İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Nobel prospektinin adını dəyişib "8 Noyabr" qoydular.

Təbii ki, ölkədə vacib tarixləri əbədləşdirmək normal bir haldır.

Lakin, eyni adlı prospekt və metrostansiyasının təmamilə fərqli yerlərdə yerləşməsi şəhərdə naviqasiya üçün əlavə qarışıqlıq yaradacaq.

Bu prospekti hələ də el arasında "raboçiy" adlandırərlar. Belə çıxır ki, bu prospektin indi üç adı olacaq.

Ümumiyyətlə götürsək isə, küçələri və nəqliyyat qovşaqlarını hansısa tarix şərəfinə adlandırmaq tipik SSRİ-yə uyğun yanaşmadır. Misal üçün, "Zəfər" stansiyası və yaxud "Zəfər" prospekti daha yaxşı səslənərdi.

Siz necə düşünürsünüz? Fikirləriniz maraqlıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚍🇬🇪Tbilisidə ictimai nəqliyyatın prioriteti. Sonra heç kim deməsin ki, avtobus zolaqları yalnız enli küçələrdə təşkil olunmalıdır.

Fikir versəniz, velosiped zolaqları üçün də yer tapılıb.

🎥: Juma Rasulbəyov
​​💬 Facebook səhifəmizdə belə şərhləri oxuyanda çox məyus oluram ki, səhifənin izləyiciləri arasında bu cür düşünən adamlar var.

Bəzi insanlar həqiqətən düşünürlər ki, nəqliyyat islahatları özümüzü kiməsə oxşatmaq xatirinə, sürücülərə isə məcburi olaraq avtobuslara mindirmək məqsədi daşıyır.

Əzizlərim, əgər siz maşın sürmək istəyirsinizsə, lap ömrünüzün axırına qədər sürün. İstəyirsiniz maşında yatın, qonaqlıq verin, bazdıq eləyin, bunu heç kim qadağan etmir.

Amma yadınızda saxlayın, maşın elə nəqliyyat vasitəsidir ki, şəhərdə onun üçün ideal şərait yaratmaq qeyri-mümkündür. O çox yer tutur, amma çox az insan daşıya bilir. Şəhərin əsas məqsədi vətəndaşların mobilliyini təşkil etməkdir. Bu səbədən bütün inkişaf etmiş ölkələr məqsəd olaraq buna nail olmaq istəyir.

İllərdir Bakı şəhərində yalnız avtomobillər üçün şərait yaradılırdı. Yeni yol qovşaqları tikildi, yollar genişləndirildi, piyadaları yerin altına qovdular, səkiləri ləğv elədilər.

Nəticə isə necə oldu? Tıxaclar daha bərbad oldu, hər gün 2-3 saat tıxacda qalan sürücülər aqressiv vətəndaşlara çevrildi, özünə hər hansı bir səbəbdən avtomobil ala bilməyən insanlar (o cümlədən uşaqlar, qoca və ya xəstə adamlar) səkilərdə park edilmiş maşınlar arasında, yolun qırağı ilə hərəkət etməli oldular. Onların haqqlarını vəzifəli məmurlar daxil olmaqla heç kim düşünmədi.

Ona görə, bu gün heç kim deyə bilməz ki, "şəhərdə maşın sürməyə imkan verin", "sürücüləri niyə düşünmürlər" və s.

Son olaraq, həyatını maşınsız təsəvvür edə bilməyən izləyicilərə deyim ki, əgər şəhərdə ictimai nəqliyyata və digər hərəkət iştirakçılarına üstünlük verilsə, bir çox insanlar gündəlik səfərlər üçün maşından imtina etsə, o zaman tıxaclar da azalar və birinci növbədə xoşbəxt olan elə məhz siz olacaqsınız.

P.S. Avropada gey-paradlar söhbəti nə idi 🤦‍♂️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakımızda daha bir unikal yol kəsişməsi...

Xocalı parkının bir hissəsinə qayda pozmadan keçmək mümkün deyil.

Daha ətraflı bu videoda.
28 May küçəsinin bu hissəsində ictimai nəqliyyat üçün ayrılmış zolaq mütləq təşkil olunmalıdır. Fikir verin nə qədər avtobus tıxacda ilişib qalıb. Hazırda tıxacın səbəbi təmir işlədir, amma pik saatlarında da bura vəziyyət bir o qədər də ürək açan deyil.

Eyni zamanda, çox geniş hərəkət zolaqları elə şərait yaradır ki, sürücülər 4 zolaqda 5 cərgə ilə hərəkət etsinlər.
🕘 Saat 21:00-da kanalda səsli çat (Voice Chat) olacaq.

