədər "sözükeçən" gücü yoxdur. Şəhərdə hələ də İcra Hakimiyyəti, Dövlət Yol Polisi və Yol Hərəkəti Komissiyasının qərarları və rəyləri Bakı Nəqliyyat Agentliyinin daxilində qaynayan potensialının reallaşdırılmasına imkan vermir. Sadaladığım qurumlarda hələ də köhnə, sovet təfəkkürlü insanlar çalışır.
⠀
3. İkinci bənddən irəli gələn misallar - bir çox avtobus zolaqlarına razılıq verilmir, icra hakimiyyətləri səkiləri obyektlərdən boşaltmaq fikri yoxdur, şəhərdə hələ də yerüstü və yeraltı piyada keçidləri tikilir (baxmayaraq ki, BNA-da bunun qeyri-effektiv olmasını qeyd edirlər).
⠀
4. Jurnalistləri maraqlandıran yeganə mövzu "parkovşik"lərdir. Hər halda konfransdan sonra KİV-də çıxan əksər başlıqlar buna həsr olunmuşdur. Təbii ki, parklanma siyasətinin olmaması Bakının böyük bir ayıbıdır, amma bu sarı jiletləri insanların öz "krışa"sı var, gedin onu araşdırın, nə qədər bu məsələ ilə bağlı eyni qurumu pazlamaq olar?
⠀
P.S. Heç kim düşünməsin ki, bu Agentliyi mən müdafiyə edirəm, BNA-nın heç də hər işi ideal və mənim ürəyimcə deyil, bu haqda səhifədə və saytda kifayət qədər də paylaşımlar həsr etmişəm.
⠀
Amma reallıq odur ki, əgər biz "İnsan yönümlü şəhərlər"dən danışırıqsa, bu anlayışı sözügedən Agentlikdə ən azı düzgün başa düşürlər. İmkan verin işləsinlər.

🇦🇿 Regionlarımıza da bir baş çəkək.
⠀
Məlum olduğu kimi, Şəmkirin icra başçısı rayonun abadlaşdırılmasına ayrılan vəsaitin mənimsəməsinə görə həbs edilib.
⠀
Bu fotoda isə Şəmkirin mərkəz küçələrindən biridir. Fikir verin, bu küçədə səki adlanan bir hissə demək olar ki mövcud deyil. Hətta zibil qutusu yolun hərəkət hissəsində yerləşdirilib. Amma 4-5 metrlik avtomobil zolaqları öz yerindədir.
⠀
Təəssüf ki, belə mənzərə bir çox rayonlarımızda müşahidə olunur. Çünki icra başçılarının fikri korrupsiya qarışır, onlar "yaxşı abadlaşdırma" və "düzgün şəhərsalma" nədir anlayışından adətən çox uzaq olur.
⠀
Onlar üçün küçəyə asfaltın çəkilməsi və yolun maksimal dərəcədə genişləndirilməsi "abadlıq" sayılır. Bunun fəsadları, o cümlədən belə küçələrdə ağır qəzaların baş vermə riski heç kimi maraqlandırmır.

Bir çox sürücülərdə "koqnitiv dissonans" adlanan bir sindromu müşayiət edirəm.
⠀
Bir tərəfdən onlar deyir: "Əvvəl ictimai nəqliyyatı düzəldin, sonra mən maşını evdə qoyub avtobusla gələrəm".
⠀
İctimai nəqliyyatın yaxşılaşdırılmasına dair əsas görülən tədbirlərdən biri ayrılmış avtobus zolaqlarıdır. Ayrılmış zolaqlar imkan verir ki avtobuslar tıxacda qalmasın və öz qrafikə uyğun fasiləsiz hərəkət eləsin.
⠀
Lakin bu cür zolaqlar təşkil olunan kimi, elə həmin sürücülər tumanları başına çəkdilər ki, bəs "elə etməyin, yolumuzu daralır!".
⠀
Münafiq olmayın.

