İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.49K photos
312 videos
2 files
786 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Yol nişanlarının küçələrə gətiridiyi "vizual zibillik".

Birinci foto Bakının Nizami küçəsində çəkilib. Ödənişli parklanma tətbiq ediləndən sonra Bakıda yüzlərlə müvafiq nişanlar quraşdırılıb. Mövcud qanunvericiliyə görə küçə parklanmanın 5%-i əlillər üçün nəzərdə tutulmalıdır, onun da ayrıca nişanı olmalıdır. Əlavə olaraq, tariflərlə bağlı da lövhələr quraşdılırır.

Nəticədə, küçə bu cür nişanlarla "kirlənir". Standartlar mütləq dəyişməlidir, nişanların ölçüsünü şəhər daxilində kiçiltmək olar, bəzilərindən imtina etmək və yaxud mənasını birləşdirmək olar.

Müqayisə üçün, 🇸🇪 Stokholmda sıravi bir küçə. Lövhələr çox olsa da, onlar kiçildilib və görüntünü pozmur. Şəhər daxilində zatən yüksək sürətlə avtomobil idarə edilməməlidir və bu halda vaxtında bütün nişanları görmək mümkündür.

#vizualzibillik