Hər dəfə avtobus zolaqları haqqında bir post paylaşanda şərhlərdə (xüsusi ilə Facebook-da) çoxlu sual gəlir, mübahisələr başlayır. Məni "neprav" çıxardan kim, "bizim şəhərə yaraşmır" deyənlər olur.

💡Gəlin, Sizinlə yeni formata başlayaq. Bu gün saat 21:00-da Telegram kanalımızda səsli çata qoşulun, həm mən bu mövzuda bir az danışım, həm siz də öz sözünü deyin, suallarınızı verin.
⚠️ 5 dəqiqəyə başlayırıq...

Baxaq görək, siftəsi necə alınacaq 🙂 "Voice chat"-ın yazısı qalmır, yalnız canlı efir olur. Bildiyim qədər efirə qoşulandan sonra düymə vasitəsilə "əl qaldırıb" sual vermək olar və yaxud öz fikrinizi mütləq bildirin.

DJ.Tural demişkən "ürəyiniz haradan istəyir sual verin, cavab verim", amma öncədən dediyim kimi daha çox avtobus zolaqlarını müzakirə edirik.

Səsli çatın maksimum müddəti 1 saat olacaq.
Live stream finished (51 minutes)
Audio
Bu dəfə podkastımızda təhlükəli və təhlükəsiz yollardan danışacam. Bir neçə elementə dəyişiklik etməklə biz daha təhlükəsiz yollara, küçələrə sahib ola bilərik.
🚲 İnfrastruktur olan yerdə istifadəçilər də tapılacaq.

Bu sadəcə Bakının Xəqani küçəsində bir velosiped duracağıdır. Bəs nə oldu, deyənlər var idi, bizim şəhərdə velosipedi nəqliyyat kimi istifadə edən insanların sayını barmaq ilə saymaq olar.

İndi siz baxın velosiped zolaqları təşkil olunandan sonra şəhər küçələrində nə qədər velosiped peydə olunacaq.

Dünyanın bütün iri şəhərlərində velosiped infrastrukturuna böyük diqqət yetirilir. Bakı bu cəhətdən çox gecikir, ümid edirəm heç olmasa bu il artıq məsələ öz həllini tapacaq.
Azadlıq prospekti şəhərin əsas prospektlərdən biri olsa da, burada küçə-yol infrastrukturunun təşkili çox bərbad vəziyyətdədir.

Dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq parkinq üçün cib təşkil edilib.

İndi burada dayanmaq olar yoxsa yox? Əgər olarsa - o zaman bu nişan nəyi bildirir? Əgər olmazsa, bu cibin mənası nədir?

Səkinin vəziyyəti isə ümumiyyətlə ağlamalıdır.
Bu gün BNA-nın sədri Vüsal Kərimov press-konfransda dedi ki, Molokan bağının ətrafı avtomobillərin giriş üçün bağlanacaq.

Fotoda göründüyü kimi, bu bağın ətrafı sadəcə lazımsız asfalt səhrası idi. Sol tərəfdakı çoxmərtəbəli parkinqa giriş üçün bir zolaq saxlayıb qalan bütün hissəni Molokan bağının genişləndirilməsi və yeni ağacların əkilməsi üçün istifadə etmək olar.
Daha bir maraqlı xəbər ondan ibarətdir ki, bu il Bakıda, nəhayət ki, parkinq siyasəti tətbiq olunacaq.

Pilot layihə kimi 6-cı parallel (Naxçıvani) küçəsindən başlanılacaq.

Pilot layihə kimi bu cür mərhələli tətbiqetmə normal təcrübədir (Sankt-Peterburq şəhərində elə olub), amma niyə məhs bu küçə seçilib bilmirəm.

Əsas odur ki, son 4 il ərzində Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi arasında olan mübahisələr, nəhayət ki, sona yekunlaşır.

Əgər yenə də sözdə və kağızda qalmasa, təbii ki.
Avtobus zolaqlarına Bakının cəmi 13 küçəsində razılıq verilib.

BNA Bakı şəhərinin 24 küçəsində avtobus zolaqlarının təşkilini təklif etsə də, onların yarısına icazə verilməyib.

Razılıq verməyən isə yalnız şəxsi sürücü ilə hərəkət edən məmurlardır. Onların nə vecinə, "qara adamlar" avtobusda saatlarda tıxacda qalacaq ya yox.