🚷 Piyada zolaqlarının çəkilməsinə yanaşma çox zəifdir.
⠀
Əvvəllər Bakıda pandusların olmaması problem idi, amma indi pandus təşkil edilir, lakin "zebra"-nı çəkməyə unudurlar.
⠀
Bir çox hallarda piyada zolağının olmaması sürücüləri yolayrıcılarda, giriş-çıxış zonalarda park etməyə imkan yaradır. Çünki bu cür sürücülər burada piyada keçidini ya görmürlər, ya da görsələr belə həmin ərazidə heç bir nişanlanma olmadığından özlərini daha cəzasız hiss edirlər.

🇷🇺 Bu il Moskvada diaqonal piyada keçidlərində yeni nişanlanma tətbiq olunacaq.
⠀
Əvvəllər diaqonal olan tərəf də "zebra" ilə nişanlanırdı, amma bundan sonra yalnız keçidlərin hüdudlarını göstərən punktir xətt çəkiləcək.
⠀
Bu həm daha az boyanın istifadəsinə, eyni zamanda avtomobil və motosikletlərin təkərlərinin sürüşməsini azaldacaq.
⠀
Moskvada hal hazırda 41 diaqonal piyada keçidi mövcuddur. Onlar yüksək piyada axını olan bir çox iri şəhərlərdə tətbiq olunsa da, Bakıda belə bir təcrübə hələ ki mövcud deyil.

Audio
Bu dəfə şəhərdə parklanmadan danışırıq. Bir çox əxsər hesab edirlər ki, onlar avtomobil alıblarsa, hər kəs ona bir yer borcludur. Əslində necə olmalıdır? Podkastımızı dinləyib paylaşmağı və şərh yazmağı da unutmayın.
Sabah Operativ Qərargahın brifinqi gözlənilir.
⠀
Məni belə tədbirlərə təəssüf ki, çağırmırlar, ona görə özünə hörmət edən bir jurnalist varsa, çatdırsın ki, qeyri-iş günlərində ictimai nəqliyyatın işləməməsi yoluxma sayına heç bir təsir göstərmir.
⠀
Kimin şübhəsi varsa Novruz Bayramından sonrakı statistikaya nəzər yetirsin, xəstələrin sayı əksinə artmışdır.
⠀
Lakin, bu adi insanların büdcəsinə ciddi təsir edir (taksidən istifadə etmək məcbur qalır), tıxacların əlindən isə şəhərdə tərpənmək mümkün deyil.

Belə başa düşdüm ki, brifinqdə jurnalistlərə heç sual verməyə icazə vermədilər.
Qərargah deyil e, multfilmdir.
Qərargah deyil e, multfilmdir.
Bir ilə yaxın müddət ərzində ictimai nəqliyyatda məhdudiyyətlərin hələ də tətbiq edilməsində qismən günahı Bakı Metropoliteni, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisində görürəm.
Bu qurumların heç birinin operativ qərargahının qərarlarına təsir edə bilməyəcəyinə inanmıram.

Hövsan qəsəbəsində BNA yaxşı bir piyada keçidi təşkil edib.
⠀
✅ Eynisəviyyəli
✅ Nizamlanan
✅ Təhlükəsizlik adacıqlı
✅ Panduslu
✅ İşıqlandırılan (ümid edirəm işıq dirəkləri işlək vəziyyətdədir)
⠀
Düzdür, burada keçiddən sonra səki harasa yox olur, amma bu artıq digər problemdir.

Mənasız yerüstü keçidinin tikintisini dayandırdılar, deyəsən.
⠀
Yadınıza gəlirsə, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin tikintisinə başlamışdılar. Beləliklə, buradakı nizamlanmayan "zebra"nı silib daha bir küçəni əlçatmaz etmək istəyirdilər.
⠀
Amma deyəsən bu qərar təxirə salındı. Artıq burada eynisəviyyəli piyada keçidini saxlayıb, onu svetoforla nizamlayacaqlar.
⠀
P.S. "İndi burada tıxaclar olacaq, imkan verin maşın sürək" şərhlər gəlsin 😅
⠀
Əksinə, svetoforlar avtomobil axınını tənzimləyir, onu bütün küçə boyu bərabərləşdirir. Şəhər küçələri minlərlə avtomobilin eyni anda hərəkət etməsinə uyğunlaşdırılmayıb. Ətraflı birinci şərhdə.