Bütün inkişaf etmiş şəhərlərdə nəqliyyat planlanmasına xüsusi təhsil alan insanlar cavabdehdir. Bizdə isə hətta avtobus zolağının olub-olmaması "rəis belə qərara gəldi" səviyyəsində həll olunur.
Deyirlər, pensiyaya çıxanda darıxmayacağıq 🥲

2040-cı ilə qədər Bakıda 251 km yeni velosiped yolu salınacaq.
​​❗️BNA sədri Vüsal Kərimlinin mətbuat konfransından özüm üçün çıxartdığım qısa nəticələr.

1. Şəhərdə müasir mobillik konsepsiyasını anlayan, şəhərdə piyada, velosiped və ictimai nəqliyyatın şəxsi ictimai nəqliyyatdan daha üstün olmasını anlayan bəlkə də yeganə yüksək vəzifəli məmurdur.

2. Bir çox məsələlərin həll edilməsində BNA-nın hazırda kifayət qədər "sözükeçən" gücü yoxdur. Şəhərdə hələ də İcra Hakimiyyəti, Dövlət Yol Polisi və Yol Hərəkəti Komissiyasının qərarları və rəyləri Bakı Nəqliyyat Agentliyinin daxilində qaynayan potensialının reallaşdırılmasına imkan vermir. Sadaladığım qurumlarda hələ də köhnə, sovet təfəkkürlü insanlar çalışır.

3. İkinci bənddən irəli gələn misallar - bir çox avtobus zolaqlarına razılıq verilmir, icra hakimiyyətləri səkiləri obyektlərdən boşaltmaq fikri yoxdur, şəhərdə hələ də yerüstü və yeraltı piyada keçidləri tikilir (baxmayaraq ki, BNA-da bunun qeyri-effektiv olmasını qeyd edirlər).

4. Jurnalistləri maraqlandıran yeganə mövzu "parkovşik"lərdir. Hər halda konfransdan sonra KİV-də çıxan əksər başlıqlar buna həsr olunmuşdur. Təbii ki, parklanma siyasətinin olmaması Bakının böyük bir ayıbıdır, amma bu sarı jiletləri insanların öz "krışa"sı var, gedin onu araşdırın, nə qədər bu məsələ ilə bağlı eyni qurumu pazlamaq olar?

P.S. Heç kim düşünməsin ki, bu Agentliyi mən müdafiyə edirəm, BNA-nın heç də hər işi ideal və mənim ürəyimcə deyil, bu haqda səhifədə və saytda kifayət qədər də paylaşımlar həsr etmişəm.

Amma reallıq odur ki, əgər biz "İnsan yönümlü şəhərlər"dən danışırıqsa, bu anlayışı sözügedən Agentlikdə ən azı düzgün başa düşürlər. İmkan verin işləsinlər.
​​🇦🇿 Regionlarımıza da bir baş çəkək.

Məlum olduğu kimi, Şəmkirin icra başçısı rayonun abadlaşdırılmasına ayrılan vəsaitin mənimsəməsinə görə həbs edilib.

Bu fotoda isə Şəmkirin mərkəz küçələrindən biridir. Fikir verin, bu küçədə səki adlanan bir hissə demək olar ki mövcud deyil. Hətta zibil qutusu yolun hərəkət hissəsində yerləşdirilib. Amma 4-5 metrlik avtomobil zolaqları öz yerindədir.

Təəssüf ki, belə mənzərə bir çox rayonlarımızda müşahidə olunur. Çünki icra başçılarının fikri korrupsiya qarışır, onlar "yaxşı abadlaşdırma" və "düzgün şəhərsalma" nədir anlayışından adətən çox uzaq olur.

Onlar üçün küçəyə asfaltın çəkilməsi və yolun maksimal dərəcədə genişləndirilməsi "abadlıq" sayılır. Bunun fəsadları, o cümlədən belə küçələrdə ağır qəzaların baş vermə riski heç kimi maraqlandırmır.
Bir çox sürücülərdə "koqnitiv dissonans" adlanan bir sindromu müşayiət edirəm.

Bir tərəfdən onlar deyir: "Əvvəl ictimai nəqliyyatı düzəldin, sonra mən maşını evdə qoyub avtobusla gələrəm".

İctimai nəqliyyatın yaxşılaşdırılmasına dair əsas görülən tədbirlərdən biri ayrılmış avtobus zolaqlarıdır. Ayrılmış zolaqlar imkan verir ki avtobuslar tıxacda qalmasın və öz qrafikə uyğun fasiləsiz hərəkət eləsin.

Lakin bu cür zolaqlar təşkil olunan kimi, elə həmin sürücülər tumanları başına çəkdilər ki, bəs "elə etməyin, yolumuzu daralır!".

Münafiq olmayın.